Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə70/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   66   67   68   69   70   71   72   73   ...   168

 

232


nun”, “Əsli və  Kərəm” operaları, “Evliykən subay” operettası 

böyük uğur qazanır.

1

 Bu qastrol tamaşalarında görkəmli səhnə 



ustası H.Sarabski də iştirak edirdi, onu Şuşadan şəhər ziyalıları 

təntənəli surətdə Bakıya yola salmışdılar. H.Sarabski “Əsli və 

Kərəm” operasının  Şuşada qazandığı  uğuru ilə bağlı o dövrdə 

Sankt-Peterburqa təhsil alan Ü.Hacıbəyliyə göndərdiyi teleqram-

la xəbər göndərmışdi. Tezlikə musiqi teatrı truppası “Nicat” cə-

miyyətini tərk etməli olur və özü müstəqil truppa yaratmağa baş-

layır. Gənc truppanın fəaliyyəti tədricən geniş vüsət alır və onun 

maddi vəziyyəti bir qədər yaxşılaşır. Hətta Peterburqda təhsil 

alan Ü.Hacıbəyliyə maddi yardım göstərmək imkanı da yaranır. 

1914-cü il dövri mətbuatından alınan məlumatlara  əsasən o 

dövrdə iki musiqi teatrı truppası fəaliyyət göstərirdi. Bunlardan 

biri aktyor H.Sarabskinin və dirijor M.Maqomayevin rəhbərlik 

etdikləri yeni müsəlman opera truppası, digəri isə Z.Hacıbəyo-

vun yaratdığı operetta truppası idi. Z.Hacıbəyovun truppası ilə 

bağlı ilk məlumatlara Bakı  qəzetinin səhifələrində rast gəlmək 

mümkündür: “Bu mövsümdə üçüncü dəfə H.Abbasovun iştirakı 

ilə müsəlman operetta truppası  tərəfindən Zülfüqarbəy Hacıbə-

yovun “Evliykən subay” əsəri səhnəyə qoyulmuşdur.”

2

 Bu trup-



pa  əsasən Hacıbəyov qardaşlarının  əsərlərini səhnələşdirirdi. 

Yay aylarında onlar Şuşaya qastrol səfərlərinə gedirdilər.

3

  

Bu truppa ilə bağlı mətbuatda sonrakı məlumatlar 1915-ci il-



də verilir və Kazımovskinin yeni “Vur ha vur” operettasının 

premyerasının hazırlığından danışılır. Z.Hacıbəyovun rəhbərlik 

etdiyi operetta truppasının bir xüsusiyyəti vurğulanırdı, bu trup-

panın əksər tamaşaları xeyriyyə xarakteri daşıyır, əldə edilən gə-

lir ehtiyacı olan təhsil ocaqlarına verilirdi.  

1916-cı ildə Hacıbəyov qardaşları “Zülfüqar və Üzeyir Hacı-

bəyovlar qardaşları direksiyası” adlı müstəqil aktyor truppasının 

təşkilatçısı kimi çıxış edirlər. Aktyor qrupuna H.Q.Sarabski, 

Ə.Ağdamski, M.A.Əliyev, C.Bağdadbəyov, H.Hüseynov, M.Ha-

cınski, R.Dərəblinski, A.Anaplinski, C.Cabbarov, A.Hüseynzadə, 

                                                 

1

 “Kaspi” qəzeti. 1913, 28 iyul, 3 avqust. 



2

 “Baku” qəzeti. 1914, № 46, № 48, 26 fevral, 28 fevral.  

3

 “Kaspi” qəzeti, 1914, № 102, 8 may. 




 

233 


M.Məmmədov, H.Hacıbababəyov, A. və Y.Olenskayalar və Li-

zina daxil idilər. Şəxsi direksiyanın yaradılması Hacıbəyov qar-

daşlarının “Nicat” cəmiyyətinin irticaçı qüvvələrinə qarşı Azər-

baycanın milli incəsənətinin müstəqilliyi uğrunda apardıqları 

uzun sürən mübarizənin bir növ nəticəsi idi. Onların fəaliyyəti 

təkcə Azərbaycanla məhdudlaşmırdı. 1918-ci ilin avqustunda 

bəstəkarın rəhbərlik etdiyi truppa H.Q.Sarabski, M.A.Əliyev, 

H.Ərəblinski, S.Ruhulla, Ə.Ağdamski, A.Hüseynzadə, Y.Olen-

skaya iştirakı ilə İrana qastrol səfəri edirlər. Iranın müxtəlif şə-

hərlərində “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, 

“O olmasın, bu olsun”, “50 yaşında cavan”, “Evliykən subay” 

opera və operettaları böyük uğurla göstərilir.  

M.Maqomayev “Şah İsmayıl” operasını 1916-cı ildə bitirdi-

yinə baxmayaraq, əsərin premyerası 1919-cu il martın 7-də 

H.Sarabskinin benefisinə həsr olundu. Peterburqdan qayıtdıqdan 

sonra Ü.Hacıbəyli Azərbaycanda gedən qızğın inqilabi hadisə-

lərlə əlaqədar bir qədər yaradıcılıqdan uzaqlaşır. 

Azərbaycanda sovet hakimiyyəti bərqərar olduqdan sonra 

musiqi xadimləri qarşısında yeni yaradıcılıq üfüqləri açılır, onlar 

Azərbaycan musiqi sənətinin inkişafı ilə bağlı qabaqcıl layihələ-

ri həyata keçirirlər. Respublikanın Xalq Komissarları Sovetinin 

nəzdində məktəbəqədər təhsil şöbəsi yaranır ki, onun da yanında 

incəsənət şöbəsi fəaliyyət göstərirdi. “Musiqi alətlərinin milliləş-

dirilməsi haqqında” Azərbaycanın inqilab komitəsinin fərmanı. 

Eyni məqsədlə respublika XKS “Musiqi məktəblərinin yenidən 

təşkili” adlı fərmanın nəşr edilməsi Azərbaycanda musiqi incə-

sənətinin inkişafının dövlət  əhəmiyyəti daşıması anlamına 

gəlirdi. Ölkədə böyük bir musiqi maarifi prosesi başladı. Kütləvi 

musiqi təhsilinin  ən  əhəmiyyətli forması 1920-ci ildə yaranan 

Xalq Konservatoriyası oldu. Musiqi təhsilinin bütün formalarını 

yaratmaq işi Ü.Hacıbəylinin o dövrdə rəhbərlik etdiyi XKS-nin 

əsas vəzifələrindən biri oldu. O, Azərbaycan Dövlət Konservato-

riyasının yaradılması proqramını irəli sürüb, bu cavan təhsil oca-

ğının işində yaxından iştirak edirdi. Ü.Hacıbəyli Konservatori-

yada nəzəri fənnlərdən dərs deyir, Şərq bölməsinə  rəhbərlik 

edirdi. Yeni ictimai quruluş şəraitində milli incəsənətin qabaqcıl 




 

234


ənənələrinə  əsaslanaraq gənc respublikanın incəsənət və  mədə-

niyyət xadimləri yeni müasir mədəniyyət quruculuğu işinə rəvac 

verirlər. Çox ağır iqtisadı  şəraitdə Azərbaycan ziyalılarının  ən 

görkəmli nümayəndələri respublikada mədəni quruculuğun  ən 

fəal iştirakçıları oldular. Öz xalqlarının incəsənətinə olan sevgi 

və vətənpərvərlik hissləri ilə dolu olan mədəniyyət xadimləri bü-

tün həyatlarını doğma ölkənin incəsənəti, mədəni və mənəvi hə-

yatı ilə bağlamış  və onun incəsənətinin inkişafına gərgin  əmək 

sərf etmışlər. 

Ü.Hacıbəylinin və onun silahdaşları, M.Maqomayev, Z.Ha-

cıbəyovun və b. yaradıcı-təşkilati fəaliyyətləri ölkədə gedən kəs-

kin ideoloji mübarizə şəraitində keçirdi. Onların qaynar enerjisi 

özünə geniş  fəaliyyət dairəsi tapmış, bəstəkarlıq istedadları isə 

daha da genişlənmişdir. 1920-ci ildə M.Maqomayev Azərbaycan 

Xalq Təhsili Komissarlığının İncəsənət bölməsinə rəhbərlik edir. 

Maqomayevin İncəsənət İşçiləri İttifaqının Üçüncü qurultayında 

etdiyi genış məruzəsi onun bu sahədəki gərgin və hərtərəfli fəa-

liyyətinə dəlalət edir. Həmin qurultayda Ü.Hacıbəyli və M.Ma-

qomayev Mədəniyyət və incəsənətə aidiyyatı olan ən müxtəlif 

problemlərə toxunmuş, onların həlli yollarını göstərmişdilər. 

1922-ci il mayın 28-də Hərbi Dəniz İşləri üzrə komissar Əli-

heydər Qarayevin imzası ilə Zülfüqara mandat təltif olundu. 

Orada türk yazıçı-bəstəkar Z.Hacıbəyova öz qərarına görə türk 

və rus qruppası yığmağı tapşırılır və bütün təşkilatlara bəstəkara 

təşkilat və maarifçilik işində kömək göstərmək təklif olunur. 

1924-cü ildə  bəstəkar Azərbaycan diviziyasının hərbi təbli-

ğat büro işləri üzrə idarədə işləyir. Z.Hacıbəyovun xüsusi təşvi-

qat qatarının sədri təyin olunması təsadüfi deyil. Onun başçılıq 

etdiyi təşviqat qatarında ən yaxşı dram aktyorları, opera, müsiqi-

li komediya və başqa mədəniyyət xadimləri toplaşmışdır. Bu qa-

tarlar Zaqafqaziya dəmiryol magistrallarından keçərək xalq küt-

ləsinə mədəniyyəti aşılayırdı.  

Maqomayev Azərbaycan Maarifçiliyi Xalq Komissarlığına 

başçılıq edərək öz əsas məqsədi Azərbaycan milli incəsənətinin 

vəziyyətinin yaxşılaşmasını vacib hesab edirdi. Maqomayev in-

cəsənət işçilərinin qarşısında milli kadrların yetişdirilməsi üçün 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə