Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə28/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   24   25   26   27   28   29   30   31   ...   56

82 
 
etməsi  kimi  hallar  meydana  gəlir.  Baza  biliklər  əsasən  baza 
hüququn  izah  olunması  üçün  müəyyən  edilir.  Bu  baza  biliklər 
insanların  təbii  hüquqlarının  təsnifatını  yaradır  və  baza 
hüquqlar  bir  elmi  xətt  kimi  digər  biliklərin  formalaşmasında 
böyük  rol  oynayır.  Hüquqi  biliklərin  formalaşmasında  bioloji, 
psixoloji, sosioloji və siyasi biliklər də mühüm rola malik olur. 
Hüquqi  nəzəriyyələr  məhz  ontoloji  biliklərin,  yəni  insanların 
maddi-mənəvi aləmləri haqqında olan biliklərin məcmuəsindən 
yaranır  və  hüquqi  biliklərin  yaranmasında  bu  kimi  sahələr 
əsasən  şərtləndirici,  tərkib  formalaşdırıcı  əhəmiyyətə  malik 
olur.  Onu  da  xüsusi  olaraq  qeyd  etmək  olar  ki,  hüquqi 
biliklərinn yaranmasında insan maraqları və insan fəaliyyətinin 
əsas  istiqamətləri  böyük  rol  oynayır  və  hüquqi  biliklərin 
formalaşmasında  məhz  bu  kimi  baza  kriteriyaların  rolu  xüsusi 
əhəmiyyət daşıyır.  
İ
nsan  hüquqları  anlayışının  qnoseoloji  əsaslarla  dərk 
olunması istiqamətlərini aşağıdakı şəkildə ümumiləşdirmək 
olar: 
-insan hüquqları anlayışının mövcud reallıqlar baxımından 
nəzəri fikirlərdə dərk olunması; 
-insan  hüquqlarına  dair  baxışların  insanların  mənəvi 
aləmləri ilə vəhdəti prizmasından dərk olunması; 
-insan  hüquqlarının  nəzəri  əsaslarının  universallıq  və 
məxsusilik prinsipləri əsasında dərk olunması; 
-insan  hüquqlarına  dair  nəzəri  fikirlərin  insanların 
subyektiv ideal fikirləri baxımından dərk olunması; 
-insan  hüquqlarına  dair  baxışların  hüquq  normalarında 
əksini tapması prizmasından dərk olunması; 
-hüquq  normalarının  insanların  maddi-mənəvi  tələblərini 
yerinə yetirmək baxımından dərk olunması; 
-insan  hüquqlarının  məkan  və  zaman  kateqoriyasından 
dərk olunması; 
-insan  hüquqlarının  insanların  praktiki  əməlləri  ilə  vəhdət 
prizmasından dərk olunması və s.  
 


83 
 
Hüququn dialektikası 
 
Dialektika  nədir.  Ensiklopedik  lüğətlərdə  qeyd  olunduğu 
kimi, dialektika (yun.dialegomai-düşünürəm, söhbət aparıram)-
təbiət, cəmiyyət və təfəkkürün inkişafının ən ümumi qanunları 
haqqında elmdir. Dialektikanın (inkişafın və vəhdətin, sistemli 
proseslərin,  sistemlərdaxili  vəhdətin)  dərk  olunması  məntiqi 
təfəkkür  vasitəsilə  yerinə  yetirilir.  Məntiqi  təfəkkür  –
müəyyən  fikir  strurkturunun  köməkliyi  ilə  beynimizdə  əks 
olunan  real  prosesdir.
1
 Dialektikanın  strukturu  prinsiplər, 
kateqoriyalar  və  qanunlardan  ibarətdir.  Dialektika  bir 
metoddur.  Prinsip  (yun.  principium-əsas,  ilk  başlanğıc)  –
özündə  əsas  ideyaları  əks  etdirir,  həmçinin  bütün  biliklər 
sisteminin  əsasında  dayanan  və  ona  müəyyən  bütövlük  və 
sistemlilik  verən  fundamental  vəziyyətdir.
2
 Məsələn,  fəlsəfədə 
çoxlu  sayda  prinsip  vardır:  dünyanın  material  bütövlüyü 
prinsipi,  materiyanın  birinci,  biliyin  ikinci  olması  prinsipi, 
təcrübə  və  nəzəriyyənin  vahidliyi  prinsipi  və  s.  Dialektikanın 
əsas  prinsipləri  kimi  ümumən  qarşılıqlı  əlaqələr  prinsipi  və 
şeylərin qarşılıqlı şərtləndiriciliyi prinsipləri mövcuddur.
3
  
Dialektikanın  kateqoriyaları real dünyanı əks etdirməklə 
obyektiv  xassələrə  malik  olur  və  insanların  iradəsindən  asılı 
olmayaraq  təbiətdə  və  cəmiyyətdə  mövcud  olan  şeyləri  əks 
etdirir.
4
 Kateqoriyalar  dialektikanın  qanunlarının  struktur 
yaradan elementləri rolunda çıxış edir. Qanunlar: vəhdətlik və 
əksliklərin  mübarizəsi  qanunu,  kəmiyyət  dəyişikliklərinin 
                                                 
1
 M.M.İsrafilov. Məntiq: Dərs vəsaiti.-B.: Maarif, 1987.-333 səh., s. 21.  
2
 Структура диалектики: принципы, категории, законы. 
www.psyera.ru/struktura-dialektiki-principy-kategorii-zakony-1401.htm 
3
 Həmin mənbə. 
4
 Həmin mənbə. 


84 
 
keyfiyyət  dəyişikliklərinə  keçməsi  qanunu  və  inkarı  inkar 
qanunlarından ibarətdir.
1
  
İnsan hüquqlarına dair nəzəri və təcrübi biliklər (insanların 
fəaliyyəti  ilə  meydana  gələn  cari  və  dövrü  hüquqlar  haqqında 
olan biliklər) insanın təbii olması və məqsədyönlü əmək və əqli 
qabiliyyətə,  konstruktiv  təfəkkürə  malik  olması  prinsipi  ilə 
əlaqəlidir.  Hüququn  dialektikası  onun  mövcudluq  və  inkişaf 
qanunlarını,  kateqoriyasını  və  prinsiplərini  formalaşdırır. 
Məsələn, azadlıqlar bir hüquqi prinsipdir. Azadlıqlar insanların 
təbii  fəaliyyətlərini  təmin  edən  kriteriyalardır.  İnsanların 
azadlıq  hüquqları  sistemli  olaraq  bütün  hallarda  bir  prinsip 
kimi  əhəmiyyətə  malik  olur.  İnsanların  yaşamaq  hüquqları 
prinsipi  (universal  və  məxsusi  anlamda)  özündə  sistemliliyi 
yaradan komponentləri əks etdirən bir prinsipdir. Azadlıqlar da 
məkana, subyektə və imkanlara müvafiq olaraq məhdudlaşır və 
genişlənir.  İnsan  hüquqlarının  dialektik  vəhdəti  insan 
hüquqlarının  tarazlı  əsaslarla  formalaşmasına  gətirib  çıxarır. 
Bu 
anda 
qarşılıqlı 
hüquqi 
fikirlərdə 
(mübahisələrdə, 
polemikalarda)  tarazlaşdırmanı  dialektik  əlaqələr  yaradır. 
Tərəflərin  qarşılıqlı  fikirləri  arasında  baş  verən  və  dialoq 
əhəmiyyəti  kəsb  edən  proseslərdə  müəyyən  nöqtələrdə  tarazlı 
vəziyyətlər formalaşmış  olur. Bu  anda  aydınlaşmış vəziyyətlər 
meydana  gəlir.  İnsan  hüquqları  qarşılıqlı  fikirlərdə  müəyyən 
tarazlı  xətlərdə  öz  ədalətli  mahiyyətini  üzərə  çıxarır.  İnsan 
hüquqları  bu  məsələdə  haqdan  gələn  dəyər  olduğunu  və 
düzgünlüyünü  təsbit  edir.  İnsanların  özü  hüquqları  uğrunda 
həyata  keçirdikləri  mübarizələr  məhz  müəyyən  koordinatlarda 
ədalətli  mahiyyətini  formalaşdırır.  Mübarizələrin  müxətlif  əks 
koordinatları-iki  əks  tərəfin  bir  obyekt  üzərində  mübahusələri 
məhz  müəyyən  nöqtələrdə  öz  prosesinin  dayandırmış  olur. 
Nisbi  və  mütləq  olaraq  razılaşmalar  meydana  gəlir. 
                                                 
1
 Структура диалектики: принципы, категории, законы. 
www.psyera.ru/struktura-dialektiki-principy-kategorii-zakony-1401.htm . 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə