Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə114/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   110   111   112   113   114   115   116   117   ...   168

 

388


Operanın çoxpərdəli olması, iştirakçıların və xor ilə kütləvi səh-

nələrin çoxluğu, tamaşanın effektli-dekorativ olması (V pərdədə 

fuqato şəklində yanğın səhnəsini, yaxud döyüş səhnəsini xatırla-

maq kifayətdir), sarayda təmtəraqlı səhnələr, Avropanın “Böyük 

opera” (Grand opera) opera janrını bir qədər xatırladan xüsusiy-

yətləridir.  

Operada hadisələr Gəncədə baş verir. O zaman o, müxtəlif 

dövlətlər, qüvvələr, partiyaların cəmləşdiyi yer idi. Operanın iş-

tirakçıları – Nizami və  mənəviyyatca ona yaxın adamlar – cə-

miyyətin müxtəlif təbəqələrindən olan, doğma şəhərin taleyi ilə 

maraqlananlar özləri üçün xeyir güdənlərə və hakimiyyət həris-

lərinə qarşı durmağa can atırlar.  

Ancaq operanın librettosunda (bəstəkarın özünə məxsusdur) 

qarşıya qoyulmuş ilkin vəzifəni yerinə yetirmək mümkün olma-

dı. Romanın ictimai münaqişəsi librettoda məntiqi əksini tapma-

dı. Gəncədə baş verən hadisələr mahiyyət etibarilə saray fitnə-

fəsadının ifadəsinə gətirib çıxardı. Baş qəhrəman obrazı da lib-

rettoda hərtərəfli planda həll olunmamışdı, obraz bir qədər statik 

idi və şairin fəlsəfi baxışları lazımı səviyyədə açılmamışdır. 

Nizami dövrünün hadisələri mücərrəd mühakimələrdə  işıq-

landırılırdı, operanın qəhrəmanı  səhnədə baş verən hadisələrdə 

iştirak etməyərək, onlar barədə yalnız mühakimə yürüdürdü. 

Operada şairi nəcib, öz xalqını, öz doğma şəhərini sevən bir 

insan kimi ariya, ariozolarda təqdim edən Nizami partiyası onun 

öz doğma  şəhərinə, öz xalqına məhəbbətinin ifadəsi idi. Onun 

IV pərdədəki ariyası belədir

1



Şairin iftixarı, yüksək  şairlik istedadına mədhiyyə “Fəxriy-



yə”də səslənir. Bu ariyada Nizami öz şeirlərini oxuyur. 

                                                                                                         

qoşunları ilə əhatə olunmuşdur. Müharibənin əldən saldığı şəhər sakinləri şairin evi 

qarşısında toplaşırlar. Əmir Xaris və hökmdar görünür. Hökmdar əmr edir ki, Niza-

mi onunla Qızıl Arslan arasında vasitəçi olsun, ancaq şair rədd edir. Qəzəblənən 

hökmdar əmr edir ki, şəhəri yandırsınlar. Qızıl Arslanın qoşunları Gəncəyə girir. 

Nizami baş vermişlərdən sarsılır. Sevimli şairi əhatə edən xalq onu sakitləşdirməyə 

və ədalətin qələbə çalacağına inandırmağa çalışır.  

1

 Nizami partiyasını Bülbül çox gözəl ifa etmişdir, bu da dəfələrlə mətbu-



atda qeyd olunmuşdur.  


 

389 


Xalq mahnılarına  əsaslanan bəstəkar ariyaya muğam xüsu-

siyyətləri gətirir. Məhz muğam intonasiyaları ilə (yuxarı registr-

də başlayaraq) şair həyəcanla öz heyranlığını ifadə edir (muğam-

larda olduğu kimi, melodiya tədricən pillələrlə sekvensiya şək-

lində mayeyə doğru enir). 

 

 



 


 

390


Digər qadın qəhrəman Nizaminin sevgilisi incə, səmimi Rə-

na bəstəkar tərəfindən, klassik opera repertuarına yaxın lirik me-

lodiya ilə xarakterizə olunur. Onun əsas xarakteristikası – Balla-

da – kinli rəqibi tərəfindən zəhərlənən incə, vəfalı  qız obrazını 

açır. Bəstəkar Balladada Nizaminin özünün həqiqi şeir mətnləri-

nə əsaslanır, beləliklə Rənaya öz münasibətini, onun şair obrazı-

na yaxınlığını xüsusilə qeyd edir.  

Balladanın lirik nağıl xarakteri xalq musiqisi üçün səciyyəvi 

olan 6/8 metrli ölçüdə musiqini xalq mahnısı ilə yaxınlaşdırır, 

ona səmimiyyət, qəlb təmizliyi bəxş edir. 

 

 

 



Operada yeni tip qadın obrazı Əmir Xarisin qızı Əzranın par-

tiyasında əks olunmuşdur. İlk dəfə olaraq “Nizami” operasında 

qadın səsi metso soprano registrində səsləndi. Bu, milli operada 

yenilik idi

1



                                                 



1

 Azərbaycanda qədimdən yüksək kişi və yuxarı qadın səsi dəb idi. Məhz 

buna görə  də  Əfrasiyab Bədəlbəyliyə  qədər operalara aşağı kişi, eləcə  də 

qadın səsləri cəlb olunmurdu.  




 

391 


 

 

 



Amiranə, kinli Əzra operada incə, cəsarətsiz Rənaya qarşı 

qoyulur. 

Əzranın əsas ariozası qəddar təbiətli, ehtiraslı, Nizamiyə də-

licəsinə  aşiq olmuş qadını  təsvir edir. Əzranın düşüncələri onu 

məftun edən hiss ətrafında cəmləşmişdir. O, cavabsız məhəbbə-

tindən əziyyət çəkir, taleyindən şikayətlənir. 

İlk taktların ritm-intonasiyasının gərgin ostinant təkrarı, bü-

tün ariozo boyu təkrar olunan ritmik quruluş onun öz düşüncələ-

rinə daldığını nəzərə çarpdırır.  

Ariozonun sürəti, aşağı registr, melodiyanın kiçik diapazonu, 

metroritmik ostinato, bütün bunlar ariyada ifadə olunmuş hissi 



 

392


dərinləşdirir. Əzranın cavabsız məhəbbəti səbəbindən iztirabları-

nın dərinliyini nəzərə çarpdırır. 

Ə.Bədəlbəyli “Nizami” operasında xor sənətinin inkişafı 

probleminə  əsaslı surətdə yaxınlaşdı. “Koroğlu”dakı geniş xor 

səhnələri Azərbaycan bəstəkarlarının operalarda polifonik for-

malara müraciətinə təkan verdi. Bu, Ə.Bədəlbəyliyə də müəyyən 

dərəcədə təsir etdi. Belə ki, “Nizami” operasının son pərdəsində 

yanğın səhnəsi xorun iştirakı ilə fuqato şəklində  təqdim olun-

muşdur. Operada xorlardan son səhnələri bitirmək bəzən isə əh-

vali-ruhiyyəni, qəlb sarsıntılarını, qəhrəmanların iztirablarını 

qüvvətləndirmək üçün istifadə olunur. 

Rənanın  Əzra tərəfindən zəhərlənməsi səhnəsindəki qadın 

xoru, Nizamini dinləməyə toplaşmış şairlər səhnəsində kişi xoru 

və s. belədir. 

“Nizami” operası səhnədən nisbətən tez düşdü. Ancaq opera-

nın musiqisində məharətlə yazılmış, öz qeyri-adi melodizmi ilə 

fərqlənən bəzi nömrələr var. Ona görə  də  təsadüfi deyil ki, bu 

keyfiyyətlərə malik olan opera nömrələri konsertlərdə ifa olunur 

və dinləyicilərin rəğbətini qazanır. O, Azərbaycan opera sənəti-

nin inkişafında daha bir pillə oldu. 

“Nizami” operası ilə Azərbaycan opera yaradıcılığının tema-

tik-janr diapazonunun yeniləşməsi faktının özü, obrazlı-təzadlı 

qüvvələrdən (və səslərdən) geniş istifadə olunması opera janrın-

da məzmun yeniliyi süjetlə yanaşı, təbii ki, opera sənəti qarşısın-

da duran məsələlərin həllinə gedən yolda müsbət bir təcrübə ki-

mi diqqəti cəlb etdi.

1

 

                                                 



1

 

“Söyüdlər ağlamaz”. 50-ci illərdə Əfrasiyab Bədəlbəyli “Söyüdlər ağ-

lamaz” operasını yazmaq fikrinə düşür. Operadan çox əvvəl yazılmış libretto 

SSRİ Mədəniyyət Nazirliyi və Bəstəkarlar İttifaqının təşkil etdiyi Ümumitti-

faq müsabiqədə ikinci mükafat almışdı. Müsabiqənin bütün tələblərinə cavab 

verən libretto, 1975-ci ildə tamaşaya qoyulan və dövri mətbuatda iz buraxmış 

operanın  əsasını  təşkil etdi. “Söyüdlər ağlamaz” müharibə mövzusuna həsr 

olunmuş Q.Qarayev və C.Hacıyevin “Vətən” operasından sonra ikinci opera-

dır. Dinc vaxtı  və müharibə dövründə müasirlərimizin həyatı ilə bağlı olan 

operanın məzmunu bu musiqi tablosunu iki hissəyə 

 qəhrəmanların mühari-



bədən əvvəlki və müharibə dövründəki həyatına bölür.  


Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə