Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə82/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   78   79   80   81   82   83   84   85   ...   168

 

269 


Danışıq epizodları operanın mühüm cəhətidir. Bəstəkar bilava-

sitə baş qəhrəmanlarla bağlı olmayan səhnələrdə onlardan istifadə 

etmişdir. Mahiyyət etibarilə bu epizodlar reçitativləri əvəz etmişdir. 

Yəqin ki, Azərbaycan bəstəkarları yaradıcılıqlarnın ilk illərində 

ənənəvi opera forması olan reçitativə ehtiyac hiss edirdilər və buna 

görə də xalq musiqisinin digər janrları onu əvəz edə bilmirdi. Məhz 

bu səbəbdən bəzi muğam operalarında (o cümlədən, “Əsli və Kə-

rəm”də) yeni problem 

 Azərbaycan musiqinin intonasiya kökü 



əsasında reçitativin yaranması problemi meydana gəldi. 

 “Aşıq Qərib” operasında orkestr parçaları müəyyən yer tu-

tur. Bir qayda olaraq, onlar hər pərdədən əvvəl gəlir və səhnədə-

ki hadisənin bədii məzmununu bildirir. 

Dördüncü pərdədə böyük bir instrumental epizod – rəqs vardır. 

Bu rəqs saraydakı  dəbdəbəli toy məclisini müşayət edir. Qəribin 

leytmotiv-xarakteristikası da orkestr partiyasında öz əksini tapmışdır. 

Operada muğamdan geniş istifadə olunması onun musiqili-

üslub xüsusiyyətlərinin yaranmasına səbəb oldu. Muğam səhnə-

ləri klavirə yazılmır, yalnız librettodakı  mətni ifa etmək üçün 

xalq yaradıcılığına aid motivin adı qeyd olunur (inqilabdan əv-

vəlki illərdə yazılmış başqa Azərbaycan operalarında olduğu kimi). 

Operanın qalan materialı, əsas etibarilə müəllifindir (bəstəkar 

həmçinin xalq mahnılarının melodiyalarından da istifadə etmiş-

dir). Z.Hacıbəyov operada şifahi xalq yaradıcılığının müxtəlif 

sahələrini  əhatə etmişdir. Bu, ona üslub xüsusiyyətlərini daha 

dərindən anlamaqda və öz yaradıcılıq təcrübəsini zənginləşdir-

məkdə kömək etmişdir. O, operada aşağıdakı xalq melodiyala-

rından istifadə etmişdir:  

Dördüncü pərdədə qızların “Bizim elin yaz yağışı” mahnısı. 

Mahmudun Tiflisdəki qəhvəxanasında rəqqasə Qara qızın şə-

rəfinə aşıq Vəlinin ifa etdiyi “Nəzər sal sevgilinə” mahnısı. 

İkinci pərdənin birinci şəklində 

  qızlar xorunun ifa etdiyi 



bahar nəğməsi: “Yaz yetişdi, novruz gəldi”. 

İkinci pərdədə “Bizim eldə ördək də var, qazda var” mahnısı. 

Dördüncü pərdədə qızların “Oxu, bülbül, fəğan etmə” mahnısı. 

Z.Hacıbəyovun özünün yazdığı musiqi xalq musiqisinə yaxındır. 

Bəstəkarın melodiyalarını folkor musiqisindən ayırmaq çətindir. 



 

270


Müəllif materialının üslubu çox sadədir. Bu da muğam im-

provizasiyalarının operaya bilavasitə daxil edilməsinə uyğundur. 

Operanın fakturası son dərəcə sadədir: vokal partiyasında birsəs-

lilik və homofon-harmonik tərzli sadə akkompanement.

1

  Bəstəkar 



xor partiyalarında iki səslilikdən nadir hallarda istifadə etmişdir. 

Üslub sadəliyi Azərbaycan bəstəkarlarının bütün erkən musiqi-

li-səhnə əsərlərinə xasdır. Çünki Azərbaycan bəstəkarlarının ilk ya-

radıcılıq nümunələri muğam operaları və musiqili komediyalar idi. 

Muğam sənətinin özü kimi, muğam operaları da opera janrı 

tarixində nadir hadisədir. 

 

*** 


 

Bütün muğam operaları kimi, “Aşıq Qərib” də  bəstəkarın 

uvertüra adlandırdığı orkestr müqəddiməsi ilə başlanır. 

 

 



 

Uvertüranın musiqisi şuxdur və bütün əsərin xoş və şən əh-

vali-ruhiyyəsini  əks etdirir, operanın məzmunu ilə bilavasitə 

bağlıdır. Uvertüranın  əsas mövzusu baş  qəhrəman aşıq Qəribin 

obrazıdır. Bu mövzu operada mühüm dramaturji rol oynayır. 

Qəribin obrazı sadə üçhissəli forma daxilində inkişafdır (a-b-a). 

Mövzunun fakturası son dərəcə sadədir və  bəstəkarın melodiyanın 

məqam-intonasiya xüsusiyətini nəzərə çarpdırmaq istədiyini göstərir. 

Uvertüranın orta hissəsi mövzunun variant dəyişikliyi üzərində quru-

lur, daha zərif və hətta rəqssayağı səslənir. Orta hissənin ilk səslən-

məsi Qərib mövzusunun ilk səslənməsinə cavab kimi verilir.  

                                                 

1 Bu opera Sovet hakimiyyəti illərində dəfələrlə onu idarə edən dirijorla-

rın redaktəsinə  məruz qalmışdır. Yalnız orkestr partiyasında dəyişikliklər 

edilmişdir. Bəstəkarın özünün yazdığı klavir qalmamışdır. Ona görə də ope-

ranın ilk variantını bərpa etmək çətindir. 




 

271 


 

 

 



Bu kompozisiya mahnı formasına yaxındır və xalq təranələri 

tərzində yazılmış mövzunun xarakterinə tamamilə uyğun gəlir. 

Hər iki fraqmentdə eyni məqam  əsası – sol tonikalı “Rast” 

saxlanılır. Əgər birincidə melodiya tonikanın oxunması üzərində 

(böyük sekunda daxilində) qurulursa, ikincidə böyük diapazon 

meydana gəlir, məqamın pərdələrinin çoxu əhatə olunur. Burada 

eyni, motivin sekvensiyavari düzülüşünə  əsaslanaraq kvintadan 

tonikaya pərdəvarı enən hərəkət baş verir. Melodiyanın bir yerdə 

“hərlənməsi”, sonra sıçrayışlı uçuş  və yenidən ilkin yüksəkliyə 

qayıtma Azərbaycan xalq mahnılarına xasdır. 

Uvertürada Qərib mövzusu aşıq mahnısının janr 

 intonasiya 



təbiətini əks etdirir. “Aşıq Qərib” operasının üverturasında geniş 

inkişaf yoxdur. Mövzular burada ekspozisiyasayağı ifadə edilir. 

Xalq mahnısı tərzli ikinci mövzu sadə üçhissəli formadadır. Bu 

da onların mahnı xarakterinə uyğun gəlir. 

Z.Hacıbəyov uvertürada bütün əsas dramatuji süjet xətlərini 

göstərməyə nail olmamışdır. Başqa muğam operalarının uvertü-

raları da musiqinin məzmununu birtərəfli açır. Burada “əks hərə-

kət” öz ifadəsini tapmır. 

     



Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə