Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə64/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   60   61   62   63   64   65   66   67   ...   168

 

210


ariozolara da müraciət edir. Bu xüsusiyyət çox maraq doğurur. 

Bunu Azərbaycan operasının o dövrdə ilk uğurları kimi qiymət-

ləndirmək lazımdır. Qəhrəmanın operanın birinci pərdəsindən li-

rik, mahnıvari melodiyaya malik ariyası  məhz bu səbəbə görə 

böyük maraqla qarşılanaraq geniş yayılmışdır. 

Bu operada Aslan şahın mahnı partiyasında muğam improvi-

zasiyaları yoxdur, onun musiqisini M.Maqomayev özü bəstələ-

yib. Onu da qeyd edək ki, Aslan şahın partiyası bariton, yəni 

muğamat oxumaq üçün xarakterik olmayan səs üçün yazılmışdır 

(məlum olduğu kimi, Azərbaycan xanəndələri yüksək səs temb-

rinə malik olurlar və onların ifasında falset mühüm rol oynayır). 

M.Maqomayev Azərbaycan operasında böyük yeniliklər etməyə 

can atan fərqli bəstəkarlardandır. 

Dramaturji baxımdan Şah İsmayıla qarşı duran Aslan şah ob-

razını bəstəkarın böyük nailiyyəti kimi qiymətləndirmək lazım-

dır. Burada mənfi personajın xarakteri təkcə, necə deyərlər, ənə-

nəvi olaraq “qara” boya ilə təsvir olunmur. Mustəbid şah opera-

da mürəkkəb və ziddiyyətli xarakterə malik bir obraz kimi canla-

nır. Bu da bir daha əsərin təbiiliyinin, həyatiliyinin nümunəsidir.  

                                                     



Aslan şahın ariyası 

 



 

211 


Aslan şahın uvertüradan dərhal sonra başlanan birinci ariyası 

ağır, kədərli hisslərlə doludur. Dinləyicini qəhrəmanın narahat 

daxili aləmi ilə tanış edən bu ariya, operanın üvertürasında da 

səslənir və dinləyici üçün bütövlükdə əsərin bir növ simvoluna 

çevrilir. Ariyanın kədərli xarakteri birinci səhnənin emosional 

ovqatını  təcəssüm etdirir, onun mövzusu və  məqamı isə bütün 

opera boyu obrazın açılmasında böyük rol oynayır.

1

 



Aslan şahın partiyası bütövlükdə qəhrəmanın əhvali-ruhiyyə-

sində baş verən dəyişikliklərin, onun psixoloji vəziyyətinin mu-

siqi dili ilə açılmasına parlaq nümunə ola bilər. Bu partiya, hələ 

inqilabdan  əvvəl Azərbaycan opera sənətində bu janra məxsus 

psixoloji realizm forma və metodlarından istifadə olunduğunu 

aydın göstərir. 

Bütün digər personajlar mərkəzi konflikt xətti ətrafında (Şah 

İsmayıl – Aslan şah xətti) birləşir.  Şah  İsmayılla bağlı olan və 

onun portretinin bütün cizgilərinin açılmasına kömək edən ob-

razlar arasında ikisinin – Gülzarla Ərəbzənginin partiyalarında 

da klassik opera formalarına daha çox yer verildiyi görünür. Şər 

qüvvələrə xas kin-küdürət, məkr, riyakarlıq hissləri saray vəziri-

nin obrazında öz ifadəsini tapır. Əsərə romantik opera xüsusiy-

yətləri təlqin edən yüksək emosional gərginlik vəzir partiyasının 

traktovka üslubu ilə bir qədər də artırılır. 

Əsərin qayə və məqsədinin açılmasında epizodik, lakin mu-

siqi baxımından parlaq olan obrazların – Münəccimin,  Əbu-

Həmzənin, İbn-Tahirin və başqalarının xarakteristikası da öz sö-

zünü deyir. 

“Şah İsmayıl”ın klassik opera partituraları ənənələrində yara-

dılması vokal ansamblların rolunun daha da artırılmasına aparır-

dı. “Şah İsmayıl”ın ansamblları hər şeydən əvvəl, bu və ya digər 

səhnə məqamı ilə bağlı olaraq epizodun iştirakçılarını əhatə edən 

ümumi əhval-ruhiyyəni, ovqatı ifadə edir.  



 

 

                                                 

1

 “Bayatı  Şiraz” muğamından bəstəkar operanın başqa səhnələrində  də 



istifadə edir. Məsələn, Aslan şahın əyanlarının təsvirində, “Əyanlar xorunda”, 

Aslan şahla vəzirin duetində və başqa səhnələrdə.   




 

212


 

 

Şah İsmayıl və Gülzarın dueti 

 

 



 

 



 

213 


 

 

Çünki klassik operalarda ifaçıların partiyaları bir-birindən 



köklü surətdə fərqlənir. “Şah İsmayıl”da isə bu fərq və fərdiləş-

mə yoxdur. Lakin partiturada aydın ifadə olunan lirik dramatik 

xarakterli ansambl da var. Bu, dördüncü səhnədə Gülzarla Şah 

İsmayılın böyük hüzn ifadə edən (atanın meyidi üzərində ağla-

maq səhnəsi) duetidir.  

 

“Gülzarın ağısı” 

 

 

 




 

214


 

 

“Şah  İsmayıl” operasında kütləvi xalq səhnələrinə, eyni za-



manda, məzmunun rəngarəngliyinə və səs materialının təşkilinə 

görə müxtəlif olan xorlara üstünlük verilib. Nümunə olaraq “Ba-

harın gəlməsi” qızlar xorunu, Şah  İsmayılın qoşunlarının xoru-

nu, toy xorunu, “Şəlalə” xalq melodiyası əsasında yaradılmış ye-

kun xorunu göstərmək olar.  

 

“Toy xoru” 

 

 

 



Klassik ənənələrə əməl edərək, kulminasiya anlarında bir ne-

çə epizodun vahid bir musiqi cərəyanı, hadisəsi ilə bağlanması 

da dramaturgiya sahəsində bəstəkarın uğurlarından biridir. 

Bu operada bəstəkarın səhnənin təşkilində istifadə etdiyi tipik va-

sitələrdən reçitativ və ariozo epizodlarının ardıcıl birləşdirilməsi, ha-

belə ansambl və xor səhnələrinə solo epizodların daxil edilməsidir. 

“Şah İsmayıl” operasında müstəqil simfonik epizodların oy-

nadığı rol da nəzərdən yayınmamalıdır. Üvertüra, rəqs epizodları, 

döyüş  səhnəsinin musiqi təsviri, antraktlar və sairəni buna misal 

göstərmək olar. Onların mövzu əsasını başlıca olaraq muğam 

quruluşlu melodiyalar, habelə xalq rəqsləri üslubunda yazılmış 



Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə