Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə36/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   32   33   34   35   36   37   38   39   ...   56

106 
 
tərəfdən  hüquqların  artmasına  xidmət  edirsə,  digər  tərəfdən 
hüquqların  məhdudlaşmasına  və  yenilənməsinə  xidmət  edir. 
Lakin  bütün  dəyişikliklərdə  əsas  məqsədlər  pozitivliyin  əldə 
olunmasından  ibarətdir.  Hüququn  genişlənməsi  cəmiyyətdəki 
inkişafla əlaqəli olur. Məsələn, hal-hazırda printerlər vasitəsilə 
evlərin  tikilməsi  proseslərinə  başlanılmaqdadır.  Bu  artıq  yeni 
bir inkişaf göstəricisidir, texnoloji tərəqqidir. Burada zaman və 
resurslar  insanlar  üçün  gələcək  hüquqların  təmin  olunmasına 
gətirib  çıxara  biləcəkdir.  Hüquqların  dialektik  –empirik 
qaydada  genişlənməsi  həm  də  yeni  texnoloji  vasitələrin 
genişlənməsindən  və  tətbiqinin  sistemləşdirilməsindən  asılıdır. 
Yeni  hüquqlar  yeni  təzahürdən  və  yeni  mahiyyətdən  meydana 
gəlir.  Lakin  bütün  hallarda  təbii  məzmununu  baza  olaraq 
özündə saxlayır. Baza mahiyyət isə ondan ibarətdir ki, hüququn 
tətbiq olunduğu sahələrdə xidmət amili əsas rolu oynayır.  
  
İ
nsan hüquqları anlayışının dərk olunmasında 
dialektik məntiqin əhəmiyyəti 
 
Formal məntiqi  təfəkkür  təbii  ki,  dialektik məntiqin tərkib 
hissəsidir.  Formal  məntiq  sintezlər  yolu  ilə  formal  nəticələrin 
çıxarılmasını  təmin  edir.  Formal  nəticələr  cəmi,  formal 
nəticələrdən meydana gələn yeni nəticələr də cəm halda sintez 
olunaraq  dialektik  məntiqin  yarnmasına  xidmət  edir.  Formal 
məntiq  sadə  dərketmədir.  Ancaq  dialektik  məntiq  daha  çox 
qarşılıqlı  vəhdətdə  yaranan  mətn  xarakteri  kəsb  edən  bir 
məntiqdir. 
Dialektik 
məntiq 
dialoqlara 
əsaslanır 
və 
dialoqlardan  (ziddiyyətli  qarşıdurmalardan)  meydana  gəlir. 
Tezislərin  irəli  sürülməsi  və  anti-tezislərin  bildirilməsi  elə 
dialoqların  formalaşmasının əsasında  dayanır.  İnkarlar və  yeni 
tezislərin meydana gəlməsi də dialoqların meydana gəlməsinin 
əsasında  dayanır.  Formal  məntiqi  təfəkkürün  cəmi  dialektik 
məntiqin  formalaşmasında  böyük  rol  oynaylır.  Dialektik 
məntiq  zamanı  forma  və  mahiyyətinin  uyğunluğu  meydana 


107 
 
gəlir. Dialektik məntiqi nəticələr obyektin daha da böyüməsinə 
xidmət  edir,  eləcə  də  sistemli  xarakter  kəsb  edir.  Formal 
məntiqi  təfəkkür  dərketmənin  sadə  formasıdır,  dialektik 
məntiqi  təfəkkür  isə  bir  qədər  mürəkkəb  əhəmiyyət  kəsb  edir. 
Mürəkkəb  təfəkkür  inkişafın  əsaslarını  meydana  gətirir  və 
düşüncələrin  zənginliyinə  əsaslanır.  Dialektik  məntiq  konkret 
müddəalardan ümumi müddəaları meydana gətirir.  
Hüquq  sahəsinin  çoxtərəfli  olması,  hüquq  obyektlərinin 
çoxistiqamətli  əsasları  məhz  dialektik  məntiqi  üsullarla 
hüququn  dərk  olunmasında  böyük  rol  oynayır.  Hüququn 
dialektik tərkibi onun baza hüquqlar arasında olan şərtləndirici 
əlaqəsindən  və  eləcə  də  törəmə  xassələrə  malik  olmasından 
irəli  gələrək  formalaşır.  Hüquqn  dialektik  tərkibində  bir-birini 
tamamlayan  və  həyatın  sistemli  formasının  nəzəri  tələblərini 
ödəyən məzmun böyük mənaya malik olur. Hüququn dialektik 
tərkibi onun çoxməzmunlu formasından meydana gəlir. Hüquq 
normalarının  şaxələndirilməsi  və  bir  normanın  digəri  üçün 
səbəbə  çevrilməsi  elə  dialektik  vəhdətin  əsaslarını  meydana 
gətirmiş olur. Dialektik təfəkkür daha çox ətraflı və səpələnmiş 
təfəkkürdür.  Bu təfəkkür formasında sahələr arasında məzmun 
çalarlığı  meydana  gəlir.  Bir  hüquq  sahəsində  qəbul  edilən 
normalardan  digər  normalar  meydana  gəlir.  Eləcə  də 
normaların  zənginləşməsi  prosesləri  formalaşır.  Dialektik 
məzmun  əsas  etibarilə  hüququn  normaları  arasında  təbii 
bağlılığın ifadə olunmasında böyük rol malik olur.  
Bu  gün  dialektik  məntiqi  təfəkkür  daha  da  inkişaf 
etməkdədir.  Dialektik  məntiqi  təfəkkürün  inkişafında  material 
düşüncələrin, 
eləcə 
də 
yanaşmalarda 
(əlaqələrdə 
və 
münasibətlərdə)  subyektivliyin  və  obyektivliyin  əsasları 
mühüm  rol  oynayır.  Obyektivliyin  artması  subyektivliklə 
əlaqəli  olduğundan  fikirlərin  artması  da  mühüm  əhəmiyyət 
kəsb edir.  
İ
nsan  hüquqları  anlayışının  dərk  olunmasında  dialektik 
məntiqin əhəmiyyətini bu şəkildə ümumiləşdirmək olar: 


108 
 
-insan  hüquqları  anlayışının  tərkibinin  sadə  və  sadələrdən 
ibarət  olan  mürəkkəb  məzmunla  dərk  olunmasının  təmin 
edilməsi
-insan  hüquqları  anlayışının  təfəkkürdə  sistemləşdirilməsi 
və  ümumiləşdirilmə  yolu  ilə  məzmununun  geniş  şəkildə  əhatə 
olunması; 
-insan 
hüquqları 
anlayışının 
şaxələndirilməsi 
və 
sistemlərarası predmetə və obyektə çevrilməsi; 
-anlayışın  tətbiqinin  universal  və  məxsusi  aspektlərdə 
təmin edilməsi
-anlayışın  tətbiqi  sahələrinin  genişlənməsi  hesabına  elmi 
obyektə  və  elmin  qolu  kimi  fənlərə  və  fənlərarası  predmetə 
çevrilməsi; 
-anlayışın  inkişaf  proseslərinin  sistemləşdirilməsi  zamanı 
tərkib 
hissələr 
arasında 
uyğunluğun 
yaradılması 
və 
mütənasbiliyin təmin edilməsi; 
-anlayışın  genişlənməsi  üçün  sadə  məntiqi  nəticələr 
üzərində mürəkkəb nəticələrin çıxarılmasının təmin olunması;  
-anlayışın  əhatəli  olaraq  dərk  olunmasında  fəlsəfi 
kateqoriyalardan  bölücü  və  birləşdirici  ünsürlər  kimi  geniş 
istifadə olunması; 
-insan  hüquqları  anlayışının  bölgü  komponentlərinin 
sayının artırılmasının nəzəri baxımdan təmin edilməsi və s.  
 
İ
nsan hüquqlarının fəlsəfi kateqoriyalarla dərk 
olunması  
 
Kainatın  (fövqəltəbiətin-makro  təbiətin,  ölçüsüz  təbiətin, 
“məkansız”,  yəni  məkan  hüdudları  olmayan  təbiətin)  tərkibi 
rəngarəngliklərdən, hissəciklərdən, elementlərdən ibarətdir. Bu 
rəngarəngliklər 
sistemlər 
daxilində 
olan 
elementlərin 
birləşmələrinin  fərqli  formalarından  və  fərqli  tərkiblərindən, 
fərqli  təzahürlərdən  və  elementlərdən  meydana  gəlir.  Həyatın, 
eləcə  də  insanlarla  təbiətin  əlaqələrinin  fərqli  əsasları 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə