Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə29/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   25   26   27   28   29   30   31   32   ...   56

85 
 
Mübahisələrin  razılıqla  yekunlaşmasını  əks  etdirən  tarazlı 
səviyyələr  sistemi  formalaşmış  olur.  Dialektik  vəhdət  burada 
mərkəzləşidirici  koordinativ  vasitə  rolunda  çıxış  edir. 
Mərkəzləşdirmə və bir araya gətirmə isə müxtəlif mərhələlərdə 
mövcud  olur.  Bu,  hər  şeydən  öncə  mübahisə  predçetlərinin 
tərkib  ünsürlərinin,  komponentlərinin  kəmiyyəti  və  əhatə 
məkanı ilə əlaqəlidir.  
Hüquq  maddi  və  mənəvi  kriteriyalar  məcmuəsindən ibarət 
olduğundan  onun  dialektikası  həm  maddi,  həm  də  mənəvi 
istiqamətlərdə  mövcud  olur.  Dialektika  həmçinin  bu  iki 
istiqamət  arasında  da  yer  alır.  Bu  iki  istiqaməti  bir-birinə 
bağlayır.  Bu  anda  əks  olunma  və  təkrar  əks  olunma  prosesləri 
təmin  edilir.  Hüququn  nəzəri  dialektikası  onun  (haqların) 
ardıcıl olaraq dərk olunmasıdır və ayrı-ayrı sahələr üzrə hüquq 
normalarının 
qarşılıqlı 
şərtləndirici 
vəhdətidir. 
Hüquq 
nəzəriyyələri (ontoloji, qnoseoloji, epistemoloji baxışlar) məhz 
dialektik  vəhdətlə  əlaqədar  olaraq  genişlənir,  inkişaf  edir. 
Dialektika  həm  sahələri,  hə  də  tərkibləri  aşkarlayır, 
genişləndirir.  Tərkiblə  bölgü  arasında  əlaqələndirici  vəhdətləri 
yaradır.  Dialektika  sayəsində  hüquq  fikirlərinin  zəncirli 
bağlılığı formalaşır. Hüququn dialektik vəhdəti onun sintezində 
(sistendaxili  və  sistemlərarası  sintezlərdə)  öz  əksini  tapır.  Bu 
dialektikada  həm  təsdiqlər,  həm  də  inkarlar  meydana  gəlir. 
İnkarlar  və  təsdiqlər  şaxələnir.  Dialektika  ümumi  mətndə 
genişlənmiş  formada  mövcud  olur.  Məsələn,  hüquq  normaları 
məcmuəsindən  ibarət  olan  istənilən  sənəd  dialektik  vəhdətə 
malikdir. Hüququn məkanda, zamanda dərk olunması, hüququn 
təmin  olunmasının  resurslara  bağlı  olması  və  hüququn  nəzəri 
baxımdan  dərk 
olunması 
elə 
hüquqa 
dair 
fikirlərin 
dialektikasını  meydana  gətirir.  Hüquq  anlayışının  tərkib 
ünsürləri,  hüquq  anlayışının  bölgü  ünsürləri  elə  hüququn 
dialektikasının 
formalaşmasında 
mövcud 
olan 
komponentlərdir.  Hüququn  istiqamətləri  elə  onun  dialektik 
vəhdətinin əsaslarını meydana gətirmiş olur. Hüququn dialektik 


86 
 
vəhdəti  həm  təbiət  və  qeyri-təbiət  vəhdətində  meydana  gəlir, 
həm  də  bunlardan  irəli  gələrək,  universal  və  məxsusi 
məsələlərdə  ortaya  çıxır.  Dialektika  -əlaqəlilik  prinsipidir. 
Əlaqəlilik  insan  fəaliyyətinin  bütün  sahələrində  mövcud  olur. 
Fəaliyyətin  dialektikası  hüququ  genişləndirir.  İnsan  hüquqları 
əlaqəli olduğundan hər bir məsələdə səbəb və nəticələri özündə 
əks  etdirən  vəhdətlilik  mövcud  olur.  Əlaqəlilikdə  hüquqlar 
şaxələnmiş qaydada dərk olunur. Bu şaxəli dərk etməni nəzəri 
fikirlər  meydana  gətirir.  Empirizm  özü  də  əlaqəli  fikirlərin 
yaranmasında  mühüm  rol  oynayır.  Nəzəriyyə  və  təcrübənin 
vəhdəti  məhz  əlaqəli  fikirlərin  formalaşmasında  böyük  rol 
oynayır. Dialektika bir qanunauyğunluq və prinsip olaraq, həm 
də  inkarlar  şəbəkəsini  və  trayektoriyasını  yaradaraq  hüquq 
nəzəriyyəsini  fərdi  fikirdə,  eləcə  də  universal  qarşılıqlı 
əlaqələrdə  inkişaf  etdirir.  Dialoqlar  hüquq  nəzəriyyəsinin 
inkişafının  əsaslarını  meydana  gətirmiş  olur.  Bu  inkişaf 
konseptuallığa  səbəb  olur.  Dialektika  həmçinin  daxildən 
təmizləmə  funksiyasını  yerinə  yetirir.  Məsələn,  hüquqi 
sənədlərin  fəaliyyətlə  əlaqədar  olaraq  təkmilləşməsi  və  yeni 
müddəaların əlavə olunması elə dialektik tələblər və prinsiplər 
əsasında  yerinə  yetirilir.  Bu  prinsiplərin  tətbiqi  də  zərurətə 
söykənir. Deməli, dialektika əslində zərurətdən meydana gələn 
bir  prinsip  və  tələb  olaraq  formalaşmış  məntiqi  ardıcıllıqdan 
ibarət olur.  
Hüququn  tarixi  inkişafı  mərhələləri  və  bu  mərhələlər 
arasında olan bağlılıq da məhz hüququn dialektik vəhdəti kimi 
anlaşıla  bilər.  Dialektikanın  zamanı  yaratması  və  zamanda 
meydana  gəlməsi  burada  mühüm  əhəmiyyət  kəsb  edir  və 
mərkəzi prinsipi təşkil edir. Hüququn dialektikası onun baza və 
əlavə  (fəaliyyətin  genişlənməsinə  müvafiq  olaraq)  sahələrə 
ayrılmasını  özündə  əks  etdirir.  Hüququn  universal  sahələri  və 
məxsusi sahələri məhz hüququn dialektikasının, həm də sahələr 
birləşdirici 
dialektikasının 
əsaslarını 
meydana 
gətirir. 
Dialektika  tərkib  və  bütövün  birlikdə  inkişafına  şərait  yaradır, 


87 
 
vəhdətlilik  prinsipini  formalaşdırır.  Vəhdətlilik  prinsipi  və 
zərurəti  də  öz-özlüyündə  dialektikanın  modeli  rolunu  oynayır. 
Dialektika  hüquq  sahələrinin  piramidal  əsaslarla  şaxəli 
trayektoriyalanmasına  səbəb  olur.  Dialektik  vəhdət  zamanı 
hüququn  formal  məntiq  əsasında  dərk  olunması  ardıcıl  olaraq 
dialektik məntiqin formalaşmasına səbəb olur.  
Ə
qli nəticələrə gəlmək və hüquq normalarının dialektik 
ə
sası.  Əqli  nəticənin  məhsulu  elə  təfəkkür  dialektikasının 
şərtləndirici  nəticəsidir.  Əqli  nəticələrin  məhsulu  təkrar  olaraq 
obyekt  rolunu  ifadə  edir  və  dialektikanın  başlanğıcı  (şərti 
başlanğıcı)  rolunu  da  oynayır.  Elmi-fəlsəfi  izahalara  əsasən, 
əqli  nəticə  (istidlal)  fikirlər  (məfhumlar  və  mülahizələr) 
arasında elə bir əlaqədir ki, onun nəticəsində bir və ya bir neçə 
hökmdən  başqa  hökm  alınır  və  bu  hökm  ilk,  əsas  hökmlərin 
məzmunundan  çıxarılır.  Başqa  hökmün  çıxarılmasına  imkan 
verən  ilk,  əsas  hökm  əqli  nəticənin  mühakimələri  adlanır.
1
 
Hökmdə  iki  məfhum  arasındakı  əlaqə  və  bağlılıq  beynimizdə 
əks olunursa, sadə hökmlər adlanır. Sadə hökmlər bir subyekt 
və  predikatdan  əmələ  gəlir.  Sadə  hökmlər  üç  növə  ayrılır:  1. 
Atribtuiv  hökmlər.  2.  Nisbət  (münasibət)  hökmləri.  3) 
Mövcudluq  (ekzistensial)  hökmləri.  Atributiv  (lat.  Atributio 
əlamət, xassə deməkdir). Hökmlərdə əlamətin, xassənin cismə, 
hadisəyə  aid  olması  və  yaxud  cismin  sinfə  aid  olması 
beynimizdə əks olunur.
2
  
Hökmlər  əsasən  dialektik  məntiqin  əmələ  gəlməsi  üçün 
zəruri olaraq irəli sürülür. Nəticə hökmləri də alınır. Bu nəticə 
hökmləri  tərkibləri  yaradır.  Deməli,  dialektikanın  əsas 
funksiyası  elə  tərkiblərin  meydana  gəlməsini  təmin  etməkdən 
ibarətdir.  
                                                 
1
 Ümumi psixologiya. Pedaqoji institutların tələbələri üçün dərslik. Prof. 
A.V. Petrovskinin redaktorluğu ilə. Əlavələr edilmiş və yenidən işlənilmiş 
2-ci nəşrindən (M., 1977) tərcümə. “Maarif” nəşriyyatı, 1982. səh. 336. 
2
 M.M. İsrafilov. Məntiq: Dərs vəsaiti.-B.: Maarif, 1987.-333 səh., s. 135. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə