Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə109/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   105   106   107   108   109   110   111   112   ...   168

 

368


Yalnız 1995-ci ildə bu səhnə  əsərinin yeni variantı  bəstəkar 

M.Mirzəyev və quruluşçu rejissor F.Bədəlbəyli tərəfindən qoyuldu.  

Baletin yeni variantında süjetin əsası dəyişdi, müəlliflər mü-

naqişənin ictimai tərəfinə diqqəti artırdılar. Gülyanaq xalqın 

içindən çıxmış qız, onun sevib-seçdiyi gənc oğlan Polad və ona 

qarşı qoyulan, gənc Gülyanağın məhəbbətini qazanmağı çalışan 

Cahangir xan. 

Librettodaki vurğuların dəyişdirilməsi ilə əlaqədar olaraq bə-

zi səhnələr baletdən çıxarıldı. Məsələn, Müqəddimə və iştirakçı-

lardan Gülyanağın anası Aypəri tamamilə çıxarıldı. Cahangir xa-

nın xarakteristikasına (onun leytmotivinə) dramaturji inkişafda 

daha təsirli səciyyə verdilər.  

Yenidən harmonizasiya edilmiş  və orkestrləşdirilmiş balet te-

atrının səhnəsində həyata yeni vəsiqə alaraq daha təravətli səsləndi. 

 

* * * 

 

Üç pərdə, müqəddimə və epiloqdan ibarət olan balet tamami-

lə klassik balet sənətinin qanunlarına uyğundur. 

Müqəddimədə Cahangir xan, onun arvadı mövzusunun bir 

sıra əsas musiqili obrazları və Gülyanağın leytmotiv əhəmiyyəti 

kəsb edən ilk musiqili xarakteristikasının ilk cizgiləri verilir. 

Birinci pərdə  əsas qəhrəman obrazlarının nümayişidir. Eyni 

zamanda burada gənc sevgililərin zəhmli Cahangir xanla əsas 

münaqişəsi başlayır.  

İkinci pərdədə klassik balet ənənələrinə əsasən qadın qəhrə-

manın arzuları səhnəsi təqdim olunmuşdur. Əsərin süjeti ilə əla-

                                                                                                         

dur. Ancaq bu da xana təsir etmir. Sarsılmış Aypəri qonaqlardan kömək istə-

yir, ancaq xan onu danışmağa qoymur və öldürür. Qonaqlar sürətlə dağılışır-

lar. Xan tək qalır. O, çıxışa doğru atılır, qalaya tərəf gedir, ancaq kandarda 

Poladla üzləşir. Rəqiblərin döyüşü xanın ölümü ilə nəticələnir. Polad qalaya 

tərəf atılır ki, sevgilisini xilas etsin. Epiloq. Gülyanaq ümidsizlik içində qala-

nın yuxarı meydançasında vurnuxur, qaçmaq üçün yol axtarır. Kiminsə tələ-

sik ayaq səsləri gəlir. Nifrət etdiyi Cahangir xanın gəldiyini güman edən Gül-

yanaq qətiyyətlə qalanın kənarına qaçır və özünü dənizə atır. Meydançada 

peyda olan Polad sevgilisinin yalnız daş  çıxıntıya ilişmiş küləyin titrətdiyi 

şərfini tapır.  




 

369 


qədar müəllif xəyallar səhnəsinə dramatik epizod əlavə edərək, 

xeyirin şərlə toqquşmasını göstərə bilmişdir – qəhrəmanlar səh-

nədə xanla üzləşirlər.  

Üçüncü pərdə münaqişənin sonrakı inkişafı  və faciənin  ən 

yüksək nöqtəsidir – qalada Poladın xanla mübarizəsi,  şiddətli 

toqquşma və xanın ölümü. 

Epiloq – dramın faciəvi sonluğu – qızın intiharı – zülmkarlı-

ğa qarşı üsyan. 

Baletin kompozisiya planının əsasında hər pərdəni tamamla-

yan baş  qəhrəmanların xanla qarşıdurması, toqquşması prinsipi 

durur. Kütləvi səhnələr hər bir pərdənin sonuna (baş qəhrəman-

ların çarpışması) qarşı qoyulur.  

Təzadlı qarşıdurma prinsipi balet qəhrəmanlarının obrazları 

ilə əlaqədar olan kütləvi səhnələrin də əsasını təşkil edir. 

Belə ki, birinci pərdədə xalqın həyatı,  şən toy mərasiminə 

qarşı bu səhnəni tamamlayan zəhmli xanın gəlməsi və onun Po-

ladla toqquşması qoyulur. Gülyanağın qəribə yuxusu xanla tə-

zadlı səhnə ilə yarımçıq qalır, üçüncü pərdədə isə faciəyə qonaq-

ların axışıb gəlməsi qarşı qoyulur. 

Təzad prinsipi yalnız hər pərdənin daxilində deyil, həm də 

balet obrazlarının, onların musiqili xarakteristikalarının qarşı-

qarşıya qoyulmasında istifadə olunmuşdur.  

Qəhrəman obrazlarının açılmasında hər dəfə  qəhrəmanların 

səhnədə görünməsini müşayiət edən leytmotivlər böyük rol oy-

nayır. Qəhrəmanların  şəxsiyyəti və onların hissləri həm solo, 

həm də ansambl nömrələrində açılır.  

Gülyanaq obrazı daha çoxcəhətli və realistcəsinə inandırıcı 

təsvir edilmişdir (şıltaq, Poladla səhnəsində zərif qız obrazından 

sonda faciəvi obraza qədər). 

I pərdədə Poladla toyu ərəfəsində Gülyanaq şıltaq, vurğun 

bir qız kimi təsvir edilmişdir.  



 

370


 

 

Sonralar, Cahangir xanın hökmü altında əzilmiş Poladın hə-



yatını xilas etmək istəyən Gülyanaq ümidsiz və məyusdur.  

Gülyanağın Bayatı-Kürddə (Andante) leytmotivi gələcək faci-

əvi hadisələr barədə  xəbər verir. O, pərdənin dönüş anlarında – 

onun Cahangir xanla toqquşması zamanı səslənir.  

 

 

 



Aşağı yönəlmiş, axıcı kədərli musiqi qəhrəmanın həsrət his-

sini və iztirablarını  əks etdirir, ritmik, harmonik və yeni tembr 

çalarlarında dəyişərək Gülyanağın faciəvi taleyini vurğulayır. 

Məhvə  məhkum olmuş  qız obrazı epiloqda ruh düşkünlüyü, 

ümidsizlik çizgiləri ilə dolğunlaşır. 

Gülyanağın faciəvi taleyini açan təsirli rəqslərdən biri də 

onun qalanın üst meydançasındakı son rəqsidir. 

Qala mövzusu baletdə  aşağı tembrli alətlərdə bir neçə  dəfə 

səslənir. 



 

371 


 

 

Gülyanaqla Poladın məhəbbəti təsvir olunan epizodlarda, 



eləcə  də Gülyanağa və onun rəfiqələrinə  həsr olunmuş epizod-

larda müəllif işıqlı, şən mövzulara müraciət edir. I pərdənin poe-

tik adajiosunda Gülyanaqla Poladın hisslər dünyası açılır. Bale-

tin ən yaxşı musiqili səhifələrindən biri məhəbbət leytmotivi ro-

lunu oynayaraq, sonda məhəbbət apofeozu kimi səslənir.  

 

 



 


Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə