Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə110/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   106   107   108   109   110   111   112   113   ...   168

 

372


 

 

 



Baletin ikinci qəhrəmanı – Gülyanağın nişanlısı Polad, Gülya-

nağı sevən və öz xoşbəxtliyi uğrunda mübarizə aparan gəncdir.  

Baletdə xalqla bağlı olan Polad obrazı bütün əsər boyu onu 

müşayiət edən “Şur”da iradəli mövzu ilə xarakterizə olunmuşdur.  

 

Cahangir xanın mövzusu ilə polifonik surətdə birləşərək, Po-



ladın mövzusu xanla görüş səhnələrində qətiyyətli səslənir. Po-

ladın obrazı I pərdənin Adajio-sunda, II pərdənin variasiyaların-

da, II pərdənin sonunda “Pas d`action” və III pərdədə Cahangir 

xanla Poladın təkbətək döyüşü səhnəsində açılır.  

Cahangir xan leytmotivdə zəhmli, qəddar hökmdar kimi sə-

ciyyələnir. Onun mövzusunun səsləndiyi “Cahargah” məqamı və 

taxta nəfəsli alətlərin aşağı registri artıq ilk səhnədəki etiraz qə-

bul etməyən zalım hökmdarın qəddarlığını, amirliyini nəzərə 

çarpdırır. Baletdə leytmotiv, xanın  əhval-ruhiyyəsini xüsusi 

qeyd edərək intonasiya cəhətdən dəyişir. 




 

373 


 

Xanın leytmotivi baletdə daha mütəhərrik olub, hər dəfə gər-

gin inkişafa məruz qalır. III pərdədə xanın mövzusu dəyişərək, 

ayrı-ayrı elementlərdən azad olaraq ən yüksək kulminasiya nöq-

təsinə çatır.  

Baletdə leytmotivlərdən geniş istifadə olunması müəllifin ba-

leti simfonikləşdirmək cəhdindən xəbər verir, ancaq baletdə in-

kişaf etmiş simfonizm yoxdur, yalnız ona ayrı-ayrı cəhdlər var. 

Və bunun da çox açımı var, belə ki, bu, Azərbaycan musiqili-

səhnə əsərində – balet janrında ilk təcrübədir. 

Baletdə rəqs və mərasim oyunları şəklində xalq səhnələri geniş 

göstərilmişdir. Bizə belə gəlir ki, xalq mahnı və rəqslərinin həqiqi 

melodiyalarından istifadə edilən bu səhnələr ilk balet tamaşasının 

milli audutoriya tərəfindən qavranılmasında mühüm rol oynamış-

dır. “Ay bəri bax”, “Kikican”, “Tərəkəmə”, “Şalaxo” belə melodi-

yalardır. Baletin bir sıra səhnələrində muğam tipli improvizə olun-

muş oxumalar, milli rəqs, ritmik quruluşların intonasiyaları eşidilir.  

Musiqinin milli xarakteri I pərdədə Gülyanaqla Poladın toya 

hazırlıq səhnəsində  əyani surətdə görünür – burada artıq adları 

çəkilən “Şalaxo”, “Tərəkəmə”, “Ay bəri bax” və b. səslənir.  

 

 

 



 


 

374


 

 

 



“Qız qalası”nın müəllifləri milli musiqili cazibədar balet ta-

maşası yarada bildilər. 

Baletin musiqisi pantomima deyil, məhz rəqs vasitəsilə xore-

oqrafik obrazlar yaratmağa əsas verir. İlk balet üçün bu xüsusilə 

vacib idi, çünki ideyanın milli əsərin məzmununu açan yeni xo-

reoqrafik ifadə imkanı təsdiq olunurdu. Belə ki, II pərdədə Gül-

yanağın şirin xəyalları səhnəsində ənənəvi kordebalet rəqsləri – 

variasiyalar, Adagio ilə süita kimi təqdim edilmişdi. 

