Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə73/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   69   70   71   72   73   74   75   76   ...   168

 

242


Tiflisdə olarkən Zülfüqar Hacıbəyov “On bir yaşlı arvad, və 

ya Varlı” adlı operettasını yazır. 

Üzeyir və Zülfüqar Hacıbəyovların yazdıqları bir sıra yeni əsər-

lər Azərbaycan musiqi teatrının repertuarını zənginləşdirir. Aktyor 

heyətinin və  tərtibatçı qüvvələrin möhkəmləndirilməsinə ehtiyac 

yaranır. Sanballı təcrübəyə malik olan Z.Hacıbəyov musiqi truppa-

sı yaradır və ona rəhbərlik edir. 1911-ci ildə bu truppa Zaqafqazi-

yanın müxtəlif şəhərlərinə bir sıra qastrol səfərlərinə gedir. 

Görkəmli Azərbaycan aktyorları Mirzağa Əliyev, M.Quluza-

də, T.X.Quliyev, Sidqi Ruhulla, Göyərçin xanım, Şatnova, Mü-

nəvvər xanım və 11 yaşlı Antonina Qilmandan ibarət Azərbay-

can musiqi truppası  “Əlli yaşında cavan” operettasını Tiflisdə, 

İrəvan və Naxçıvanda göstərdi. 

“Zaqafqaziya” qəzeti 1 sentyabr 1911-ci il tarixli nömrəsində 

xəbər verirdi ki, gənc müsəlman bəstəkarı Zülfüqar bəy Hacıbə-

yov Zaqafqaziyanın müsəlman  şəhərlərinə qastrol səfərinə  çıx-

mışdır. İlk səfər İrəvan şəhərinədir.

1

  



Daha sonra həmin qəzet 11 sentyabr tarixli nömrəsində bildirirdi 

ki, orucluq bayramının ilk axşamı Tiflisdən İrəvana gəlmiş dram sə-

nətinin həvəskarları tərəfindən Z.Hacıbəyovun “Əlli yaşında cavan” 

operettası tamaşaya qoyulacaq. Məlum olduğu kimi, operetta Tiflis 

səhnəsində iki dəfə getmiş və müəyyən müvəffəqiyyət qazanmışdır. 

İrəvanda isə musiqili operetta ilk dəfə tamaşaya qoyulur.

2

 

İrəvanda qastrollarını qurtaran truppa Naxçıvana yola düşür. 



Burada da bir neçə tamaşa verilməsi nəzərdə tutulmuşdu. Bu-

nunla əlaqədar olaraq 25 oktyabr 1911-ci il tarixli “Kaspi” qəze-

ti bildirirdi ki, Naxçıvana Z.Hacıbəyovun başçılığı altında ope-

retta truppası gəlmişdir. Truppa Göyərçin xanımın və məxsusən, 

“O olmasın, bu olsun” tamaşasında iştirak etmək üçün dəvət 

olunmuş Bakı artisti Mirzağa Əliyevin iştirakı ilə bir neçə ope-

retta tamaşaya qoyacaq.

3

 Naxçıvan səfəri də uğurlu keçdi. “Ba-



ku” qəzeti yazırdı: “Naxçıvan müxbirimiz xəbər verir ki, Mirza-

                                                 

1

 “Zaqafqaziya” qəzeti, 1 sentyabr 1911-ci il, № 195. 



2

 Yenə orada, 11 sentyabr 1911-ci il. 

3

 “Kaspi” qəzeti, 25 oktyabr 1911-ci il, № 239. 




 

243 


ğa Əliyev və Göyərçin xanımın iştirakı ilə bir neçə tamaşa Nax-

çıvanda böyük uğurla oynanılmışdır”.

1

 

“Kaspi” qəzeti xəbər verirdi ki, Zülfüqar bəyin iştirakı ilə 



dram sənətinin həvəskarları qurban bayramı günü “Əlli yaşında 

cavan” operettasını  İrəvanda tamaşaya qoydular. Tamaşa çox 

müvəffəqiyyətlə keçdi. Ümumiyyətlə, irəvanlılar son vaxtlar te-

atra çox böyük hüsn-rəğbət bəsləyirlər və bütün tamaşalarda 

çoxlu pul vəsaiti toplanır.

2

 



“Nicat”ın teatr sənətinə mürtəce münasibəti sayəsində musiqili 

teatrın düşdüyü çətin vəziyyətdən çıxarmağa və onun mütərəqqi ro-

lunu möhkəmlətməyə  cəhd edən Z.Hacıbəyovun başçılıq etdiyi 

truppa 1913-cü ilin yayında Hacıbəyovların vətəni Şuşaya qastrol 

səfərinə gedir.

3

 Burada “Evliykən subay” operettası böyük müvəf-



fəqiyyətlə tamaşaya qoyulur. Eyni zamanda Z.Hacıbəyov Bakıdan 

gəlmiş artistlərin iştirakı ilə  Şuşada “Leyli və  Məcnun”, “Əsli və 

Kərəm” operalarını  səhnələşdirir.

4

  Şuşaya qastrol səfəri müvəffə-



qiyyətlə keçir. Bunu “Baku” qəzetinin qastrol səfəri haqqında mə-

lumatı da təsdiq edir. Qəzet qeyd edirdi ki, “Leyli və  Məcnun”, 

“Əsli və Kərəm” operalarında, “Ər və arvad” operettasında yerli te-

atr həvəskarları ilə çıxış edən müsəlman operasının artisti H.Sarab-

ski Şuşa qastrol səfərindən qayıtmışdır. Şuşanı tərk edərkən şəhərin 

ziyalıları onu təntənə ilə yola salmışlar”.

5

 

Z.Hacıbəyovun rəhbərlik etdiyi teatr truppasının fəaliyyəti-



nin ictimai faydasını  səciyyələndirən bir cəhəti də qeyd etmə-

mək olmaz. Truppanın tamaşaları çox vaxt xeyriyyə məqsədləri 

güdürdü. Başqa sözlə, tamaşalardan toplanan vəsait ehtiyacı 

olan şagirdlərə maddi yardım göstərmək üçün Bakı təhsil müəs-

sisələrinin ictimai təşkilatlarının sərəncamına verilirdi. 

                                                 

1

 “Bakı” qəzeti, 29 oktyabr 1911-ci il, № 243. 



2

 “Kaspi” qəzeti, 17 noyabr 1912-ci il, № 

261. 

     


3

 “Bakı” qəzeti, 4 iyul 1913-cü il, № 147; “Kaspi” qəzeti, 28 iyul 1913-cü il. 

H.Sarabskinin “Azərbaycan musiqili teatrının yaranması və inkişafı” kitabın-

dan. Bakı, 1968-ci il. 

4

 “Kaspi” qəzeti, 28 iyul 1913-cü il, № 169, 3 avqust 1913-cü il, № 174. 



5

 Yenə orada, 14 avqust 1913-cü il, № 81. 




 

244


Z.Hacıbəyov 1916-cı ildə “Aşıq Qərib” operasını yazır. Ope-

ranın ilk tamaşası Azərbaycan ictimaiyyətinin diqqətini cəlb et-

di. Yerli mətbuat səhifələrində qeyd olunurdu ki, mayın 13-də 

H.Z.Tağıyevin teatrında Z.Hacıbəyovun yeni “Aşıq Qərib” ope-

rası tamaşaya qoyularkən zal adamla dolu idi. 

Opera həm məzmununa, həm də musiqisinə görə çox maraqlı 

idi. Operanın musiqisi xalq motivlərindən, həmçinin Şərqin klassik 

melodiyalarından bəhrələnmişdi. Orkestr isə yalnız  Şərq musiqi 

alətlərindən təşkil olunmuşdu. Operanın müvəffəqiyyəti daha çox 

aktyorların yaxşı oyunundan asılı idi. Onlardan bəziləri artıq Azər-

baycanda məhşurlaşmışdı. Məsələn, Aşıq Qərib rolunun ifaçısı – 

istedadlı müğənni və keçmişdə dram aktyoru, sonralar isə Məcnun, 

Kərəm, Şah Abbas, Sərvər, Əsgər və b. musiqili səhnə obrazlarını 

yaratmaqla tanınmış H.Sarabskini qeyd etmək lazımdır.  

Qadın rollarının ifaçıları – Ə.Ağdamski və H.Hacıbababəyov 

da camaatın məhəbbətini qazanmışdır. “Aşıq Qərib” operasının lib-

rettosunu Zülfüqar Hacıbəyov özü yazmışdı. Təkcə Azərbaycanda 

deyil, bütün Zaqafqaziyada geniş yayılmış eyni adlı  aşıq dastanı 

librettonun əsasını təşkil edirdi. “Aşıq Qərib” dastanı, məhəbbətin 

əzəmətli gücünü tərənnüm edən Leyli və Məcnun, Əsli və Kərəm 

və başqaları haqqında yaranmış lirik dastanlara yaxındır.

1

 



Librettonun mətni xalq rəvayəti  şəklində yazılmışdır. Nəsr 

parçaları poetik mətnlə birləşdirilmişdir. 

1916-cı ildə “Aşıq Qərib” operası Azərbaycan səhnəsində 

beş dəfə tamaşaya qoyulmuşdur. Hər dəfə o dinləyicilərin daha 

böyük rəğbətini qazanırdı.  İkinci dəfə tamaşa həmin il mayın 

20-də göstərilmişdir. Tamaşa haqqında yazılan rəydə deyilirdi 

ki, opera böyük müvəffəqiyyətlə keçdi. Görünürdü ki, artistlərin 

oyununda ahəngdarlıq var, rollar yaxşı öyrənilib, artistlərin səs-

ləri yaxşıdır. Rəyin müəllifi baş rolların ifaçıları olan Sarabskini, 

Ağdamskini, Terequlovu, Bağdadbəyovu və b. tərifləyir. Sonra 

isə yazır: Xor çox yaxşı oxuyurdu. Baletin də işi həmçinin uğur-

lu idi. Tamaşa xoş təəssürat buraxmışdır və şübhəsiz ki, Z.Hacı-

                                                 

1

 Bu dastanın sujeti əsasında bəstəkar R.Qliyerin (librettosu R.Qliyerin 



və C.Cabbarlınındır) “Şahsənəm” operası yazılmış və dastanın qadın qəhrə-

manının adı ilə adlandırılmışdır. 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə