Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə111/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   107   108   109   110   111   112   113   114   ...   168

 

377 


 

 

Qeyd etmək lazımdır ki, divertisment süitaları ilə  təqdim 



olunan kütləvi səhnələr baletin dramaturgiyasına müəyyən sabit-

lik gətirir, ancaq buna baxmayaraq, müəllif orkestr vasitələri ilə 

lazımi obrazlar yarada bilir. I pərdədəki qadın rəqsi aydın or-

kestr səslənməsi “Şalaxo” kişi rəqsinə qarşı qoyulmuşdur. II pər-

dənin süitasında gözəllərin oyunlarının  şəffaf orkestrləşdirmə 

onların yüngüllüyünü nəzərə çarpdırır. III pərdə milli-səciyyəvi 

rəqslərin əlvan qalereyasıdır. Onların orkestrləşdirilməsi bu rəqslərin 

milli mənsubiyyətini xüsusi qeyd edir.  

Baletdə ənənəvi, məşhur klassik baletlərin təcrübəsi ilə bağlı 

çox şey var. Xalq əfsanəsinə müraciətin özü ənənədən xəbər ve-

rir (Çaykovskinin baletlərini, Adanın “Jizel” baletini xatırlayaq). 

Şirin xəyallar səhnəsi, qonaqların – müxtəlif millətlərdən 

olan nümayəndələrin pərdəyə daxil edilməsi  ənənəvidir. Valsın 

baletə daxil olunması da ənənəyə riayət edilməsindən xəbər ve-

rir. Valsda müxtəlif şəkil və məqamlarda təqdim olunan mövzu 

parçaları xəbərdarlıq kimi səslənir. 

Adagio  və daha təsirli rəqs olan “Pas d`action” da ənənəvi-

dir. Qeyd etmək lazımdır ki, belə bir rəqsin baletə daxil edilməsi 

Ə.Bədəlbəylinin klassik balet ənənələrinə sadiq qalmasının gös-

təricisidir. Partiturada hətta “Adajio” nömrəsinin olması da ənə-

nəvi idi. Bu barədə artıq danışılmışdır. Adajioda mövzunun inki-

şafı  belə ənənəvi idi. Adajio baletdə mərkəzi epizoddur. Burada 

adətən qəhrəmanların məhəbbəti açılır. Bu nömrə hisslərin inki-

şafını, qəhrəmanların öz məhəbbətinə inamını nümayiş etdirir. 

Demək olar ki, Adajio özünəməxsus məhəbbət poeması, məhəb-



 

378


bət himnidir. Adajioda mövzunun inkişafı adətən tədrici inkişaf 

prinsipinə əsasən olur və parlaq, qalibiyyətlə səslənən finala yö-

nəldir. Bu sxematik inkişaf formasına “Qız qalası” baletinin mü-

əllifi Ə.Bədəlbəyli də “Adagio”da riayət etmişdir. 

Adagioda incə, ifadəli mövzu ingilis sümsüyündə simli alət-

lər fonunda səslənir.  İntensiv inkişaf edərək, onu tembrcə  zən-

ginləşdirən (diapazonunu genişləndirən) polifonik səslərlə  zən-

ginləşərək – qalibiyyətli işıqlı səslənməyə gətirib çıxarır.  

Keçən əsrlərin balet ənənəsinə görə Ə.Bədəlbəyli baletə qo-

naqların rəqsini daxil etmişdir. Gürcü, fars, özbək qonaqların 

rəqsləri belələrindəndir. Qonaqlarla səhnə baletdə işıqlı, bayram-

sayağı şən koloriti ilə seçilən süitalardan biridir.  



Yürüş marşı

 qonaqların toplanmasını müşayiət edən ənənə-

vi saray nömrəsidir.  

Təmtəraqla səslənən melodiya (rast üstündə) vəziyyətin tən-

tənəli olduğunu nəzərə çarpdırır.  

 

 



 

 

Süita saray əhlinin rəqsi ilə başlayır (Allegro moderato). Sa-



ray xanımları rəqs edir. Onların hərəkətləri rəvan, səlisdir. 

Bəstəkar onları rast üstündə həqiqi xalq mövzusu – rənglərlə 

xarakterizə edir, rəqs edənlərin yüngül, zərif hərəkətlərini səlis 

melodiya ilə verir. Ritmik quruluş qaval və ucadan səslənən üç-




 

379 


bucağın tembri ilə seçilir. Rəqslər bir-birini əvəz edərək, xanı və 

onun qonaqlarını əyləndirir. 

Gürcü qonaqların rəqsi xoreoqrafiyanın xalq tiplərini təqdim 

edərək, milli rəqs formalarının müxtəlif növlərini əhatə edir.  

 

 

 



 

Lirik qadın rəqslərinin ruhunda səslənən asta giriş bölməsi 

(Andante h-moll) möhtəşəm, əzəmətli, eyni zamanda incə, zərifdir, 

Moderato bölməsində daha cəld rəqsə keçir, burada kişilər çıxış 

edir və tədricən sürətin artması bütün iştirakçıların qızğın, ehtiraslı 

presto com brio rəqsinə gətirib çıxarır. Rəqqasların iti hərəkəti taxta 

və simli alətlər qruplarının yuxarı registri və milli musiqi koloritini 

yaradan kvarta-kvinta səslənmələri, bas faqotların, kontrabasların, 

trombonların ostinant müsayiəti ilə ruhlandırılır.  

Fars qonaqların rəqsi (b-moll) iki hissədən – yavaş  və  cəld 

hissələrdən ibarətdir.  

 



 

380


 

 

Birinci bölmə (Andante) zərif  şərq gözəllərinin rəqsləri ru-



hunda “Çahargah” məqamındadır. “Çahargah” muğamının artı-

rılmış 2-li intonasiyası rəqs edənlərin ehtiraslı xasiyyətnaməsini 

orqan punktunun fonunda gedən valehedici melodiya ilə xüsusi 

qeyd edir. Ingilis sümsüyünün tembri, müşayiətin ostinantlığı 

geniş yayılmış  İran melodiyalarını xatırladır. Oxşarlıq rəqsin 

ikinci bölməsi, daha cevik Moderato-da – əsl fars rənginə “Ça-

hargah” muğamına əsaslanan hissəsində daha da artır.  

Xalq aləti tarın orkestrə əlavə edilməsi və onun simlilərin pit-

sicatosu və kiçik təbilin dəqiq ritmik quruluş ilə birgə səslənməsi 

əsl fars xalq melodiyaları ilə bənzərliyini bir daha nəzərə çarpdırır.  

Rəqsin səslənməsini əsl xalq melodiyalarına yaxınlaşdırmaq cəh-

dini “qonaqların özbək rəqsində” (Allego g-moll) görmək olar. Bi-

rinci kişi epizodu cəld rəqs, ikinci qadın rəqsi bir qədər asta, səlisdir. 

Özbək rəqsində əhəmiyyətli rol zərb alətləri qrupuna verilir. Nağara-

lar, hərbi təbil və sinclərdə (I h.) ostinant ritmik şəkilli parça səslənir. 

Musiqi canlandıqca o, böyük ritmik kəskinlik kəsb edir.  

“Qız qalası”nda xalq-rəqs musiqisinin elementləri (ilk redak-

siyalarda) baletdə klassik xoreoqrafik formalardan üstün idi, bax-

mayaraq ki bu, sırf balet səhnələrinin əhəmiyyətini azaltmırdı.  

R.Fərhadova “Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti” 

kitabında yazdığı kimi, “milli rəqslə klassik xoreoqrafiyanın təs-

bit olunmuş ənənələrinin nisbəti müəllifin üzərində səylə işlədiyi 

ən vacib və prinsipial problemdir. Xalq rəqslərinin ruhunu qoru-

yub saxlayarkən fotoqrafik dəqiqliklə başqa şəhərlərin opera te-




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə