Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə98/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   94   95   96   97   98   99   100   101   ...   168

 

330


qiqdir, üçhissəlidir. Halbuki, çox zaman A.Zeynallının romans-

larında melodiyanın imporvizasiyalı əsası əsərin strukturuna da 

təsir edir, qeyri-müəyyənliyi yarıb forma yaradır. 

 

Muğamsayağı 

 

 

 

 



 

331 


 

 

Aydın forması ilə, Zeynallının digər əsərləri ilə müqayisədə 



mürəkkəbləşdirilən, maraqlı harmonik komplekslər və melodik 

xətlərlə xarakterizə olunan kamera ansamblı üçün yazılmış 

“Laylay” pyesi də diqqəti çəkir. 

Artıq pyesin əvvəli eyni janrlı  əsərlərdən fərqlənir, belə ki, 

burada ilk söz əsas mövzunu ifa edən skripkaya məxsusdur. 

Aramlı melodiya pyesin adına cavab verir. Xüsusilə də fortepia-

no partiyasının girişi zamanı bu özünü bariz şəkildə göstərir. 

Fortepianonun klaviaturasının böyük kəsiyini əhatə edən dalğa-

lanan fakturası melodiya ilə uzlaşır, sanki onun içində həll olur. 

(Bu fon K.Debyussinin bəzi peyzaj pyeslərini xatırladır). Maraq-

lıdır ki, ikinci təkrarda fonun ritmi dəyişir (müntəzəm səkkizlik-

lərin yerinə, 2 onaltılıq və  səkkizlik), baxmayaraq ki, melodik 

əsas  əvvəlki tək qalır və bununla da variasiya dəyişiklikləri tə-

səvvürü yaranır. Harmoniyadakı plaqallıq pyesə həzinlik, rəng-

lər pastelliyi, bir qədər soyuqluq verir. Pyesin oynaq orta hissəsi 

qəfil sayrışan xəyallar kimi bir qədər həyəcanlı  səslənir. Belə 

əhval-ruhiyyəsinin yaranmasına, baslarda verilən xalis onaltı-

lıqlardan başqa, həm də melodiyadakı, skripka partiyasındakı 

üçton hərəkətləri, həmçinin əvvəllər də olduğu kimi, natural VII

 

pillə ilə yanaşı  D



9

-un da meydana çıxdığı e-moll tonallığına 

modulyasiyaya şərait yaradır. Tempin, ritmin tədricən aşağı dü-

şüb, yavaşıması, dolğun akkordların daha sadələrinə keşməsi 

başlanğıc mövzuya gətirib çıxarır. Modulyasiya məqamı da diq-

qəti çəkir. 




 

332


Bəstəkarın “Laylay” əsərində yeni keyfiyyətlər sezilir: gah 

parlaq, koloritli, tərəflərlə sanki od saçan, gah da üstüörtülü işıq 

zolaqları kimi sayrışan harmonik rənglər yaranır. 

A.Zeynallının instrumental əsərlərində vokal əsərlərində ol-

duğu kimi, improvizasiya ilə kantilenanın üzvi bağlılığı, milli 

məzmunla ənənəvi formanın sintezi əsas şərtdir.  

 



 

333 


 

 

IV  fəsil 

 

Simfonik əsərləri 

 

Azərbaycan simfonik musiqisinin təşəkkülü və inkişafında 



xüsusi  əhəmiyyətə malik olan Asəf Zeynallı yaradıcılığının  ən 

böyük əsəri “Fraqmentlər” əsəridir. 

Bu  əsərdə Azərbaycanda simfonik musiqinin ilk rüşeymləri 

üzə çıxmışdır. “Fraqmentlər” giriş və yeddi hissədən ibarət süi-

tadır ki, bəstəkarın Bakı teatrlarında gedən dramatik tamaşalara 

yazdığı musiqi əsasında tərtib edilib.    

Sərbəst formada yazılmış süita bağlayıcı hissələri olmayan 

təzadlı bölmələrdən ibarətdir. Lakin bəstəkar simfonik musiqini 

dərindən dərk edən məzmunu vahid xəttinə malik olan, qurulu-

şun tamlığı ilə fərqlənən iri əsər yaratmağa müvəffəq olmuşdur. 

Parlaq obrazlılıq, təsvirilik, harmonik çalarların parlaqlığı 

“Fraqmentlər”in səciyyəvi xüsusiyyətləridir. Süitanı çox möhtə-

şəm, hətta bir qədər tutqun intonasiyalı, sanki əsərin məqsədini 

qabaqlayan

 giriş açır. Simli və aşağı ağac və mis nəfəs alətləri-



ninin ağır girişini ağac-nəfəs alətlər qrupunun bir qədər kədərli 

intonasiyaları  əvəzləyir. Giriş bütün əsərin ideyasının bir növ 

ümumiləşdirilmiş ifadəsidir. 

 

 



 

İlk fraqmentin dəqiq ritmi, səlis yerişi tamamilə təzadlı mən-

zərə yaradır: tədricən, uzaqdan başlanan, bir qədər xəlvəti yürüş 

                                                 

 Zeynallının “Fraqmentlər”inin musiqisində istifadə etdiyi pyeslərin 



böyük qismi dramatik, bəzən hətta faciəvi məzmundadır. 


 

334


(“Hindistan qızı” pyesindən olan “Məbədə yürüş” bölməsi də 

elə bu cür adlanır). Əlvan obrazlara malik olan bütün bu epizod 

musiqidə maraqlı ifadə vasitələri ilə verilmişdir. İlk baxışdan elə 

görünür ki, parça polifonik üslubda yazılmışdır, amma əslində 

aşağı registrdə gedən mövzu birsəslidir, sonra fleytalara keçir, 

skripka və klarnetin partiyalarında səslənir, tədricən digər alət-

lərə  də  əlavə edilir. Bu mövzu orkestrin müxtəlif qruplarında 

tez-tez eşidilir ki, elə bu səsləşmə  də polifonik ifadə  təəssüratı 

yaradır.  

 

 



Növbəti fraqment “Rast” məqamında kiçik oxuma ilə başla-

yır, ondan sonra sinkopalı ritm üzərində  əsas mövzuya gətirib 

çıxaran tədrici güclənmə, gərginləşmə epizodu gəlir (müəllifin 

işarəsi Poco a poco acelerando). Bütün bu parça genişləndiril-

miş, dramatizm dolu giriş kimi qəbul olunur. Əsas mövzu kul-

minasiya anında melodiyanın vüsətini, onun dinamizmini daha 

çox vurğulamaqla, Largo tempində və yüksək registrdə səslənir. 

Girişdə tədricən alətlər əlavə olunur və mövzudan əvvəl orkestr 

tutti-si səslənir. Mövzu skripkalarda keçir, ona klarnetin ifasında 

melodiya cavab verir (əsas mövzunun variantı). 

 

 



 

335 


Çox zərif melodiyanın əksinə olaraq parlaq obrazlı, iti ritmli, 

qrotesk çalarlara malik kövrək növbəti fraqment (“Qəzəb” pye-

sindən) səslənir.  

 

 



 

Birdən qopan sərt külək (beşinci fraqment “Nord”, A.Kirşo-

nun “Şimal küləyi” pyesindən) sanki qəmli musiqini öz qanadla-

rına alır və uzaqlara aparır, lakin o, uzaqlarda itir, külək isə təd-

ricən qəddarcasına çalarlar alaraq yenə  də  şiddətlənir.  Şəffaf 

fakturadan, qoboyun əvvəlki parçadakı  tək ifasından sonra, or-

kestrin çoxsaylı alətləri sürüşkən xromatizmlərlə F səslənməsin-

də bu fraqmenti ifa edirlər.  

Ziddiyətli bölmələrin növbələşməsinə baxmayaraq, hər halda 

ümumi kulminasiyanı bu bölmə yerinə yetirir, bununla da əsərin 

parçaları birləşdirilir, kompozisiyanın bütövlüyü təmin edilir.  

Güclü gərginlik tədricən zəifləyir. Gözəl xalq mahnısı (“Şə-

bi-hicran”, “Yanğın” pyesi) şəfəq saçan işıq, aydınlıq, fərəh ifa-

də edir. Fleytanın valehedici səsləri təbiətin gözəlliyini vəsf edir.  

 

 

 



“Fraqmentlər” yenə  də “Taxıldöyən” (“Qəzəb”) adlı  təsviri 

səhnə ilə başa çatır. Həqiqətən də, taxıldöyənin səsi çox uğurla 

canlandırılmışdır, lakin səsin tədricən artması, orkestrə alətlərin 

əlavə edilməsi, orkestrin tam heyətinin səslənməsi tədricən final, 

koda xarakteri alır. Bu, bütün ona xas olan xüsusiyyətləri özün-

də ehtiva edən həqiqi kodadır.  

“Fraqmentlər” üçün səciyyəvi olan nədir? 



Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə