526
baycan musiqisi tariхində mühüm rol oynamışdır. Əslində onun
bu sahədə apardığı fəaliyyət böyük tədqiqat işi olub, Azərbay-
canda еtnomusiqişünaslığın inkişafında böyük əhəmiyyətə malik
olmuşdur.
***
Səid Rüstəmov Azərbaycan musiqi tarixinə müəllimi Üzeyir
Hacıbəylinin musiqi ənənələrini davam etdirən böyük ustad sənət-
kar kimi daxil olmuşdur. Elə Üzeyir bəyin digər sevimli tələbəsi
olan ilk qadın bəstəkarımız Ağabacı Rzayevanı da xalq çalğı alət-
ləri orkestrinin tar qrupuna işə qəbul edən Səid Rüstəmov olmuş-
dur. Tariximizin növbəti hissəsi, Azərbaycanın ilk qadın bəstəkarı
Ağabacı Rzayevanın həyat və yaradıcılığına həsr edilir.
527
XIII HİSSƏ
AĞABACI RZAYEVA
(1913-1975)
Azərbaycan musiqisində ilk qadın bəstəkarı, Əməkdar incə-
sənət xadimi, Ağabacı Rzayevanın xüsusi özəl yeri vardır. İlha-
mını, kökünü xalq yaradıcılığından, muğamlardan, təsnif, mahnı
və rəqslərdən alan bəstəkar, bu musiqiləri özünün yaradıcılıq la-
boratoriyasına çevirərək, onlardan bəhrələnmişdir. Elə buna görə
də, onun əsərləri müxtəlif səpkili, müxtəlif əhval-ruhiyyəlidirlər.
Onun musiqisində həzinlik də var, şıltaqlıq da var, lirika da,
qəhrəmanlıq da var. Əsərlərinin sevilməsinin, böyük auditoriya
toplamasının əsasını melodiyalarının səmimiliyi, harmoniyala-
rının sadələyi, təbiiliyi, melodika-ritmik dönmələrinin müxtəlif-
528
liyi təşkil edir. Bir sözlə, bəstəkarın yaradıcılığı xalq mən-
bələrinin dərin köklərindən şirə çəkib qidalanmış yaradıcılıqdır.
Ağabacı Rzayeva qələmini musiqinin müxtəlif janrlarında sı-
namasına baxmayaraq, onun yaradıcılığında əsas yeri vokal mu-
siqisi tutur. Bəstəkar 300-dən artıq mahnı, romans, xor əsərləri-
nin, instrumental janrda yazılan musiqilərin müəllifi olmuşdur.
Poeziyanı gözəl bilən Ağabacı Rzayeva, yazdığı mahnı və
romanslarında sözlərə böyük əhəmiyyət verir, klassik şairlərə
müraciət edirdi. Onun romanslarında daha çox Nizami Gəncəvi,
Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif,
Xurşudbanu Natəvan, Mirzə Ələkbər Sabir, Mirzə Fətəli Axun-
dov, Səməd Vurğun, Mikayıl Müşfiq, Nazım Hikmət və başqa-
larının şeirlərinə rast gəlmək olur. Bəstəkar rus poeziyasına da
böyük məhəbbətlə yanaşırdı. Bir çox gözəl romanslarını Puşkin,
Lermontov, Nekrasovun şeirlərinə yazmışdı.
Ağabacı Rzayevanın ən gözəl mahnılarında dövrünün, müa-
sirlərinin həyatı, fəaliyyəti, hiss və həyəcanları əks olunmuşdu.
Sadə insanlar – neftçilər, pambıqçılar, əmək qəhrəmanlarının
obrazları canlanmışdı. “Çoban Qara”, “Muğan qızı”, “Neftçi
Qurban”, “Neftçilər mahnısı” buna gözəl misaldır. Bu günə qə-
dər el şənliklərimizdə, toy-düyünlərdə gəncləri sevindirən “Evi-
mizə gəlin gəlir”, “Toy mahnısı”, “Barmağıma üzük tax” mahnı-
ları da Ağabacı Rzayevaya məxsusdur.
Bəstəkar uşaqları da yaddan çıxartmayıb. Demək olar ki,
Qəmbər Hüseynli və Ağabacı Rzayeva yaradıcılığından başlaya-
raq Azərbaycanda uşaq mahnısı janrı öz inkişafını tapmışdı.
1965-ci il 30 dekabr “Azərbaycan müəllimi” qəzetinin səhifələ-
rində çıxan Ağabacı Rzayevanın “Uşaqların tərbiyəsinə dair”
məqaləsində yazırdı ki, “Uşaqların bədii estetik zövqünü inkişaf
etdirməkdə, onlarda nəcib sifətlər yaratmaqda musiqinin böyük
rolu olduğu hamıya məlumdur. Buna görə də uşaqlarımız üçün
mahnı bəstələməyi çox şərəfli bir iş hesab edirəm”. Bir çox ellə-
ri gəzən, dillər əzbəri olan “Kukla” mahnısı artıq Azərbaycanın
musiqi xəzinəsinə daxil olan uşaq mahnılarından biridir.
Bəstəkarın portfelində orkestr üçün əsərlər, bəstəkar İsmayıl
Quliyevlə birlikdə yazdığı “Höcət eləmə” operettası, şair Mirva-
529
rid Dilbazinin sözlərinə yazdığı musiqili səhnə əsəri “Günəş eş-
qi”, müxtəlif alətlər üçün pyeslər, xalq çalğı alətləri üçün əsərlər
yer almışdır.
Azərbaycanın ilk qadın bəstəkarı olan Ağabacı Rzayeva bir ic-
timai xadim kimi də ölkəmizdə tanınmışdır. O, dəfələrlə Bakı So-
vetinə, daha sonra Ali Sovetə deputat seçilmişdir. İctimai xadim ki-
mi, bir deputat kimi çox fəal olmuş, ona ünvanlanan müraciətlərə
həssaslıqla yanaşaraq, əlindən gələn köməyi əsirgəməmişdir.
Bəstəkar Moskvada keçirilən “Dünya sülh tərəfdarları” kon-
fransında iştirak etmiş, orada Azərbaycanı təmsil etmişdir. Ağa-
bacı Rzayeva Azərbaycan Respublikasının Əməkdar incəsənət
xadimi kimi yüksək ada layiq görülmüş, “Qırmızı Əmək Bayra-
ğı” və “Şərəf nişanı” ordenləri ilə təltif olunmuşdur.
530
I fəsil
Ağabacı Rzayevanın həyat və yaradıcılığı
Ağabacı İsmayıl qızı Rzayeva 1912-ci il dekabr ayının 15-də
Bakı şəhərində ziyalı bir ailədə anadan olmuşdu. Atası İsmayıl
Rzayev iqtisadçı olmasına rağmən musiqini dərindən bilən, tar-
da gözəl çalan olmuşdu. Ailələrində daima muğam sədaları yük-
səlmişdir. Ağabacıgilin evlərində tar, saz, qaval, qoşa nağara,
qarmon, qrammafon var idi. Ona görə də bu evdən hər zaman
çalıb-oxumaq səsləri gəlirdi. Çünki, Ağabacının babası Mirzə
Fərəc dövrünün məşhur tarzəni olmuşdu.
Mirzə Fərəc Rza oğlu Rzayev (15.03.1847-27.03.1927) Bakı-
Abşeron muğam ifaçılıq məktəbinin nümayəndələrindən idi. O,
Bakıda Məşədi Məlik Mansurovun evində təşkil olunan muğam
məclislərində fəal iştirak etmiş, bir çox xanəndələri müşayiət et-
mişdi. İlk tar çalmağı tarzən Şirazlı Əlidən öyrənmiş, daha sonra
sənətini təkmilləşdirmək üçün İrana getmiş, orada yaşayaraq qə-
dim musiqi traktatlar ilə tanış olmuş, onları araşdırmışdı.
Mirzə Fərəc musiqi tarixinin, həmçinin muğamların dərin bi-
licisi kimi tanınıb. Məhz ona görə də, dahi bəstəkar Üzeyir Hacı-
bəyli keçən əsrin 20-ci illərində əvvəlcə Musiqi texnikumunda,
sonralar isə Konservatoriyada muğam tədrisinin proqramının
tərtibi üçün yaratdığı “Muğam komissionu”na Mirzə Fərəci də
dəvət etmişdi. O vaxtlar bu komissiyada Şirin Axundov, Qurban
Pirimov, xanəndələrdən Əbdülbağı Zülalov, Cabbar Qaryağdı-
oğlu, Keçəçi Məmməd və başqa muğam biliciləri toplanmışdı.
Üzeyir bəy muğamın tədris proqramını yaratmaqdan əvvəl onla-
rın ayrılıqda fikirlərini öyrənmək istəyirdi. Mirzə Fərəc özünün
muğam cədvəlini tərtib edib, Üzeyir bəyə təqdim etmişdi. Onun
muğam cədvəlində XIX əsrin sonunda Abşeron-Bakı mühitinin
muğam ifaçılığı təcrübəsi əks etdirilmişdi. Bu cədvəldə o zaman
mövcud olan muğamların tərkibindəki şöbələr, guşələr dolğun
şəkildə öz əksini tapmışdı. Bunu da qeyd etmək lazımdır ki,
Dostları ilə paylaş: |