Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə71/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   67   68   69   70   71   72   73   74   ...   168

 

235 


şərait yaratmağı əsas məqsəd qoymuşdur. Birinci növbədə, peşə-

kar aktyor kadrlarının yetişdirilməsi aiddir. Maqomayev tərəfin-

dən keçirilən bütün tədbirlər çətin və mühüm tədbirlər idi. O çox 

tez bir zamanda həm özü, həm də məsləkdaşları Azərbaycan in-

cəsənətində irəliləyiş  əldə etdilər. O, teatrın təmiri və yenidən 

qurulmasında çox böyük işlər görürdü. M.Maqomayev səhnə 

mədəniyyətini yüksəltmək üçün aktyor kadrları arasında məslə-

hətxanalar keçirirdi. O dövrdə türk-satira-təbliğat teatrı yarandı. 

Keçmiş Tağıyev binası  bərpa olundu. Teatrın təmirindən sonra 

Maqomayev bu teatra müdir təyin olundu. O, 1924-cü ildən 

Azərbaycan Dövlət Opera və Balet Teatrına başçılıq edir. Eyni 

zamanda bədii rəhbər və dirijorluq vəzifələrini də icra etdi.  

1922-ci ildə Ü.Hacıbəyli Azərbaycan Türk Musiqi məktəbini 

yaradır. 1923-cü ildə həmin məktəb Türk Musiqi Məktəbi (uçilişe), 

1924-cü ildən isə Türk musiqi texnikumu adlanır. Bu, öz nizam-

naməsi olan, nümunəvi təhsil ocağı idi. Ü.Hacıbəyli məktəbin 

nüfuzunu və  əhəmiyyətini gücləndirmək məqsədilə, onun işini 

dərhal respublikada gedən ümumi musiqi təhsilinin inkişafı pro-

sesinə yönəldir. 1926-cı ildə texnikum prorektoru Ü.Hacıbəyli 

özü olan Konservatoriya ilə birləşir. 

Beləliklə, Ü.Hacıbəyli respublikada geniş vüsət alan musiqi 

təhsili prosesini tənzimləyir və haqlı olaraq, hal-hazırda böyük 

bəstəkarın adını daşıyan Azərbaycan Dövlət Konservatoriyası-

nın banisi sayılır. Üzeyir və Zülfüqar Hacıbəyovlar, M.Maqo-

mayev və onların məsləkdaşları respublikanın musiqi həyatının 

bütün sahələrində cəsarətli təşəbbüslə çıxış edirdilər. 

Yeni cəmiyyət şəraitində bəstəkarların yaradıcılıq imkanları 

da genişlənir. 20-30-cu illər mədəniyyət sahəsində möhtəşəm 

nailiyyətlər dövrü idi. Azərbaycan xalqı  mədəniyyət, incəsənət 

sahəsində yeni inkişaf mərhələsinə  qədəm qoyur. Azərbaycan 

musiqisinin yeni-yeni janrları yaranır, yeni yaradıcı nəsil forma-

laşmağa başlayır, kütləvi musiqi təhsili prosesinə start verilir. 

Fəhlə  və qulluqçular üçün müxtəlif bədii studiyalar yaranır ki, 

bunlar üçün xüsusi musiqi pyesləri, musiqili səhnəciklər yazılır-

dı. Bu işə də Ü.Hacıbəyli öz töhfəsini verir və AHİŞ-in Təbliğat 

Teatrı üçün musiqi pyesləri yazır. Məsələn, o, fəhlə klublarında 




 

236


ifa edilmək üçün “Qağayı” musiqi tamaşası yazır ki, bu əsər 

Təbliğat şöbəsi tərəfindən nəşr edilir. O dövrün qüsurlarının tən-

qidinə yönələn  ən güclü bədii vasitələrdən biri satira janrı idi. 

Kütləvi savadsızlıq o dövrün əsas bəlalarından idi. M.Maqoma-

yev isə  həmin dövrdə Azərbaycan radio mərkəzinə  rəhbərlik 

edirdi və bu sahədə o, hər cür gerilik və mühafizəkarlığa qarşı 

amansız mübarizə aparır. O, illərdə efirə gedən eyni verilişlərlə 

bağlı xüsusi araşdırma aparıb, şəraiti təhlil edir, ondan çıxış yol-

ları axtarır. Beləliklə, onun qarşısında bir rəhbər kimi yaradıcı 

və  təşkilati vəzifələrdən ibarət mürəkkəb bir problemlər kom-

pleksi durur.  

Ü.Hacıbəyli, M.Maqomayev və Z.Hacıbəyov qarşısında du-

ran  əsas vəzifələrdən biri Azərbaycan xalq musiqisinin geniş 

təbliğatı idi. Bu məqsədlə yüksək ixtisaslı xalq çalğı alətləri ifa-

çılarından ibarət  ştatda olan daimi yeni tipli ansambl yaradıldı 

ki, o da öz repertuarını notla ifa edirdi. 1932-ci ildə Ü.Hacıbəyli 

və M.Maqomayev tərəfindən yaranan bu orkestr tezliklə yüksək 

peşəkarlığa malik olan bir kollektiv kimi geniş  şöhrət qazanır. 

Azərbaycanın musiqi həyatında böyük əhəmiyyət daşıyan kol-

lektiv filarmoniyada, radio verilişlərində konsertlərlə çıxış edir, 

respublikanın rayonlarına qastrol səfərləri edir. 

20-ci illərin axırlarında 30-cu illərin  əvvəllərində Azərbay-

canda kütləvi mahnı janrı geniş intişar tapır. Musiqi yaradıcılığı-

nın ən mühüm janrlarından birinə çevrilən kütləvi mahnılar bü-

tün bayram və xalq şənliklərində, insanların gündəlik həyatların-

da onları müşayiət edirdi. Mahnı janrına olan tələbat artır, geniş 

xalq kütlələrinin yeni məzmunlu mahnılara olan marağı, həvəsi 

bəstəkarları bu janra xüsusi diqqət yetirməyə yönəldirdi. Ü.Ha-

cıbəyli çox gözəl başa düşürdü ki, kütləvi mahnıların yazılması 

Azərbaycan bəstəkarlarının qarşısında duran əsas vəzifələrdən 

biridir. Azərbaycanda ilk kütləvi mahnıların müəllifi olan Ü.Ha-

cıbəyli, yaratdığı bu əsərlərdə (“Qara göz”, “Qızıl əsgər marşı”, 

“Komsomolçu qız”, “Süvari”, “Pilotlar” və b.) xalqının həyatın-

da baş verən böyük dəyişiklikləri əks etdirir, yeni mövzular, ye-

ni obrazlar tərənnüm edir. Bu mahnılar yeni dövr insanlarına 

müraciətlə yazıldığından yeni tipli olub, xalq mahnı yaradıcılı-




 

237 


ğından məzmun dairəsi, obraz-intonasiya mahiyyəti etibarilə 

fərqlənirdilər. Ü.Hacıbəyli ilə yanaşı kütləvi mahnı janrı sahə-

sində M.Maqomayev, Z.Hacıbəyov, A.Zeynallı da işləmiş, döv-

rü vəsf edən mahnılar yaratmışlar. M.Maqomayevin də yaratdığı 

mahnılar müasir mövzulara həsr edilmişdilər. Azərbaycan xalq 

mahnıları ilə sovet kütləvi mahnılarının sintezi əsasında yazılmış 

bu mahnılarda (“Mazut ordusu”, “Neft”, “Bizim kənd”, “Yarış” 

və b.) insanların şən həyatı, azad əməyi tərənnüm olunur.  

Z.Hacıbəyovun yaradıcılığında da kütləvi mahnı janrına xü-

susi yer ayrılır. Onun müasir mövzuları açan mahnılarında yeni 

obrazlar dairəsi yer alır. Müasir Azərbaycan qadını obrazı Z.Ha-

cıbəyovun “Kənd qızı”, “Çoban qız” və digər mahnılarında öz 

ifadəsinin tapır. Sovet quruculuğunun ilk illərində  məhz yeni 

dövrün özəlliklərini əks etdirən maıhnılara tələbat var idi. Buna 

görə də təsadüfi deyildi ki, yeni yaranan şeir mətnləri artıq möv-

cud olan, xalq arasında geniş yayılan xalq mahnılarının, məişət 

mahnılarının melodiyaları ilə oxunurdu. Azərbaycan XKS-nin 

təşəbbüsü ilə “Nəğmə kitabçası” adlı kiçik şeir məcmuəsi nəşr 

edildi ki, gənclər üçün nəğmələr kimi məsləhət görülürdü. 

Respublikanın mədəni həyatının  ən məsuliyyətli sahələrinə 

məhz Ü.Hacıbəyli rəhbərlik edirdi. M.Maqomayev və Z.Hacıbə-

yov demək olar ki, musiqi-maarif işi sahəsində olan bütün təşəb-

büslərin bilavasitə iştirakçısı olmuş, Ü.Hacıbəylini onun novator 

layihələrində dəstəkləmişlər. Bu təəssübkeş, vətənpərvər musiqi 

xadimləri, böyük şəxsiyyətlər Azərbaycan milli musiqi mədə-

niyyətinin sürətli inkişafı, onun xalq yaradıcılığı ilə qırılmaz əla-

qəsi uğrunda gərgin mübarizə aparırdılar.   

 

 

 

 

 

 

 

 

 



Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə