Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə84/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   80   81   82   83   84   85   86   87   ...   168

 

276


Çayçı Mahmud belə uzaq səyahətin səbəbi ilə maraqlanır 

(dialoq səhnəsi). Qərib öz sevgilisini axtardığını söyləyir. Onun 

partiyasında nağılvarı dalğın xarakterli musiqisi olan kiçik mah-

nı-deklamsiya parçası səslənir. Bu fraqment Qəribin “Kəsmə şi-

kəstə” muğam improvizasiyasının bir növ müqəddiməsidir. Eyni 

zamanda iki muğam səhnəsi arasında oxunduğu üçün o, təsnifə 

oxşayır. 

İkinci pərdə, birinci şəkil. Hadisə  Şahsənəmin evində vaqe 

olur. Bağçada Şahsənəmin rəfiqələri rəqs edirlər, bahar haqqın-

da, təbiətin gözəlliyi haqda qızların xoru eşidilir. Kiçik bir moti-

vin təkrarından ibarət olan melodiyanın quruluşu diqqəti cəlb 

edir. Bu motiv sonuncu dəfə təkrar olunduqdan sonra “Şur” mə-

qamı üçün səciyyəvi olan kadensiya səslənir (tonikanın alçalan 

üst aparıcı tonu ilə). Musiqi materialının bu cür quruluşu dairəvi, 

yallısayağı  rəqslərin melodiyaları üçün səciyyəvidir. Qeyd et-

mək istərdik ki, Azərbaycan xalq mahnıları rəqs melodiyaları ki-

mi də ifa olunurlar. Göstərdiyimiz mahnı belələrinə aiddir. 

Şahvələd yaxın adamları ilə  səhnədə görünür, səhnənin xor 

hissəsi Şahvələdin solo partiyasında öz təcəssümünü tapır. Ma-

raqlıdır ki, bəstəkar bu qəhrəmanı bəm səslə (baritonla) səciyyə-

ləndirir.  

 

 



Məlumdur ki, bəm kişi səsi Azərbaycan xalq musiqi sənəti 

üçün səciyyəvi sayılmır. Təsadüfi deyil ki, muğam operalarında 

çox vaxt mənfi surətlər bəm səslərlə xarakterizə olunurlar. 

Şahvələd obrazını açan musiqi şux, hətta bir qədər marşsaya-

ğıdır. 



 

277 


 

 

 



Bu isə  Qəribin lirik partiyası ilə ziddiyyət təşkil edir. Xor 

parçası burada Şahvələdin solo ifasının nəqəratı rolunu oynayır. 

 

* * * 


 

Şahsənəm çox kədərlidir. O, yuxuda gördüyü gəncə vurulduğu-

nu rəfiqəsinə danışır. Rəfiqəsi onu sakitləşdirir və “Yaz gəldi” mah-

nısını oxuyur. Bu mahnının sədaları altında qızlar rəqs edirlər. Bu, 

Şahsənəmin hissləri ilə həmahəng olan səmimi, şairanə musiqidir. 

Şahsənəmin atası bağçaya gəlir. Qızının qəm-qüssəsi atanı 

məyus edir. Şahsənəm yuxusunu atasına danışır.  Şahsənəmin 

partiyasında qızın naməlum gəncə olan dərin hissini təsvir edən 

“Mirzə Hüseyn segahı” səslənir. 

Daha sonra səhnəyə qızlar gəlirlər. Onlar Şahsənəmin kədə-

rinin səbəbini soruşurlar. Atanın qəmli replikaları xor partiyası-

na qarışır. 

Pərdə Şahsənəmlə Qəribin görüş səhnəsi ilə başa çatır. Bura-

da baş qəhrəmanları səciyyələndirən əsas xüsusiyyətlər göstərilir 

və onların qarşılıqlı səmimi hissləri öz əksini tapır. Bu səhnənin 

əsas musiqi materialı qəhrəmanların ürək çırpıntılarını tərənnüm 

edən “Kürd-Şahnaz” muğamı (“Rast” muğamının bir bölməsi) 

üzərində qurulmuş dialoqdur. Dialoq səhnələri operada qəhrə-

manların obrazlarının musiqi ifadəliliyini daha da zənginləşdirir. 

İkinci pərdənin ikinci şəkli. Şahsənəmgilin bağçası. Şahvələdin 

adamları  Şahsənəmə elçi gəlirlər. “Eşitmişik, xacə, sənin qızın 



 

278


var” kişi xoru səslənir.  Şux və gümrah olan bu musiqi parçası 

elə bil ki, öz ağalarının adından danışan elçilərin özlərinə güvən-

diklərini ifadə edir. Burada bəstəkar Azərbaycan xalq mahnısı 

üçün səciyyəvi olan melodiyanın kulminasiya nöqtəsindən (bu 

halda “re”dən “Rast” muğamının tonika kvintası) “sol”ə  qədər 

enmsindən istifadə etmişdir. 

 

 

 



Bu fraqmentin özünəməxsus quruluşu diqqəti cəlb edir. O, 

iki hissəyə bölünür. Onlardan birincisi kuplet rolunu oynayır ki, 

o da öz növbəsində üç cümlədən ibarətdir. 

İkinci cümlə birincinin dəqiq təkrarıdır, üçüncü isə variant 

dəyişikliyinə  məruz qalan son iki motivə görə  əvvəlkilərdən 

fərqlənir. Musiqi onu lirikləşdirən yeni məqam tonallıq rənga-

rəngliyi əldə edir (axı söhbət gözəl Şahsənəm haqqında gedir).  

 

 



 


 

279 


Əsas motivin təkrarı prinsipinə əsaslanan belə quruluş melo-

diyaya qəti, əzmkar xarakter verir. 

Xorun ikinci hissəsi olan kuplet üçüncü cümlənin bitmiş “li-

rik” intonasiyalarından yaranır. Bu isə ona böyük bədii məna əhə-

miyyəti verir. Bu hissə aşıq musiqisi üçün səciyyəvi olan kaden-

siya oxuması ilə başa çatır. Qərib mövzusu nəqərat kimi səslənir.

 

 

 



 

 

Bu, həmçinin Şahsənəmin və ona məftun olmuş Şahvələdin 



təriflənməsi parçasının dramaturji əhəmiyyətini bir daha nəzərə 

çarpdırır. Şahsənəmin atası elçilərə razılıq verir. 

Onlardan sonra Qəribin anası və bacısı Şahsənəmə elçi gəlirlər. 

Qadın xoru kədərli  əhvali-ruhiyyəni dərinləşdirir, xahiş, həyəcan 

intonasiyaları hiss olunur. Əvvəlki xordan fərqli olaraq, bu fraq-

mentin musiqisi dərin ümidsizlik ifadə edir. Onun əsasını nalə into-

nasiyasında qurulmuş “Segah” məqamlı melodiya təşkil edir. 

 

 



 

Qərib öz sevgilisini görmək ümidilə bağçaya yol tapır, sevgi 

həsrəti ifadə edən “Bayatı-Şiraz” muğamını oxuyur. Şahsənəm 

rəfiqəsi Ağca qızla bağçada gəzərkən yuxuya getmiş Qəribi gö-




 

280


rür. Yuxudan ayılan Qərib dərdini sevgilisinə açır (Qəribin izti-

rab və kədərini ifadə edən “Bayatı-kürd” muğamı səslənir).

1

 Qə-


rib onun atasının istəyini yerinə yetirmək ücün uzaq ellərə yola 

düşəcəyini qıza söyləyir. 

Bu səhnə “Qarabağ  şikəstəsi” muğamında öz təcəsümünü 

tapmışdır (qəhrəmanların dialoq şəkilli dueti). 

Üçüncü pərdə, birinci şəkil. Qəribin Kür sahilindəki sadə evi. 

Şahsənəm hər gün buraya – sevgilisinin anası və bacısına baş çək-

məyə gəlir. Burada onu Şahvələd gözləyir. O, qəm-qüssə içərisində-

dir: gözəl Şahsənəmin razılığını almaq üçün o, çox gözləməli olmuş-

dur. Şahvələdin məhəbbəti “Bayatı-Şiraz” muğamı ilə ifadə olunur. 

Qızların “Bizim elimizdə yaz yağışı” mahnısı eşidilir. Şahsənəm 

də  qızlarla qayıqdadır. O, səadətini itirmişdir. Qəribin ölüm xəbəri 

qızı dərindən kədərləndirmişdir. Qəribin anası və bacısıyla birlikdə 

Şahsənəm də göz yaşları tökür (qızın ürəyindəki həyəcanı  təsvir 

edən “Şur” muğamı oxunur). Rəfiqələri onu sakitləşdirirlər (“Səbr et, 

Sənəm, sən ağlama” xoru). Musiqi öz ifadəliliyi, səmimiliyi, melo-

diyası ilə diqqəti cəlb edir. Demək olar ki, bütün lirik Azərbaycan 

xalq mahnıları kimi bu da “Segah” məqamında yazılmışdır. 

 

 



 

Burada bəstəkar sadə üçhissəli formadan bəhrələnmişdir. 

Onun əsasını mütənasib kvadrat şəkilli quruluş təşkil edir. Qeyd 

etməliyik ki, bu parça Azərbaycan bəstəkarlıq təcrübəsində uzun 

                                                 

1

 “Bayatı-kürd” – “Şur” muğamının bir bölməsidir. Çox vaxt müstəqil 



muğam kimi ifa olunur. 


Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə