Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə77/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   73   74   75   76   77   78   79   80   ...   168

 

254


Bu komediya o vaxt üçün səciyyəvi olan komik-məişət süjet-

lidir. Komediya janrı dövlətli sinifləri tənqid etmək Azərbaycan 

qadınının hüquqlarını, onun cəmiyyətdə, ailədə müstəqilliyini 

müdafiə etmək üçün Zülfüqar Hacıbəyovun  əlində gözəl vasitə 

idi. Beləliklə, köhnə qayda-qanunları tənqid edərək, o, Azərbay-

can qadınının əsarətdən azad edilməsi uğrunda təbliğat aparırdı. 

Zülfüqar da Üzeyir Hacıbəyli kimi ərlə arvad arasında bərabərlik 

məsələsini cəsarətlə  təbliğ edirdi. Zülfüqar Hacıbəyov  ənənəvi 

“ailə” mövzusunu patriarxal Azərbaycan məişətinə köçürərək öz 

dövrünün ziddiyyətlərini, ilk növbədə, ər-arvad münasibətlərində-

ki bərabərsizliyi böyük bir sənətkar kimi əks etdirməyə çalışırdı. 

İnqilabdan əvvəlki məzhəkələrin əksəriyyətinin mənəvi süje-

ti ərlə arvad arasında qarşılıqlı münasibətlər, küsüşmələr, pyesin 

sonunda isə barışmalar üzərində qurulurdu. 

Bir çox məzhəkələrdə olduğu kimi, “Əlli yaşında cavan” ko-

mediyası da ərlərinə  kələk gələn arvadların hiyləgər  əməllərini 

təsvir edir. Əyləncəli məzmuna malik olan komediya o dövrün 

meşşanlığını əks etdirir. 

Bu əsərin qadın qəhrəmanları, Üzeyir Hacıbəylinin “Ər və ar-

vad” musiqili komediyasının qəhrəmanı Minnət kimi ailələrini da-

ğıtmır, ərlərinin yalanının üstünü açaraq, güzəştə gedirlər. Onlar ər-

lərini hər cür hücumdan müdafiə etməyə çalışırlar. Bu qadınların 

yekanə məqsədi ailədə öz mövqelərini qoruyub saxlamaqdır. 

Ü.Hacıbəylinin “Ər və arvad” komediyasında olduğu kimi, 

Z.Hacıbəyovun “Əlli yaşında cavan” operettasında da nökər su-

rətləri mühüm yer tutur. Bütün hadisələr bilavasitə onların iştira-

kı ilə baş verir. 

“Əlli yaşında cavan” komediyasında əsas hadisə son pərdəyə 

qədər inkişaf edir. Son pərdə isə bütün  pyesin kulminasiya nöq-

təsidir.  

Z.Hacıbəyov bu komediyada geyim dəyişmək kimi ənənəvi 

məhzəkə üsulundan istifadə edir. Bu üsulu biz Ü.Hacıbəylinin 

“Ər və arvad” komediyasında görurük. 

Musiqi bu əsərdə  əhəmiyyətli yer tutur, ancaq o, hadisəni 

idarə etmir, onu ancaq tamamlayır. Bu da Ü.Hacıbəylinin “Ər və 

arvad” komediyası ilə oxşar cəhətlərindən biridir. “Əlli yaşında 




 

255 


cavan”ın musiqisi əsas etibarilə mahnı  və  rəqslərdən ibarətdir. 

Bunlar komediyanın ümumi xarakteri ilə bağlı olan tamaşanı 

şən, canlı musiqi ilə bəzəyən ayrı-ayrı nömrələrdən ibarətdir. 

Musiqili komediya 18 nömrədən ibarətdir. Bəstəkar  əsərin 

hər bir qəhrəmanını kiçik kupletlərlə xarakterizə edir. Bəylər – 

Muradxan və Orduxan çox vaxt kiçik musiqili-dialoq səhnələri 

ilə xarakterizə olunurlar. Bu səhnələr yumoristik xarakter daşı-

yır. Üzeyir Hacıbəylinin musiqili komediyalarından fərqli olaraq 

“Əlli yaşında cavan”da xor parçaları azdır.  Bu  da  Z.Hacıbəyo-

vun  əsərini məzhəkəyə yaxınlaşdırır. Bu musiqili komediya 

Azərbaycan səhnəsində  məzhəkə janrının mənimsənilməsində 

ilk mərhələdir. 

Sovet hakimiyyəti illərində  “Əlli yaşında cavan” musiqili 

komediyası Bakıda və ölkəmizin başqa  şəhərlərində  dəfələrlə 

səhnələşdirilmişdir. 1911-ci ilin iyun ayında Tiflisdə “On bir 

yaşlı arvad və ya Varlı” musiqili komediyasının ilk tamaşası ol-

du. Bu musiqili komediya da feodal məişətinə, avamlığa, qadına 

cahil münasibətə qarşı çevrilmişdir. Müəllif Azərbaycan tacirlə-

rinin patriarxal məişətini kəskin tənqid edir. Aydındır ki, bu ha-

kim dairələrin nümayəndələrinin xoşuna gələ bilməzdi, buna gö-

rə də elə ilk tamaşadan sonra operetta yerli polis tərəfindən mü-

sadirə olundu. Tamaşanın quruluşunu müəllif özü vermişdi. 

“Evliykən subay” operettasını Z.Hacıbəyov 1912-ci ilin əv-

vəlində, Naxçıvanda yaşayarkən yazmış və senzuradan keçirmək 

üçün mətbuat işləri üzrə Tiflis komitəsinə təqdim etmişdir. Rəs-

mi icazə isə bir ildən artıq vaxt keçdikdən sonra, yəni 1913-cü il 

noyabrın 7-də verilmişdir.

1

 



1913-cü il fevralın 11-də teatr ətrafında gedən mübahisələr vax-

tı çox mürəkkəb  şəraitdə Azərbaycan musiqili teatrı Bakıda Zül-

füqar Hacıbəyovun “Evliykən subay” operettasını tamaşaya qoydu. 

Bu operettanın məzmununu nağıl edərkən Z.Hacıbəyov onu qısaca  

olaraq belə xarakterizə etmişdir: operetta çoxarvadlıq məsələsinə 

həsr  olunmuşdur və süjeti müasir həyatdan götürülmüşdür. 

 

                                                 



1

  Mətbuat işləri üzrə Tiflis komitəsinə Z.Hacıbəyovun 15 fevral 1912-ci il 

tarixli ərizəsi. Gürсüstan SSR MTA, fond 180, siyahı 2, iş 913, s. 235, 236, 237. 



 

256


 

  

“Evliykən subay” musiqili komediyası.  

Soldan: Hürzad –Mironova, Kəblə Hacı – Əhməd Səfayi,  

Pərzad – Münəvvər Kələntərli. 1940-41-ci illər. 

 

Tamaşanın təşkilatçıları azərbaycanlı qadınların da qayğısına 



qalmışdılar. Qadınları teatra cəlb etmək üçün bəzi lojalar (əsas 

etibarilə birinci yarusun lojaları) nazik şəffaf parça ilə örtülmüş-

dü ki, lojada oturan qadınları heç kim görməsin, onlar isə həm 

səhnəni, həm də tamaşa zalını görə bilsinlər. 

 Əvvəlki musiqili komediya kimi, “Evliykən subay” da inqi-

laba qədərki Azərbaycanın feodal məişətinin eybəcərliklərinin 

kəskin tənqidi mövzusuna həsr olunmuşdur. 

Operettanın baş  qəhrəmanı tacir Kəblə Hacıdır. Bu obrazla 

Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” məşhur komediyası-

nın qəhrəmanı  Məşədi  İbad arasında ümumi cəhətlər çoxdur. 

Kəblə Hacı da həyatın mənasını Məşədi İbad kimi pulda görür-

dü. O, əmindir ki, pulla istədiyi cavan qızı ala bilər. Müəllif 

Kəblə Hacının avamlığını, mədəniyyətsizliyini hər vasitə ilə nə-



Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə