Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə63/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   59   60   61   62   63   64   65   66   ...   168

 

207 


M.Maqomayev “Şah İsmayıl”ın partiturasını klassik opera üslu-

buna yaxınlaşdırmışdı. 

Böyük uğurla keçən ilk tamaşa, ictimaiyyət və mətbuat tərə-

findən müsbət qiymətləndirildi. Çoxsaylı resenziyalarda əvvəllər 

tarla ifa olunan muğam parçalarının simfonik orkestrin ifasında 

daha ifadəli və gözəl səslənməsi vurğulanırdı. 

Tənqidçi  Əziz  Şərif M.Maqomayevin yenidən işlədiyi bu 

operanın uğurlarını Azərbaycan xalqının mədəni həyatında  əsl 

inqilabi çevriliş, keçmişin  ətalət zəncirlərini qıra-qıra irəliyə 

doğru aparan zəfərli yürüş yolunda yeni bir mərhələ kimi dəyər-

ləndirirdi. O, yazırdı: “İrəliyə doğru bu yürüşün qarşısında heç 

nə dayana bilməz, çünki bu yürüş, bu hərəkət təbiidir, ona görə 

də məğlubedilməzdir”.

1

   



Doğrudur, əsəri başa düşməyənlər, buradakı yeniliklərin əleyhinə 

çıxan mühafizəkarlar da tapıldı. Bu baxımdan “Kommunist” qəzeti-

nin 1924-cü il 5 dekabr tarixli nömrəsində dərc olunmuş resenziyaya 

diqqət yetirək. Tənqidçi tamaşanı, buradakı yenilikləri açıq-aydın 

dərk etmədiyindən, bəstəkarın cəsarətli novatorluğunu qəbul etmir 

və düzgün qiymətləndirə bilmirdi. O, Maqomayevi tamaşada bir sıra 

ziddiyyətlər yaratmaqda günahlandırır, librettoda eyni zamanda nəsr-

dən və şeirdən istifadə olunması onu heyrətləndirir və o, heç cürə ba-

şa düşə bilmirdi ki, nəyə görə Aslan şahın vokal partiyası Avropa 

operaları üslubunda yazılıb və simfonik orkestrlə müşayiət edilir. 

Şah İsmayılın partiyası isə başlıca olaraq şərq musiqisi elementləri 

əsasında qurulub tarın müşayiəti ilə oxunur və s. 

M.Maqomayev öz yaradıcılıq prinsiplərinə sadiq qalaraq be-

lə mənfi rəyli qəzet yazılarına əhəmiyyət vermirdi. Əsl yenilikçi 

sənətkar olan M.Maqomayev daim öz üzərində işləyir, milli mu-

siqi mədəniyyətinin səviyyəsini zirvələrə qaldırmaq uğrunda 

mübarizədən  əl çəkmirdi, Azərbaycan opera sənətinin o dövr 

üçün tələbləri səviyyəsində inkişafına çalışırdı. Belə  gərgin 

əmək nəticəsində M.Maqomayev otuzuncu illərin  əvvəlində 

“Şah İsmayıl” operasının sonuncu – üçüncü redaktəsini hazırladı. 

                                                 

1

 “Yeni fikir”  qəzeti, 29 aprel 1926-cı il. 




 

208


“Şah İsmayıl” operasının mövzusu orta əsr aşıq dastanından 

götürülüb. 

Şah  İsmayıl (1499-1524) görkəmli dövlət xadimi, Azərbay-

canın bir sıra dövlətlərini birləşdirib, Səfəvilər dövlətinin əsasını 

qoymuş bacarıqlı sərkərdə idi. Onun Xətai təxəllüsü ilə yazdığı 

şeirlər bütün Şərqdə məşhur olmuşdur. 

Bu böyük şəxsiyyətdən danışan “Şah  İsmayıl” dastanı xalq 

arasında geniş yayılmışdı. Bunun əsas səbəblərindən biri bu idi 

ki, dastanda xeyirlə şərin mübarizəsində xeyir qalib gəlir, ədalət 

təbliğ olunurdu. Eyni zamanda dastanda geniş xalq kütlələrinin 

zülmkar ağaların despotizminə  və özbaşnalığına münasibəti də 

parlaq şəkildə öz əksini tapmışdı. Dastanın məhz bu xüsusiyyət-

ləri M.Maqomayevi inqilab ərəfəsində yazdığı opera üçün ədəbi 

əsas olaraq seçməyə sövq etmişdi. 

Opera üzərində uzun illər işləyən, onun müxtəlif variantlarını 

hazırlayan M.Maqomayev üçün süjetə aydın realist istiqamət 

vermək çətin idi. Dastanın bütün əsas personajları – şah, onun 

oğlu İsmayıl, Vəzir, Ərəbzəngi, Gülzarın atası – librettoda daha 

fəal veriliblər. Operada öz taxt-tacı üzərində  əsən qəddar  şahla 

onun cəsur və  ədalətli vəliəhdi arasında münaqişə daha kəskin 

yön alır. Dastanda epizodik obraz olan Vəzirlə əlaqədar hissələr 

səhnə  əsərində müstəqil darmaturji xətt kimi inkişaf etdirilib, 

operanın humanist istiqaməti ön plana çəkilib. 

Bəstəkar mövzunun sosial əhəmiyyətini artırmaq üçün əsərin 

baş qəhrəmanlarından olan – cəngavər qadın Ərəbzənginin obra-

zını dolğun musiqi boyaları ilə qələmə alıb. Dastanda Şah İsma-

yılın sevgililərindən biri olan Ərəbzəngi operada ədalətin qalib 

gəlməsi üçün mübarizə aparan obraz kimi verilir. Belə ki, əsərin 

variantlarının birində Ərəbzəngi Şah İsmayılı məzəmmət edərək 

deyir: “Mən səni  əsl insan kimi təsəvvür eləyirdim, di gəl, sən 

də hökmdarların yolu ilə getdin”. Operanın lirik xətti isə  gənc 

Şah İsmayılla Gülzarın məhəbbəti üzərində qurulub. Buna görə 

də dastandakı bir sıra obrazlar – Şah  İsmayılın sevgililərindən 

biri – kör qız Gülpəri, onun qardaşları, habelə bu obrazlarla bağ-

lı epizodlar ixtisar olunub. Qeyd etmək lazımdır ki, bu dəyişik-

liklər opera janrının forma lakonikliyi, süjet xəttinin mümkün 




 

209 


qədər qısa olmasını tələb edən xüsusiyyətlərilə bağlı həyata ke-

çirilib.


1

   


M.Maqomayev operanın musiqisi üzərində  işləyərkən muğa-

mat və Azərbaycan xalq musiqisinin digər janrlarından böyük sə-

nətkarlıq və həssaslıqla istifadə edir, lazım olan ritm və melodiya 

çalarlarını müxtəlif səhnələrdə, dramaturji məqamlarda qəhrəman-

ların daxili aləminin müəyyən vəziyyətinə uyğunlaşdırırdı. 

Məsələn, Gülzarla görüş zamanı  İsmayılın qəlbində oyanan 

sevgi hissləri (II səhnə) “Segah” muğamı ilə verilir. Bu improviza-

siyadan və ya “Ey çərx” epizodundan (III səhnənin əvvəlində Sega-

hın köməyilə itirilmiş məhəbbətin nisgili ifadə edilir) fərqli olaraq, 

Ərəbzəngi ilə görüş səhnəsi musiqinin qəhrəmanlıq – dramatik xa-

rakteri ilə ifadə olunmuşdur. Bu, “Şah İsmayıl” tipli dastanların – 

“qəhrəmanları sevməklə bərabər, qılınc vurmağı da yaxşı bacaran” 

eposların janr xüsusiyyətlərinə tamamilə uyğun gəlir. Ərəbzəngi ilə 

dialoq xalq arasında geniş yayılmış “Qarabağ şikəstəsi”nin intona-

siya inkişafı prinsipləri üzərində qurulmuşdur. 

Bəstəkar öz qəhrəmanının obrazını yaradarkən, muğam im-

provizasiyaları ilə yanaşı, ənənəvi opera formalarına – ariyalara, 

                                                 

1

 Operanın qısa məzmunu: 



Münəccim möhtəşəm hökmdar Aslan şaha bildirir ki, ulduzların verdiyi 

xəbərə görə dövrün məşhur hakimlərindən biri Şah  İsmayıl tərəfindən qətlə 

yetiriləcək. Oğlunun onu öldürəcəyini və taxt-tacına sahib duracağını fikirləş-

dikcə dəhşətə gələn Aslan şah İsmayılı başından eləmək üçün onu uzaq ölkə-

ləri işğal etməyə göndərir. Səfər zamanı şah İsmayıl ərəb əmirlərindən birinin 

qızı olan Gülzara vurulur. Gülzarı isə zorla tacir Əbu-Həmzəyə nişanlayıblar. 

Buna baxmayaraq qız da şah İsmayılı sevir, lakin tezliklə sevgililər bir-birin-

dən ayrı düşürlər. Günlərin bir günü Əmir ibn Tahirin qəbiləsi başqa yerə kö-

çür.  Şah  İsmayıl sevgilisini axtarmağa başlayır və  Ərəbzəngi ilə rastlaşır. 

Təkbətək döyüş vaxtı İsmayıl Ərəbzəngiyə qalib gəlir, başını kəsmək istəyən-

də onun dəbilqəsi düşür. İsmayıl görür ki, bu gözəl bir qızdır. Bundan sonra 

Ərəbzəngi onun sadiq qulu olur. Uzaq dağ vadilərindən birində  Əmir  Əbu 

Tahir qızı Gülzarın toyunu eləyir. Bu vaxt şah İsmayılın qoşunu buraya gəlir, 

vuruşma başlanır. Ərəbzəngi Əbu Tahiri öldürür. Şah İsmayıl sevgililəri Gül-

zar və Ərəbzəngi ilə vətənə qayıdır. Aslan şah əmr eləyir ki, oğlunu öldürsün-

lər, lakin ətrafdakıların yalvar-yaxarı nəticəsində rəhmə gəlir. Deyir gözlərin 

çıxarın. Lakin onun əmri yerinə yetirilmir. Aslan şaha zəhərli şərab verib öl-

dürürlər. Şah İsmayıl taxta çıxır.   




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə