Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə105/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   101   102   103   104   105   106   107   108   ...   168

 

356


Məlum olduğu kimi, 20-ci illərdə Azərbaycan ictimaiyyətini 

yeni sosial-ictimai şəraitdə milli incəsənətin inkişaf problemləri 

narahat edirdi. O dövrdə professional musiqi yalnız Ü.Hacıbəyli, 

Z.Hacıbəyov, M.Maqomayevin ilk operaları ilə təmsil olunduğu 

üçün təbiidir ki, mübahisə  və müzakirələrdə  iştirak edənlərin 

bir-birinə tamamilə zidd fikirləri opera sənəti ətrafında cəmləş-

mişdi. Müzakirələrin bütün materialları qəzet və jurnal səhifələ-

rində çap olunurdu (1924-cü ildə “Kommunist” və 1928-ci ildə 

“Bakinski raboçi” qəzetlərində). Musiqi sənətinin inkişaf yolları 

barədə mübahisə-müzakirələrdə Ü.Hacıbəyli, M.Maqomayev, 

Xalq Maarif naziri Mustafa Quliyev (Samit təxəllüsü altında çap 

olunan) və bir çox başqaları iştirak edirdilər. 

Publisist fəaliyyətinə yenicə başlamış  Ə.Bədəlbəyli də bu 

qızğın mübahisələrin iştirakçılarına qoşuldu

1

.  


1924-cü ildə “Kommunist” qəzetinin səhifələrində musiqiçi-

nin ictimaiyyətin diqqətini cəlb edən ilk məqalələrindən biri 

olan “Türk musiqisi və operası barədə” çap olundu. Ə.Bədəlbəy-

linin dövri mətbuatda çoxillik fəaliyyətinin başlanğıcı bu məqalə 

ilə qoyuldu. 

Ü.Hacıbəyli, M.Maqomayev kimi, onu da o illərdə çoxsaylı 

mübahisə və müzakirələrdə toxunulmuş milli incəsənətin inkişaf 

yollarının seçilməsi barədə  məsələlər narahat edirdi. Mütərəqqi 

incəsənət xadimləri qarşısında duran bu mühüm problem bir sıra 

digər zəruri məsələlərə də toxunurdu. Doğma incəsənətin taleyi-

nə ürəyi yanan musiqi xadimləri onlara biganə qala bilməzdi. 

Müzakirələrdə qaldırılan mühüm məsələlərdən biri də ifaçılıqda 

xalq aləti tarın rolu idi. “Tar üzərində hökm” məqaləsində Əfra-

siyab Bədəlbəyli Üzeyir Hacıbəylinin bu alətin bərpası barədə 

fikrini cəsarətlə müdafiə edərək, tarın milli ifaçılıq (instrumental) 

musiqisində mühüm rolunu qeyd etmişdir. Bu barədə Üzeyir 

Hacıbəyli də  dəfələrlə danışmışdı. Milli professional musiqinin 

sonrakı illərdə inkişafı mütərəqqi xadimlərin musiqi sənəti prob-

lemləri barədə mülahizələrinin doğru olduğunu sübut etdi və bir 

                                                 

1

  Təhsil illərində  Ə.Bədəlbəyli “Kommunist” qəzeti (azərb. dilində) re-



daksiyasında tərcüməçi işləyirdi. Ə.Bədəlbəyli “Azərbaycan bəstəkarları” ki-

tabında I c., İşıq, Bakı, 1986.  




 

357 


sıra simfonik əsərlərin partituralarının tərkibində getdikcə daha 

böyük  əhəmiyyət kəsb edən xalq çalğı aləti tarın  əhəmiyyətini 

təsdiq etdi.  

Humanitar elmlərə meyil Əfrasiyab Bədəlbəylini Azərbay-

can Dövlət Universitetinin şərq fakültəsinin dilçilik şöbəsinə gə-

tirib çıxardı. O, 1924-cü ildə ora daxil olmuş  və 1930-cu ildə 

oranı bitirmişdir. Elə həmin illərdə o, eyni zamanda musiqi mək-

təbində oxuyur, öz musiqi təhsilini davam etdirirdi. Beləliklə, 

bütün təhsil illərində və əmək fəaliyyətinin başlanğıcında Əfra-

siyab Bədəlbəyli musiqi, teatr və  ədəbiyyatla məşğul olurdu. 

Daim oxuduğu kitablar, müstəqil surətdə öz üzərində çalışması 

gənc Əfrasiyabın dünyagörüşünü genişləndirirdi.  

Türk musiqi məktəbində təhsil alarkən Ə. Bədəlbəyli, şagirdlə-

rin öz gücüylə hazırladıqları “Arşın mal alan” operettasının tamaşa-

sında iştirak edirdi. Bu dövrdə o, konsertmeyster kimi xalq çalğı 

alətləri ansamblı ilə Moskva və Minskdə qastrol səfərlərində ol-

muşdur. Universitetdə təhsil alarkən Ə.Bədəlbəyli C.Cabbarlı pyes-

lərinin tamaşaya qoyulduğu dram dərnəyində  fəal iştirak edirdi. 

Bəstəkar burada yazıçı ilə tanış oldu, tanışlıq tezliklə onların yara-

dıcılıq fəaliyyətində müəyyən rol oynayıb möhkəm dostluğa çevril-

di. Bəstəkarın diqqətini cəlb edən C.Cabbarlı pyesləri onu bu pyes-

lərə musiqi yazmağa həvəsləndirdi.  Ə.Bədəlbəyli Azərbaycan 

dram teatrında musiqi bölməsinin müdiri işləyirdi. Yazıçının yara-

dıcılığı Ə.Bədəlbəyliyə bir musiqiçi, incəsənət xadimi kimi böyük 

təsir göstərmişdi. Müxtəlif illərdə Ə.Bədəlbəyli “Od gəlini” (1927), 

“Sevil” (1928), “Almaz” (1929), “1905-ci il” (1931), “Aydın” və b. 

pyeslərinin tamaşalarına musiqi yazır. O, həmçinin H.Cavidin “Si-

yavuş” pyesinə (1932) də musiqi bəstələyir.  

Məlum olduğu kimi, o zaman dram teatrında pyesləri tama-

şaya qoyarkən musiqi montajı, yaxud folklor materialı ilə məh-

dudlaşırdılar. Musiqi montajının müəllifləri isə çox vaxt musiqi-

yə, bəstəkarlıq fəaliyyətinə heç bir dəxli olmayan “musiqi böl-

məsinin müdirləri” olurdular. 

1928-ci ildə C.Cabbarlının “Od gəlini” pyesi tamaşaya qo-

yuldu. Teatr afişalarında, müəllifin, səhnə quruluşçusunun adları 

ilə yanaşı, ilk dəfə bəstəkar Əfrasiyab Bədəlbəylinin adı da var 




 

358


idi. Pyesə yazılan musiqi tamaşaçıların diqqətini cəlb etdi və o, 

məşhurlaşdı

1

. Ə.Bədəlbəylinin Azərbaycan dram teatrı üçün ya-



ratdığı musiqinin fərqləndirici xüsusiyyəti pyesin ideyası ilə bə-

dii vəhdətdə olması idi və ona görə də böyük uğur qazanmışdı. 

O, bu və ya digər  əsərin ideya-bədii məsələlərinin açılmasında 

dramaturq, tərtibatçı və ifaçıların müttəfiqi olaraq tamaşanı zən-

ginləşdirdi. O, melodikliyi ilə fərqlənirdi”

2



Tamaşalarda xalq musiqi janrlarından geniş istifadə olun-

muşdur. Məsələn, “Od gəlini” pyesinə “Heyratı” (döyüş səhnəsi-

nə) və bəzi səhnələrə “azan” daxil edilmişdi. 

Qadın qəhrəmanın  əsas xasiyyətnaməsini verən mahnının 

musiqi tərtibatına daxil edilməsi uğurlu təcrübə oldu. Tamaşa-

larda səslənən və portret səciyyəsi daşıyan belə mahnılar sonra-

lar populyarlaşdı və pyesdən kənarda ifa olunmağa başladı. “Od 

gəlini” pyesinin tamaşasından sonra əsərin qəhrəmanı Solmazın 

mahnısı, “1905-ci il” pyesindən Sonanın mahnısı da populyar-

laşmışdı və s. 

40-cı illərdə  Əfrasiyab Bədəlbəyli S.Vurğunun “Fərhad və 

Şirin”, M.İbrahimovun “Xanlar” pyeslərinə musiqi yazmışdır. 

Əsərlər dram teatrında tamaşaya qoyuldu və uğur qazandı. 

C.Cabbarlı ilə ünsiyyətdə olduğu üçün Ə.Bədəlbəyli, təbii ki, 

onun “Qız qalası” poeması ilə tanış idi. Ola bilər ki, C.Cabbar-

lının Qala barədə  əfsanəni tamaşaçılara romantikcəsinə  təqdim 

edən bu əsəri bəstəkarı maraqlandırmış və onda əfsanəni, dəniz 

kənarındakı Qalaya öz adını vermiş qızın taleyini bir daha mu-

siqidə dünyaya xatırlatmaq istəyi oyatmışdı. 

M.F.Axundov adına Azərbaycan dövlət opera və balet teat-

rında 1930-cu ildə musiqi rəhbəri işləməsi onun üçün yaxşı diri-

                                                 

1

 Pyesdə Azərbaycan xalqının ərəb işğalçılarına qarşı mübarizəsinin tari-



xi dövrü (XI əsr) əhatə olunur. Xalq arasından çıxmış qəhrəman Elxan (Ba-

bək) mübarizəyə rəhbərlik edir, ancaq məğlub olur və edam edilir. Ancaq El-

xanın müqavimət  əzmi, azadlıq ideyasına inamı  və  sədaqəti insanı heyran 

edir. Pyesin tamaşasının əsas vəzifəsi yazıçı ideyasını tamaşaçılara inandırıcı 

surətdə çatdırmaq idi. “Od gəlini” pyesindən başlamış yaradıcılıq əməkdaşlı-

ğı sonralar da davam etdi. Ə.Bədəlbəylinin pyesdəki yaradıcılıq tapıntıları 

onun sonrakı işlərində də uğur qazandı.  

2

 Azərbaycan bəstəkarları. I cild, 1986, s. 206. 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə