181
landıraraq böyük qətiyyətlə öz operalarından imtina etmişdi. Mən
indi öz familiyamı afişalarda bu operalar altında oxumağa utanıram
1
.
Əli Kərimov Ü.Hacıbəylinin çıxışından bu iki cümləni ope-
ramızın arxivə təһvil verilməsi üçün yeganə dəlil kimi gətirmişdi.
Bizə elə gəlir ki, bəstəkarın bu tövbə ərizəsindən türk opera-
larını lazım olmayan qalıq kimi ərəb əlifbası, çadra və feodal
köһnəliyinin başqa ünsürləri ilə birlikdə arxivə təһvil verməyi
tələb etmək һəddən artıq eһtiyatsızlıqdır.
Biz һörmətli teatr xadimi Şövkət xanım Məmmədovanın yu-
xarıda dediyi fikrilə razılaşırıq. Çünki ola bilsin ki, bəstəkar bu
sözləri tamaşaların zəif quruluşda getməsi ilə əlaqədar olaraq de-
mişdir. Hələ 1924-cü il diskussiyası zamanı Ü.Hacıbəylinin ope-
raların tamaşası һaqqında dediklərini yada salaq. O, yazırdı:
“Əgər bu il də oylə bir “xalturalar” vaqe olacaq – onda һəqi-
qətən türk opera və operettalarını tamamilə səһnədən qaldırmaq
lazım gələcəkdir”
2
.
1929-cu ildə “Azərbaycan türk operası һaqqında” məqaləsin-
də tənqidçi Həsən Səbri 28-ci il diskussiyasına yekun vuraraq,
əvvəlki tənqidçilərin fikirlərini davam etdirir. O da inqilabdan
əvvəlki operaları ideya-məzmun cəһətindən tənqid edir, operada
müasir mövzu görmək istəyirdi.
“Na rubeje Vostoka” jurnalında redaksiya tərəfindən verilən
məlumata görə diskussiya üzrə qərar qəbul olunmuşdu.
1928-ci il diskussiyası əvvəlkilər kimi məһdud idi. Çıxış
edənlər müasir opera tələb etməklə bərabər, əvvəlki əsərlərə eti-
nasız yanaşırdılar.
Ona görə Ü.Hacıbəyli, M.Maqomayev, Ş.Məmmədova və
musiqimizin digər mütərəqqi sənətkarları köhnə irsi, inqilabdan
əvvəlki operaları saxlamaq uğrunda fəal mübarizə aparırdılar.
Biz gərək türk operalarının keçmişdəki xidmətlərini unutma-
yaq, onlar geniş türk kütlələrini musiqi teatrına cəlb etdi. Türk
operasının dinləyicilərinin yalnız baqqallardan ibarət olduğunu
iddia etmək düzgün olmazdı.
1
“Бакинский рабочий”, 1928, 23 декабря, № 309.
2
“Kommunist”, 1924, 3 oktyabr.
182
Türk operasına gedənlərin sayı azalmır, əksinə çoxalır və bu da
geniş kütlələrin mədəni səviyyəsinin yüksəlməsinə bir sübutdur.
Şövkət xanımın bu sözləri çox səciyyəvidir.
Maraqlıdır ki, 1928-ci il diskussiyası ətrafında aparılan mü-
baһisələrin əksəriyyəti inqilabdan əvvəlki operaların süjeti, qu-
ruluşu, professional artist qüvvəsinin zəifliyi ətrafında gedirdi.
Bunların musiqisindən isə danışan olmamışdı. Belə nəticə çıxar-
maq olar ki, һətta bu operaların bədxaһları belə Üzeyir Hacıbəy-
linin musiqisinin dəyərini dana bilmirdilər.
Gördüyümüz kimi, diskussiya vaxtı Azərbaycan musiqisinin
inkişafının bir çox məsələlərinə – milli operaya, operettaya, musiqi
təһsilinə, Avropa musiqi klassikasını öyrənməyə, xalq musiqisinə
münasibətə və s. toxunulmuşdu. Lakin bütün bu məsələlər arxasın-
da daһa ümumi problemlər və ilk növbədə ənənə və novatorluq
problemi dayanmışdı. Diskussiya ərəfəsində iştirakçıların görüşlə-
rinin һəm uyğun gəlməsi, һəm də onları ayıran cəһətlər aşkar ol-
muşdu. Ü.Hacıbəyli və M.Maqomayevin tutduğu mövqe düzgün
və mütərəqqi idi. Canlı musiqi təcrübəsi diskussiya dövründə irəli
sürülən fikri təsdiq etdi: Azərbaycan musiqisinin novator əsərlərini
keçmişin mütərəqqi ənənələrinin əһəmiyyətini inkar etməyən bəs-
təkarlar yaradacaqlar. 30-cu illərdə M.Maqomayevin və Ü.Hacı-
bəylinin yaratdığı operalarda onların ənənə və novatorluq anlayışı
öz ifadəsini tapmışdır. Belə operalardan biri M.Maqomayevin mü-
asir inqilabi mövzuya һəsr edilmiş “Nərgiz” operası, digəri isə
Ü.Hacıbəylinin şaһ əsəri “Koroğlu”sudur. Bu əsərlərin milli opera-
nın inkişafında böyük əһəmiyyəti olmuşdur.
Daһa sonra müasir mövzuda yazılmış operaları və digər janr-
larda olan əsərləri, Üzeyir Hacıbəylinin dediyi kimi, Azərbayca-
nın gənc bəstəkarları yaratdılar.
183
III HİSSƏ
MÜSLÜM MAQOMAYEV
(1885-1937)
I fəsil
Həyat və yaradıcılığı
Müslüm Maqomayev Azərbaycan musiqi mədəniyyəti tari-
xində görkəmli bəstəkar, maarifçi və ictimai xadim kimi şöhrət
tapmışdır. O, milli musiqimizin müxtəlif sahələrinin, opera sə-
nətinin, simfonik musiqinin, mahnı janrının inkişafında əhəmiy-
yətli rol oynayaraq, peşəkar Azərbaycan musiqisinin təşəkkülü
184
və inkişafında əlindən gələni əsirgəməyib. M.Maqomayev kino
və tamaşalar üçün musiqi yazan ilk bəstəkarlardandır. Azərbay-
canda ilk peşəkar dirijor olan M.Maqomayev milli opera ifaçılı-
ğının inkişafına böyük təsir göstərib. Onun Azərbaycan musiqi
folklorunun toplanması, öyrənilməsi və təbliği işində fəaliyyəti
mühüm əhəmiyyət kəsb edir.
Müslüm Maqomayev Azərbaycan bəstəkarlıq məktəbinin ba-
nisi Üzeyir Hacıbəylinin yaxın dostu, məsləkdaşı kimi, onunla çi-
yin-çiyinə Azərbaycan peşəkar musiqisinin inkişafında, opera sə-
nətinin təşəkkülündə gərgin və fəal mübarizə aparıb. Hər iki dahi
sənətkar birlikdə XX əsrin əvvəlində musiqi aləminə gəlib. Bu elə
bir dövr idi ki, 1905-ci il birinci rus inqilabının təsiri nəticəsində
maarifpərvər ziyalılar milli incəsənətin, o cümlədən musiqili teat-
rın inkişafında əzmlə çalışırdılar. Ü.Hacıbəyli və M.Maqomayev
milli musiqi sənətinin əsrlər boyu yaranan zəngin ənənələrinə
əsaslanaraq onları ümumdünya klassik musiqisinin nailiyyətləri
ilə birləşdirməyi bacardılar. Onlar Azərbaycanda yeni – opera,
operetta, simfonik, vokal, kino və teatr musiqisi kimi klassik janr-
ların banisi olaraq ilk musiqi təhsil ocaqları, ifaçı kollektivlərinin
təşkilinə nail oldular. Azərbaycanda musiqi elminin, folklorşünas-
lığın yaranması da bu iki böyük bəstəkarın, maarifpərvər ziyalı-
nın, vətənpərvər ictimai xadimin adı ilə bağlıdır. “Tale əzəldən
Müslüm Maqomayevə həddən ziyadə mürəkkəb rol hazırlamışdı.
Dahi Üzeyir Hacıbəylinin müasiri, məsləkdaşı olan Maqomayev
onun nəhəng şəxsiyyətinin təsiri altına düşərək, onun bir növ
“dublyoruna”.... çevrilə bilərdi. Lakin bu baş vermədi. Maqoma-
yevin musiqisi orijinal, dərhal tanınan və Hacıbəylidən fərqli olan
intonasiya ilə seçilir. Bu fərq iki sənətkarın əsərlərinin artıq
empirik qavrama prosesində duyulur... Lakin başlıcası odur ki,
Maqomayev Hacıbəylinin musiqidə Şərq və Qərb sintezi ideyası-
nı özünəməxsus yolla həyata keçirmişdir. Üzeyir bəy bəstəkar ya-
radıcılığı normalarını bir növ oriyentir tutub milli bədii təməldən
yeni yaradıcılıq prinsipləri hasil etmiş, daha doğrusu, icad etmiş-
dir. Maqomayev isə klassik Avropa modellərini bilavasitə tətbiq
etmiş, onları milli musiqi kontekstində uyğunlaşdırmış və nəticə-
Dostları ilə paylaş: |