37
fatti idi. Fortepiano və orqan üzrə dərslərini isə Hacıbəyli kon-
servatoriyanın görkəmli müəllimləri V.V.Şerbakov və J.J.Qand-
şindən alırdı. Hacıbəyli Peterburq konservatoriyasında təəssüf
ki, çox az müddət, cəmi altı ay oxumuşdur. Lakin bu kiçik müd-
dət də ona çox şey vermişdir.
Ü.Hacıbəyli Peterburqda geniş, beynəlxaq şöhrət qazanan
üçüncü operettası “Arşın mal alan”ı yazır. Hacıbəylinin yazdığı
operettaların ədəbi mətnində cavan, gözəl sevgililərin surətləri
məişət planında, parlaq nikbin çalarlarla verilmişdir, həm də bu
dövr gənc Üzeyir bəyin həyatında xoşbəxt illər idi. O, həyat yol-
daşı Məleykə xanımla yeni evlənmişdi.
Muğam operalarından fərqli olaraq Ü.Hacıbəyli operetta jan-
rında, demək olar ki, xalq musiqisindən sitat gətirmir, lakin bu
əsərlər folklor intonasiyaları, döngələri, üsulları ilə zəngindir.
Bəstəkar xalq musiqisinin ruhunu, özü də peşəkar səviyyədə,
xüsusilə “Arşın mal alan”da yaradır.
Ü.Hacıbəylinin “O olmasın, bu olsun” və “Arşın mal alan”
operettaları dünyanın bir çox dillərinə tərcümə edilmiş və dəfə-
lərlə ekranlaşdırılmışdır. Dünyada bir neçə şəhər var ki, musiqi
onun hər daşına, qalasına, ab-havasına hopmuşdur. Belə şəhər-
lərdən, ilk növbədə Avstriyanın Vyana, İtaliyanın Neapol, Azər-
baycanda isə Qarabağın Şuşa şəhərini göstərmək olar və bəlkə
təbiidir ki, bu şəhərlərin ikisində böyük bəstəkarımız Ü.Ha-
cıbəylinin abidəsi ucaldılmışdır (Vyana və Şuşada). Lakin tə-
əssüflər olsun ki, Şuşada bəstəkarın abidəsi erməni işğalçıları tə-
rəfindən gülləbarana tutulmuş və deşik-deşik edilmişdir. Böyük
çətinliklərlə Bakıya gətirilmiş bu abidə, Xurşidbanu Natəvanın
və Bülbülün abidələrilə bərabər R.Mustafayev adına Azərbaycan
Dövlət İncəsənət muzeyində saxlanılır və erməni işğalçılarının
vandalizmini bir daha nümayiş etdirir.
* * *
Ü.Hacıbəyli 1918-1920-ci illərdə Azərbaycan Demokratik
hakimiyyəti dövründə “Azərbaycan” qəzetində fəal çalışır. Bu
qəzetin ilk redaktoru Üzeyir bəyin kiçik qardaşı Ceyhun bəy idi.
Hacıbəylinin özü isə bir ildən artıq bu qəzetin müdiri olmuşdur.
38
Həmin qəzetdə Ü.Hacıbəylinin “İstiqlaliyyət”, “Partiyalarımız”,
“Azərbaycan parlamanı”, “Andronik məsələsi”, “Vəzifəmiz nə-
dir?”, “Lənkəran faciəsi”, “Qarabağ haqqında”, “Naxçıvan və
Qarabağ”, “Milliləşmək”, “Rusiya əhvalı”, “İçimizdəki denikin-
lər”, və s.mühüm məqalələr dərc edilmişdir. 1919-cu ildə Azər-
baycan Cumhuriyyətinin bir ili münasibətilə “İstiqlal” məcmu-
əsindəki “Azərbaycan türklərinin musiqisi haqqında” məqaləsi
xüsusi önəm daşıyır.
1
Ü.Hacıbəyli 1926-cı ildə Azərbaycan Dövlət Konservatori-
yasının əvvəl prorektoru, sonra rektoru olmuş, həmin ildə kon-
servatoriya nəzdində xor kollektivi yaratmışdı, lakin o çox tez
dağılmışdı. Bəstəkar yalnız 10 ildən sonra 1936-cı ildə respubli-
kada filarmoniyanın nəzdində xor sənətinin möhkəm təməlini
yaradır. Hacıbəyli xor mədəniyyətinin böyük əhəmiyyətini başa
düşür və inkişafı üçün hər bir şərait yaratmağa çalışırdı. Hələ in-
qilabdan əvvəlki operalara o, təksəsli xorları daxil edirdi. O vaxt
bəstəkar kollektiv oxuma üçün başqa vasitə görmürdü. O dövrdə
çoxsəsli xorun təşkili işində Hacıbəylinin qarşısında bir sıra cid-
di çətinliklər dayanmışdı, bu da ilk növbədə repertuar məsələsi
idi. Repertuara daxil olunacaq xalq mahnıları təksəsli idilər. On-
ları çoxsəsli xor üçün harmonizə etmək lazım idi. Təbii ki, belə
melodiyaların mexaniki harmonizə edilməsi xalq mahnısının üs-
lubunun təhrif olunmasına, bəzən isə melodik xəttin pozulması-
na gətirib çıxara bilərdi.
Ü.Hacıbəyli belə hesab edirdi ki, “çoxsəsli xor sənətinin in-
kişafını milli əsas üzərində qurmaq lazımdır. Yəni Azərbaycan
xalq musiqinin özünün əsasında çoxsəsli formanın elementlərini
tapmaq lazımdır. Hər mahnının ritmik, melodik və digər xüsu-
siyyətlərinin öyrənilməsi və şərti harmonizasiyanın tətbiq edil-
məsi xor ifasında da Azərbaycan melosunun bütün xüsusiliyini,
bütün koloritini dinləyiciyə çatdırmaq imkanı verir”.
2
Qeyd etmək lazımdır ki, musiqimizin adi harmonizasiyası is-
tər-istəməz kadansların tətbiq olunmasını tələb edir. Kadanslar
1
Hacıbəyli Ü. Azərbaycan türklərinin musiqisi haqqında. B., 2005.
2
Hacıbəyov Ü. İlk Azərbaycan xalq xoru. Əsərləri, II c., B., 1965, s. 271.
39
melodiyanı ya majora, ya minora gətirib çıxarır. Bu zaman
Azərbaycan musiqisini yaradan məqamlar çox vaxt öz xüsusiy-
yətini itirir. Ona görə bəstəkar qeyd edirdi ki, mahnıları harmo-
nizə edərkən o, adi dördsəsliliyi deyil, kontrapunkt çoxsəsliliyi
və unison imitasiyaları tətbiq edir.
1
Azərbaycan musiqisinin in-
kişafında özəl xor formasının yaranması mühüm rol oynadı.
1931-ci ildə o, Radio komitəsinin nəzdində birinci notlu xalq
çalğı alətləri orkestri yaradır. Ü.Hacıbəyli bu orkestri yaratmaq-
dan əvvəl milli alətlərin xüsusiyyətlərini dərindən öyrənmişdir.
Bu illərdə o, tarın pərdələrinin dəyişilməsi planı üzərində işləyir,
tar üçün qanon tipli texniki məşğələlər və s. yazır. Bu məşğələ-
lər ilə o, Avropa not sisteminin milli Azərbaycan alətlərinə tət-
biq etmə imkanlarını isbat edirdi. Ü.Hacıbəyli 1926-cı ildə yaz-
dığı “Şərq musiqisi və Qərb musiqi aləti” məqaləsində Azərbay-
can musiqisinin Qərb musiqi alətləri ilə qarşılıqlı əlaqələrini ge-
niş işıqlandırır. O, əsaslı dəlillərlə Qərb musiqi aləti ilə Azər-
baycan xalq musiqisi və onun alətləri arasında olan səddi aradan
götürür.
Ü.Hacıbəylinin təşkil etdiyi “not” orkestri Qlinkanın, Motsar-
tın, Şubertin, Bizenin və digər bəstəkarların əsərlərini müvəffəqiy-
yətlə ifa edirdi. İlk illərdə orkestrə Ü.Hacıbəyli özü dirijorluq edirdi.
Bəstəkar 1931-ci ildə bu orkestr üçün iki fantaziya yazır.
Bunlarda o, milli alətlərin birgə çoxsəsli ansamblda səslənmə
imkanlarını nümayiş etdirir. Ü.Hacıbəyli birinci fantaziyada
“Çahargah” muğamının, ikincidə isə “Şur” muğamının məqam-
intonasiya əsasını işlədir. Hacıbəylinin simfonik musiqinin ilk
nümunələri olan “Çahargah” və “Şur” fantaziyaları, özünün üs-
lubu, musiqisinin xarakterinə görə “Koroğlu” operasının simfo-
nik epizodlarını hazırlamışdır.
Ü.Hacıbəylinin skripka, violonçel və fortepiano üçün 1931-
ci ildə yazdığı “Aşıqsayağı” triosu Azərbaycan musiqisində ilk
ansambl pyeslərindən biridir. Hacıbəyli milli musiqi üçün yeni
olan bu janrda aşıq üslubunun bəstəkarlıq texnikasının müxtəlif
xüsusiyyətləri ilə vəhdətini yaradır. “Aşıq sayağı”nın Motsartın
1
Hacıbəyov Ü. İlk Azərbaycan xalq xoru. Əsərləri, II c., B., 1965, s. 271.
Dostları ilə paylaş: |