Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə86/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   82   83   84   85   86   87   88   89   ...   168

 

285 


Qeyd olunduğu kimi, “Aşıq Qərib” operası nağıl janrından 

çox şey əxz etmişdir. Bu həm süjetin inkişafında, həm də öz səa-

dətləri uğrunda inadla mübarizə aparan baş qəhrəman – Şahsə-

nəm və Qərib obrazlarında aşkara çıxır. Buna görə də bu operanı 

muğam 



 nağıl operası hesab etmək olar. 



Operada bəstəkarın melodik istedadı parlaq surətdə üzə çıxmış-

dır. Operanın musiqisi nağıl tərzində yazılmış melodiyaların gözəl-

liyi ilə adamı heyran edir. Onların  əksəriyyəti lirik xarakterdədir, 

bu isə operanın məzmununa uyğun gəlir. Məhz operanın Azərbay-

can xalqına yaxın olan sadə və cazibəli melodiyaları bu əsərin məş-

hurlaşmasına səbəb olmuşdur. Təsadüfi deyil ki, “Aşıq Qərib” ope-

rası indiyə qəyər dinləyicilərin diqqətini cəlb edir. 

Muğam operası janrı Azərbaycan musiqisinin  mühüm mər-

hələsidir. Bu janrın bütün nümunələri, o cümlədən “Aşıq Qərib 

operası Azərbaycanda bəstəkarlıq məktəbinin formalaşmasında 

böyük  rol oynamışdır. Zülfüqar Hacıbəyovun həm “Aşıq Qərib” 

operası, həm də musiqili komediyaları Azərbaycan musiqisinin 

ümumi inkişafının dəyərli səhifələridir.  

 

 



 

286


 

 

VI HİSSƏ 

 

Reynqold Moritseviç Qliyer 

(1875-1956) 

 

 

 



 

I fəsil   

 

R.M.Qliyerin yaradıcılığının  

ümumi xasiyyətnaməsi 

 

1920-30-cu illərdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacı-



bəylinin çox dəqiqliklə yeni musiqi mədəniyyətinin “quruculuq 

illəri” adlandırdığı bir dövrdə Reynqold Moritseviç Qliyerin 

“Şahsənəm” operasının yaranması  və tamaşaya qoyulması  əla-

mətdar hadisələrdən biri oldu.  

Görkəmli rus sovet bəstəkarı Reynqold Moritseviç Qliyerin 

(1875-1956)  Azərbaycandakı  fəaliyyəti, yaradıcılığının yadda-




 

287 


qalan səhifələri olsa da, onun ümumilikdə musiqi mədəniyyəti-

nin inkişafındakı rolunun bir şaxəsini təşkil edir. R.M.Qliyerin 

yaradıcılıq fəaliyyəti geniş və çoxşaxəli olmuşdur. O, bəstəkar, 

dirijor, pedaqoq kimi tanınmışdır.  

R.Qliyerin yaradıcılıq irsi olduqca zəngin və rəngarəng olub, de-

mək olar ki, musiqinin bütün janrlarını əhatə edib. O, müraciət etdiyi 

hər bir sahədə  dəyərli, janrı  zənginləşdirən  əsərlər yaratmışdır. O, 

beş operanın (o cümlədən, “Taras Bulba”, “Raşel”, “Leyli və Məc-

nun”, “Gülsara”), altı baletin (“Tunc atlı”, “Qırmızı gül” və s.), üç 

simfoniyanın, dörd instrumental konsertin, nəfəsli orkestr üçün, rus 

xalq çalğı alətləri orkestri üçün əsərlərin, kamera ansambllarının, in-

strumental pyeslərin, uşaqlar üçün yazılmış fortepiano və vokal əsər-

lərin, teatr və kino musiqisinin müəllifi olmuşdur.  

Bəstəkarın yaradıcılığında bir çox xalqların musiqi folkloru-

na müraciət öz əksini tapmışdır. O, Ukrayna, Özbəkistan, Azər-

baycan və digər xalqların musiqisi əsasında əsərlər bəstələyərək, 

milli musiqi mədəniyyətlərinin inkişafında müəyyən rol oyna-

mışdır. Məsələn, Ukrayna musiqisi əsasında yazdığı “Zaporoj-

yelilər” simfonik lövhəsi,  Şevçenkonun xatirəsinə “Zapovit” 

simfonik poeması, “Taras Bulba” baleti, Azərbaycan xalq musi-

qisi əsasında “Şahsənəm” operası, Özbəkistan musiqisi ilə bağlı 

olan “Gülsara” musiqili dramı, “Fərqanə vadisi” uvertürası, 

“Xalqlar dostluğu” marşı, Buryat-Monqolustan “Qəhrəmanlıq 

marşı” və s. bəstəkarın bu qəbildən olan əsərləridir.  

Azərbaycan folklorunu dərindən öyrənərək və xalq sənətkar-

ları ilə ünsiyyət quraraq bəstələdiyi “Şahsənəm” operası rus mu-

siqisi tarixində Şərqlə bağlı yeni səhifə açmışdır. 

Operanın yaradılması ilə  əlaqədar olaraq, R.Qliyer yazırdı: 

“Şərq xalqlarının milli musiqisi avropa texnikasının ifadə vasitə-

ləri ilə inkişaf etdirilib, zənginləşdirilsə, o, bütövlükdə dünya 

musiqi mədəniyyətində böyük əhəmiyyətli rol oynaya bilər”

1



Rus musiqisində klassik bəstəkarların  Şərq mövzularına müra-

ciəti məlumdur. M.Qlinkanın “Ruslan və Lyudmila” operasından 

                                                 

1

 Глиэр Р.М. Искусство Азербайджана. “Учительская газета”, 19 апреля 



1938 г. 


 

288


Şərq aləmini təcəssüm etdirən səhnələr, A.Borodinin “Knyaz İqor” 

operasından polovetslərin səhnələri, “Orta Asiyada” simfonik lövhə-

si, M.Balakirevin “Tamara” simfonik poeması, fortepiano üçün “İs-

lamey” fantaziyası, N.Rimski-Korsakovun “Qızıl xoruz” operasın-

dan  Şamaxı  şahzadəsinin fantastik aləmi, “Antar” və  “Şəhrizad” 

simfonik süitaları, M.Musorqskinin “Fars qızlarının rəqsi”, adı çəki-

lən bəstəkarlarla yanaşı, S.Raxmaninovun, A.Rubinşteynin  Şərq 

mövzularına həsr etdikləri romanslar rus musiqisi ilə yanaşı, dünya 

musiqi ədəbiyyatının ən gözəl səhifələrini təşkil edir.  

Rus bəstəkarları  Şərqin cazibədar, ecazkar obrazlarını  vəsf 

etmək üçün müxtəlif şərq xalqlarının əsl folklor musiqisinə mü-

raciət edirdilər. Bunun nəticəsində də rəngarəng janrlı əsərlərdə 

 

opera, simfonik, vokal və instrumental əsərlərdə daha konkret və 



realist obrazlar yaratmağa nail olmuşlar.  

Bəstəkarlar bir tərəfdən,  şərq melosunun zənginliyini nümayiş 

etdirmək üçün məqamın xromatikləşməsindən, artırılmış üçsəsliklər-

dən istifadə edirdilər. Digər tərəfdən isə şərq melosunun rəngarəng-

liyi parlaq tembr-orkestr ştrixləri vasitəsilə qabarıq ifadə olunurdu.  

Əlbəttə ki, Şərq musiqisinin elementləri tamamilə fərqli təfəkkür 

sistemi çərçivəsində, rus bəstəkarlarının hər birinin özünəməxsus üs-

lubuna uyğunlaşdırılırdı. Buna görə də aparılan musiqişünaslıq təd-

qiqatlarında bütün bunlar “Şərq haqqında rus musiqisi” (B.Asafye-

vin sözləri) kimi dəyərləndirilmişdir. Bu istiqamətdə tədqiqat aparan 

musiqişünas N.Mehdiyevanın fikrincə, rus musiqi klassikasının çox-

saylı “Şərq səhifələri” məhz rus milli ənənələrinə əsaslanaraq işlənil-

miş Şərq folkloru mənbələri kimi qəbul olunur

1



R.Qliyer də rus klassik bəstəkarlıq məktəbində kök salmış 

“rus  şərqşünaslığı” xəttini yeni tarixi şəraitdə davam etdirərək, 

yaratdığı əsərində bu ənənələri Azərbaycan xalq musiqi materia-

lı ilə qovuşduraraq,  ənənəvi milli üslub xüsusiyyətlərini dəqiq-

liklə əks etdirməyə çalışmışdır.   

“Şahsənəm” operasının yaranma tarixi görkəmli Azərbaycan 

müğənnisi Şövkət Məmmədovanın adı ilə bağlıdır. Belə ki, 1918-ci 

                                                 

1

 Мехтиева Н.М. Опера Р.М.Глиэра “Шахсенем” и русский ориента-



лизм, с. 5. 


Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə