Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə112/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   108   109   110   111   112   113   114   115   ...   168

 

381 


atrlarının səhnələrindəki balet tamaşalarında olduğu kimi xalq 

rəqslərini canlandırmaq mümkün deyildi”

1

.  


Gülyanağın qüssəsi, ürəyinin ağrısı, kədərli asta rəqsdə (g-moll) 

öz ifadəsini tapmışdır. 

 

Rəqsin  əsasına qoyulmuş “Bayatı  şiraz rəngi”nin qəmli xa-



rakteri qızın həsrət və ümüdsizliyini əks etdirir. Azərbaycan mu-

siqisində tez-tez rast gələn vals ritmi təbii olaraq Gülyanağın 

səhnə hərəkətlərilə qovuşur. O, öz qəmli fikirlərinin ağırlığı al-

tında dayanaraq, səhnədə yavaş-yavaş  hərəkət edir. Ümidsizlik 

ona öz təbii hərəkətini cəmləməyə imkan vermir, başına gələn 

bədbəxtliyə tab gətirə bilmir. Xalq rənginin qəmli fikirlər doğu-

ran həzin melodiyası camaat arasında çox populyardır. Ə.Bədəl-

bəyli həm xalq melodiyasının xarakterini həssaslıqla duymuş, 

həm də onu səhnədə baş verən gərgin vəziyyətə uyğunlaşdırmış-

dır. Rəqsin xarakteri orkestr müşayiəti ilə qabardılır – ingilis 

                                                 

1

 Fərhadova R. Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti. B., 1962, s. 72-73. 




 

382


sümsüsü, alt, arfa, simli alətlər qəmli həsrət atmosferi yaradaraq, 

melodiyanı müşayiət edirlər. 

Bütün keçmiş İttifaqda bu dövrdə milli respublikalarda (Öz-

bəkistan, Başgirdistan, Tatarstan) ilk baletlər yaradılırdı. Yalnız 

A.Balançivadzenin SSRİ Xalq artisti V.Çabukiani tərəfindən 

səhnələşdirilmiş “Dağların ürəyi” baletinin meydana gəlməsi ilə 

klassik xoreoqrafiyanı xalq rəqsləri ilə üzvi surətdə uyğunlaşdır-

maq cəhdi baş tutdu.  

V.Çabukiani sübut etdi ki, etnoqrafik gerçəklikdən xilas ol-

maq və xalq rəqslərini klassik xoreoqrafiya ənənələri ilə zəngin-

ləşdirərək və xalq rəqslərinin milli ruhunu qoruyub saxlayaraq 

onları dəyişdirmək olar. 

Həyat göstərirdi ki, Ə.Bədəlbəyli və “Qız qalası” baletinin 

quruluşçusu təbii etnoqrafik mənbədən uzaqlaşaraq, xalq rəqslə-

rini dəyişdirərək, onları klassik ənənələr ilə zənginləşdirmək və 

xoreoqrafik klassik rəqslərlə birləşdirməyi bacarıblar.  

Beləliklə,  Ə.Bədəlbəyli milli zəmində ilk baleti yaradaraq, 

Azərbaycan musiqi sənətində yeni səhifə açdı.  

Bakı  səhnəsində “Qız qalası”nın tamaşaya qoyulması açıq-

aşkar göstərdi ki, Respublikada rəqs sənətində mürəkkəb məsə-

lələri həll etməyə qadir olan istedadlı milli kadrlar var. Ilk milli 

balet yeni mövzunun balet teatrı tərəfindən mənimsənilməsində 

bir cığır açdı, göstərdi ki, Azərbaycan truppası klassik irsə yiyə-

lənmək vasitəsilə mühüm məsələyə – özünəməxsus milli tama-

şanın yaradılmasına nail olmuşdur. Azərbaycan səhnəsində ilk 

dəfə olaraq klassik rəqsin xalq rəqs elementli milli plastika ilə 

sintezinə cəhd edildi. 

Azərbaycan balet sənətinin ilk səhifəsi “Qız qalası” ilə açılır. 

Sonralar yaradılmış S.Hacıbəyovun “Gülşən”, Q.Qarayevin “Yeddi 

gözəl”, “İldırımlı yollarla”, F.Əmirovun “Min bir gecə” baletləri 

balet sənətinin inkişafında mühüm rol oynadı. 

  

 



 

 


 

383 


Baletin tamaşaya qoyulması barədə 

 

Baletin ilk tamaşası M.F.Axundov adına opera və balet teat-

rının səhnəsində respublikanın Xalq artisti İ.Hidayətzadə və ba-

letmeysterlər RSFSR əməkdar artisti S.İ.Qevorkov və S.İ.Vron-

ski tərəfindən qoyulmuşdur. Tamaşanın rəssamı Az. SSR əmək-

dar incəsənət xadimi F.Qusak idi. Baletin musiqisi  quruluşçu 

rejissora, xüsusilə də baletmeysterə böyük  imkanlar açdı.  

Baletin musiqisi tamaşanın əsas xarakterini müəyyən edərək, 

quruluşçu və baletmeysterlərə tamaşanın mərkəzi süjet xətti ilə 

məntiqi surətdə bağlı olan bir sıra dramatik toqquşmalar yarat-

mağa imkan verdi. 

Bundan  əlavə, “Musiqi bizə Azərbaycan xalq rəqsinin ele-

mentlərini müasir xoreoqrafiya sənətinin texniki nailiyyətləri ilə 

uyğunlaşdırmağa imkan verdi”

1

. Quruluşçuların yazdığına görə, 



onlar diqqətlə,  ştamplardan, saxta xalq rəqslərindən çəkinərək, 

bəstəkarın partiturada göstərdiyi çərçivələrdən kənara çıxmaya-

raq, xoreoqrafik vasitələrlə xalq əfsanəsinin bədii, realist nüma-

yişinə cəhd edirdilər

2

.  


Tamaşanın ilk ifaçıları Q.Almaszadə – Gülyanaq, A.Urvant-

sev – Cahangir xan, L.Vəkilova – Gülyanaq, K.Bataşov və 

M.Məmmədov – Polad rolunda idilər. 

İlk Azərbaycan balerinası Qəmər Hacıağa qızı Almaszadəni 

(10.03.1919) xüsusilə qeyd etmək lazımdır. O, 1924-cü ildə balet 

studiyasına daxil olub, 1930-cu ildə oranı bitirmiş, teatra qəbul 

olunmuşdur. Öz təhsilini mükəmməlləşdirmək arzusu onu 1932-

ci ildə Moskva balet məktəbinə  gətirmiş, burada o, M.M.Le-

ontyeva, A.İ.Çekrıgindən klassik rəqs dərsi almışdır.  

1934-cü ildə Bakıya qayıdaraq Qliyerin “Şahsənəm” opera-

sında fars rəqsini və vakxanaliyanı böyük uğurla ifa etmişdir. 

Həmin ildə o, yenidən Leninqrada öz təhsilini davam etdirməyə 

                                                 

1

 Şıxlinskaya L. “Azərbaycan baletinin xoreoqrafik əfsanə naxışları” (rus 



dilində). Bakı, 1996, s. 67.  

2

 “Bakinski raboçi” qəzeti 17.04.1940. “Qız qalası” baletindəki rəqslər 



barədə. RSFSR-in Əməkdar artisti K.Qevorkov və V.Vronskinin məqaləsi 

(rus dilində). 




 

384


getmiş, “böyük balerina P.S.Ulanovanın anası M.F.Romanova-

nın” sinfində oxumuşdur. 

Balerinanın yaradıcılıq tərcümeyi-halında onun xalq rəqs an-

samblında işi əhəmiyyətli rol oynamışdır. 

Xalq rəqsinin özünəməxsusluğunu və zəngim imkanlarını dərk 

etmək üçün Almaszadə musiqiçilərlə birgə respublikanın rayonları-

na gedirdi. “Bu səfər onun ifa ustalığını  zənginləşdirən və onun 

yalnız balerina kimi deyil, həm də gələcək baletmeyster kimi yara-

dıcılıq fəaliyyətinə təsir edən yeni xalq rəqs məktəbi oldu”

1



Klassik rəqs məktəbinə yiyələnmiş Q.Almaszadə rəqs folklo-

runa daha incə, nəfis çalar gətirdi. “Koroğlu” operasının II pər-

dəsindən, B.Asafyevin “Baxçasaray fəvvarəsi” baletindən qadın 

rəqsləri balerinanın ifasında unudulmazdır. Q.Almaszadə özünü 

lirik-dramatik rəqqasə kimi göstərmişdir. Onun çoxcəhətli iste-

dadı ən mürəkkəb partiyalardan birində – Çaykovskinin “Qu gö-

lü” baletində – Odetta-İdiliyada özünü göstərmişdir. O, həmçi-

nin  Ə.Abbasovun “Qaraca qız” (1965), F.Əmirovun “Şur” 

(1968) və b. baletlərdə baş rolların ifaçısıdır. Onun baletlərdə ifa 

etdiyi qəhrəman partiyaları həmişə özünün lirizmi səhnə tempe-

ramenti ilə fərqlənmişdir. 

1936-cı ildən xoreoqrafiya məktəbinin bədii rəhbəri və peda-

qoqu olan Q.Almaszadə, L.Vəkilova, Q.Hacıyeva, Z.Abasova və 

b. istedadlı balerinalar yetişdirmişdir. 

1959-cu ildə Q.Almaszadə SSRİ Xalq artisti adına layiq gö-

rülmüşdür.  

Gülyanaq rolunun digər ifaçısı SSRİ Xalq artisti Leyla Mə-

hət qızı Vəkilovadır

 (29.01.1927). 1943-cü ildə Bakı Xoreoqra-

fiya məktəbini bitirən L.Vəkilova 1945-1946-cı illərdə öz ustalı-

ğını Moskvada təkmilləşdirir. 1943-cü ildən M.F.Axundov adına 

opera və balet teatrının solistidir. 1953-cü ildən xoreoqrafiya 

məktəbində müəllimdir. Milli baletdə yaratdığı obrazlar klassik 

rəqs texnikası ilə Azərbaycan xalq rəqsinin xüsusiyyətlərini 

özündə birləşdirmişdir.  

                                                 

1

 Şıxlinskaya L. “Azərbaycan baletinin xoreoqrafik əfsanə naxışları”. Bakı, 



1996, s. 46.  


Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə