Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə107/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   103   104   105   106   107   108   109   110   ...   168

 

362


bəstəkarın qarşısında dinc həyata qayıdan teatrda çoxsaylı  təş-

kilat məsələləri dururdu, onda Nizaminin həyatından musiqili ta-

maşa – opera yaratmaq fikri məlum mövzuda opera yazmaq 

ideyasına gətirib çıxardı.  

50-ci illərdə  Əfrasiyab Bədəlbəyli opera və balet teatrında 

dirijor işini davam etdirərək, xor və solistlərlə orkestr musiqisi 

janrlarına müraciət etdi.  

Orkestr və vokal-orkestr musiqisinə bir neçə  dəfə müraciət 

etməsi onun yeni düşüncələrindən xəbər verirdi. Beləliklə, 1950-

ci ildə o, simfonik orkestr üçün “Simfoniyetta”, 1949-cu ildə 

soprano, bariton və xor üçün S.Vurğunun sözlərinə “And”, 

1951-ci ildə M.Füzulinin sözlərinə bariton və xor üçün “Sülhün 

keşiyində” poemalarını yazdı. 

Bəstəkarın son işi, öz librettosu əsasında yazdığı “Söyüdlər 

ağlamaz” operası oldu. 

Əfrasiyab Bədəlbəyli bütün illər ərzində bəstəkarlıq və diri-

jorluq, pedaqoqluq fəaliyyəti ilə yanaşı, publisist kimi də fəaliy-

yətini də davam etdirirdi. Pedaqoq kimi o, Azərbaycan musiqi 

tarixi üzrə Bakı musiqi məktəbində, sonra isə Ü.Hacıbəyli adına 

Azərbaycan Dövlət Konservatoriyasında orkestr, opera siniflə-

rində dərs deyirdi. 

Uzun illər ərzində Əfrasiyab Bədəlbəyli Bəstəkarlar İttifaqı-

nın musiqişünaslıq bölməsinə  rəhbərlik etmiş, dəfələrlə  Bəstə-

karlar  İttifaqının  İdarə heyətinin üzvü seçilmiş, SSRİ Musiqi 

fondunun Azərbaycan  şöbəsinə  rəhbərlik etmişdir. 1971-ci ildə 

Xor cəmiyyətinə sədr seçilmiş, respublikada bu sənətin inkişafı-

na böyük diqqət yetirmişdir.  

Əfrasiyab Bədəlbəyli dəfələrlə bəstəkarların ümumittifaq və 

respublika qurultaylarına nümayəndə seçilmiş, həmçinin “Ədə-

biyyat və incəsənət”, “Elm və həyat” qəzetlərinin redaksiya he-

yətinin üzvü olmuşdur. Bu nəşrlərin səhifələrində onun rəyləri, 

Azərbaycanın musiqi həyatını  əks etdirən tənqidi və problemli 

məqalələri dərc olunmuşdur. O, dəfələrlə xalq musiqisi müsabi-

qələrinə, festivallara başçılıq etmişdir. 

Yorulmaz istedadlı musiqi sənəti təbliğatçısı kimi Əfrasiyab 

Bədəlbəyli dönə-dönə radio və televiziya ilə  çıxışlar etmiş, 




 

363 


Azərbaycan musiqisini yalnız vətənimizin şəhər və kəndlərində 

deyil, həm də onun hüdudlarından kənarda təbliğ etmişdir 

(1969-cu ildə Parisdə Azərbaycan musiqisi barədə mühazirələr-

lə, 1970-ci ildə Moskvada IX Beynəlxalq  İSMA konfransında 

çıxış etmişdir). Mavi ekranla çoxsaylı  və  hərtərəfli çıxışlarında 

bəstəkar, musiqi sənəti nəzəriyyəsi və tarixi, teatr həyatı, dünya 

musiqisi klassiklərinin, Azərbaycan bəstəkarlarının yaradıcılığı-

nın müxtəlif məsələlərinə toxunmuşdur.  

Onun musiqi təhsili, musiqi sənəti janrlarının inkişaf prob-

lemləri, ifaçılıq, opera və balet teatrının vəziyyəti, onun prob-

lemləri barədə yazdığı bir sıra kitabçalar, şübhəsiz ki, maraqlı 

idi, çünki müasirlərini narahat edən aktual məsələ və problemlə-

rə toxunurdu.  

Əfrasiyab Bədəlbəyli 1976-cı ildə Bakıda vəfat etmişdir. 

Onun musiqi irsi – “Qız qalası” baleti, “Nizami”, “Söyüdlər ağ-

lamaz” operaları doğma incəsənətə xidmətin ən yaxşı nümunəsi-

dir. Ölkə  mədəniyyətinin çoxcəhətli xadiminin bütün həyatı 

buna həsr olunmuşdu. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

364


 

 

II fəsil 



 

“Qız qalası” baleti 

 

Peterburq musiqi məktəbində oxuyarkən Ə.Bədəlbəyli milli ba-

let yaratmağı arzulayır. O illərdə S.M.Kirov adına teatrın səhnəsin-

də P.Çaykovskinin “Yatmış gözəl”, “Şelkunçik”, “Qu gölü”, 

A.Qlazunovun “Raymonda”, B.Asafyevin “Paris alovu”, “Baxça-

saray fəvvarəsi” baletləri tamaşaya qoyulurdu. Bir çox şəhərlərin 

səhnələrində V.Çabukiani və b. tanınmış rəqqaslar çıxış edirdi. Gə-

ləcək bəstəkarın balet yaratmaq ideyasına marağı Azərbaycan incə-

sənətinin Moskvada keçirilmiş ongünlüyündən sonra daha da güc-

ləndi. Onun Moskvada gördüyü baletlər bəstəkarda milli xoreoqra-

fik səhnələri təmsil etmək niyyətini gücləndirdi. 

Bu məsələnin yerinə yetirilməsində  fəal surətdə inkişaf et-

məkdə olan xalq xoreoqrafiya sənəti, filarmoniya nəzdində Mah-

nı və rəqs ansamblının çıxışları müəyyən stimul oldu. 

Azərbaycanda klassik xoreoqrafiyaya tamaşaçı marağının in-

kişafına Moskva və Peterburq balet ustalarının qastrolları müəy-

yən dərəcədə imkan yaradırdı. Və tamamilə  təbiidir ki, Bakıda 

məktəblər – balet rəqs studiyaları meydana gəlməyə başladı.  

Azərbaycanda balet truppası meydana gələnə qədər folklor-

etnoqrafiya formasına malik olan milli rəqslər həvəskar və şəxsi 

teatrların səhnəsinə opera, bəzən isə dram tamaşalarına bir ele-

ment kimi köçürülürdü. Bu rəqslər əsərlərdə dramaturji cəhətdən 

vacib deyildi, onların yüngül, çox vaxt mücərrəd xarakteri rəqs-

lərin ifadə vasitələrini və süita formasını müəyyən edirdi. 

Bakı tamaşaçısının balet yaradıcılığına artan marağına rus 

səhnəsinin Y.Qeltser kimi görkəmli ustaları təsir etmişdi. Onlar 

klassik pa balet elementlərini, həmçinin “Dəniz qulduru”, “Don 

Kixot” baletlərindən kiçik səhnələri ifa edərək, divertisment səh-

nələrində çıxış edirdilər.  

Təbiidir ki, bu, həm gənc teatrın, həm də 20-30-cu illərin tamaşa-

çısının bədii zövqünün tərbiyə olunmasında mühüm rol oynamışdır.  



Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə