Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə27/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   23   24   25   26   27   28   29   30   ...   56

79 
 
əsasıdır.  Hüququn  ontologiyası  həm  də  bu  kimi  tərkiblərin 
xassələrinin  meydana  gəlməsində  böyük  əhəmiyyət  kəsb  edir. 
Hüququn  ontologiyası  hüquq  subyektinin  bütün  hallarda 
mövcudluğunun  əsaslarını  meydana  gətirir.  Yəni  insanlar 
harada  olmalarından  asılı  olmayaraq  universal  hüquqlara 
sahibdirlər və bu, subyektiv hüquq (fərdi hüquq) formasında öz 
həllini tapır.  
Hüquq  anlayışının  ontoloji əsaslarla dərk olunmasında 
aşağıdakı  sistemli  istiqamətləri  ümumiləşdirilmiş  şəkildə 
qeyd etmək olar: 
-ilk  növbədə  insanın  təbiətin  və  fövqəltəbiətin  yaradılanı 
olması  əsaslarının  dərk  olunması.  Material  aləmlə  vəhdət 
məsələsində  insanın  maddi  mövcudluğunun  elə  insanın  özü 
tərəfindən  müəyyən  edilməsi.  Şüur  -  materiya  vəhdətinin  şüur 
tərəfindən dərk olunması; 
-fövqəltəbiətin  yaradıcı  məhsulu kimi insanın şüurlarından 
kənar  mövcudluğun  (aləmin)  olması  haqqında  insanların 
özlərinin başa düşmələri
-insanların  kainatın  siqnallar  sistemində  özünəxas  həcmdə 
siqnaları  qəbul  etmək  imkanlarının  mövcudluğu  və  bu 
məsələdə subyektivliyin dərk olunması; 
-insan 
hüquqlarının 
mənbə 
kimi 
təbiətdən 
və 
fövqəltəbiətdən  gəlməsi  fikrinin  ümumi  olaraq  qəbul  edilməsi 
və  məntiqi  metodlarla  bu  fəlsəfi  məzmunun  dərk  olunması. 
(Burada  məntiqi  metodlar  düşünmə  prosesində  tərkibi  və 
bölgünü  yaradır,  hüququ  tərkib  kimi  hər  iki  bölgü  tərəfində: 
təbiətdə  və  fövqəltəbiətdə  axtarır.  Məntiqi  metodlar  iki 
strukturu  vahid  sistemdə  üfiqi  və  şaquli  istiqamətdə 
genişləndirir. 
Buradan 
da 
hüquqların 
genişlənməsi 
prinsiplərinin dərk olunması məsələləri meydana gəlir);  
-insan  hüquqlarının  insan  təbiəti  ilə  vəhdətdə  (insan 
xarakteri  təbiətdən  və  mənəvi  aləmdən  ibarət  olan  və  insanın 
bu  iki  aləmlə  vəhdətindən  meydana  gələn,  insanın  zaman-
zaman  siqnallarla  qazandığı  nemətdir)  dərk  olunmasının 


80 
 
əsaslarının  müəyyən  edilməsi.  (Burada  universallıq  və 
məxsusiliyin,  eləcə  də  subyektiv  maraqların  mövcudluğu 
prinsiplərinin dərk olunması əsas amilə çevrilir)
-insanların 
yaşadıqları 
cəmiyyətlər 
və 
dövlətlərin 
məzmunlarının dərk olunması və insan hüquqlarının tanınması 
və  təmin  olunmasında  cəmiyyətin  və  dövlətin  rolunun 
müəyyən olunması. Dövlətin insanların təbbi xassələrinə uyğun 
şəkildə qurulan bir qurum olmasının anlaşılması; 
-insanların  hüquqlarının  zaman  və  məkan  prizmasından 
dərk  olunması  və  resurslar  amilinin  mövcudluğunun  şərh 
edilməsi; 
-insan  hüquqlarının  insanların  yaşayış  tərzlərinə  uyğun 
şəkildə təbii olaraq dərk olunması; 
-insan  hüquqlarının  insanların  bioloji  xüsusiyyətlərinə 
uyğun  olaraq  dəyişən  əsaslarla  (burada  yaş  məsələsi  nəzərdə 
tutulur) dərk olunması; 
-insan  hüquqlarının  insanın  sistemli  həyata  malik  olması 
prinsipindən  dərk  olunması  və  tərkib  sistemlərdən  əksini 
tapması  
    
 
Hüququn qnoseoloji əsaslarla dərk olunması  
 
Hüququn  qnoseologiyası  isə  subyektə  və  hamıya  aid  olan 
obyektiv  hüquq  normalarının  məcmuəsidir.  Hüquq  haqqında 
biliklər,  nəzəri  mülahizələr,  subyektiv  təhlillər  cəmidir. 
Hüquqa  aid  olan  biliklər  əsasən  təlimlərdə  xarakterizə  olunur. 
Hüquqi  biliklər  hüquq  nəzəriyyəsinin  yaranmasının  əsaslarını 
təşkil  edir.  Hüququn  qnoseologiyasına  (qnoseoloji  fikirlərə) 
insanların  bütün  hüquq  sahələrində  (burada  fəaliyyətlərindən 
irəli  gələn  maraq  sahələrində)  olan  maraqları  və  onları  ifadə 
edən hüquq normaları aid edilə bilər. Hüququn qnoseologiyası 
hüquqi biliklər haqqında olan təlimlərdən, bu baxımdan nəzəri 
fikirlərdən,  mülahizələrdən,  şərhlərdən,  izahlardan  ibarətdir. 
Hüququn  qnoseologiyasında  biliklərin  dərk  olunmasında  həm 


81 
 
fəlsəfi,  həm  də  elmi-məntiqi  təfəkkür  iştirak  edir.  Bunların 
sayəsində hüquqi biliklərin həm tərkib xassələri meydana gəlir, 
həm də tətbiqi –təminatı məsələləri üzərə çıxır. Hüquqi biliklər 
insanları 
həyatlarının 
bütün 
sosial-siyasi 
aspektlərində 
müşayiət 
edir 
və 
onların 
ictimai-siyasi 
statuslarını 
müəyyənləşdirir.  
Hüquqi  biliklər  digər  elm  sahələrində  olan  biliklər  kimi 
formal  və  məntiqi  idrakın  məhsulu  olaraq  fəlsəfi-elmi  məna 
kəsb edir.  Bu, o deməkdir ki, sadə  əqli nəticələrdən mürəkkəb 
nəticələr  yaranır  və  şərtləndirici  sahələr  çoxlu  sayda 
müstəviləri  əhatə  edir.  Dialektik  vəhdət  sayəsində  tam 
genişlənmə  meydana  gəlir  ki,  bunun  da  sayəsində  hüquqi 
biliklərin  təsnif  olunması  məsələləri  ortaya  çıxır.  Hüquqi 
biliklərin  sahələr  və  tərkiblər  üzrə  dərk  olunması  qnoseoloji 
təlimlərin  formalaşmasını  zəruri  edir.  Dialektik  vəhdət 
sayəsində 
hüquqi 
biliklərin 
normalara 
salınması, 
strukturlaşdırılması  və  strukturlar  arasında  vahid  məzmunlu 
istiqamətlərin  yaranması  halları  ortaya  çıxır.  Hüquqi  biliklərin 
yaranması, 
əldə 
edilməsi, 
digər 
şəxslər 
tərəfindən 
mənimsənilməsi  və  dərk  olunması  əsasən  fəlsəfi-elmi 
prinsiplərə  söykənir.  Hüquqi  biliklərin  dərk  olunmasında 
tezislər,  sintezlər  analizlər  məntiqi  əməliyyatlar  olaraq  böyük 
rol  oynayır.  Baza  hüquqi  biliklərdən  yeni  törəmə  biliklər  əldə 
edilir. Burada obyektlərin dərk olunması yolu ilə əqli nəticələr 
çıxarılır  və  sillogizmlər  yolu  ilə  qnoseologiyanın  mahiyyəti 
dərk  olunur.  Qnoseologiya  hüquqi  bilikləri  təbiət  və  qeyri-
təbiət  dərk  etməsində  axtarır.  Hüququn  ontologiyası  və 
qnoseologiyası  başlıca  olaraq  vəhdətdə  çıxış  edir.  Bütün 
biliklər  nəzəri  və  təcrübi,  bu  baxımdan  elmi  (nomomatik)  və 
fərdi  (ideoqrafik)  olduğundan  hüquqa  aid  olan  nəzəri  biliklər 
də bu kimi xassələri özündə əks etdirir. Hüquqi biliklərin elmi 
əsası  baza  etibarilə  mövcud  olan  obyektiv  hüquqi  normalara 
əsaslanır.  Bu  normalar  hüququn  nəzəri  xassələrini  əks  etdirir. 
Obyektiv  hüquqi  normalar  da  mövcud  elmi-fəlsəfi  yanaşmalar 
əsasında formalaşır. Bu yanaşmalar sayəsində hüquqi biliklərin 
sistemləşməsi,  baza  (fundamental)  və  üst  qat  mahiyyət  kəsb 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə