Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə37/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   33   34   35   36   37   38   39   40   ...   56

109 
 
kriteriyalarla  müəyyən  olunur  və  fərqli  əlamətlərə  görə  dərk 
etmək  prosesləri  həyata  keçirilir.  Belə  qəbul  etmək  olar  ki, 
əlamətləri  fərqləndirən,  hərəkətləri  xassələndirən  və  təsnif 
edən  hər  bir  amil,  fakt  kriteriya  ola  bilər.  Kriteriyalar  həm 
ayrıcı,  həm  də  bölücü  funksiyalara  malik  olur.  Kriteriyalar 
ümumiləşdirməni təmin etməklə yeni sistemlərin yaranmasını 
təmin  edir.  Kriteriyalar  hər  bir  sistemin,  sistem  tərkibində 
olan  yarımsistemlərin,  element  birləşmələrinin,  bir-birindən 
tam  ayrılmayan  və  ümumilikdə  bir-birinə  tərkib  olan 
hissələrin  özünəxas  əlamətlərini  ayrıd  etmək  üçün  istifadə 
olunur.  Kriteriyalar  istinad  kateqoriyaları  kimi  mühüm 
əhəmiyyətə malik olur. Bütün elementlərin tutumunu, həcmini 
və  fəaliyyət  xüsusiyyətlərini  məhz  kriteriyalar  müəyyən  edir. 
Kriteriyalar  müəyyən  predmetlərdə  və  obyektlərdə  düşüncə 
ölçülərinin əsasını təşkil edir. Kriteriyaları siqnallar müəyyən 
edir,  əlamətlər  formalaşdırır.  Bu  əlamətlər  də  elementlərin 
xassələrini  müəyyən  edir.  Məsələn,  fəlsəfi  kriteriyalar  fəlsəfi 
düşüncələrin  əsasında  dayanır  və  düşüncələrin  tərkib 
hissələrini  meydan  gətirir.  Düşüncələrin  əlamətlər  əsasında 
formalaşmasını  və  əlamətlərin  tərkib  hissələrinin  ayrılmasını 
və  bununla  da  hissə  və  bütövün  xassələrinin  müəyyən 
olunmasının  əsaslarını  ortaya  çıxarmış  olur.  Həyatın  bütün 
prosesləri  düşüncələrdə,  dərk  etmə  proseslərində,  qavramada 
müəyyənedici 
kriteriyalara 
tabe 
olur. 
Müəyyənedici 
kriteriyalar  sistemlərin  meydana  gəlməsinin  (məsələn, 
müxtəlif məkanlarda olan sistemlərin) əsaslarını üzərə çıxarır. 
Müəyyənedici  kriteriyalar  hadisələrin,  faktların və bu faktları 
və  hadisələri  təşkil  edən  elementlərin  əsaslarından  irəli 
gələrək  tərkibin  və  formanın  müqayisəli  məzmununu  təşkil 
edə bilir.  
Fəlsəfi  kateqoriyalar  kriteriyalar  olaraq  müəyyənedici 
əsasları  yerinə  yetirir.  İnsanlar  müəyyənedici  kriteriyalar 
(burada  məkan,  ölçü,  zaman,  kəmiyyət,  keyfiyyət,  ziddiyyət 


110 
 
və  s.)  əsasında  öz  fəaliyyət  istiqamətlərini  müəyyən  edirlər. 
Müəyyənedici  kriteriyalar  ölçülərin  əsaslarını  təşkil  edir. 
Ölçülər  də  dəyərləri  meydana  gətirir.  İnsan  hüquqları 
anlayışları  da  məhz  müəyyənedici əhəmiyyət kəsb edir, eləcə 
də  öz  daxilində  dialektik  məntiqi  üsullarla  çoxlu  sayda 
müəyyənedici kriteriyaları birləşdirir. İnsan hüquqlarının dərk 
olunması  və  onun  beyində  obrazlanması  elə  fəlsəfi 
kateqoriyalarla şərtlənir. 
Fəlsəfi  kateqoriyalar  predmetə  münasibətdə,  obyektə 
münasibətdə  düşüncə  ölçüləridir.  Fəlsəfi  kateqoriylar  həm 
düşüncələri  vəhdətdə  görür,  həm  də  tərkibdə  axtarır. 
Əlamətlərinə  görə  növlərə  və  cinslərə  ayrılma  elə 
kateqoriyalarla  həyata  keçirilir.  Deməli,  fəlsəfi  kateqoriyalar 
təsnifedici  amillər  kimi  önəmə  malik  olurlar  və  bizim  təbiət 
hadisələrinə  olan  anlayışlarımızın  əsasını  təşkil  edir.  Fəlsəfi 
kateqoriyalar  mülahizə,  ittiham,  əlamət  məzmunlu  ifadələr 
kimi başa düşülür.  
Fəlsəfi 
kateqoriyalar 
insanların 
anlayışlarını, 
təfəkkürlərini  universallaşdırır,  ümumiləşdirir,  eləcə  də 
konkretləşdirir.  Fəlsəfi  kateqoriyalar  əlamətlərin  (hadisələrin 
əlamətlərinin)  müəyyən  olunmasının  əsaslarında  dayanır. 
İnsan  hüquqları  tərkib  baxımından  zəngin  olduğundan  onun 
tərkibini  fəlsəfi  kateqoriyalarla  dərk  etmək,  anlamaq  olar. 
İnsan hüquqlarının bölgü ünsürlərinin də çox olması məhz bu 
anlayışın  kateqoriyalarla  dərk  olunmasının  əsasında  dayanır. 
İnsan  hüquqlarının  universal  və  məxsusi  tərkibini  fəlsəfi 
kateqoriyalarla  dərk  etmək  mümkün  olur.  İnsan  hüquqlarının 
çoxlu sayda istiqamətləri həm fəlsəfi kateqoriyalarla müəyyən 
olunur,  həm  də  dialektik  üsullarla  mətnlərdə  dərk  olunur. 
Mətnlərin  də  tərkibinin  dərk  olunması,  anlayış  kimi  qəbul 
olunması məhz fəlsəfi kateqoriyalardan asılı olur.  
 
 


111 
 
İ
nsan hüquqlarının dərk olunması məsələsində zaman 
kateqoriyası 
 
İnsan  hüquqlarının  dərk  olunması  mərhələlərə  və 
məkanlara  və  bu  məkanlar  üzərindəki  resurslara  bağlıdır. 
Resurslardan  istifadə  yeni  gerçəklikləri  meydana  gətirir.  Yeni 
gerçəkliklər  də  öz-özlüyündə  yeni  zamanları  üzərə  çıxarır. 
İnsan hüquqlarının təmin olunması və eləcə də dolğun şəkildə, 
yüksək səviyyədə təmin olunmasının əsasında zəngin resurslar 
və  onlardan  istifadə  amilləri  dayanır.  Bu  istifadə  amillərinin 
yüksək  mərhələsi  isə  insan  hüquqlarının  tərkib  baxımından 
zənginləşməsinə  səbəb  olur.  Buradan  belə  bir  məntiqi  nəticə 
hasil oluna bilir ki, insan hüquqlarının zənginləşməsi prosesləri 
elə  inkişaf  proseslərinə  bağlı  olur.  İnkişaf  prosesləri  və  onun 
faydalı  nəticələrinin  dərəcələnməsi  və  mərhələ  şəklini  alması 
da  özlüyündə  insan  hüquqlarının  zaman  kateqoriyası  ilə  dərk 
olunmasına gətirib çıxarır. 
İnsan  hüquqlarının  təmin  olunmasında  təbii  bir  zaman 
ardıcıllığı  və  trayektoriyası  vardır.  İnsanların  fəaliyyət 
ardıcıllığı  onların  hüquqlarının  zənginləşməsinə  şərait  yaradır 
və  səbəb  olur.  Hər  bir  məkanda  resurslardan  sistemli  istifadə 
elə  tələbatların  ödənilməsinə  səbəb  olur  ki,  bu  da  özlüyündə 
insan  hüquqlarının  təmin  olunması  proseslərinin  müəyyən 
zaman kriteriyası ilə asılılığını yaradır.   
İnsan  hüquqlarının  təmin  olunması  insanların  özlərinin 
qarşısında  duran  başlıca  məqsəddir.  Bu  məqsədə  çatmaq  üçün 
dövlət hakimiyyəti tərəfindən hüquq normaları qəbul olunur və 
icrası  təmin  edilir.  Hüquq  normaları  burada  məqsədə  çatmaq 
üçün vasitələr rolunda çıxış edir. İnsanlar öz hüquqlarını təmin 
etmək üçün təşkilati-struktur fəaliyyət təşkil edirlər və ayrı-ayrı 
sahələr  üzrə  güclərini  və  qüvvələrini  birləşdirirlər.  Dövlət 
siyasət  hüquq  normalarını  qəbul  etməkdən  və  normalardan 
zamana görə istifadə etməkdən və hüquqları müdafiə etməkdən 
ibarətdir. (Əlavə olaraq 3 saylı qrafikə baxmaq olar). Hüquq- 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə