Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə69/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   65   66   67   68   69   70   71   72   ...   168

 

229 


keçir. Burjua ideolologiyasının təsirinə məruz qalan Azərbaycan 

musiqi teatrı hər zaman özünün qabaqcıl demokratik mövqeyini 

saxlayırdı, çünki teatr xadimlərinin  əsas özəyi xalqla, qabaqcıl 

mütərəqqi qüvvələrlə bağlı idilər. Lakin maddi cəhətdən xeyriy-

yə cəmiyyətindən asılı olduqlarına görə onlardan istifadə edərək 

teatr sənətinin inkişafı  uğrunda  əzmlə çalışırdılar. Milli musiqi 

teatrının mütərəqqi mövqelərinin möhkəmlənməsində  ətrafına 

həmfikirlərini toplamış Ü.Hacıbəylinin rolu müsrəsna idi. Mosk-

va və Peterburqa təhsil almağa getdikdən sonra teatr truppasına 

M.Maqomayev, H.Q.Sarabski və Z.Hacıbəyov rəhbərlik edir. 

Bu ağır zamanda onlar özlərinin bütün güclərini musiqi teatrının 

gələcək inkişafına yönəldirlər. Gənc Azərbaycan teatrını gərgin 

təzyiq altında saxlayan “nicatçılar” Ü.Hacıbəylinin, M.Maqoma-

yevin, Z.Hacıbəyovun ilk əsərlərini özləri üçün sərfəli müəssisə-

yə çevirməyə çalışırdılar. Ü.Hacıbəyli və M.Maqomayev cəmiy-

yətin maarifçilik məqsədləri deyil, daha çox kommersiya məqsə-

di güddüyünü çox gözəl anlayırdılar. Bununla əlaqədar onlar cə-

miyyəti tərk edir və Ü.Hacıbəylinin rəhbərlik etdiyi teatr truppa-

sı  təşkil edirlər. 1916-cı ilin sentyabr ayında Bakıda Üzeyir və 

Zülfüqar Hacıbəyov qardaşları  tərəfindən “Ü. və Z.Hacıbəyov 

qardaşları müdiriyyəti” yaranır.

1

 Verilən məlumata əsasən trup-



panın tərkibinə H.Q.Sarabski, Ə.Ağdamski, M.A.Əliyev, D.Bağ-

datbəyov, X.Hüseynov, M.Hacınski, R.Darablinski, A.Anaplin-

ski, D.Cabarov, A.Hüseynzadə, M.Məmmədov, Hacıbababəyov, 

A. və E.Olenskayalar və Lizina daxil idilər.   

Şəxsi müdiriyyətin təşkili Hacıbəyov qardaşlarının Azərbay-

can milli sənətinin müstəqilliyi uğrunda uzun illər apardığı mü-

barizənin bir növ nəticəsi idi. “Müdiriyyət”in tamaşaları çox tez-

tez olurdu. Onun solistlərdən  əlavə xoru, baleti, iki orkestri – 

“simfonik” və “şərq” - var idi.

2

 Bu tamaşalar adətən H.Z.Tağıye-



vin teatrında qoyulurdu. “Nicat” cəmiyyətinin hökmranlığından 

canını qurtaran gənc Azərbaycan musiqi teatrı hələ uzun müddət 

həqiqi peşəkarlığa malik deyildi. Onun nə daimi aktyor truppası, 

                                                 

1

 “Bakı” qəzeti. № 192, 1916, 1 sentyabr. 



2

 “Kaspi” qəzeti. 1916, 18 dekabr. 




 

230


nə binası, nə kostyumları, nə  də dekorasiyası var idi. Peşəkar 

mütəxəssislər tərəfindən verilən səhnə quruluşuna malik olma-

yan tamaşalar çox zaman hansısa bayramlarla əlaqədar göstəri-

lir, mütəmadi xarakter daşımırdı. Opera janrının Azərbaycan 

musiqisində özünütəsdiqi prosesi çox çətinliklə həyata keçirdi.  

Lakin artıq “Leyli və Məcnun” operasının parlaq uğuru Azər-

baycanda müasir peşəkar musiqi janrlarının təşəkkülü üçün əlveriş-

li mühitin yaranmasına dəlalət edirdi. Məhz bu opera Azərbaycan-

da digər musiqi janrlarının inkişafına geniş yol açdı. Azərbaycanın 

qabaqcıl musiqi xadimləri musiqi teatrının yaranması prosesində ir-

ticaçı qüvvələrin maneələrini aradan qaldırmalı olurdular. Bu işdə 

daim Ü.Hacıbəylinin yanında olan, onun bütün işlərində ona dayaq 

olan M.Maqomayev və Z.Hacıbəyov Azərbaycan musiqi teatrının 

truppasının fəal təşkilatcılarından idilər. Musiqi teatrı, ümumilikdə 

bütün teatr sənəti kimi, öz axarı ilə inkişaf edirdi, dövlət tərəfindən 

heç bir dəstək almırdı. Peşəkar ifaçılar çatışmırdı, daimi məkan da 

yox idi. Opera tamaşaları gah H.Z.Tağıyevin teatrında, gah da Ni-

kitinlərin teatr-sirkində göstərilirdi. 

  

*** 


 

1911-ci ildə “O olmasın, bu olsun” operettasının böyük uğu-

rundan sonra (Ü.Hacıbəyli başa düşür ki, onun opera və operet-

taları tamaşaçıların marağına səbəb olub, onların xoşuna gəlib), 

gənc Azərbaycan musiqi teatrı ilk dəfə olaraq Zaqafqaziyanın 

bir sıra  şəhərlərinə qastrol səfərlərinə gedir. Hələ 1911-ci ilin 

yanvar ayında Tiflisdə “Müsəlman dramatik dərnəyi” təşkil edən 

bir qrup azərbaycanlı, “Nicat” cəmiyyətinə şəhərin azərbaycanlı 

əhli üçün “Leyli və Məcnun” operasının səhnəyə qoyulması xa-

hişi ilə müraciət etmişdi.

1

 “Müsəlman dərnəyi”nin təklifindən is-



tifadə edən “Nicat” cəmiyyəti təkcə Tiflisdə deyil, Zaqafqaziya-

nın digər şəhərlərində də qastrol tamaşaları təşkil edir. Repertu-

ara “Leyli və Məcnun” operası ilə yanaşı “Ər və arvad” operet-

tası da daxil idi. Həmin ilin mart ayında “Kaspi” qəzeti elan et-

                                                 

1

 “Kaspi” qəzeti. № 92, 1911, 27 aprel. 




 

231 


mişdi ki, “Nicat” cəmiyyətinin opera truppası Tiflisə, İrəvana və 

Yelizavetpola qastrol səfərləri etməyi planlaşdırır.

1

 Musiqi trup-



pasına Z.Hacıbəyov rəhbərlik edirdi. 1911-ci il iyunun 29-da 

Tiflis dövlət teatrının səhnəsində “Leyli və  Məcnun” operası 

səhnəyə qoyuldu. Tamaşada H.Q.Sarabski, Göyərçin xanım, 

H.Terequlov, Y.Nərimanov, Z.Hacıbəyov iştirak edirdilər, diri-

joru isə müəllif özü – Ü.Hacıbəyli idi.

2

  



Azərbaycan musiqi teatrının Tiflisdə olduğu müddətdə Zül-

füqar Hacıbəyov Gürcü Zadəgan Teatrının səhnəsində özünün 

ilk operettası olan “50 yaşında cavan”ın tamaşasını həyata keçi-

rir (29 aprel 1911-ci il). Tiflisdə Azərbaycan teatrının bir-birinin 

ardınca böyük uğurla keçən çıxışlarından, yeni operettanın, “50 

yaşlı cavan”ın müvəffəqiyyətindən sonra Z.Hacıbəyov Bakı  və 

Tiflis aktyorlarından təşkil edilmiş yeni heyətlə qastrol səfərləri-

ni davam etdirmək imkanı əldə edir. Daha sonra truppa qastrol 

səfərlərini  İrəvanda və Naxçıvanda davam etdirir. Naxçıvanda 

M.A.Əliyev və Göyərçin xanımın iştirakı ilə Hacıbəyov qardaş-

larının operettaları səhnəyə qoyulur. Həmin dövrdə Z.Hacıbəyov 

Naxçıvanda işləyir və yerli əhali arasında geniş  mədəni-maarif 

işi aparırdı. Z.Hacıbəyovun truppası Naxçıvan rus-müsəlman 

məktəbinə xeyriyyə  məqsədilə “Leyli və  Məcnun” operasını 

qoyur.

3

 Naxçıvanda yaşadığı müddətdə Z.Hacıbəyov yeni “Ev-



liykən subay” operettasını yazır, burada onun Azərbaycanın mu-

siqi-teatr həyatının inkişafına təsir göstərən mükəmməl təşkilati 

qabiliyyəti özünü göstərir.  

Getdikcə Azərbaycan musiqi teatrı öz sənətkarlığını, peşə-

karlığını  təkmilləşdirərək, təkcə Bakının deyil, Zaqafqaziyanın 

digər  şəhərlərinin də geniş tamaşaçı  rəğbətini qazanır. 1913-cü 

ilin yayında yenə də “Nicat” cəmiyyətin irticaçı qüvvələrinin tə-

sirinə  məruz qalan musiqi teatrının geniş ictimaiyyət arasında 

nüfuzunu artırmaq, qabaqcıl rolunu vurğulamaq məqsədilə 

Z.Hacıbəyovun rəhbərlik etdiyi aktyor heyəti Hacıbəyovların 

vətəni olan Şuşaya qastrol səfərinə gedir. Burada “Leyli və Məc-

                                                 

1

 “Kaspi” qəzeti. № 60, 1911, 16 mart.  



2

 Sarabski H. Azərbaycan musiqi teatrının yaranması və inkişafı. s. 133. 

3

 “Baku” qəzeti № 243, 1911, 29 oktyabr. 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə