281
illər ərzində yaranmış ənənəvi musiqi quruluşu ilə xalq mahnı
formalarının uyğunlaşdırılması yolunda ilk cəhdlərdən biridir.
Üçüncü pərdənin ikinci şəkli Ərzurum paşasının sarayında
vaqe olur. Saray dəbdəbəsi, təntənəsi təsvir olunur ki, bu da pa-
şanın yaxın adamlarının “Salam olsun, böyük Elxan” xoru ilə
başlayır. Kiçik orkestr müqəddiməsində təntənəli mövzu səslə-
nir. Xorun musiqisi də bu xarakterdədir. Ona üçlü marşsayağı
ritmi, xalq mahnı materialından fərqli olaraq ornamental motiv-
lərsiz və müxtəlif melizmlərsiz bəzək-düzəksiz sadə melodiya
səciyyəvidir. O, xalq məişətinə yad olan saray həyatını əks etdirir.
Formasına görə xor kupletlidir. Hər kuplet nəqəratla bitir.
Nəqərat üçün ayrı-ayrı səslərin təkrarında və ritmin ağırlığında
öz əksini tapan deklamasiyasayağılıq səciyyəvidir.
Sonra hərəm qızların öz zərifliyi, məlahəti ilə diqqəti cəlb
edən lirik rəqs musiqisi səslənir.
Bu kolorit Qəribin yad ölkədə olduğunu nəzərə çarpdırır.
Xor və rəqs sarayın dəbdəbəli, mənasız həyatını təsvir edir.
Aşıqların
–
Səlimlə Qəribin deyişməsi başlanır. Bu səhnə “Ma-
ani” zərbi muğamına əsaslanır. Burada Qəribin qələbəsi əsərin
xoşbəxt sonluqla qurtaracağına ümid oyadır. Aşıqların hər biri
“Maani” zərbi muğamının dörd bəndini oxuyurlar. Orkestrin
müşayəti ilə “Şüştər” muğamından rəng çalınır. Aşıq Qərib de-
yişmədə üstün gəlir. Paşa bu münasibətlə onu təbrik edir.
Bu zaman nökər Şahsənəmin xahişilə onun sevgilisini axta-
ran Mahmud paşanın yanına gətirir. Mahmud yeddi il əvvəl Tif-
lisi tərk etmiş Aşıq Qəribi tapmaqda ona kömək əlini uzatmağı
paşadan xahiş edir. Söhbətin kimin haqqında getdiyini başa dü-
282
şən Paşa qalib gəlmiş aşığı göstərir. Orkestr yenidən Qərib möv-
zusunu çalır. Qərib sazı əlinə alır və doğma diyarı, sevgilisi haq-
qında oxuyur (“Qərib” mövzusu).
Hamı paşadan xahiş edir ki, aşığı vətəninə buraxsın. “Ey əfən-
dim, sən rəhm et aşiqə” xoru səslənir. Bu parçada yalvarış intonasi-
yalı kiçik motivlərin tez-tez təkrar olunması diqqəti cəlb edir.
“İzin ver” sözlərində təkidlə xahiş səslənir.
Paşa Qəribə qırx kisə qızıl verib onu buraxır hökmdarı mədh
edən “Yaşa səni, yaşa, paşam” xoru səslənir. Musiqi şux və
gümrah ruhludur. Bəstəkar məişəti təsvir edən epizodlarla qəhrə-
manların psixoloji vəziyyətini ifadə edən musiqili epizodları bir-
birindən ayırır.
283
Bu pərdənin başlanğıc xoru kimi, bu xor da marşsayağıdır,
intonasiyaların aydınlığı ilə fərqlənir. Öz xarakterinə görə o,
“Heyratı” zərbi muğamın nəqəratını xatırladır. Bu mövzu paşa-
nın mərd, cəsur hərəkətinə uyğun gəlir.
Dördüncü pərdənin birinci şəkli dinləyicinin diqqətini yenidən
Tiflisə cəlb edir. Şahsənəm yas paltarında Qəribgilə gəlir. Şahvə-
lədlə toyundan əvvəl o, son dəfə sevgilisinin anası və bacısı ilə gö-
rüşmək istəyir. Hüznlü “Şüştər” muğamı səslənir. Şahsənəm Qərib
üçün göz yaşları tökür. Qəribin, anasının və bacısının “Saldı əcəb
məni, gör necə halda ağlaram” ansamblı kədərlə səslənir.
Şahsənəm ürəyi dərdli gedir. Bu səhnənin dramaturji əhə-
miyyəti çox mühümdür. Bu obrazda hüquqsuz şərq qadının tale-
yi öz ümumiləşdirilmiş təcəssümünü tapmışdır.
Qəribin səmimi mahnısı eşidilir (“Kəsmə şikəstə” ritmik mu-
ğamı). Paltarını dəyişmiş Qərib Mahmudun müşayiəti ilə doğma
evinin yanında görünür. Ana-bacısından qəm-qüssələrinin
səbəbini soruşur. Bacısı başlarına gələni danışır. Bu zaman aşıq
oxuya-oxuya qəriblikdə keçirdiyi günlərdən danışır. Qadınlar
çoxdan yolunu gözlədikləri Qəribi tanıyırlar. Anasının kor ol-
muş gözləri açılır. Bu isə səhnəni nağıl janrına yaxınlaşdırır.
Dördüncü pərdə, ikinci şəkil – Şahvələdin evi toy təntənəsi.
Bu pərdədəki hadisələr iki planda inkişaf edir; bir tərəfdən dəb-
dəbəli toy məclisi təsvir olunur – rəqslər, təntənəli xorlar səslə-
nir, digər tərəfdən Şahsənəmin obrazı bütün bu təntənəyə qarşı
qoyulur. “Qatar” muğamı qızın hiss və həyəcanlarını, dərin kə-
dərini ifadə edir.
Şahvələdin evində toy məclisi davam edir. Kiçik balet diver-
tismenti. Musiqidə ləzgihəngi ritmləri eşidilir. Gəlini (Şahsənəmi)
gətirirlər. Aşıq Vəli bəylə gəlini tərif edərək oxuyur (“Qatar”
284
muğamı). Qonaqlar aşığın səsinə səs verirlər. Qızlar gəlinin ət-
rafında rəqs edirlər. Şahsənəmin partiyasında qızın qəm-qüssəsi-
ni ifadə edən “Qatar” muğamı səslənir.
Səhnə arxasından Qəribin səsi eşidilir (“Qatar” -zil). Onun im-
provizasiyası Qatar muğamının gərgin yuxarı kulminasiya reqisti-
rində ahu-zar kimi səslənir. O, öz sevgilisini itirməkdən qorxur.
Tezliklə aşıq toyda görünür. Şahvələdlə Güloğlan arasındakı reçita-
tiv dialoq həyəcanlı, əsəbi xarakter daşıyır. Əslində bu, iki partiya-
ya bölünmüş bir melodiyadır. O, pərdəvarı melodik parçalarla gah
yüksələn, gah da enən qırıq-qırıq, həyəcanlı kiçik cümlələrdən iba-
rətdir. Şahvələd başa düşür ki, öz nökəri onu aldatmışdır.
Orkestrdə Qərib mövzusu şən səslənir. Aşıq Qəriblə Şahsə-
nəmin geniş muğam səhnəsi başlanır (“Bayatı-qacar” muğamı).
“Yaşayın, yaşayın siz” xoru Qəriblə Şahsənəmin sədaqətli sev-
gisini tərənnüm edir. Bu parçanın melodiyası toydakıların şən
əhvali-ruhiyyəsini bildirən kiçik motivlərdən ibarətdir.
Opera ümumi şadyanalıqla başa çatır.
Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operası Azərbaycan bəstə-
karlarının yaradıcılığına yeni cərəyan gətirdi. Başqa muğam opera-
larından fərqli olaraq bu əsər daha şən, lirik əhval-ruhiyyədədir.
Dostları ilə paylaş: |