Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə32/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   28   29   30   31   32   33   34   35   ...   56

94 
 
Subyektivlik  də  zamana  bağlı  olur.  Belə  ki,  subyektiv 
fikirlər  bir  müddətdən  sonra  obyektiv  əsasa  çevrilə  bilir. 
Hüquqi  fikirlər,  hüquqi  normalar  da  obyektiv  və  subyektiv 
əsaslara  söykənir.  Əqli  nəticələrə  gəlmək  yolu  ilə  obyektivlik 
dərk  olunur.  Əqli  nəticələrə  subyektiv  yollarla  da  gəlmək 
mümkündür.  Subyektiv  yollarla  gəlinən  nəticələr  təbii  ki,  bir 
müddətdən  sonra  obyektivliyə  çevrilir.  Deməli,  hüquq 
nəzəriyyələri  də  əqli  nəticələrə  gəlmənin  əsasları  ilə 
obyektivliyə,  universal  əsaslarla  qəbul  edilməyə  səbəb  olub. 
Hüququn 
dərk 
olunmasında, 
hüquq 
normalarının 
universallaşmasında  sillogizmlərin  (əqli  nəticələrə  gəlmənin) 
rolu böyük olubdur. Məsələn, belə bir sillogizmdən çıxış etmək 
olar.  Hüquq  insanlara  aiddir.  Uşaqlar  da  insandır.  Deməli, 
hüquq  uşaqlara  da  aiddir.  Burada  universal  hüququn  məxsusi 
olaraq  uşaqlara  şamil  olunması  amili  mühüm  əhəmiyyət  kəsb 
edir. İnsan hüquqları əqli nəticələrlə inkişaf edir. Əqli nəticələr 
elə  obyektiv  şəraitlərdən  dəyişə-dəyişə  davam  edir.  Bu 
dəyişiklik  sayəsində  insan  hüquqları  sahəsi  üzrə  insan 
hüquqları genişlənir. Subyektivliyin əqli nəticələrdən meydana 
gəlməsi obyektivlik üzərində həyata keçirilir.  
 
Obyektiv və subyektiv hüququn vəhdəti və zaman 
anlayışı  
 
Subyektiv  hüquq  subyektə  (burada  ayrı-ayrı  fiziki  və 
hüquqi şəxslərə) məxsus olan hüquqdur. Bununla yanaşı, ayrı-
ayrı şəxslərin (fiziki və hüquqi) və qrupların obyektiv hüquqlar 
içərisində  yerlərini  müəyyən  edən  hüquqdur.  Bu  baxımdan  da 
məxsusidir.  Subyektiv  hüquq  həm  də  subyektlərin  irəli 
sürdükləri  və  dövlət  tərəfindən  rəsmiləşdirilən  hüquq 
normalarının  məcmusudur.  Bu  məcmuədən  də  obyektivlik 
meydana  gəlir.  Obyektivlik  eləcə  də  subyektivliyi  əks  etdirir. 
Məsələn, cəmiyyətdə toplumun ümumi hüququ abstrakt olaraq 
cəmiyyətin  subyektiv  hüququdur.  Xalqın  hüququ  həm  də 


95 
 
subyektiv  qaydada  onu  təmsil  edən  dövlətin  subyektiv 
mücərrəd  hüququdur.  Dövlətin  subyektiv  hüququ  həm  də 
mütləqdir  və  bu  mütləqlik  cəmiyyətdəki  fərdin  və  kollektivin 
hüquqlarından meydana gəlir.  
Obyektiv  və  subyektiv  hüquq  normalarla  əks  olunur. 
Normaların başlıca məqsədi hüquqların icrasını həyata keçimək 
və  nizamla  tənzim  etməkdən  ibarətdir.  Subyektiv  hüququn 
normalarla  ifadəsi  qanunvericilikdə  (qəbul  edilən  hüquqi 
sənədlərdə)  öz  əksini  tapır.  Fərdi  qaydada  (məxsusi  olaraq) 
qəbul  edilən  hüquqi  sənədləri  də  subyektiv  sənədlər  kimi 
dəyərləndirmək,  mənalandırmaq  olar.  Lakin  bu  hüquq  həm  də 
obyektiv hüququn tərkibində özünə yer tapır. Subyektiv hüquq 
əslində  baza  etibarilə  obyektiv  hüququn  tərkibindədir. 
Obyektiv  hüququn  ayrı-ayrı  şəxslərə  cəm  halda  aidiyyatı  elə 
subyektiv  hüququn  obyektiv  hüquqa  olan  atributivliyini 
meydana  gətirir.  Hüquq  normaları  ayrı-ayrı  subyektlərə  tətbiq 
edilən,  lakin  daha  çox  universal  məna  kəsb  edən  normalardan 
ibarətdir.  Bununla  yanaşı,  birdəfəlik  halları  tənzim  edən 
normalar  da  mövcuddur.  Bu  hüquq  normaları  obyektiv  məna 
kəsb  edir  və  subyektiv  olmaqla  müəyyən  subyektə  tətbiq 
olunur.  Məsələn,  mükafatlar  və  dövlət  təltiflərini  əks  etdirən, 
aktları  nizama  salan  hüquqları  buna  nümunə  göstərmək  olar. 
Obyektiv hüquq vahid xətlər üzərində olan hüquqdur və ondan 
da  digər  normalar  meydana  gəlir.  Deməli,  subyektiv  hüquq 
həm  obyektiv  hüquq  içərisindədir,  onun  tərkibidir,  həm  də 
obyektiv hüquqdan əlavə olaraq fərdi qaydada şamil olunandır. 
Obyektiv  hüquq  normalarının  mövcudluğu  subyektlər  üçün 
eyni  hüquqi  qüvvəyə  malik  olur  və  tətbiqi  anında  təxminən 
eyni  hüquqi  qüvvəyə  malikdir.  Subyektiv  hüquq  insan 
haqlarının  nəzəri  baxımdan  dəyərləndirilməsidir.  Hər  bir  şəxs 
öz hüquqlarının əksinii tapdığı hüquq normalarına izahlar verə 
bilər.  
Obyektiv  və  universal  hüquq  (burada  baza  hüquq  və 
azadlıqlar  nəzərdə  tutulur)  fərdi  və  kollektiv  münasibətlərdə 


96 
 
daimidir və insanların həyat prinsiplərinin universal tələblərinə 
bağlıdır.  Bu  kimi  hüquq  normaları  hər  zaman  aktualdır,  icrası 
məcburidir  və  tətbiq  edilən  obyektin  müvəqqəti  olmasına 
baxmayaraq  öz  daimiliyini  saxlayandır.  Deməli,  obyektiv 
hüquq təkrarlanan hüquqdur.  
Subyektiv  hüquq  da  universal  hüquqlar  içərisində 
subyektin  yaşadığı  müddət  üçün  daimidir.  Lakin  bununla 
yanaşı,  müəyyən  müddət  üçün  nəzərdə  tutulan  subyektiv 
hüququn  müəyyən  zamanı  da  vardır.  Məsələn,  bir  şəxsə 
universal hüquqlardan kənar dövlət tərəfindən əlavə hüquqların 
verilməsi  zamanla  müəyyən  edilir.  Məsələn,  yaşlı  insanlara 
pensiya  təminatının  verilməsi  ilə  bağlı  hüquq  normaları 
zamandan  asılı  olur.  Eləcə  də  uşaqlarla  bağlı  hüquqlar  da 
zamana əsaslanır. Həmçinin ayrı-ayrı şəxslərə dövlət tərəfindən 
verilən əlavə hüquq normaları (məsələn, mükafatlar, imtiyazlar 
və  s.)  da  zamandan  asılı  olur.  Deməli,  subyektiv  hüquq 
obyektiv  hüquq  normaları  içərisində  olur  və  zamana  müvafiq 
olaraq  şəxslər  həmin  hüquqlara  yiyələnirlər.  Məsələn, 
mükafatlarla  əlaqəli  olan  subyektiv  hüquqlar  bu  mükafatı 
qazanmaq  üçün  lazımi  adamlar  tərəfindən  müəyyən  işlərin 
görülməsini tələb edir. Burada zaman həmçinin iş fəaliyyəti və 
iş  yerləri  ilə  də  əlaqəlidir.  Bu  baxımdan  dövlət  xarici  ölkədə 
(diplomatik 
nümayəndəliklərdə) 
işləyən 
vətəndaşlarına 
müddətli  diplomatik  pasportlar  verir.  Eləcə  də  tələbələr 
oxuduqları müddətdə tələbə hüquqlarından istifadə edirlər. 
Ümumiyyətlə,  fərdi  hüquq  universal  hüquqlardan  meydana 
gəlir.  Məsələn,  tələbələr  üçün  universal  hüquqi  sənədlər 
mövcud olur və bu sənəddən hər bir şəxs tələbə olarkən istifadə 
edir.  Hüquqlar  normalarda  mövcud  olur,  insanlar  zamanları 
çatanda  onlardan  istifadə  etməyə  başlayırlar.  Bu  baxımdan 
hüquqlar  universal  və  tətbiqi  məsələdə  (burada  normalar 
şəkilində  ifadə  olunan  hüquqların  tətbiqi  nəzərdə  tutulur)  hər 
dəfə təkrar olunan, eləcə də birdəfəlik və bir hal üçün nəzərdə 
tutulan  olur.  Hər  iki  halda  fərdin  hüquqları  subyektiv qaydada 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə