Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə97/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   93   94   95   96   97   98   99   100   ...   168

 

322


 

 

 




 

323 


 

 

 



Əksinə, “Sual”, “Ölkəm” və “Seyran” romanslarında A.Zey-

nallı deklomasiya ilə mahnıvariliyin təkrarolunmaz sintezinə na-

il olmuşdur.  

Belə ki, bu əsərlərdə yer alan deklomasiya və ariozo tipli 

mahnıvarilik Azərbaycan xalq musiqisinin improvizasiya xüsu-

siyyətləri ilə  sıx bağlı olub, milli ruhda qələmə alınmışdır. Bu 

əsərlər gənc bəstəkarın böyük nailiyyəti və xidmətidir. 

 



 

324


 

 

A.Zeynallı yaradıcılığının  əsas səciyyəvi xüsusiyyəti Azər-



baycan məqamlarından istifadənin özünəməxsusluğudur. Bəstə-

karın ən yaxşı romanslarında (“Sual”, “Ölkəm”) melodiya bu və 

ya digər məqam vurğulamadan bir məqamdan digərinə çox rahat 

keçir. Bütün bunlar da Azərbaycanda ilk dəfə Asəf Zeynallı ya-

radıcılığında meydana çıxan romans janrını formalaşdırmışdır. 

Vokal əsərlərdə heç də az əhəmiyyətli olmayan yer fortepia-

no müşayiətinə  məxsusdur. Bu, təkcə  əlavə, akkomponement 

vəzifəsi daşımır, çox zaman müstəqil olaraq, hətta romansda 

aparıcı başlanğıc olur. Məsələn, “Çadra”nın böyük fortepiano 

girişində həzin, kədərli intonasiyaları romansın əsas əhval-ruhiy-

yəsinə kökləyir. Bundan başqa, adı çəkilən romansın orta hissə-

sində maraqlı instrumental epizod keçir; bu epizod qəhrəmanın 

müraciəti intensiv inkişaf edən fortepiano partiyası ilə müşayiət 

olunur (oxşar epizoda “Sərhədçi” romansında da rast gəlinir). 

Bəstəkarın vokal əsərlərində fortepiano girişi də çox vacib mə-

qamdır. Bu, giriş sanki özündə  əsərin  ən  əsas məğzini ehtiva 

edir, toplayıcı xarakter daşıyır, lap əvvəldən dinləyiciyə roman-

sın əsas ideyasını açır, ona məxsus kolorit yaradır, əsas intonasi-

ya, melodik-harmonik, metro-ritmik əsası, strukturu üzə çıxarır. 

Bu, təsadüfi deyil: bəstəkar fortepianonun geniş perspektivlərini 

anlayırdı  və ondan, həqiqi geniş potensial imkanlarını açaraq 

sənətkarcasına istifadə etmişdir. 




 

325 


Beləliklə, A.Zeynallı  nəinki Azərbaycanda romans janrının 

əsasını qoydu, həm də onun başlıca konturlarını  cızdı.  İlk dəfə 

olaraq milli məzmunlu melodiyanın məqam xüsusiyyətlərini 

major-minor sistemi ilə, ümumi qəbul olunmuş forma ilə sintez-

ləşdirdi, gələcək bəstəkarlar nəsli üçün yol açdı. 

 

 




 

326


 

 

III  fəsil  

 

Kamera əsərləri 

 

Asəf Zeynallının yaradıcılıq simasının səciyyəvi cizgiləri 



təkcə onun fəaliyyətinin vacib və  ən yaxşı sahəsi olan vokal 

əsərlərində deyil, onun üslubunun əsas təmayüllərini üzə çıxaran 

kamera əsərlərində də özünü göstərir. 

A.Zeynallının kamera əsərləri janr özünəməxsusluğu baxı-

mından bir-birindən fərqlənir: “Uşaq süita”sı, fortepiano üçün 

fuqa və pyeslərlə yanaşı, bəstəkar kamera ansamblları üçün də 

musiqi yazıb: “Muğamsayağı”, skripka və fortepiano üçün 

“Layla”, iki violonçel və fortepiano üçün “Qoyunlar”.  

Bu janrın vacibliyi barədə görkəmli rus bəstəkarı A.P.Boro-

din demişdir: - Mən tam əminəm ki, kamera musiqisi musiqi 

zövqünün və anlayışının inkişafı üçün ən güclü vasitələrdən biridir.

 

Zərif zövq və müstəsna “ölçü” hissi A.Zeynallının ən yaxşı 



kamera  əsərlərinin  əsasını  təşkil edən başlıca amillərdir. Məsə-

lən, “Layla”da, temperamentli “Muqamsayağı” pyesində olduğu 

kimi və s. Bunlar özündə sadə “Uşaq pyesi”ndən tutmuş polifo-

nik forma-fuqaya qədər bütün mürəkkəb ifa tərzlərini ehtiva 

edir. 

“Uşaq süit”asının hər pyesi – uşaqların həyatından bir səhnə-



dir. Burada təsvirlilik böyük rol oynayır (“Kuklaların yürüşü”, 

“Deyişmə”). 



 

Kuklaların yürüşü 

 

 


 

327 


 

 

Bununla yanaşı, bəstəkar təkcə  uşağın psixologiyasını anla-



mağa, onun fantaziyasına daxil olmağa çalışmır, həm də onu 

dərk edir. Bu pyeslər uşaqlar, kiçik ifaçılar üçün anlaşıqlıdır, ən 

çox onların imkanları nəzərə alınmışdır.  

 

Deyişmə 



 

 

 




 

328


A.Zeynallı öz yaradıcılığında Azərbaycan məqamlarına isti-

nad etmişdir, amma yanlış təcrübə mənasında yox, o, bəzən mə-

qamların adlarından və bölmələrindən çıxış edərək öz bəstələri-

nə adlar verirdi, məsələn, “Şikəstə”, “Muğamsayağı”. Fortepia-

no pyeslərindən birini A.Zeynallı elə “Çahargah” adlandırmış-

dır. Onda mövzuya iradəli, marş xarakteri verən “Çahargah” mə-

qamının intonasiyalarından istifadə olunmuşdur. Pyesin çox sa-

də  və aydın strukturuna, qeyri-mürəkkəb faktura və harmonik 

xüsusiyyətlərinə baxmayaraq, o, fortepiano məktəbinin repertua-

rını zənginləşdirmişdir.  

 

 

Çahargah 

 

 

 



 


 

329 


 

 

 



Bu barədə A.Zeynallının fuqalarına istinadən də danışmaq 

olar. Bəstəkar tərəfindən doqquz fuqa yazılmışdır. Lakin onlar-

dan yüksək peşəkarlılığı, polifonik üsullarından istifadə bacarığı 

ilə fərqlənən yalnız ikisi çap olunmuşdur.  

1-ci fuqa aramlı, həzin xalq mövzusu olan “Qoyunlar” (bəstə-

karın çox sevdiyi mahnı, o, həmin mahnıdan həmçinin “Uşaq süi-

tası”nda və kamera ansamblı üçün əsərlərində həmişə eyni ad al-

tında istifadə etmişdir) əsasında yazılmışdır. Bu, Azərbaycan xalq 

melodiyasının polifonik formada istıfadəsinin ilk nümunəsidir.  

İkinci fuqada cəld templi Bax fuqalarının təsiri hiss olunur. 

Bu hər şeydən əvvəl fuqanın canlı, oynaq musiqisində müşahidə 

edilir.  

A.Zeynallının kamera-instrumental əsərləri arasında Azər-

baycan məqamlarının improvizə üslubunda yazılan skripka və 

fortepiano üçün “Muğam sayağı” pyesi seçilir. Lakonik forma, 

ahəngdar harmonik çalarlar, incə, nəşəli, bir qədər təhriklə dolu 

melodiya-bəstənin səciyyəvi əlamətləri bunlardır. Lakin, bundan 

başqa, pyesdə daha bir maraqlı detal vardır;  əsərin melodiya-

sının improvizasiyaya əsaslanmasına baxmayaraq, forması  də-



Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə