Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə74/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   70   71   72   73   74   75   76   77   ...   168

 

245 


bəyovun yeni operası dünənki tamaşadan sonra mövsümün re-

pertuarına daxil olacaq.

1

 “Aşıq Qərib” operasının üçüncü tama-



şası 1916-cı il sentyabrın 9-da olmuşdur. 6 sentyabr tarixli “Kas-

pi” qəzeti xəbər verirdi ki, “...cümə günü sentyabrın 9-da Ma-

yılov qardaşlarının teatrında Hacıbəyov qardaşlarının opera trup-

pası Zülfüqar bəy Hacıbəyovun yeni “Aşıq Qərib” operasını gös-

tərəcək. Operada görkəmli müsəlman artistləri iştirak edəcək”.

2

 



Z.Hacıbəyovun inqilabdan əvvəlki geniş maarifpərvər fəaliyyəti 

Azərbaycanın hüdudlarından çox kənara çıxırdı. Bəstəkarın şəxsi ar-

xivində Xalq Komissarları Sovetinin fəhlə və əskər deputatları Sove-

tinin icraiyyə komitəsinin sərnişin daşınmasını tənzimləyən komissi-

yasına 22 may 1918-ci il tarixli 5436 №-li ərizəsi qalmışdır. Ərizədə 

Bakı Sovetinin İcraiyyə Komitəsi bildirir ki, Zülfüqar bəy Hacıbəyo-

va və onun truppasına Ənzəlidən İrana getməyə icazə verilmişdir və 

onlara buraxılış vərəqəsi təqdim edilməsi xahiş olunur.  

 

 

 



“Əlli yaşında cavan” musiqili komediyasının librettosunun titul səhifəsi. 

Orucov qardaşlarının mətbəəsi 1915-ci il. 

                                                 

1

 “Kaspi” qəzeti, 22 may 1916-cı il, № 113. 



2

 Yenə orada, 6 sentyabr 1916-cı il, № 119. 




 

246


1918-ci ilin avqustunda bəstəkarın başçılıq etdiyi H.Sarab-

ski, M.A.Əliyev, H.Ərəblinski, Sidqi Ruhulla, Əhməd Ağdam-

ski, Ə.Hüseynzadə, Yeva Olenskayadan ibarət olan truppa İrana 

qastrol səfərinə gedir. Truppa “Leyli və Məcnun”, “Əsli və Kə-

rəm”, “Aşıq Qərib”, “O olmasın, bu olsun”, “Əlli yaşında ca-

van”, “Evliykən subay” və başqa opera və musiqili komediyaları 

İranın şəhərlərində uğurla tamaşaya qoyur. 

1917-ci ildə Z.Hacıbəyov süjeti xalq rəvayətindən alınmış 

“Üç aşiq və ya Məlikməmməd”

1

 adlı opera üzərində işləyir. 20 



oktyabr 1917-ci il tarixli “Kaspi” qəzeti yazır ki, müsəlman bəs-

təkarı Zülfüqar bəy Hacıbəyov 8 şəkilli fantastik süjetli yeni “Üç 

aşiq” operasını başa çatdırmışdır.

2

 Hazırda bu operanı yaxın 



gələcəkdə tamaşaya qoymaq üçün ciddi hazırlıq görülür. Bu ta-

maşa üçün xüsusi geyimlər hazırlanır.Tamaşada 100 nəfərə qə-

dər adam iştirak edəcək”. Ancaq nə inqilaba qədər, nə də sovet 

dövründə bu opera tamaşaya qoyulmadı. 

1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 

musiqi mədəniyyəti xadimləri qarşısında yeni, geniş yaradıcılıq 

yolları açıldı. Ü.Hacıbəyov var qüvvəsi ilə musiqi-təşkilatçılıq işlə-

rinin ən müxtəlif sahələrində çalışmağa başladı. 1920-ci ildə o, Azər-

baycan SSR Xalq Hərbi-Dəniz komissarlığının Siyasi İdarəsinin 

incəsənət şöbəsində dəftərxana müdiri işləyir. 1921-ci ildə o, klub-

teatr  şöbəsinin rəisi, Siyasi idarənin siyasi-maarif hissəsinin rəisi 

vəzifəsinə  təyin olunur. Elə  həmin ildə eyni zamanda “Qızıl  əskər 

sarayı”na (indiki M.Maqomayev adına Azərbaycan Dövlət Fi-

larmoniyası) rəhbərlik edir. Bəstəkarın şəxsi arxivində onun böyük 

ictimai və siyasi fəaliyyətini əks etdirən maraqlı sənədlər saxlanılır.  

Bu, N.Nərimanovun imzaladığı Azərbaycan SSR Xalq Komis-

sarları Sovetinin 10601 №-li vəsiqəsidir. Buna əsasən Z.Hacıbəyov 

1921-ci ildə Azərbaycan SSR üzrə ilk hərbi səfərbərlik kampani-

yasını keçirən Mərkəzi Fövqəladə hərbi Komissiyanın üzvü təyin 

olunur. 1922-ci il mayın 28-də Z.Hacıbəyova Hərbi-Dəniz  İşləri 

komissarı Əliheydər Qarayevin imzaladığı vəsiqə verilir. Bu vəsi-

                                                 

1

 Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyovun tərçümeyi-halı Azərbaycan 



SSR EA Respublika Əlyazmaları fondunun arxivi, inv. 50. T-3 (25). 

 

 



2

 “Kaspi” qəzeti, 20 oktyabr 1917-ci il, № 235. 




 

247 


qədə deyilir ki, “türk yazıçı-bəstəkarı Z.Hacıbəyova rus və türk 

truppası təşkil etmək tapşırılır və bütün idarələrə musiqi-təşkilat və 

maarif işində bəstəkara kömək etmək təklif olunur”

1



1924-cü ildə  bəstəkar Azərbaycan diviziyasının hərbi təbliğat 

işləri idarəsində çalışır. Təsadüfi deyil ki, Z.Hacıbəyov xüsusi təş-

viqat qatarının rəisi təyin olunur. Bəstəkarın başçılıq etdiyi təşviqat 

qatarında tanınmış dram, opera musiqili komediya aktyorları  və 

başqa mədəniyyət xadimləri toplanmışdı. Bu qatarlar Zaqafqaziya-

nın geniş xalq kütlələrinə mədəniyyət işığı paylayırdı. 

20-30-cu illər Azərbaycan musiqisi üçün də təşkilat illəri idi. 

Fəhlə və qulluqçular üçün müxtəlif bədii studiyalar, xüsusi fəhlə 

klubları təşkil olunur və onlar üçün komediya tipli musiqili səh-

nəciklər yazılırdı.  

Z.Hacıbəyovun arxivindən, indiyə qədər naməlum olan mu-

siqili komediyanın əlyazması tapılmışdır. Müəyyən olunmuşdur 

ki, onun librettosu və musiqi nömrələri titul səhifəsi itmiş “Diri 

qəzet” jurnalının 5 sentyabr 1923-cü il tarixli nömrəsində çap 

edilmişdir. Komediyanın bir neçə adı var: “Qayka”, “Klub”, 

“İşıq ya zülmət”, “Ruhani həkim”. Bundan, belə nəticə çıxarmaq 

olar ki, müəllif pyesin son adını müəyyənləşdirməmişdi. Ge-

riliklə mübarizənin yeni vəzifələrinə uyğun olaraq yaranmış üç 

pərdəli bu əsər məhz fəhlə klubları üçün yazılmışdır. 

Bu dövrün qüsurlarını qamcılamağın  əsas bədii vasitələrin-

dən biri də satira janrı idi. 

Z.Hacıbəyov aydın təsəvvür edirdi ki, dövrün bəlası geniş 

xalq kütlələrinin azsavadlı olmasındadır. Buna görə də bəstəkar-

dramaturq var gücünü bu nöqsanlara yönəldir və onların aradan 

götürülməsi yolunu göstərməyə cəhd edirdi. 

1924-cü ildə Z.Hacıbəyov “Təzə komunxos” pyesi ücün mu-

siqi nömrələri yazmış və bu pyes Azərbaycan Tənqid-təbliğ Te-

atrı tərəfindən tamaşaya qoyulmuşdur. 

20-ci illərin sonu, 30-cu illərin  əvvəllərində Azərbaycanda 

kütləvi mahnılar yazılır. Sosializm quruculuğunun ilk illərində 

                                                 

1

 Hacıbəyov Zülfüqar Əbdülhüseyn oğlu. Azərb. SSR EA Respublika Əlyaz-



maları fondunun arxivi, inv. Q-3 (77). № 18. 


Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə