298
yarışır, uzun və gərgin yarışdan sonra Aşıq Həsən qalıb çıxır.
Onun hamıdan üstün olması aydın görünür. Artıq Həsən öz qələ-
bəsini bayram etməyə hazırlaşdığı bir vaxtda isə xalq kütləsinin
içindən heç kimin tanımadığı bir gənc – Aşıq Qərib çıxır. O, cə-
sarətlə yarışa girir və qəribinə qalib gəlir. Xalq məharətli aşığı
tərifləyib mədh edir. Xan və onun əlaltıları isə əsəbiləşirlər: ta-
nınmış saray aşığına çatacaq mükafatı gənc bir aşıq qazandı. Xa-
nın qızı mükafatı Aşıq Qəribə verməkdən imtina edir.
Aşıq Qəribi sanki bədbəxtlik təqib edir: o, öz yerlisi olan ta-
cirdən öyrənir ki, əgər indi Şahsənəmi xilas etməsə, o, sevmədi-
yi Şahvələdə ərə getməyə məcbur olacaq. Lakin bir ölkədən baş-
qa ölkəyə belə böyük məsafəni Aşıq Qərib necə gedə bilər?
Gənc bir qədər bundan əvvəl onun sənətini tərənnüm edən dinlə-
yicilərinə müraciət edərək, kömək istəyir. Xalq aşığın qəminə
şərik çıxır və ona yel qanadlı bir at bağışlayır.
Üçüncü pərdə.
Şahsənəm taleyinə yazılan bütün kədərli hadisələri təmkinlə
qarşılayır. Aşıq Qəribdən heç bir xəbər yoxdur. Yeddi il olar ki,
atası onu Şahvələdlə evlənməyə məcbur edir. Yalnız qəlbində
yaşatdığı məhəbbət gənc qıza bütün çətinliklərə dözməyə kömək
edir. Taleyin sonuncu zərbəsindən Şahsənəm ruhdan düşür: Aşıq
Qəribin anası oğlunun öldüyünü xəbər verir, Güloğlan Qəribin
qanlı köynəyini gətirdikdən sonra hamı buna inanır. Dərd əlin-
dən üzülmüş qız huşunu itirir. Xəyalında onun gözü qarşısında
çayın axar suları, dağın başından köhlən atın belində süzərək
ona doğru gələn, əlində sazını tutmuş sevgilisi Aşıq Qərib görü-
nür. Şahsənəm onun sağ olduğuna inanır və əvvəlki kimi onu
gözləyir.
Dördüncü pərdə.
Qoyulan müddət bitir. Şərtləşdikləri kimi, bu gün Aşıq Qərib
Şahsənəmin dalınca gəlməsə, o, Şahvələdə ərə getməyə məcbur
olacaq. Toy məclisi başlayır. Qəm-kədər içində olan gəlini gəti-
rirlər. Bu zaman Aşıq Qəribin uzaqdan eşidilən səsi Şahsənəmə
ümid verir. Aşıq Qərib atın üstündə sevgilisinə yaxınlaşır. Gənc-
lərin məhəbbəti və sədaqəti qarşısında hamı baş əyir, həm Şah-
vələd, həm Bəhram bəy də bu sıradadır. Xalq cətin anda aşığa
299
sehrli at hədiyyə etməklə onu və sevgilisini xilas edir, bir-birinə
qovuşmalarına yardımçı olur, gənc qəhrəmanların məhəbbətini
alqışlayır.
Оpеranın musiqi mаtеriаlının əsаsını Аzərbаycаn хаlq musi-
qi nümunələri – mаhnı və rəqslər, аşıq hаvаlаrı, zərbi-muğаmlаr
təşkil еdir. Аzərbаycаn хаlq musiqisini öyrənmək məqsədilə
R.Qliyеr görkəmli хаnəndə Cаbbаr Qаryаğdıоğlu və tаrzən Qur-
bаn Pirimоvlа yахın ünsiyyətdə оlmuş və оnlаrın ifаsındаn оtu-
zа yахın nümunəni nоtа yаzаrаq, оpеrаdа istifаdə еtmişdir.
1920-30-cu illərdə Reynqold Qliyerə “Şahsənəm” operası
üzərində iş prosesində Azərbaycanın görkəmli sənətkarları – tar-
zən Qurban Pirimov və xanəndə Cabbar Qaryağdıoğlu yaxından
kömək etmiş, Azərbaycan xalq mahnı və təsniflərindən bəzi nü-
munələri bəstəkara öyrətmiş, onların nota salınmasında iştirak
etmiş, eyni zamanda, Azərbaycan musiqisinin zəngin xəzinəsi
haqqında məlumat vermişlər.
Ə.Bədəlbəylinin yazdığına görə, 1923-cü ildə görkəmli rus –
sovet bəstəkarı R.M.Qliyer “Şahsənəm” operasını bəstələmək
üçün Azərbaycana dəvət edildikdə onu Azərbaycan musiqisinin
xüsusiyyətləri və ayrı-ayrı nümunələri ilə tanış etmək və onu
operası üçün lazımi melodik materiallarla təmin etmək məqsədi-
lə, Cabbar Qaryağdıoğlu ilə Qurban Pirimov bəstəkara təhkim
olunurlar.
К.Qliyer “Şahsənəm” operasının necə bəstələndiyi haqqında
məqaləsində bununla bağlı olaraq yazırdı: “Xalq şeriyyətinin tü-
kənməz mənbəyini və zəngin xəzinəsinin qapısını qarşımda tay-
batay açan mənim müəllimlərim: qocaman xalq müğənnisi Cab-
bar Qaryağdıoğlu ilə tarzən Qurban Pirimov olmuşlar”
1
.
Еlmi ədəbiyyаtdа R.Qliyеrin “Şаhsənəm” оpеrаsındа 30-а yа-
хın xalq melodiyasının istifаdə оlunduğu göstərilir. İnfоrmаtоrlаr
arasında Cabbar Qaryağdıoğlu və Qurban Pirimovlа yаnаşı, opera
müğənnisi Şövkət Məmmədovanın, operanın libretto müəllifi, dra-
maturq Cəfər Cabbarlının, həmçinin konservatoriyanın professoru
1
Глиэр Р.М. Творческий синтез. Газета “Советская литература”, № 4,
1936 г.
300
B.Karaqiçevin də аdı çəkilir, оnlаrın bəstəkаrа vеrdiyi nümunələrin
аdı göstərilir, xalq mahnı, instrumental rəng və rəqs melodiyaları-
nın hansı mənbədən alındığı və operanın hansı hissəsində işlənildi-
yi, kimin tərəfindən ifa edildiyi qeyd olunur
1
.
N.Mehdiyevanın məlumatında 28 xalq melodiyasının siyahısı
verilmişdir. Onların arasında opera müğənnisi Şövkət Məmmə-
dovanın iki türk xalq mahnısını, operanın libretto müəllifi, dra-
maturq Cəfər Cabbarlının – iki türk xalq mahnısını, həmçinin kon-
servatoriyanın professoru B.Karaqiçevin bir Azərbaycan xalq
mahnısını bəstəkara verdiyi göstərilir. Siyahıdakı digər xalq mah-
nılarının, instrumental rəng və rəqs melodiyalarının Cabbar Qar-
yağdıoğlu və Qurban Primov tərəfindən ifa edildiyi qeyd olunur
2
.
Siyahıdakı musiqi nümunələri arasında “Naxçıvanda”, “Qa-
dan alım ay alagöz”, “Bəli, bəli can”, “Onu demə zalım yar”
xalq mahnıları və təsniflərlə yanaşı, “Hüseyni” rənginin, “Qara-
bağ şikəstəsi” instrumental melodiyasının, “Çahargah” muğamı-
nın melodiyasının, “Arazbarı” zərbi-muğamının mövzusunun,
“Ənzəli” Azərbaycan xalq rəqsinin, “Dərin bahar” fars xalq
mahnısının, asıqların yarışmasının əsasını təşkil edən “Kərəmi”
havasının adı çəkilir.
N.Mehdiyeva Qurban Pirimovun tarda ifasından dörd melodiya-
nın yazıldığını göstərir: fars xalq mahnısı “Dərin bahar”, “Ənzəli”
rəqsi, “Arazbarı” instrumental melodiyası, “Kərəmi” aşıq havası
3
.
Beləliklə, “Şahsənəm” operasında yer almış “Şikəstə”,
“Arazbarı” melodiyalarının, bir sıra təsnif, rəqs və xalq mahnıla-
rının, habelə “Aşıqların yarışı” səhnəsindəki melodiyaların rus
bəstəkarı üçün məhz Qurban Pirimovun öz ifasında nümayiş et-
dirməsi diqqətəlayiqdir.
Bu barədə Ə.Bədəlbəylinin qeydləri də maraq doğurur. O,
göstərir ki, xüsusilə 1933-cü ildə Qliyer öz operasının ikinci re-
daksiyası üzərində işlərkən, libretto müəllifi Cəfər Cabbarlının
tövsiyəsi üzrə, ikinci pərdədəki “Aşıqların yarışı” səhnəsini ta-
1
Мехтиева Н. Опера “Шахсенем” Р.Глиэра. Ученые записки АГК
им. Уз. Гаджибекова, Баку, 1974, № 2. с. 3-4.
2
Yenə orada.
3
Yenə orada.
Dostları ilə paylaş: |