Bəstəkar  ənənəvi klassik baletlərdə olduğu kimi “Qız qala-

sı”nda vals janrına müraciət edərək, bir neçə bölmədən ibarət 

geniş musiqili səhnə təqdim etmişdir. 

 

 



 

 

Digər ənənəvi tipli geniş balet epizodu bir neçə kiçik bölmə-



lərdən ibarət “Allegro”nun nəticəsi olan böyük “Adajio”dur.  

“Allegro”nun əsasını təsirli rəqs Pas d`action təşkil edir. 

 



 

375 


 

 

Bədəlbəyli baletdə ənənəvi balet tamaşasının mühüm məsə-



lələrindən birini yerinə yetirir, o, qəhrəman obrazlarının səhnədə 

müşahidə olunan qabarıq portretini yaradır.  

Janrın tələblərinə riayət edərək, bəstəkar qəhrəmanları – Gül-

yanaqla Poladı fərdiləşdirilmiş qabarıq səciyyədə təsvir edir.  

Beləliklə, Gülyanaq Bayatı-şiraz variasiyaları ilə təqdim olu-

nur, burada bəstəkar onun zərifliyini, şıltaqlığını nəzərə çarpdı-

rır. Skripka və yuxarı tembrli taxta nəfəsli alətlərin səsləndirdiyi 

dəqiq ritmləşdirilmiş mövzu onu şıltaq, incə, qayğısız, həyatdan 

zövq alan bir qız kimi səciyyələndirir.  

 

 



 

Polad – onun fərdiləşdirilmiş portreti olan variasiyalarla təq-

dim olunur. Poladın leytmotivi kimi variasiyalar da onu ciddi, 

qətiyyətli, Gülyanaqdan fərqli səciyyələndirir. 

 



 

376


 

 

Baletin musiqili dramaturgiyasında divertisment-süita baş-



lanğıcı çox güclü ifadə olunmuşdur. Hətta demək olar ki, o 

(süita-divertisment) dramaturgiyanın əsasını təşkil edir.  

Bununla belə, baletin məhz xalq musiqisinə  əsaslanması 

onun komponentlərini bütöv bir tam kimi üzvi surətdə bağlama-

ğa imkan verir. Baletin bir dramaturji tam kimi qavranılmasında 

süjet – libretto böyük rol oynayır. Bundan əlavə, ayrı-ayrı into-

nasiyaların, oxumaların, rəqslərin ayrı-ayrı fraqmentlərinin tez-

tez xatırlanması bütün hadisələri yada salaraq bir-biri ilə bağla-

yır, həmçinin tamaşanın tam qavranılmasına imkan yaradır. Ta-

maşanın tamlığına baletin orkestrləşdirilməsi də kömək edir, bu-

rada da müəyyən leytmotiv prinsipi qeyd edilir. Belə ki, məsələn 

Ü.Hacıbəyli  ənənələrinə sadiq qalaraq, Ə.Bədəlbəyli orkestrə 

tar, zurna, dəf kimi xalq çalğı alətlərini daxil edir. Qəhrəmanlara 

orkestrin müxtəlif tembrli solo partiyaları verilmişdir.  

Gülyanağı səciyyələndirən mülayim təlatümlü lirika skripka-

ların ifasinda emosional, klarnetin zərif tembrində, kədərli qo-

boyda səslənir. Bəzən Gülyanağın mövzuları arfanın axınlı ifası, 

valtorna fonunda simli alətlərin pitsikatosu ilə müşayiət olunur.  

Polad çox vaxt taxta nəfəsli alətlər qrupunun tembrləri, tar 

ilə təqdim olunur.  

Bəstəkar Cahangir xanı trombon, tuba, gərənay, faqot, bas-

klarnetin zəhmli səslənməsi, nadir hallarda isə simli alətlərin 

aşağı registrdə səslənməsi ilə səciyyələndirir. 

 



Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə