257
zərə çarpdırır. Bəzi səhnələrdə Kəblə Hacı ən adi sözləri təhrif
etməsinə baxmayaraq, rus dilini bilməsi ilə öyünür.
Bu əsərdə musiqi danışıq səhnələrini müşayiət edir, onları ta-
mamlayır. Əvvəlki komediyada olduğu kimi, buradakı musiqi
nömrələri də xalq mahnılarından iqtibas edilmişdir. Əsas qəhrə-
manların kiçik kupletləri var. Komediyada xor və ansambl nömrə-
ləri daha çoxdur. Arvadların qardaşları, mərcan alverçisi kimi bəzi
personajlar fərdi musiqi təcəssümlərini tapmamışlar. Onlar xor və
ansambl nömrələrində çıxış edirlər. Bu nömrələrin bəziləri mü-
əyyən səhnələrdəki hadisələri işıqlandırır. Məsələn, birinci pərdədə
Kəblə Hacının evindəki dava-dalaş səhnəsi (iştirakçılar-tacir Kəblə
Hacı, onun arvadları və onların qardaşlarıdır). O biri xor nömrələri
isə səhnədə baş verən hadisələrin özünəməxsus şərhidir.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, bəstəkar komediyanın
musiqi parçalarının dramatik əhəmiyyətini genişləndirməyə ça-
lışmışdır. Musiqi materialı Azərbaycan xalq musiqisinin tanış
intonasiyalarını, xüsusilə muğamat janrının çox inkişaf etmiş in-
tonasiya kökünü ifadə edir. Çox sadə musiqi üslubu bəstəkarın o
biri iki musiqili komediyasına uyğun gəlir.
“Evliykən subay”ın musiqi materialı “Əlli yaşında cavan”a
nisbətən bir qədər böyükdür. Hər iki komediyanın tematikası de-
mək olar ki, eynidir.
İyirminci illər Azərbaycan musiqisi tarixində yeni dövr idi.
Respublikada müxtəlif maarifçi təşəbbüslər irəli sürülürdü. Fəh-
lələr üçün xüsusi bədii kollektivlər yaradılır və burada dövrün
tələblərinə uyğun olan təşviqat məzmunlu pyeslər tamaşaya qo-
yulurdu. Kütləvi musiqi maarifinin ən mühüm forması 1920-ci
ildə Bakıda təşkil olunmuş Xalq Konservatoriyası idi. Sovet ha-
kimiyyətinin qurulması musiqi sənətinin bütün sahələrində geniş
fəaliyyətə böyük imkanlar yaratdı. Geniş xalq kütlələrinin musi-
qi mədəniyyətinə cəlb edilməsində “Fəhlə klubu”, “Ordu klu-
bu”, “Azərbaycan qadını klubu” və s. saysız-hesabsız klublar
böyük rol oynayırdılar.
Fəhlə klubları nəzdində musiqi studiyaları təşkil olunurdu.
Musiqi özfəaliyyətinin inkişafına, əsasən klublar təkan verirdi.
Sonralar müəssisələrdə də bədii özfəaliyyət dərnəkləri yaranırdı.
258
Yeni əsərini yazarkən Z.Hacıbəyov onun məhz fəhlə klubla-
rında nümayiş etdiriləcəyini nəzərdə tutmuşdu. Onun “fəhlələrə
məxsus klublarda fəhlələr üçün oynamaqdan ötrü yazılmış” söz-
ləri bunu bir daha təsdiq edir.
Titul vərəqində pyesin istiqaməti də aydın göstərilmişdir:
“Üç şəkildən ibarət təbliğat və təşviqat məzmunlu həyati bir səh-
nədir”.
Z.Hacıbəyov dövrün bəlasını savadsızlıqda, avamlıqda, mə-
dəniyyətsizlikdə görürdü. Buna görə də bəstəkar-dramaturq bü-
tün bacarığını bu nöqsanların ifşasına sərf edir və onları aradan
qaldırmaq üçün yollar göstərirdi. Fəhlələrə anlaşıqlı olmaq üçün
müəllif səhnədəki hadisələri mürəkkəbləşdirmir, onları çox sadə
dildə savadsızlığı ləğv etməyə, elmə, mədəniyyətə yiyələnməyə
çağırır. Bu çağırışı və eləcə də əsərin ideyasını müəllif üç obra-
zın üzərində cəmləşdirmişdir. Onların adları da qəsdən elə seçil-
mişdir ki, tamaşaçı pyesin məqsədini tez başa düşsün. Bunlar
kimdir? Klub (dayı), Maarif (xala) və Nəfisə (bacı). Pyesdəki 24
ən geniş yayılmış azərbaycanlı adı fəhlə obrazlarını təmsil edir.
Birinci şəkil fəhlə kazarmasını təsvir edir. Klub, Maarif və
Nafisə buraya gəlirlər. Onlar “ruhani həkimlər” kimi fəhlələr
qarşısında çıxış edir və onları kütləvi savadsızlığı ləğv etməyə
çağırırlar. Fəhlələrin bir qismi onlarla razılaşır, digərləri isə bu
öyüd-nəsihətlərə qulaq asmaq belə istəmirlər.
İkinci şəkildəki hadisələr klubda baş verir. Fəhlələr, burada
savadsızlıqlarını ləğv edir. Kitab, qəzet oxuyur, musiqi alətlərin-
də çalmaq öyrənirlər.
Üçüncü şəkildə fəhlələrlə dolu bir mədəni meydanı görürük.
Burada maarif və mədəniyyət haqqında qızğın söhbət gedir.
Klubda təhsil almış fəhlələr Sovet hökumətinin qayğısından ra-
zıdırlar, o biri fəhlələr isə təəssüflənirlər ki, təhsildən faydalan-
mamışlar və səhvlərini etiraf edirlər.
Əsərdə musiqi mühüm yer tutur. Bunlar instrumental və xor
parçaları, rəqs və improvizasiya-muğam xarakterli nömrələrdir.
Pyesin musiqi nömrələrində ansambl və solo hissələri yoxdur. De-
məli, müəllif həvəs göstərən aktyorların imkanlarını nəzərə almış-
dır. Bəstəkar xor parçaları ilə əsərin personajlarını xarakterizə edir.
259
Z.Hacıbəyov hər bir personajı ayrıca səciyyələndirməyə çalışma-
mışdır. Onun məqsədi, bir tərəfdən canlı janr fonu yaratmaq, digər
tərəfdən, pyesin satirik istiqamətini nəzərə carpdırmaqdır.
Pyesin musiqisi Azərbaycan musiqi folkloruna əsaslanır və
onunla sıx surətdə bağlı, sadə və anlaşıqlıdır: xalq mahnısı tər-
zində yazılmış melodiyalar sadə akkordlarla müşayiət olunur.
Musiqi parçalarının əksəriyyəti folklorda geniş yayılmış kuplet
formasında yazılmışdır. Mətndən göründüyü kimi, pyesdə bəstə-
karın özünə məxsus olan yeddi artıq musiqi parçası var. Pyesin
proloqunu “Təntənəli Şərq kantatası” təşkil edir. Üçtaktlı akkord
–
giriş, sonra isə tədricən enən sekvensiyadan dəqiq ritmik möv-
zu, “re” mayəsindən “Çahargah” məqamı başlanır. Bütün bunlar
birlikdə melodiyaya özünəməxsus milli ahəng verir. Mövzunu
yuxarı, sonra isə aşağı registrdə təkrar olunan kiçik diapazon
fərqləndirir. Melodiya tədricən yavaşıyır, “Şüştər” məqamına
keçir. Bu hissə kantatanın orkestr girişinin başa çatmasıdır.
“Kantata” adı ilə bəstəkar, ehtimal ki, səhnə situasiyasının
apofeozluğunu nəzərə çarpdırmaq istəmişdir. Bütövlükdə forma-
sına görə kantata vokal-insltrumental süitaya yaxındır.
Hər bir kantatada sırf rəqs epizodunun olması Azərbaycan
musiqi folklorunun xüsusiliyi ilə izah olunur. Rəqs Azərbaycan
xalq sənətində geniş yayılmışdır. Kantatalar kütləvi musiqi jan-
rına aiddir. Mahnılar kimi, onlar da aktual mövzularda yazılır.
Uvertürada bu parça pyesin fabulasını
–
gerilik və savadsızlıqla
mübarizəni
–
tərənnüm edir. Uvertüra xorla kantatadan və rəqs
epizodundan ibarətdir. Fəhlələrin xoru dördsəslidir.
Xorun melodiyası “Şüştər” məqamı üçün səciyyəvi olan
kvarta sıçrayışlı lirik tərzdədir. Bu xor onunla diqqəti cəlb edir
ki, Azərbaycan xalq mahnılarının quruluşundan fərqli olaraq bu-
rada növbəti kuplet yüksək reqistrdən, nəqərat isə bir reqist aşa-
ğıdan başlayır. Bu səhnədə fəhlə sinfinin mədəniyyətə, tərəqqiyə
və təhsilə can atan nümayəndələrinin ümumiləşdirilmiş surəti
açılır. Burada musiqi şən və emosionaldır. Marşsayağılıq, ritm
dəqiqliyi onun səciyyəvi cəhətləridir. Kantata vals ritmində ya-
zılmış kütləvi rəqslə başa çatır. Rəqsin ritmi kantatanın xorunun
nəqəratından alınmışdır. Rəqsin məqam əsası “Bayatı-Şiraz”dır.
Dostları ilə paylaş: |