Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə68/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   64   65   66   67   68   69   70   71   ...   168

 

226


yəti, onun axtarış və tapıntıları Azərbaycanın zəngin musiqi mə-

dəniyyəti xəzinəsinin qiymətli incilərindəndir. 

Opera dramaturgiyası sahəsində onun prinsipləri sonrakı illərdə 

yaranmış  ən yaxşı opera əsərlərində öz əksini tapmış  və daha da 

dərinləşmişdir. Onun milli Azərbaycan baleti yaratmaq arzuları da 

həyata keçirilmişdir. Azərbaycan bəstəkarlarının və səhnə ustaları-

nın bu janrda yaratdıqları  əsərlər, eləcə  də Azərbaycan simfonik 

musiqisi dünya şöhrəti qazanmışdır. Kütləvi mahnı, teatr musiqisi 

də müasir incəsənətimizin ən parlaq səhifələrindəndir. 

Azərbaycanın iki görkəmli bəstəkarlarının – Ü.Hacıbəyli və 

M.Maqomayevin yubileyləri qeyd ediləndə qocaman bəstəkarı-

mız, mahnı janrının ən görkəmli nümayəndələrindən biri S.Rüs-

təmov yazırdı: “Onlar Azərbaycan musiqi incəsənətində əsl inqi-

lab etmişlər. Onların yaradıcılığı xalqa, insanlara xidmətin  ən 

parlaq nümunəsidir....  Əgər Ü.Hacıbəyli Azərbaycan peşəkar 

musiqisindən ölməz bir dastan yaratmışsa, M.Maqomayev bu 

dastanı heç vaxt öz təravətini itirməyən yeni səhifələrlə zəngin-

ləşdirmişdir. Xalqın sevimlisi olmaq, onun böyük hörmətini qa-

zanmaq – bəstəkar üçün bundan qiymətli nə ola bilər?! Ü.Hacı-

bəyli və M.Maqomayev məhz belə sənətkar, belə dahi olmuşlar. 

Azərbaycan incəsənətində onların açdıqları və bu gün xeyli şa-

xələnib qol budaq atmış yol, indi ölkəmizin hüdudlarından kəna-

ra adlamışdır”.

1

 



Görkəmli Azərbaycan bəstəkarı, Sosialist Əməyi Qəhrəmanı, 

dövlət mükafatları laureatı F.Əmirov da Ü.Hacıbəyli və M.Ma-

qomayevin incəsənətdə keçdikləri qəhrəmanlıq yolunu yüksək 

qiymətləndirmişdir: “Onların musiqi sahəsindəki qəhrəmanlığı, 

bir insan kimi fədakarlıqları, Azərbaycan incəsənətinin taleyində 

onların fəaliyyətinin əhəmiyyəti gözlərimiz önündə yeni, böyük 

bir qüvvə ilə canlanır. Və Azərbaycan xalqının mədəniyyət 

tarixinə  hələ  də böyük maraq doğuran  ən parlaq səhifələrindən 

birini yazmış bu iki qəhrəmana adamın qəlbində böyük mə-

həbbət və minnətdarlıq hissləri oyadır”.

2

 

                                                 



1

 “Baku” qəzeti 20 dekabr 1965-ci il. 

2

 “Bakinski raboçi” qəzeti, 13 dekabr 1965-ci il. 




 

227 


Müasirimiz dahi bəstəkar Q.Qarayev Azərbaycan musiqi mə-

dəniyyətinin çiçəklənməsində klassik bəstəkarların varislik əla-

qələrinin böyük rol oynadığını göstərirdi: “Ü.Hacıbəyli və onun 

yorulmaz məsləkdaşı M.Maqomayev Azərbaycan incəsənətində 

dərin iz salmışlar. Azərbaycan bəstəkarları Ü.Hacıbəyovdan və 

M.Maqomayevdən aldıqları estafeti irəli aparmaqda davam edir, 

xalqa namusla və fədakarlıqla xidmət göstərir, çoxmillətli sovet 

musiqi mədəniyyətinin daha da çiçəklənməsi üçün əllərindən gə-

ləni əsirgəmirlər”

1



Azərbaycan xalqı digər dünya şöhrətli bəstəkarlarımız Ü.Ha-

cıbəyli, Q.Qarayev, F.Əmirov kimi M.Maqomayevin də xatirəsi-

ni əziz tutur. Belə ziyalıların, görkəmli mədəniyyət xadimlərinin 

həyatını  və yaradıcılığını öyrənmədən Azərbaycan mədəniyyət 

tarixini bilmək qeyri-mümkündür. Nə qədər ki, xalqımız, millə-

timiz yaşayır, onun ziyalılarının, ədiblərinin, mədəniyyət xadim-

lərinin də xatirəsi daim yaşayacaq, əsərləri tədqiqat obyekti olacaq. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                 

1

 “Pravda” qəzeti, 23 dekabr 1965-ci il. 




 

228


 

 

IV HİSSƏ 

 

AZƏRBAYCAN MUSİQİ MƏDƏNİYYƏTİNİN İNKİŞAFI. 

DÖVRÜN ÜMUMİ SƏCİYYƏSİ. 

 

Azərbaycan musiqi teatrının təşəkkülü Üzeyir Hacıbəyli, 

Zülfüqar Hacıbəyov və Müslüm Maqomayevin adları ilə  sıx 

bağlıdır. Onlarla birlikdə Azərbaycan musiqi teatrı entuziastları 

sırasına H.Q.Sarabski, H.Ərəblinski, M.Terequlov, Ə.Ağdamski, 

M.A.Əliyev, Q.Pirimov kimi görkəmli xadimlər daxil idi. Teatr 

uğrunda mübarizə  qısa bir zamanda bu insanların həyatlarının 

ayrılmaz hissəsinə çevrildi. Onlar Azərbaycan milli musiqi mə-

dəniyyətinin inkişafı, onun xalq yaradıcılığı ilə qırılmaz əlaqəsi 

uğrunda mübarizə aparırdılar.  

Hələ inqilaba qədər onlar qabaqcıl Azərbaycan ziyalıları ilə 

bir sırada bir çox musiqi-maarif əhəmiyyətli tədbirlərin təşkilat-

çısı və bilavasitə iştirakçısı olmuşlar. M.Maqomayev və Z.Hacı-

bəyov Ü.Hacıbəyliyə  dəstək olaraq musiqi həyatının bu və ya 

digər sahələrində fəaliyyət göstərirlər. 

Azərbaycan musiqi teatrı çox ağır bir şəraitdə formalaşırdı. 

Onun yaradıcıları  həm xalqın geridə qalmağı, həm də mürtəce 

qüvvələrin yaratdığı maneələrə də sinə gərməli olurdular. Teatr 

həm də daim böyük maddi çətinliklərlə üzləşirdi.  

İlk dövrlərdə bölmələrindən biri musiqi teatrı olan “Nicat” 

xeyriyyə  cəmiyyəti Azərbaycan teatrına qarşı ikili siyasət yeri-

dirdi. Bir tərəfdən bu cəmiyyət ilk Azərbaycan operaları və mu-

siqili komediyaları hesabına varlanırdı, digər tərəfdən isə cəmiy-

yətin daxilində baş verən demokratik qüvvələrin möhkəmlənmə-

si və geniş kütlələr arasında musiqili teatrın nüfuzunun güclən-

məsi, mürtəce qüvvələr tərəfindən kəskin təzyiqlərə məruz qalır-

dı. Azərbaycan teatrının geniş tamaşaçı kütlələrinə olan ideya tə-

siri milliyyətçi-burjua ideoloqlarının müqaviməti ilə qarşılaşırdı. 

“Nicat” cəmiyyətinin daxilində gedən bu ideoloji mübarizənin 

kəskinləşməsi nəticəsində  rəhbərlik tamamilə irticaçıların  əlinə 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə