185
də Şərq və Qərb, monodik və homofon düşüncə tərzlərinin üzvi
vəhdətinə nail olmuşdur.”
1
Əbdül Müslüm Məhəmməd oğlu Maqomayev 18 sentyabr
1885-ci ildə Qroznı şəhərində anadan olub. Kiçik Müslümün do-
ğulub boya-başa çatdığı ailədə ədəbiyyata, dram əsərlərinə, mu-
siqiyə çox böyük həvəs və maraq var idi. Demək olar ki, ailə
üzvlərinin hamısı qarmonda çalmağı bacarırdı. Müslümün bö-
yük qardaşı Məhəmməd parlaq musiqi istedadına malik olub,
qarmon və fleytada gözəl çalırdı. Geniş erudisiya və yaradıcı qa-
biliyyətə malik olan qardaşı Məhəmmədin kiçik Müslümün for-
malaşmasında böyük rolu olub. Dünyaya göz açdığı ilk günlər-
dən belə bir yaradıcı atmosferdə, musiqi və ədəbiyyat maraqları-
nın qovuşduğu bir şəraitdə böyüməsi nadir musiqi istedadına
malik olan Müslüm Maqomayevin gələcək yaradıcılıq uğurları-
nın əsas təməlini qoyub. O, ilk təhsil aldığı Qroznı şəhər məktəbin-
də skripkada çalmağı öyrənir, məktəb xorunda oxuyur. 1900-cü
ildə həmin məktəbi bitirib, Qoridəki Zaqafqaziya müəllimlər se-
minariyasına müdavim qəbul edilir. Öz xalqının maariflənməsində
fəal rol oynayan bir çox Azərbaycan ziyalıları məhz bu təhsil
ocağında oxuyurdular. Azərbaycan mədəniyyətinin N.Nərimanov,
C.Məmmədquluzadə, Ü.Hacıbəyli, S.S.Axundov, R.Əfəndiyev,
M.Mahmudbəyov və başqaları kimi ən mütərəqqi nümayəndələri-
nin təhsil aldığı bu seminariyada Müslüm Maqomayev dövrün
maarifpərvər ziyalıları ilə dostlaşır. Bir ildə, bir ayda, bir gündə
anadan olmuş iki istedadlı cavan Üzeyir Hacıbəyli və Müslüm
Maqomayev məhz bu seminariyanın divarları arasında bir-biri-
nə yaxınlaşır və ömürlərinin sonunadək Azərbaycan musiqi mə-
dəniyyətinin inkişafına birlikdə xidmət edirlər.
Qori seminariyasında M.Maqomayev bir sıra musiqi fənnləri
üzrə təhsil alır. Skripka təhsilini çox ciddi və tələbkar müəllim kimi
tanınan M.L.Pekkerdə davam etdirir. Eyni zamanda qoboyda çal-
mağı öyrənir, simli və nəfəsli tələbə orkestrlərində çıxış edir, dünya
musiqisinin inciləri ilə tanış olur, onların bəzi nümunələrinin ifası
1
Hüseynova A. Müslüm Maqomayev və Azərbaycan musiqisi. Müslüm
Maqomayev (Oçerklər). Bakı, 2003, s. 6.
186
ilə məşgul olur. Musiqi ifaçılığı ilə yanaşı o, musiqi nəzəriyyəsinə
də biganə qalmır. S.P.Qoqliçidze adlı vokal müəllimindən həm vo-
kal, həm də nəzəriyyə dərsləri alır. Musiqi bu gəncin həyat tərzinə
çevrilir. Dərslərdən boş olan vaxtlarında da Ü.Hacıbəyli ilə birgə
müxtəlif opera tamaşalarına və klassik musiqidən ibarət konsertlərə
gedirlər. Sonralar Üzeyir Hacıbəyli Müslüm Maqomayevin tələbə-
lik illərini xatırlayarkən yazırdı: “Müslüm Maqomayev aramızda
ən yaxşı skripkaçalan və qoboyçalan sayılırdı. Seminariyada şa-
girdlərin qüvvəsilə təşkil edilmiş simfonik və nəfəsli orkestrin tez-
tez konsertləri olurdu. Əlbəttə, bu konsertlərin heç biri istedadlı,
musiqini bütün qəlbi ilə sevən Müslümün ən fəal iştirakı olmadan
keçmirdi. Müslüm Maqomayev artıq on səkkiz yaşlı gənc ikən
simfonik orkestrin baş musiqiçisi idi və çox vaxt dirijoru əvəz edir-
di”.
1
Beləliklə, musiqi sənəti sahəsində xüsusi təhsil almayan
M.Maqomayev fəal surətdə gənclik illərindən başlayaraq öz üzə-
rində çalışır, dünya və eləcə də rus musiqi sənətinin möhtəşəm nü-
munələrini mənimsəməklə musiqi ifaçılığına və nəzəriyyəsinə dair
qazandığı bilikləri artırmağa ciddi səy göstərirdi.
Hələ seminariyada oxuyarkən Qafqaz və Zaqafqaziya xalqları-
nın, xüsusilə də Azərbaycan musiqisinin vurğunu olan Müslüm
Maqomayev Azərbaycan xalq mahnılarının füsünkarlığını, Azər-
baycan xalq rəqslərinin dinamikliyini, Azərbaycan muğam sərvəti-
nin misilsiz təsir gücünü çox yüksək qiymətləndirir və böyük hə-
vəslə Azərbaycan xalq musiqisi nümunələrini toplayıb öyrənməyə
başlayır. Təsadüfi deyil ki, onun bu sahədə olan ilk folklor yazıları
1900-cü ildə Parisdə beynəlxalq sərgidə nümayiş etdirilir.
1905-ci ilin əvvəlləri çar Rusiyasını və onun ucqar yerlərini
bürüməkdə olan inqilabi hərəkatın getdikcə gücləndiyi bir dövr
idi. Belə bir dövrdə müstəqil fəaliyyətə başlayan M.Maqomaye-
vin yaxın məsləkdaşı Ü.Hacıbəyli ilə birlikdə Azərbaycanın qa-
baqcıl ziyalılarının, N.Nərimanovun, M.Ə.Sabirin, S.S.Axundo-
vun, C.Məmmədquluzadənin, H.Zərdabinin, N.Vəzirovun, Ə.Haq-
verdiyevin, F.Köçərlinin, H.Cavidin, A.Şaiqin xalqın maariflən-
1
Гаджибеков Узеир. О музыкальном искусстве Азербайджана. Сб.
статей, Баку, 1966, с. 72.
187
məsi və mədəni inkişafı üçün apardıqları ardıcıl mübarizəyə bö-
yük həvəslə qoşulması tamamilə təbii idi.
1904-cü ildə Qori müəllimlər seminariyasında təhsilini əla
qiymətlərlə bitirdiyinə və seminariyanın ictimai həyatında fəal
iştirakına görə skripka aləti ilə mükafatlandırılan Müslüm Ma-
qomayev bir müddət Şimali Qafqazın Bekoviçi kənd məktəbin-
də dərs deyir. O, bu məktəbdə işlədiyi zaman özünün seminari-
yadakı musiqi müəllimi M.Pekkerə yazmışdı: “Tale məni uzaq
bir kəndə salmışdır. Burada yeganə sevincim, sizin mənə verdi-
yiniz “taxta parçasıdır”. Məhz bu skripka vasitəsilə M.Maqo-
mayev Bekoviçi və Lənkəranda, Bakı və Sabunçuda tələbələr
xoru, rəqs dərnəyi, xalq çalğı alətləri orkestri yaratmış, ictimai
konsertlər təşkil etmişdi”.
1
Bu konsertlərdə Azərbaycan və digər
xalqların mahnıları, ayrı-ayrı bəstəkarların müxtəlif janrlı əsərlə-
ri, valslar, marşlar, popurrilər, orkestr işləmələri ifa edilirdi. Bə-
zi konsertlərdə M.Maqomayevin skripkada solist qismində çıxış-
ları da olurdu.
M.Maqomayev 1905-ci ilin sentyabrında Lənkəran şəhər
məktəbinə təyinat alır və altı il orada çalışır. Lənkəranda şagird
orkestri və xoru, xalq çalğı alətləri orkestri təşkil edir. Onun pe-
daqoji fəaliyyəti çox zəngin və hərtərəfli idi. O, şagird emalatxa-
naları, etnoqrafiya, təbiətsevərlər, tədbiqi incəsənət və xalq folk-
loru nümunələrini toplayan həvəskarlar dərnəyi təşkil edir, on-
larla yorulmadan və həvəslə məşğul olurdu.
Lənkəranda Müslüm Maqomayev tərəfindən təşkil olunan
dram dərnəyi əhali arasında böyük rəğbət qazanmışdı. Bu dərnə-
yin repertuarına Azərbaycan və rus müəlliflərinin kiçik həcmli
əsərləri, vodevilləri daxil edilmişdi. Tamaşalarda Müslüm Ma-
qomayevin rəhbərliyi ilə ifa edilən instrumental musiqi və xor
nömrələri xüsusi əhəmiyyət kəsb edirdi. Lənkəran dram tamaşa-
larının uğurları haqqında Bakı mətbuatı yazırdı: “Səhnədə türk
dilində “Axşam səbri xeyir olar” pyesi və “Kimdir müqəssir”
vodevili göstərilirdi. Gənc ifaçılar öz rollarını tam kafi dərəcədə
1
Qasımov Q. Müslüm Maqomayev. Əbdül Müslüm Məhəmməd oğlu
Maqomayev. Biblioqrafiya. Bakı, Elm, 2000, s. 23.
Dostları ilə paylaş: |