203
da, bu forma yeni ideyaların, yeni mövzu və obrazların açılması-
na mane olurdu. Zaman bu əsərin yenidən işlənməsini tələb edirdi.
M.Maqomayevin ən böyük yaradıcılıq uğuru “Nərgiz” ope-
rası idi. 1935-ci il dekabrın 24-də əsərin ilk tamaşası Azərbay-
can Dövlət Opera və Balet Teatrında nümayiş olundu. Ilk dəfə
idi ki, bəstəkar ehtiyac içərisində çırpınan geniş xalq kütləsinin
azad həyat, işıqlı gələcək uğrunda mübarizə mövzusunu qələmə
almışdı. Müəllifin vaxtilə özünün şahidi olduğu hadisələr opera-
da təsvir edilən səhnələrdə əks olunmuşdu. Azərbaycan opera
səhnəsində ilk dəfə idi ki, kəndli qızı, çoban və fəhlə əsas surət-
lər kimi çıxış edirdilər.
M.Maqomayev Azərbaycan operasına yeni mövzu ilə bəra-
bər, fərqli ifadə vasitələri də gətirdi. “Nərgiz”də M.Maqomayev
sənətinin ən güclü cəhəti özünü parlaq şəkildə göstərdi. Bu cəhət
bəstəkarın gözəl melodiyalar yaratmaq istedadından irəli gəlir
(birinci pərdədə Nərgizin poetik ariyası, “Yoxsullar xoru”, qızla-
rın bahar xoru).
1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti on-
günlüyündə “Nərgiz”in tamaşası böyük uğurla keçdi. Mərkəzi
mətbuat, sənətşünaslar, musiqi tədqiqatçıları, eləcə də görkəmli
bəstəkarlar əsər haqqında müsbət fikir söylədilər. “Nərgiz” milli
operamızın müasir musiqi texnikasının yüksək formalarına ya-
xınlaşdırmaq sahəsində ilk uğurlu addım kimi qiymətləndirildi.
“Nərgiz”in müəllifi yüksək dövlət mükafatına layiq görüldü.
Ona Azərbaycan əməkdar incəsənət xadimi fəxri adı verildi.
M.Maqomayev bu münasibətlə deyirdi: “Nərgiz üçün verilən
mükafat məni çox həyəcanlandırmış və ruhlandırmışdır. ... mən
daha artıq enerji və tələbkarlıqla forma etibarilə milli ... musiqi
əsərləri üzərində işləyəcəyəm ki, onlar respublikamıza layiq ol-
sunlar.” Lakin ağır xəstəlik və vaxtsız ölüm buna aman vermədi.
M.Maqomayevin həyat yolu 1937-ci ildə başa çatdı. Bu elə bir
dövr idi ki, yaradıcı sənət adamlarının qarşısında duran əsas tə-
ləblərdən biri durmadan hakim dövlət quruluşunun ideologiyası-
na uyğun sosialist realizminə yiyələnmək idi. Belə bir şəraitdə,
sosial vəziyyətə, sovet rejiminin çətinliklərinə baxmayaraq Azər-
baycan professional musiqisi sürətlə inkişaf edirdi, başda Ü.Ha-
204
cıbəyli, M.Maqomayev kimi qüdrətli musiqi xadimləri olan Azər-
baycan peşəkar musiqisinin uğurları artıq hər yerdə etiraf olu-
nurdu. Bu səbəbdən də M.Maqomayevin musiqidə yaşanan hə-
yatı, xalqımızın inkişafı yolunda göstərdiyi böyük xidmətləri
Azərbaycan peşəkar musiqisinin əsas inkişaf dövrlərini bir növ
özündə təzahür etdirir.
Milli mədəniyyətimizi, zəngin musiqi irsimizi təkrarsız klas-
sik əsərləri ilə zənginləşdirən, gərgin ictimai-pedaqoji fəaliyyəti
ilə Azərbaycan incəsənətinin inkişafında mühüm rol oynayan
görkəmli sənətkar hər zaman xalq tərəfindən yüksək dəyərləndi-
rilib, ali mükafatlara və fəxri adlara layiq görülüb. Vəfatından
sonra böyük bəstəkarın adının əbədiləşdirilməsi məqsədilə Azər-
baycan Dövlət Filarmoniyasına, Bakı küçələrindən birinə M.Ma-
qomayevin adı verilib.
205
II fəsil
“Şah İsmayıl” operası
“Şah İsmayıl” Müslüm Maqomayevin ilk operasıdır. Bütün
yaradıcılığı boyu bəstəkar bu operaya dəfələrlə müraciət edərək
əsər üzərində yeni redaktələr edib. Tədqiqatlar göstərir ki,
M.Maqomayevin əsərə hər müraciətindən sonra “Şah İsmayıl”
operasında yeni motivlər öz əksini tapıb. Arxiv materiallarında
“Şah İsmayıl” operasına bəstəkarın dörd dəfə müraciət etdiyi
göstərilib. 1919, 1924, 1932 və 1934-cü illərdə M.Maqomayev
opera üzərində müəllif redaktələri edib. Məlumat üçün qeyd et-
məyi lazım bilirik ki, Q.Qasımov və Q.İsmayılova öz monoqra-
fiyalarında 1916, 1924 və 1932-ci illəri göstərir.
Operanın librettosunun ilk variantının müəllifi dövrün tanın-
mış ziyalısı, maarifpərvər şair Mirzə Qədir İsmayılzadə Vüsaqi
(Mikayıl Müşfiqin atası) idi. Bəstəkar sonralar dəfələrlə opera
üzərində işləmiş, onun yeni redaksiyalarını hazırlamış, lakin
M.Q.İsmayılzadə vəfat etdiyindən librettonu da bəstəkar özü re-
daktə etməli olmuşdu. “Şah İsmayıl” operasında solo ifaları və
muğam improvizasiyaları çox əhəmiyyətlidir.
Bu əsnada M.Maqomayevin bu əsərə müraciət etməsinin ta-
rixi haqda danışmaq yerinə düşər. M.Maqomayev yaradıcılığı-
nın tədqiqatçısı A.Hüseynova yazır: “Şah İsmayıl Gülzar dasta-
nının musiqili səhnə vəhdətinə gətirilməsi fikrini M.Maqomaye-
və “Səadət” cəmiyyətinin məktəbində dərs deyən müəllim Mirzə
Əbdülqədir İsmayılzadə verib. Bu hadisə təqribən 1912-ci ilin
ikinci yarısında baş verib. Bəstəkar yazır ki, dastan məni maraq-
landırdı. Və bu maraq yeni opera yazmaq qərarına gəlməklə nə-
ticələndi”.
1
Daha sonra A.Hüseynovanın adı çəkilən kitabında qeyd olu-
nur ki, “Şah İsmayıl”ın mətn müəllifliyi haqqında fərqli fikirlər
1
Hüseynova A. “M.Maqomayev – opera yaradıcılığı”, Bakı, 1997 s. 26.
206
var. Bir mənbədə (27, 88, 96) mətnin Mirzə Əbdülqədir İsmayıl-
zadəyə, digərində (43, 44, 45, 46, 50) M.Maqomayevə aid oldu-
ğu göstərilir. Tədqiqatlar isə hər iki şəxsin birlikdə yaradıcı
əməyinin olduğunu göstərir.
1
“Operanın libretto variantlarının birinin giriş hissəsində
M.Maqomayev yazır: “Operanın mətni 1912-13-cü illərdə türk
şairi Mirzə Əbdülqədir İsmayılzadə tərəfindən mənim yaxın işti-
rakımla yazılıb. Sonralar bəstəkar tərəfindən librettonun bəzi
hissələri dəyişib, ixtisar olunaraq əlavələr edilib”.
2
Xüsusi olaraq vurğulamaq lazımdır ki, operanın mətn tərtiba-
tında bəstəkarın bilavasitə iştirakı Maqomayevlə İsmayılzadə
arasında əvvəlcədən razılaşdırılmış şərt olub.
M.Maqomayev xatirələrində göstərir ki, “Mirzə Qədirin lib-
retto yazmaq təcrübəsi olmadığından bəstəkarlıqla yanaşı libret-
tonun yaranmasına da kömək etməyi məndən xahiş etdi. Dastan
üzərində özünə məxsus işlədikdən sonra onu aktlara bölərək dra-
matikləşdirdim. Mən hər aktın dəqiq sxemini tərtib edərək səhnə
hərəkətlərini necə təsəvvür etdiyimi bildirdikdən sonra Mirzə
Qədir mətni yazdı”.
3
“Şah İsmayıl” əsəri üzərində işləməyə başlayanda, Maqoma-
yev muğam improvizasiyalarının ixtisar edilməsi hesabına parti-
turada öz əksini tapan yeni səhifələrin artırılmasına böyük diq-
qət yetirirdi. Və nəticədə 1924-1925-ci illərin teatr mövsümündə
M.F.Axundov adına Opera və Balet Teatrında həmin əsərin yeni
tamaşası hazırlandı. Əsərin yeni variantının əsas cəhəti bu idi ki,
partiturada Azərbaycanın ən populyar milli çalğı aləti olan tar
saxlanmaqla yanaşı, simfonik orkestrin rolu xeyli artırılmışdı.
Başqa bir yenilik isə dördsəsli xordan istifadə olunması idi.
Əgər operanın ilkin variantında muğam üstünlük təşkil edirdisə,
yeni variantda musiqinin çox hissəsini bəstəkar özü qələmə al-
mışdı. Özü də yeni musiqinin çox hissəsi – Aslan şahın, Gülza-
rın və Vəzirin partiyaları klassik üslubda idi. Ümumiyyətlə
1
Hüseynova A. “M.Maqomayev – opera yaradıcılığı”, Bakı, 1997, s. 26.
2
Yenə orada.
3
Yenə orada.
Dostları ilə paylaş: |