362
bəstəkarın qarşısında dinc həyata qayıdan teatrda çoxsaylı təş-
kilat məsələləri dururdu, onda Nizaminin həyatından musiqili ta-
maşa – opera yaratmaq fikri məlum mövzuda opera yazmaq
ideyasına gətirib çıxardı.
50-ci illərdə Əfrasiyab Bədəlbəyli opera və balet teatrında
dirijor işini davam etdirərək, xor və solistlərlə orkestr musiqisi
janrlarına müraciət etdi.
Orkestr və vokal-orkestr musiqisinə bir neçə dəfə müraciət
etməsi onun yeni düşüncələrindən xəbər verirdi. Beləliklə, 1950-
ci ildə o, simfonik orkestr üçün “Simfoniyetta”, 1949-cu ildə
soprano, bariton və xor üçün S.Vurğunun sözlərinə “And”,
1951-ci ildə M.Füzulinin sözlərinə bariton və xor üçün “Sülhün
keşiyində” poemalarını yazdı.
Bəstəkarın son işi, öz librettosu əsasında yazdığı “Söyüdlər
ağlamaz” operası oldu.
Əfrasiyab Bədəlbəyli bütün illər ərzində bəstəkarlıq və diri-
jorluq, pedaqoqluq fəaliyyəti ilə yanaşı, publisist kimi də fəaliy-
yətini də davam etdirirdi. Pedaqoq kimi o, Azərbaycan musiqi
tarixi üzrə Bakı musiqi məktəbində, sonra isə Ü.Hacıbəyli adına
Azərbaycan Dövlət Konservatoriyasında orkestr, opera siniflə-
rində dərs deyirdi.
Uzun illər ərzində Əfrasiyab Bədəlbəyli Bəstəkarlar İttifaqı-
nın musiqişünaslıq bölməsinə rəhbərlik etmiş, dəfələrlə Bəstə-
karlar İttifaqının İdarə heyətinin üzvü seçilmiş, SSRİ Musiqi
fondunun Azərbaycan şöbəsinə rəhbərlik etmişdir. 1971-ci ildə
Xor cəmiyyətinə sədr seçilmiş, respublikada bu sənətin inkişafı-
na böyük diqqət yetirmişdir.
Əfrasiyab Bədəlbəyli dəfələrlə bəstəkarların ümumittifaq və
respublika qurultaylarına nümayəndə seçilmiş, həmçinin “Ədə-
biyyat və incəsənət”, “Elm və həyat” qəzetlərinin redaksiya he-
yətinin üzvü olmuşdur. Bu nəşrlərin səhifələrində onun rəyləri,
Azərbaycanın musiqi həyatını əks etdirən tənqidi və problemli
məqalələri dərc olunmuşdur. O, dəfələrlə xalq musiqisi müsabi-
qələrinə, festivallara başçılıq etmişdir.
Yorulmaz istedadlı musiqi sənəti təbliğatçısı kimi Əfrasiyab
Bədəlbəyli dönə-dönə radio və televiziya ilə çıxışlar etmiş,
363
Azərbaycan musiqisini yalnız vətənimizin şəhər və kəndlərində
deyil, həm də onun hüdudlarından kənarda təbliğ etmişdir
(1969-cu ildə Parisdə Azərbaycan musiqisi barədə mühazirələr-
lə, 1970-ci ildə Moskvada IX Beynəlxalq İSMA konfransında
çıxış etmişdir). Mavi ekranla çoxsaylı və hərtərəfli çıxışlarında
bəstəkar, musiqi sənəti nəzəriyyəsi və tarixi, teatr həyatı, dünya
musiqisi klassiklərinin, Azərbaycan bəstəkarlarının yaradıcılığı-
nın müxtəlif məsələlərinə toxunmuşdur.
Onun musiqi təhsili, musiqi sənəti janrlarının inkişaf prob-
lemləri, ifaçılıq, opera və balet teatrının vəziyyəti, onun prob-
lemləri barədə yazdığı bir sıra kitabçalar, şübhəsiz ki, maraqlı
idi, çünki müasirlərini narahat edən aktual məsələ və problemlə-
rə toxunurdu.
Əfrasiyab Bədəlbəyli 1976-cı ildə Bakıda vəfat etmişdir.
Onun musiqi irsi – “Qız qalası” baleti, “Nizami”, “Söyüdlər ağ-
lamaz” operaları doğma incəsənətə xidmətin ən yaxşı nümunəsi-
dir. Ölkə mədəniyyətinin çoxcəhətli xadiminin bütün həyatı
buna həsr olunmuşdu.
364
II fəsil
“Qız qalası” baleti
Peterburq musiqi məktəbində oxuyarkən Ə.Bədəlbəyli milli ba-
let yaratmağı arzulayır. O illərdə S.M.Kirov adına teatrın səhnəsin-
də P.Çaykovskinin “Yatmış gözəl”, “Şelkunçik”, “Qu gölü”,
A.Qlazunovun “Raymonda”, B.Asafyevin “Paris alovu”, “Baxça-
saray fəvvarəsi” baletləri tamaşaya qoyulurdu. Bir çox şəhərlərin
səhnələrində V.Çabukiani və b. tanınmış rəqqaslar çıxış edirdi. Gə-
ləcək bəstəkarın balet yaratmaq ideyasına marağı Azərbaycan incə-
sənətinin Moskvada keçirilmiş ongünlüyündən sonra daha da güc-
ləndi. Onun Moskvada gördüyü baletlər bəstəkarda milli xoreoqra-
fik səhnələri təmsil etmək niyyətini gücləndirdi.
Bu məsələnin yerinə yetirilməsində fəal surətdə inkişaf et-
məkdə olan xalq xoreoqrafiya sənəti, filarmoniya nəzdində Mah-
nı və rəqs ansamblının çıxışları müəyyən stimul oldu.
Azərbaycanda klassik xoreoqrafiyaya tamaşaçı marağının in-
kişafına Moskva və Peterburq balet ustalarının qastrolları müəy-
yən dərəcədə imkan yaradırdı. Və tamamilə təbiidir ki, Bakıda
məktəblər – balet rəqs studiyaları meydana gəlməyə başladı.
Azərbaycanda balet truppası meydana gələnə qədər folklor-
etnoqrafiya formasına malik olan milli rəqslər həvəskar və şəxsi
teatrların səhnəsinə opera, bəzən isə dram tamaşalarına bir ele-
ment kimi köçürülürdü. Bu rəqslər əsərlərdə dramaturji cəhətdən
vacib deyildi, onların yüngül, çox vaxt mücərrəd xarakteri rəqs-
lərin ifadə vasitələrini və süita formasını müəyyən edirdi.
Bakı tamaşaçısının balet yaradıcılığına artan marağına rus
səhnəsinin Y.Qeltser kimi görkəmli ustaları təsir etmişdi. Onlar
klassik pa balet elementlərini, həmçinin “Dəniz qulduru”, “Don
Kixot” baletlərindən kiçik səhnələri ifa edərək, divertisment səh-
nələrində çıxış edirdilər.
Təbiidir ki, bu, həm gənc teatrın, həm də 20-30-cu illərin tamaşa-
çısının bədii zövqünün tərbiyə olunmasında mühüm rol oynamışdır.