238
V HİSSƏ
ZÜLFÜQAR HACIBƏYOV
(1884-1950)
I fəsil
Həyat və yaradıcılığı
Milli musiqi teatrımızın görkəmli nümayəndələrindən biri
Zülfüqar Hacıbəyovdur.
Azərbaycanda musiqili teatrın yaranmasında Zülfüqar Hacıbə-
yovun mühüm rolu olmuşdur. Opera sənətimizin banisi Üzeyir Ha-
cıbəyli, onun bəstəkar silahdaşı, teatrımızın ilk dirijoru Müslüm
Maqomayev və eləcə də musiqili səhnəmizin təşəbbüsçüləri H.Sa-
rabski, M.X.Terequlov, M.M.Məmmədov, M.A.Əliyev, Ə.Ağdam-
239
ski və b. ilə yanaşı, Z.Hacıbəyov da Azərbaycan musiqi mədəniy-
yətinin inkişafı, onun xalq yaradıcılığı ilə sıx əlaqəsi uğrunda mü-
barizə aparan teatr xadimlərinin mübariz dəstəsinə daxil idi.
Hələ Oktyabr inqilabından əvvəl Z.Hacıbəyov Azərbaycanın
digər tərəqqipərvər demokratik ziyalıları ilə birgə musiqi sahə-
sində bir çox maarifpərvər təşəbbüslərin təşkilatçısı və iştirakçısı
olmuşdur.
Bəstəkar inqilabdan sonra da bir ictimai xadim kimi fəaliyyət
göstərmiş, Üzeyir Hacıbəylinin bütün cəsarətli və yenilikçi tə-
şəbbüslərində ona qoşulmuş, musiqimizin bu və ya digər sahələ-
rinə başçılıq etmişdir.
Z.Hacıbəyov milli folklor zəminində ilk professional musiqi
formalarının yaranmasında mühüm rol oynamışdır. “Aşıq Qə-
rib” operası, “Evliykən subay” və “Əlli yaşında cavan” musiqili
komediyaları Z.Hacıbəyovun qələminin məhsuludur
Z.Hacıbəyovun və M.Maqomayevin musiqili səhnə əsərləri
kimi, həmin əsərlər də Azərbaycanda müasir professional bəstə-
kar yaradıcılığının ilk nümunələri idi. Bu əsərlərdə folklor for-
maları ilə Avropa musiqi janrı nümunələrinin sintezini yaratmaq
təşəbbüsü edilmişdir. Z.Hacıbəyovun ilk dövr yaradıcılığının
musiqili-səhnə forması milli professional musiqinin ən böyük
janrı olan muğamdır. Onun səyi sayəsində ənənəvi vokal-instru-
mental improvzasiyalı poemalarını olduğu kimi saxlayan mu-
ğam operası meydana gəlmişdir.
Z.Hacıbəyovun həyat və yaradıcılığı iki dövrə – inqilabdan
qabaqkı və sonrakı dövrlərə ayrılır. Bu, dövrlər bir-birinə zidd
deyil, əksinə, bir-birini tamamlayır və sənətkarın böyük, maraqlı
həyatını təşkil edir.
Qeyd olunduğu kimi, Z.Hacıbəyov inqilabdan sonra da öz
yaradıcılığını davam etdirmişdir; o, klub və mədəniyyət sarayla-
rı üçün səhnə əsərləri, kantata, marşlar, nəğmələr və s. janrlarda
əsərlər yazmışdır. Lakin yuxarıda adları çəkilən opera və musi-
qili komediyalar onun əsas bəstəkarlıq nailiyyətləridir. Bu əsər-
lərin əhəmiyyəti ondan ibarətdir ki, onlar Azərbaycanın musiqi
sənətində yeni yaradıcılıq formalarının meydana gəlməsi prose-
sini sürətləndirmişdir.
240
Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyov 1884-cü il aprelin
17-də Şuşa şəhərində anadan olmuşdur.
Şuşa inqilaba qədərki Azərbaycanın iri mədəni mərkəzlərin-
dən biri idi. Şəffaf bulaqlar, pıçıltılı kiçik çaylar, sıx meşələrlə
əhatə olunmuş Şuşa gözəl Qarabağ dağlarının ətəklərində yerlə-
şir. Şuşa haqqında deyirlər ki, burada “hava şüşə kimi şəffafdır”.
Şəhərin adının mənası da elə buradandır. Şuşanın sehrkar təbiəti,
onun sərin bulaqları buranı istedadlar diyarı kimi tanıtmışdır.
Onun isti, əlvan qoynunda neçə-neçə düha yetişmişdir. Şuşa
görkəmli Azərbaycan şair və yazıçıları Vaqifin, Xurşud banu
Natəvanın, N.Vəzirovun, Ə.Haqverdiyevin, S.S.Axundovun,
rəssam və alim-musiqişünas Nəvvabın və bir çox başqalarının
vətənidir.
İstedadlı xalq musiqiçilərinin bütöv bir ifaçılıq məktəbini ya-
ratmış Sadıqcan təxəllüslü tarzən Sadıq Əsədoğlu, Qurban Piri-
mov, Məşədi Cəmil Əmirov, Məşədi İsi, Hacı Hüsü, Cabbar
Qaryağdıoğlu, İslam Abdullayev, M.P.Zülalov, Keçəçi Məm-
məd, Məcid Behbudov və başqaları da şuşalıdırlar.
Z.Hacıbəyov uşaqlıqdan xalq musiqisinin zənginliyini duy-
muş, ona istedadlı sənətkarların ifasında qulaq asmışdır. Atası
Əbdülhüseynin tanınmış Azərbaycan şairəsi Xurşud banu Natə-
vanın yanında mirzə işləməsi buna bir daha imkan yaradırdı. Na-
təvanın yaxın adamlarından biri olan anası Şirin xanım Əliverdi-
bəyovanın da uşaqlara faydalı təsiri olmuşdur. Təbiətən çox ça-
lışqan, poeziyaya, musiqiyə meyilli olan bu qadın öz uşaqlarında
incəsənətə böyük məhəbbət oyatmışdı.
Şirin xanımın kiçik qardaşı Peterburqda, Varşavada təhsil al-
mış Ağalar Əliverdibəyov (1872-1953) gözəl musiqi bilicisi idi.
Ağalar Əliverdibəyov ömrünü musiqiyə həsr etmiş, xalq mahnı
yaradıcılığının incilərini toplamışdır. O, çoxlu xalq mahnıları bi-
lir, muğamları gözəl ifa edir, daim məşhur Şuşa musiqiçiləri ilə
ünsiyyətdə olurdu. Təbiətən fəal, təşəbbüskar olan bu insan şə-
hərin musiqi həyatının mərkəzində olub, Şuşa musiqiçilərinin çı-
xışlarına hər cür yardım göstərir, öz evində musiqi axşamları
təşkil edirdi.
241
Əbdülhüseyn Hacıbəyov maddi vəziyyətinin çətinliyinə bax-
mayaraq, uşaqlarına təhsil verməyə çalışırdı. Onun beş uşağı: üç
oğlu (Zülfüqar, Üzeyir, Ceyhun) və iki qızı (Sayad və Abhəyat)
var idi. Böyük oğlanları Zülfüqar və Üzeyir Şuşanın rus-tatar
məktəbində oxuyurdular. Bu illərdə gənc Zülfüqar Ə.Haqverdi-
yevin “Dağılan tifaq” pyesində (Sona xanım), “Pəri cadu” pye-
sində (Qurbanın arvadı) və M.F.Axundovun “Lənkəran xanının
vəziri” komediyasında (Şölə xanım) qadın rollarını ifa etmişdir.
1
1899-1904-cü illərdə Ü.Hacıbəyli öz təhsilini Qori müəllim-
lər seminariyasında davam etdirmiş, Zülfüqar isə Şuşa ikillik
rus-tatar məktəbini qurtarıb atasına işində kömək edirdi, amma
o, daima oxumaq haqqında düşünürdü.
Əbdülhüseyn Hacıbəyovun 1901-ci ildə qəfil ölümü ailənin
planlarını tamam dəyişdi. Ailənin maddi cəhətdən bütün qayğı-
ları böyük oğlu – Zülfüqarın üzərinə düşdü. 1900-1902-ci illərdə
o, şəhər duması və qəza idarəsində kargüzar, 1902-1906-cı illər-
də isə Şuşa şəhəri əkinçilik və töycü işləri idarəsinin müvəkkili
yanında tərcüməçi işləyir.
2
Uşaqlıqdan Zülfüqara aşılanmış mu-
siqiyə məhəbbət onun özünü musiqi sənətinə həsr etmək istəyini
daha da qüvvətləndirir. Təəccüblü deyil ki, Z.Hacıbəyovun ilk
təəssüratı təkcə milli məişət və vətənin gözəl təbiəti ilə deyil,
həm də öz xalqının incəsənəti ilə sıx bağlı idi. Burada o, ilk dəfə
xalq mahnılarını eşitmiş və onlara ürəkdən bağlanmışdır. Musiqi
sahəsində müəyyən biliklər qazanmaq üçün həqiqətən böyük
səy, yorulmaq bilmədən zəhmət tələb olunurdu. Tar çalmaq
onun sevimli məşğuliyyəti idi. Gələcək bəstəkar musiqi bi-
liklərini Azərbaycan xalq musiqisindən öyrənirdi. Məhz xalq
musiqisi onun yaradıcılığının formalaşmasında əsas amil idi.
1910-cu ildə o, özünün ilk əsəri olan “Əlli yaşında cavan”
operettası üzərində işini başa çatdırır. Bundan iki il sonra – Nax-
çıvanda yaşayarkən bəstəkar “Evliykən subay” musiqili komedi-
yasını bitirir.
1
Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyovun tərcümeyi-halı. Azərbaycan
SSR EA Əlyazmalar fondu, inv. 50, Q-3 (25).
2
Kadrların şəxsi ucot vərəqəsi. Azərb.SSR EA-nın Respublika Əlyazma-
ları Fondunun arxivi, inv. 50, Q-10 (82).
Dostları ilə paylaş: |