Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə101/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   97   98   99   100   101   102   103   104   ...   168

 

343 


oğlu” operasının, “Vaqif” dramının (R.Mustafayev) tərtibatı, gənc 

teatr rəssamları N.Fətullayev,  İ.Seyidov, S.Şərifzadə  tərəfindən 

həyata keçirilmiş digər tamaşalar ümumittifaq nüfuzu qazandı. 

1936-cı ildə Dövlət filarmoniyası  təşkil olundu. 1920-ci ilin 

iyulunda M.Çernyaxovskinin rəhbərliyi altında yaradılmış sim-

fonik orkestr onun himayəsi altında öz inkişafını davam etdirir. 

Bu kollektivin yaradıcılıq inkişafı A.Orlov, M.Şteynberq, A.Pav-

lov-Arbenin, S.Stolerman kimi dirijorların fəaliyyəti ilə bağlıdır.  

1932-ci ildə Azərbaycan radiosunun simfonik orkestri yara-

dıldı. Onun çıxışları müntəzəm olaraq radio ilə efirə verilirdi. 

Repertuarda dünya klassiklərinin və  gənc ölkə müəlliflərinin 

əsərləri idi. Uzun müddət bu orkestrə Azərbaycan konservatori-

yasında təhsil almış dirijor Ə.Həsənov rəhbərlik edirdi. Bu or-

kestrlə bir neçə il avstriyalı dirijor S.Ştrasser işləmişdir. Üçüncü 

simfonik orkestr Opera teatrının orkestri idi. Ancaq üç simfonik 

orkestri  əvəzçilərsiz tam komplektləşdirmək mümkün deyildi, 

eyni musiqiçilər, xüsusilə də nəfəs alətləri ifaçıları (1-ci səslər) 

çox vaxt opera, filarmoniya və radio orkestrlərində çalırdılar. 

20-30-cu illərdə dünyada məşhur dirijorlarla konsertlər keçirilər-

kən orkestr yığma olurdu, opera musiqiçilərinin, radio komitəsi-

nin orkestri, həmçinin konservatoriya müəllimləri və  tələbələri 

hesabına doldurulurdu.

1

 

30-cu illərdə Bakının konsert həyatında çoxsaylı qastrolçular 



üstünlük təşkil edirdi. Simfonik konsert proqramları çeşidliliyi 

ilə  fərqlənir və Avropanın məşhur klassik əsərlərindən ibarət 

olurdu. Bakıya Moskva və Leninqrad filarmoniyalarının dirijor-

ları Maks Reyter və Georq Sebastiyan, Oskar Frid, A.Qauk, 

N.Qolovanov və başqalarının rəhbərlik etdiyi orkestrlər qastrola 

gəlirdilər. Solistlər arasında V.Qorovist, E.Petri, Q.Neyqauz, 

L.Oborin, D.Oystrax, M.Yudin olurdu. Hələ əsrin əvvəlində əsa-

sı qoyulmuş tematik simfonik konsert ənənələri davam edirdi. 

A.Puşkinin (1937), Şota Rustavelinin (1936) xatirəsinə  həsr 

olunmuş gecələr keçirilirdi. Əlamətdar haldır ki, simfonik kon-

sert proqramlarına tədricən Azərbaycan bəstəkarlarının ilk sim-

                                                 

1

 Abdullayev A. “Avropa tipli nəfəs alətlərində ifaçılıq tarixi” oçerki, s. 84. 




 

344


fonik əsərləri daxil edilirdi. Məsələn, Ü.Hacıbəylinin “Təntənəli 

marş”ı, M.Maqomayevin “RV 8 marşı”  Ə.Bədəlbəylinin “28 

Aprel”, “Bütün hakimiyyət sovetlərə” marşları, A.Zeynallının 

“Fraqmentlər” marşı, dirijor pultu arxasında Azərbaycan dirijor-

ları Niyazi, Ə.Bədəlbəyli, Ə.Həsənov özlərini sınaqdan çıxarırdılar.  

1938-ci ildə daimi əsaslı Azərbaycan Dövlət orkestrinin ya-

radılması barədə məsələ qaldırıldı. Bu məqsədlə Moskvadan ta-

nınmış dirijor N.Anosov (dirijor K.Rojdestvenskinin atası) dəvət 

olundu. Bu təcrübəli musiqiçinin rəhbərliyi altında simli və nə-

fəs alətlərində ilk Azərbaycan ifaçıları əla məktəb keçdilər. Or-

kestr Vətən müharibəsi başlayana qədər fəaliyyət göstərdi. O 

1944-cü ildə Zaqafqaziya respublikalarının Tbilisidə Böyük Və-

tən müharibəsinə  həsr olunmuş Ongünlük keçirmək üçün yeni-

dən yaradıldı. 1945-ci ildə 1948-ci ilə qədər orkestrə L.Ginzburq 

rəhbərlik etmişdir.  

1936-cı ildə filarmoniyanın himayəsi altında Azərbaycan 

türk xoru təşkil olundu. Onun bədii rəhbəri və mahiyyət etibarilə 

ilk Azərbaycan xormeysteri Üzeyir Hacıbəyli oldu. Məlum ol-

duğu kimi, azərbaycanlıların xor sahəsində  iştirakı  bəstəkarın 

hələ “Leyli və Məcnun” operasını yaratdığı vaxtdan başlanmış-

dı. Burada xor hadisələrinin şərhçisi rolunda çıxış edirdi. O za-

man, XX əsrin əvvəlində ilk Azərbaycan operasının yaradıcıları-

na professional xor yığmaq çox çətin idi. Və indi, 30-cu illərin 

ortasında daim fəaliyyət göstərən filarmoniya xor kollektivinin 

təşkili, bir tərəfdən, dünya xor musiqisi üçün güclü təbliğat vasi-

təsi, digər tərəfdən, gənc Azərbaycan müəlliflərinin xor əsərləri-

nin yaradılması üçün bir təkan idi. Təsadüfi deyil ki, bu vaxt 

xalq mahnılarının çoxu xor üçün işlənib hazırlanırdı. Monumen-

tal xor janrlarına, yəni kantata və oratoriyalara gəldikdə isə onla-

rın meydana gəlməsi irəlidə idi. Söhbət hakimiyyətin “xalqın 

xoşbəxtliyi” barədə  təşviq etdiyi monumental xor əsərlərindən 

gedir. Rəsul Rzanın sözlərinə xor, orkestr və rəqs ansamblı üçün 

gənc Qara Qarayevin yazdığı “Ürək mahnısı” kantatasını bu mə-

nada qeyd etmək lazımdır. Üzeyir Hacıbəylinin “Firdosinin 

1000 illiyinə kantatası” (1934) da kantata janrının ilk nümunələ-

rindəndir.  




 

345 


Elə  həmin 1936-cı ildə filarmoniya nəzdində xalq rəqs an-

samblı öz işinə başladı.  

Opera teatrının fəaliyyəti həmçinin şərq və Avropa ənənələ-

rinin qarşılıqlı təsiri ilə müəyyən olunur. Teatrın yaradıcı siması-

nı İ.Hidayətzadə, A.İsgəndərov, S.Dadaşov kimi rejissorlar, Bül-

bül,  Ş.Məmmədova, H.Sarabski, X.Terequlov, L.Terequlova, 

M.Bədirov, H.Hacıbababəyov, B.Mustafayev və b. müğənnilər 

müəyyən edir. Rus və xarici repertuar üzərində dirijorlar: 

A.Alevladov, A.Klibson, rejissorlar: İ.Prostorov, N.Boqolyubov, 

İ.Tvoretski, müğənnilər: V.Nikolski, R.Lonatin, F.Muxtarova iş-

ləyirdilər. Teatrın səhnəsində rus klassik repertuarı geniş təmsil 

olunurdu, məsələn, Çaykovskinin “Yevgeni Onegin”, “Qaratox-

maq qadın”, “Çereviçki”, “Mazepa”, Rimski-Korsakovun “Çar 

gəlini” tamaşaya qoyulur.  

Əvvəlki illərdən fərqli olaraq, bu illərdə respublikanın musiqi 

həyatı daha geniş işıqlandırılır. Azərbaycan bəstəkarlarının yaradı-

cılığını  səciyyələndirən xüsusi musiqişünaslıq  ədəbiyyatı yaranır. 

Ü.Hacıbəyli barədə ilk monoqrafiyanı görkəmli sovet musiqişünası 

V.Vinoqradov yazmışdır (Ü.Hacıbəyov və Azərbaycan musiqisi. 

M., 1939). Ü.Hacıbəyli, Ə.Bədəlbəyli, Q.Qasımov, X.Ağayeva və b. 

öz publisistik fəaliyyətlərini davam etdirirlər.  

1933-cü ildə Balet məktəbi açılır. Onun ilk məzunları gələ-

cəkdə Opera və balet teatrının aparıcı solistləri K.Bataşov və 

Q.Almaszadə olur.  

1939-cu ildə Respublika xalq yaradıcılığı evinin yaradılması 

o dövrün mühüm maarifçilik təşəbbüsü oldu. Bu, milli mühitdən 

istedadlı  gənclərin aşkara çıxarılması  və onların professional 

fəaliyyətə  cəlb edilməsinə imkan yaratdı. Məlumdur ki, Üzeyir 

Hacıbəyli bu istiqamətdə nə qədər əmək sərf etmiş, azərbaycan-

lıların Avropa musiqi təhsilinə  cəlb olunması üçün mübarizə 

aparmış, bu məqsədlə hansı konkret addımlar atmış, Asəf Zey-

nallı, Səid Rüstəmov, Cövdət Hacıyev və milli incəsənətin digər 

gələcək korifeylərinə xeyir-dua vermişdir. 

Məhz 30-cu illərdə Azərbaycan Dövlət konservatoriyasında 

ölkə incəsənətinin inkişafına gələcəkdə dəyərli töhfələr verəcək 

görkəmli musiqiçilər professional musiqi təhsili almışlar. Bu, or-




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə