Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə67/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   63   64   65   66   67   68   69   70   ...   168

 

222


vokal partiyaları da xalq musiqisinin intonasiya və  məqamları 

ilə zəngindir. Mahnı, rəqs, muğam, təsnif və rəng janrlarının ça-

larlarını xatırladır, həm də janr ümumiləşdirilməsinin bu və ya 

digər anı səhnə situasiyası ilə, qəhrəmanın ovqatı ilə bağlıdır.  

 

Nərgizin ariyası 

(II, I pərdə) 

 

 



 

Nərgiz obrazında öz məhəbbətinə sadiq olan, istismarçılara 

qarşı mübarizədə xalqın qalib gələcəyinə möhkəm inanan və qə-

ləbə üçün əlindən gələni əsirgəməyən sadə kəndli qızına məxsus 

bütün insani keyfiyyətlər ümumiləşdirilib.  

Dini xürafatın, mövhumatçıların hədə-qorxusundan çəkin-

məyərək hələ inqilabdan əvvəl səhnəyə gəlmiş ilk peşəkar azər-

baycanlı opera aktrisası, Şövkət Məmmədova Nərgiz rolunun ən 




 

223 


gözəl ifaçılarından biri olub.  SSRİ Xalq artisti Şövkət Məmmə-

dova “Nərgiz” operası səhnəyə qoyulandan təqribən otuz il son-

ra yazıb: “Bu operada nə isə xüsusi bir gözəllik, lətafət vardır... 

tamaşa nahaq yerə belə böyük müvəffəqiyyət qazanmayıb, həya-

tın patriarxal dayaqları ilə mübarizə aparan, qadın köləliyinə 

qarşı üsyan etmiş bu sadə kəndli qızının taleyi mənə yaxşı tanış 

idi... Nərgizin partiyasını  mən həmişə böyük ruh yüksəkliyi ilə 

oxuyurdum.” 

Digər  əsərlərində olduğu kimi, “Nərgiz” operasında da 

M.Maqomayev istedadının ən güclü bir cəhəti – son dərəcə gö-

zəl vokal melodiyalar yaratmaq bacarığı parlaq şəkildə özünü 

göstərmişdir.  

 

“Nərgizin qəmgin mahnısı” 

(II, III pərdə) 

 

 



 

Lakin burada orkestrin də əhəmiyyətli rolunu qeyd etmək la-

zımdır. Əgər Azərbaycan bəstəkarlarının “Nərgiz”ə qədərki ope-

ralarında orkestr yalnız müşayiətçi kimi iştirak edirdisə, “Nər-

giz” operasında orkestr musiqinin ən mühüm ifadə komponent-

lərindən biri kimi çıxış edirdi. 

Operada simfonik epizodlardan – üvertüradan, antraktlardan, 

orkestr bağlamalarından və s. geniş istifadə olunub. Hələ  “Şah 




 

224


İsmayıl” operasında orkestri sabitləşdirməyə  və onun tərkibini 

böyütməyə  cəhd göstərən Maqomayev bu partiturada simfonik 

orkestrin tam ənənəvi tərkibindən istifadə edir. 

Üvertürada “Nərgiz” operasının bütün tamaşa boyu drama-

turji ustalıqla açılan  əsas ideyası öz əksini tapmışdır. Azərbay-

can operalarının üvertüraları arasında belə böyük proqrama ma-

lik simfonik lövhə yaradan üvertüralar azdır. Bu üvertürada əsə-

rin başlıca konflikti ümumiləşdirilib. Simfonik epizodlar arasın-

da yuxarıda adını  çəkdiyimiz rəqs səhnələrinin musiqisini də 

qeyd etmək vacibdir. Maqomayev bu və ya digər səhnənin ob-

razlı emosional atmosferinin ifadəsində də orkestr vasitələrindən 

uğurla istifadə edir.  

Proletar himni “Beynəlmiləl”in başlanğıc frazasının opera 

musiqisinə üzvi surətdə daxil edilməsi də otuzuncu illər üçün cə-

sarətli addım idi və bu da böyük marağa səbəb olurdu. Üçüncü 

pərdənin finalında ifa olunan həmin musiqi zülm və istismara 

qarşı çağırış kimi səslənirdi. 

M.Maqomayev “Nərgiz” operasında da xalq musiqisinin 

milli əsaslarını klassik ənənələrlə müasir ifadə vasitələri ilə vəh-

dətdə götürmək xəttini davam etdirirdi. Bu işin təməli əsrin əv-

vəlində Ü.Hacıbəyli tərəfindən qoyulmuş sonra isə M.Maqoma-

yev tərəfindən “Şah İsmayıl” operasında davam və inkişaf etdi-

rilmişdi. M.Maqomayev “Nərgiz” operasının partiturasında bu 

mənada daha irəli getmişdi: burada o, Azərbaycan musiqisinin 

keyfiyyətcə yeni üslub cəhətlərini aşkara çıxarmışdı. Bu özünü 

Azərbaycan musiqi folkloru elementlərinin çoxsəsli  əsasda iş-

lənməsində, musiqisinin intonasiya məzmununun inqilabi rus 

mahnıları və kütləvi sovet mahnılarının üslub xüsusiyyətləri he-

sabına genişləndirilməsində göstərir. 

M.Maqomayevin folklora münasibəti xüsusilə diqqəti cəlb 

edir. “Şah İsmayıl”da olduğu kimi, “Nərgiz” operasında da bəs-

təkar muğamlara  əsaslanır, onun məqam boyalarından, özünə-

məxsus forma prinsiplərindən istifadə edir. Operanın bir çox 

epizodları  və bütöv səhnələri quruluşuna və inkişaf prinsipinə 

görə muğam cizgiləri ilə peşəkar musiqi formalarının vəhdətin-

dən ibarətdir. 




 

225 


Musiqi materialının çox hissəsi orijinaldır, yəni folklorun üs-

lub qanunauyğunluqlarına  əsaslanan bəstəkarın özü tərəfindən 

yazılıb. 

“Nərgiz” operasının tamaşaya qoyulması Azərbaycan opera 

sənətinin uğurlarından biri idi və M.Maqomayevin keçdiyi bö-

yük yaradıcılıq yolunu nümayiş etdirirdi. Bu əsər M.Maqomaye-

vin musiqi yaradıcılığı sahəsində xeyli irəlilədiyini sübut edirdi. 

“Nərgiz” operasının tarixi əhəmiyyəti Azərbaycan mədəniyyəti 

üçün olduqca böyükdür. 

“Nərgiz” operası müasir mövzuda yazılmış, ölkəmizdə əda-

lətsizliyə meydan oxuyan, zülmə qarşı amansız olan, tamaşaçıya 

düzgün yaşamağı aşılayan ilk operalarından biridir. M.Maqoma-

yev Azərbaycan operasında öz azadlığı  uğrunda mübarizə apa-

ran xalqı səhnəyə gətirən, xalqın arasından çıxmış kəndli qızını, 

çobanı və fəhləni əsərin əsas qəhrəmanına çevirən ilk bəstəkar-

dır. Azərbaycanda ilk operanın musiqi-dramaturji inkişafında 

yeni formalarına, musiqi dili problemlərinə münasibətdə yeni 

ənənələrin təməlini qoyan yeni tipli operanın – “Nərgiz” opera-

sının böyük ideya əhəmiyyəti hər şeydən əvvəl bundadır. 

Musiqişünas S.Korev M.Maqomayevin “Nərgiz” operasının 

öz dövrünün mədəni inkişafında yerini yaxşı müəyyənləşdirib. 

1938-ci ildə S.Korev “Raboçaya Moskva” qəzetində yazırdı: 

“Nərgiz” – realist sovet operasıdır, dolğun ideyalı, dərin bədii 

fikrə malik operadır. “Nərgiz” operası sovet musiqili teatrı tari-

xində – bizim üçün müasir olan sovet inqilabi, qəhrəmanlıq 

mövzusunu əks etdirən, yüksək ideya – bədii səviyyədə yazılan 

ilk böyük musiqili səhnə əsəridir.”  

“Nərgiz”in müəllifi yüksək dövlət mükafatına layiq görüldü. 

Görkəmli bəstəkara birincilər sırasında Azərbaycan SSR Əmək-

dar İncəsənət xadimi adı verildi. 

Xalq M.Maqomayev sənətini humanist, mütərrəqqi, emosio-

nal gücünü yüksək qiymətləndirir. Artıq girişdə qeyd etdiyimiz 

kimi Respublika dövlət Filarmoniyası, Bakının küçələrindən biri 

bəstəkarın adını daşıyır. 

M.Maqomayevin əsərləri Azərbaycan xalqının musiqi məişə-

tinə daxil olmuşdur.  İstedadlı  bəstəkarın bütün fədakar fəaliy-




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə