Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə24/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   20   21   22   23   24   25   26   27   ...   56

70 
 
humanitar  elm  də  mövcuddur.  Humanitar  elm  məhz  insan 
maraqlarının ictimai əsaslarını öyrənir. İnsanların fəlsəfi varlıq 
kimi  mövcudluqları  və  fəaliyyətləri  böyük  mənalar  kəsb  edir, 
dərin  məzmunlara  xas  olur.  Bu  baxımdan  da  insan  ontoloji 
obyekt  kimi  öz-özünün  diqqətini  cəlb  edir.  İnsanın  maraq 
və  məqsədlərinə,  eləcə  də  vəzifə  və  funksiyalarına  şüurlu 
yanaşması elə onun ontoloji ünsür kimi əhəmiyyətini üzərə 
çıxarır.  Lakin ontoloji əhəmiyyət həm də fəaliyyətlə şərtlənir. 
Çünki  insanların  xassələri,  onların  təyinatının  xassəsi, 
quruluşları  və  fizioloji  və  psixoloji  əhəmiyyət  kəsb  etmələri 
məhz  onların  fəaliyyətlərinin  araşdırılması  ilə  bağlıdır. 
Fəaliyyətlərinin  araşdırılması  əsasən  biliklərin  meydana 
gəlməsini  təmin  edir.  Şəbəkəli  fəaliyyət  elə  sistemli  biliklərin 
formalaşmasının  əsasında  dayanır.  İnsan  hüquqları  elmin 
obyekti  kimi  və  ona  istiqamət  verərək  şəbəkəli  fəaliyyətin 
əsasında  dayanır.  Burada  ontoloji  biliklər  qnoseoloji  biliklərin 
formalaşmasını  zəruri  edir.  Ontologiyaya  yanaşma  və 
yanaşmadan  meydana  gələn  biliklərin  özü  elə  qnoseoloji 
biliklərdir. Bu baxımdan da qnoseologiya ontologiyaya xidmət 
edir,  hər  ikisi  vəhdət  şəkilində  insan  və  onun  varlıq  kimi 
əhəmiyyətini,  mənasını  aşkarlayır.  Qeyd  olunduğu  kimi, 
qnoseoloji  biliklər  öz-özlüyündə  məhz  ontoloji  biliklərin 
formalaşmasına xidmət edir. Ontoloji biliklərin davamı həm də 
qnoseoloji  biliklərdə  mövcud  olur.  Qnoseoloji  biliklər  həm  də 
insanların  digər  canlılarla  olan  təmaslarının  əhəmiyyətini 
ortaya  çıxarır.  İnsanlar  qnoseoloji  biliklər  vasitəsilə 
özlərinin  maddi  aləmlərini  məhz  mənəvi  aləmləri  ilə 
birləşdirə  bilirlər.  Qnoseoloji  biliklər  burada  artıq 
mücərrədləşir,  ideallaşır,  qeyri-mütləq  və  istənilən,  arzu 
edilən,  bu  baxımdan  metafizik  məna  kəsb etməyə başlayır. 
Qnoseoloji  təfəkkür,  qavrayış  insanları  idealizmə  aparır  ki,  bu 
da  özlüyündə  insan  hüquqları  üzrə  ideal-nəzəri  fikirlərin 
meydana  gəlməsini  şərtləndirir.  Bu  baxımdan  da  hüquqi 
bilikləri  qnoseoloji  (idealizmə  söykənən,  eləcə  də  real 


71 
 
gerçəklikləri  xarakterizə  edən)  biliklər  kimi  də  xarakterizə 
etmək mümkündür. Qnoseoloji əsaslar həm də hüququn haqdan 
(insanların  yaranmasının  haqdan  qəbulu-burada  Ulu  Tanrı 
tərəfindən yaranış nəzərdə tutulur) gəlişinin olduğunu da qəbul 
edir.  Ontoloji  və  qnoseoloji  biliklər  əsasən  dualizmə 
söykənsələr  də  ümumi  məzmun  baxımından  vəhdətdə  birləşir. 
İnsan  hüquqlarının  məntiqi  əsası  insanların  həyatda  təbii 
yaşamalarını xassələndirmək üçündür və bu baxımdan da insan 
hüquqlarının  təbii  məzmunu  onun  ontoloji  və  qnoseoloji 
mahiyyətində  cəmləşir  və  vəhdət  təşkil  edir.  Hər  iki  yanaşma 
insan hüquqları anlayışının fəlsəfi mənasını aşkarlayır.  
Mütləq  (aşkar  olunan)  varlıq  (mütləq  qaydada  var  olan 
və əlaməti bəlli olan, siqnallarla qəbul edilən və obrazlarda 
ə
ks  olunan  mövcudluq)  onun  hərəkətində,  forma  və 
məzmununda  müəyyən  olunur.  Varlığın  əlaməti  onun  mütləq 
mövcudluğunun 
əsasıdır. 
Varlıqar-müəyyən 
və 
qeyri-
müəyyəndirlər.  Ontologiya  varlığın  müəyyənliyinin  izahını 
vermək  üçündür.  Ontoloji  təfəkkür  obyekt  və  subyektin 
vəhdətini  təbii  birləşmədə,  təbiətə  bağlılıqda,  vəhdətdə  və 
tərkibdə  axtarır.  Bu  mütləq  mövcudluq  haqqında  fikir 
bildirmək  isə  varlıq  haqqında  təlimləri  meydana  gətirməkdən 
ibarətdir.  Varlıq  haqqında  təlimlər  sistemli  biliklərdən  və 
subyektiv  izahların  əlaqəli  əsasını  təşkil  edən  obyektiv 
izahlardan  ibarətdir.  Varlığın  xüsusiyyətlərinin  izah  olunması, 
şərh edilməsi əsasən varlığın özü haqqında biliklərin meydana 
gətirilməsindən  ibarətdir.  Burada  əldə  olunmuş  biliklər 
üzərində  şaxələnmə  prosesləri  həyata  keçirilir.  Şaxələnmə 
sayəsində  biliklər  inkar  da  olunur.  Varlıq  haqqında  biliklər 
subyektiv  və  obyektiv  əsaslara  malik  olur.  Obyektiv  biliklər 
daha  çox  geniş  yayılmış  əsasları  özündə  əks  etdirir  və  baza 
istiqamətləri cəmləşdirir. Obyektiv biliklər daha çox inandırıcı 
və  faydaverici  əsaslara  malik  olur.  Varlıq  haqqında  obyektiv 
biliklər onun mütləq forma və məzmununun özünəxas qaydada 
və  insanlara  verilən  əqli  qabiliyyətlərə  uyğun  şəkildə  mövcud 


72 
 
olan biliklərdir. Varlıq haqqında ontoloji biliklər empirik məna 
kəsb  edir,  eləcə  də  koqnitiv  əhəmiyyətə  malik  olur.  Varlıq 
haqqında  (insan  haqqında)  biliklərin  meydana  gəlməsini  elə 
insanların  özləri  həyata  keçirirlər.  Çünki  insanlar  öz 
daxillərində  olanları  subyektiv  olaraq  aşkar  edə  bilirlər. 
Aşkarlama  əsasən  sistemli  olur  və  nəticə  etibarilə  anlayışların 
sistemli  izahlara  söykənən  tərifləri  meydana  gəlmiş  olur. 
Obyektiv biliklər mövcudluğun obyektiv gerçəkliyini daha çox 
izah  edən  və  ətrafdakıları  inandıran  və  ətrafdakılardan,  ətraf 
aləmdən  faydalı  edən  biliklərdir.  Obyektiv  biliklərin  dərk 
olunmasının  yüksək  səviyyəsinin  təmin  edilməsi  subyektiv 
yanaşmalar  zamanı  daha  çox  aydınlaşdırmaq  qabiliyyətinin 
olmasından irəli gəlir.  
İnsan  hüququn  daşıyıcısı  (subyekti)  olduğundan  onun 
fəaliyyəti  haqqında  mövcud  olan  və  xüsusən  fəaliyyətini 
insanların özlərinin daxili xassələrinə bağlı edən bütün biliklər 
məhz  ontoloji  biliklərdir.  İnsanlar  öz  hüquqlarını  ontoloji 
əsaslarla dərk edirlər. İnsanlar bir varlıq kimi ontoloji obyektlər 
rolunu oynayırlar. Lakin biliklər haqqında olan təlimlər (ideal-
təlimlər)  isə  qnoseoloji  əsasları  özündə  cəmləşdirir.  Biliklərin 
bütövləşməsi  baxımından  nəzəri  aspektlərə  görə  qnoseologiya 
ontologiyanı  öz  daxilində  birləşdirir.  İnsanların  fəaliyyətinin 
əsasları  hüquq  normaları  ilə  siyasi  və  sosial  məna  kəsb  edir. 
Hüquq  normları  fəaliyyətin  nizamlanması  haqqında  olan 
biliklərdir  və  bu  biliklər  demək  olar  ki,  daima  genişlənir  və 
ictimai  münasibətlərin  xassələrinə  və  cəmiyyətin  inkişafına 
müvafiq  olaraq  daima  çoxalır.  Baza  -hüqiqi  ontoloji  biliklər 
qnoseoloji  biliklərin  meydana  gəlməsində  baza  obyektiv 
əhəmiyyət  kəsb  edir.  Hüquq  haqqında  sistemləşdirilmiş  nəzəri 
biliklər  isə  hüququn  qnoseoloji  əhəmiyyət  daşımasını  üzərə 
çıxarır.  
Qnoseologiya 
biliklər 
haqqında 
təlimdir
Fəlsəfi 
ensiklopedik  izahlara  əsasən,  qnoseologiya-yunan  sözü  olub, 
“bilik” və “təlim” sözlərinin birləşməsidir. Qnoseologiya-idrak 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə