Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə103/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   99   100   101   102   103   104   105   106   ...   168

 

349 


Ənənəvi musiqinin fəal inkişafının onun nəzəri cəhətdən 

qavranılmasına ehtiyacı var idi. Beləliklə, 1932-ci ildə Azərbay-

can Dövlət Konservatoriyası  nəzdində Xalq musiqisinin elmi-

tədqiqat kabineti (NİKMUZ) yaradıldı. Onun rəhbəri müğənni 

Bülbül Məmmədov oldu. Konservatoriyanın  şərq bölməsinin 

ideya rəhbəri isə Üzeyir Hacıbəyli idi. O, bəstəkarların böyü-

məkdə olan nəsli üçün dərin folklor biliklərinin zəruri olduğuna 

əmin idi. Azərbaycan rayonlarına çoxsaylı folklor ekspedisiyala-

rı dövlət tərəfindən folklorun toplanması  və sonrakı inkişafı 

məqsədilə maliyyələşdirilirdi. 1936-cı ildə Tofiq Quliyevin “Rast” 

və “Zabul Segah”, Zakir Bağırovun “Dügah”, Niyazinin “Şur” 

muğamlarının bir parçası Q.Qarayevin yazısında SSRİ xalq-

larının musiqi tarixi üzrə oçerklərində tanınmış sovet tədqiqat-

çısı V.Belyayev tərəfindən çap olunmuşdu.  

Demək olar ki, milli incəsənətin əsas xətti Şərqlə Qərb ənə-

nələrinin Azərbaycan bəstəkarlıq məktəbinin özünəməxsusluğu-

nu müəyyən edən qarşılıqlı təsirinə istiqamətlənmişdi.  

30-cu illərin Azərbaycan bəstəkarlıq məktəbinin janr palitra-

sı, hər  şeydən  əvvəl, operanın inkişafında böyük nailiyyətlərlə 

səciyyələnir. Bu, bir tərəfdən, dövlət tərəfindən inqilabi mövzu-

lara həsr olunmuş böyük əsərlərin yaradılmasına təşviq, digər tə-

rəfdən, özlərini artıq muğam operalarında sınaqdan çıxarmış və 

Avropa nümunələri  əsasında mükəmməl böyük operalar yarat-

mağı qarşılarına məqsəd qoymuş bəstəkarların yaradıcılıq axta-

rışları ilə izah olunur. 1934-cü ildə opera teatrının səhnəsində 

Azərbaycan dilində tamaşaya qoyulmuş librettosu Cəfər Cabbar-

lı  tərəfindən yenidən işləmiş R.Qliyerin “Şahsənəm” operası 

(ikinci redaksiya) buna bir səbəb oldu. Azərbaycan folkloru əsa-

sında rus şərq operaları nümunəsi üzrə yaradılmış bu opera 

Azərbaycan melodiya və  məqamlarının istifadə olunduğu ilk 

Avropa operası oldu.  

M.Maqomayev və Ü.Hacıbəyli tərəfindən ilk Avropa opera-

larının milli dildə yaradılması tarixi əhəmiyyətli hadisə idi. Və 

əgər Maqomayevin “Nərgiz” operası (1935) ümumavropa opera 

texnikasının nümayiş etdirildiyi ilk nümunə kimi maraq kəsb 

edirsə, Hacıbəylinin “Koroğlu” operası ən yaxşı opera dramatur-




 

350


giyası ilə Avropa ənənələrinin milli intonasiya və musiqi materia-

lının təşkili prinsiplərini üzvi surətdə birləşdirən misilsiz nümunə-

si olaraq qalır. Bu opera ifaçılıq sənəti qarşısında müvafiq vəzi-

fələr qoyurdu, belə ki, iki oxu üslubunda: həm opera, həm də mil-

li-xalq üslubunda eyni dərəcədə yaxşı müğənnilər tələb olunurdu. 

Belə ifaçılar Bülbül, H.Hacıbababəyov, Ş.Məmmədova idi.  

O illərdə konservatoriyada təhsil alan bəstəkarların yaradıcı-

lığı simfonik musiqi yaratmağa yönəlmişdi. Bu, əsasən süita 

janrlarıdır. Onlarda milli material Avropa orkestr yazısı texnika-

sı vasitəsilə  işlənirdi. Belə  əsərlərə Niyazinin “Zaqatala süita-

sı”nı (1935), Cövdət Hacıyevin, “Azərbaycan süitası”nı (1936) 

aid etmək olar. O dövr üçün simfonik poema janrına müraciət 

səciyyəvi idi, məsələn, Cövdət Hacıyevin “Sibir mədənlərinin 

dərinliyində” simfonik poeması. 

Əsasını A.Zeynallının qoyduğu kamera instrumental janrlar 

inkişaf edirdi. Sözlə bilavasitə əlaqəsi olmayan ilk instrumental 

musiqi nümunələri qavrayış üçün vokal nümunələrdən daha mü-

rəkkəb idi. Bəstəkarlar mahnı mövzularının səsləndiyi, janr-şəkil 

obrazlarının açıldığı müəyyən proqram istiqamətli əsərlər yara-

darkən həssaslıq nümayiş etdirirdilər.  

O dövrün mədəni həyatında Ü.Hacıbəylinin ilk musiqili ko-

mediyalarının yaradıldığı vaxtdan etibarən operetta janrı xüsusi 

yer tutur. Məhz onun rəhbərliyi sayəsində bu janr asan görünən 

ictimai məna kəsb edir. 30-cu illərdə isə bayrağında “keçmişin 

qalıqları ilə mübarizə” yazılmış sovet dövründə bu ictimai prob-

lemə müraciət aktuallaşdı. 30-cu illərdə yazılmış operettalar ara-

sında Səid Rüstəmovun “Beş manatlıq gəlin” (1939), “Durna” 

(1940), S.Hacıbəyovun “Qızıl gül” (1940) operettalarını göstər-

mək olar. 

Bu illərdə respublikada yazıçılar (1934), bəstəkarlar (1934), 

rəssamlar (1934) ittifaqları yaradıldı. Bədii yaradıcılığa nəzarət 

məqsədi ilə yaradılmış bu birliklər, incəsənətin inkişafına imkan 

yaradırdı, belə ki, professionallar mühitində yeni əsərlərin geniş 

tənqidini, müzakirəsini tələb edirdi. Dövlət tərəfindən gənclərin 

yaradıclığının güclü təşviqat nümunəsi kimi 1937-ci ildə tələbə-

lər Qara Qarayev və Cövdət Hacıyevin SSRİ Bəstəkarlar İttifa-




 

351 


qına qəbul edilməsi faktı oldu. O illərin sənədləri o dövrün sovet 

musiqisinin inkişafı üçün səciyyəvi olan təmayüllərin öz əksini 

tapdığını sübut edir. O cümlədən,  Şostakoviçin “Mtsen qəzası-

nın ledi Makbeti” operasının mərkəzdən göndərilmiş  məmurun 

iştirakı ilə bədnam müzakirəsində gənc Cövdət Hacıyevin Şosta-

koviçi müdafiə etdiyi göstərilir. 1939-cu ildə istedadlı  tələbə-

bəstəkarlar Qara Qarayev, Cövdət Hacıyev və Tofiq Quliyev 

təhsillərini davam etdirmək üçün Moskva Dövlət Konservatori-

yasına yola düşdülər. Avropanın ən yaxşı ali məktəbində təhsil 

alması Qarayev və Hacıyevə Azərbaycan simfoniyasının baniləri 

olmağa imkan verdi.  

Milli musiqinin gələcək inkişafının yekunu və stimulu 

Moskvada Azərbaycan incəsənəti ongünlüyü oldu. Burada 3 

opera: R.Qliyerin “Şahsənəm”, M.Maqomayevin “Nərgiz”, 

Ü.Hacıbəylinin “Koroğlu” (dirijor Niyazi idi) operaları, həmçi-

nin Ü.Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş etdiril-

di. Ongünlükdə təqdim olunmuş əsərlər gözəl təəssürat oyatdı və 

mərkəzi mətbuatda “Советская  музыка” və  “Искусство  азер-

байджанского  народа” məqalələr məcmuəsində qeyd olundu, 

Ongünlük iştirakçıları Kremldə ən yüksək səviyyədə qəbul olun-

du. Dövlət tərəfindən Azərbaycan musiqi mədəniyyətinə belə 

diqqət onun gələcək inkişafına güclü təkan verdi. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə