112
məqsəd, norma- məqsədə çatmaq vasitəsi, normanın icrası
isə siyasətdir.
İnsan hüquqları bütün zamanlarda bir qədər nisbi və qəti
mütləq olmaqla özünün konkret və mücərrəd tərkibini qoruyur.
Bu baxımdan da zamandan asılı olmayaraq hüquqlar öz
mövcudluğunu
subyektinin
mövcudluğunda
saxlayır.
Subyektlər öz həyatları boyu öz məxsusi (burada imkanlar və
zaman baxımından) hüquqlarına sahib olurlar. Məsələn,
Azərbaycan
Respublikasının
Mülki
Məcəlləsinin
5-cı
maddəsinə əsasən, istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan,
istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslə
mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər.
1
Burada
hüquqlar bütün zamanlarda normalar şəkilində mövcuddur və
indiki zamanla ifadə olunur. Hüquq normaları sistemi “yaşayır”
və davam etməsi elə zaman ardıcıllığını və trayektoriyasını
meydana gətirir.
Subyektin fəaliyyət müddəti elə hüququn mövcudluq
müddətini meydana gətirir. Hüquq subyektinin fəaliyyətinin
müəyyən zamanlarda genişlənməsi həmin zamanlarda hüququn
genişlənməsini meydana gətirir. Deməli, hüququn zamanla
dərk
olunması
hüquq
subyektinin
mövcudluğuna
və
fəaliyyətinin artıb-azalmasına bağlıdır.
İ
nsan hüquqlarının məkan kateqoriyası ilə dərk
olunması
İnsanlar bütün məkanlarda (dövlətlərdə, cəmiyyətlərdə)
hüquqlara malikdirlər. Dövlətlərin əsas funksiyası, vəzifə və
öhdəliyi məhz hüquqları təmin etməkdən ibarətdir. İnsanlar
həm öz ölkələrində, həm təyinat ölkələrdə, həm də tranzit
ölkələrdə olmalarından asılı olmayaraq hüquqlara malikdirlər.
1
Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Azərbaycan
Respublikasının Məcəllələr Külliyyatı. Azərb. dilində. Bakı-Qanun-2000,
880 səh., səh. 239
113
Lakin mənşə, təyinat və tranzit ölkələrdə pozitiv hüquqların
təmin olunmasının eyni səviyyəsi mümkün deyil. Bu da öz-
özlüyündə hüquqların məkan etibarilə fərqli təminatı
məsələsini ortaya çıxarır.
Dərk etmək proseslərinin obyektləri müxtəlif olur. Məkan
özü də hüquqları üzərində formalaşdıran obyekt rolunda çıxış
edir. Həmin obyektlər sahələr üzrə bölünür. Sahələrə bölünmə
də fəaliyyətin genişliyindən meydana gəlir. Fəaliyyətin
genişliyi
obyektlərin
çoxluğundan
şərtlənir.
Dərketmə
obyektləri məkanlar üzrə dərəcələnə bilir. Belə qəbul etmək
olar ki, hər bir məkan üzərində olan obyekt subyektə
çevrildikdə, təmin olunması baxımından eyni ola bilməz. Yəni,
insanlar bütün məkanlarda, bütün ölkələrdə və yaşayış
məskənlərində eyni və oxşar dərəcədə təmin oluna bilməzlər.
Həmçinin hər bir yaş dövrünün də məkan üzrə hüquqlarının
təmin olunmasının xüsusiyyətləri mövcuddur. Məsələn, uşaq
ikən yalnız böyüklərə xas olan hüquqlardan istifadə etmək
mümkün deyil. Bu baxımdan resursların məkanlara olan nisbəti
obyektlərə fərqli baxışları meydana gətirir. Fərqli baxışlar da
fərqli dərəcələnmələrin əsaslarını formalaşdırır. Ümumiyyətlə
isə hər bir anlayışın tətbiqi sahələri mövcuddur. Bu tətbiqetmə
forma olaraq eyni olsa da, məzmun baxımından fərqlənir.
Məsələn, insan hüquqları anlayışı bir forma və xüsusiləşmiş
model olaraq bütün məkan və zamanlarda eynidir, insanların
təbii xarakterlərinə immanentdir.
Hər bir anlayış bütün sahələrdə və məkanlarda eyni
dərəcədə təmin oluna bilməz. Bu baxımdan da insan hüquqları
bütün məkanlarda eyni səviyyədə və dərəcədə təmin oluna
bilməz. Universal prinsip etibarilə anlayışlar bütün məkanlarda
dəyişməz olmalıdırlar. Məsələn, harada olmasından asılı
olmayaraq (burada söhbət dövlətlərdən və cəmiyyətlərdən,
yaşayış
məskənlərindən
gedir),
bütün
insanlar
insan
hüquqlarının daşıyıcısıdırlar. İnsanların hüquqları resursların
imkan verdikləri hədlərdə təmin olunmalıdır.
114
Məkan və tələbatlar fərqi, eləcə də üzərlərindəki resurslar
və onlardan istifadə fərqləri fərqli yanaşmaları meydana gətirir.
(Əlavə olaraq 6 saylı qrafikə baxmaq olar). İnkişaf etmiş
ölkələrdə insan hüquqları inkişaf etməkdə olan və yaxud da
kasıb olan ölkələrdə olan insan hüquqlarına nisbətən daha da
çoxtərkiblidir. Burada olan sistemlər və resurslar insan
hüquqlarının təminat baxımından müəyyən olunması üçün
şərait yaradır, vasitələri üzərə çıxarır. Resurslar tərkiblərin
aşkar olunmasının əsaslarını formalaşdırır.
İnsan hüquqlarının məkanlar üzrə dərk olunması həm də
insanların
iş
yerləri
ilə
bağlıdır.
Məsələn,
dövlət
qulluqçularının hüquqları, hüquq mühafizə orqanlarında
işləyən şəxslərin hüquqları iş yerlərində olarkən özünəxas
əsaslara malik olur. İş yerlərinin məkanlarda formalaşması onu
tələb edir ki, hüquqlar fərqli olsun. Əlavə imtiyazlar və
immunitetlər əldə edilsin. Məsələn, xarici ölkələrdə işləyən
diplomatlar və onların ailə üzvləri immunitet və imtiyazlara
malikdirlər. Burada onlar öz ölkələrindən fərqli statuslara
malik olurlar. Dövlətlərini təmsil etdiklərinə görə təyinat
ölkədə əlavə hüquqlar qazanırlar. Lakin təyinat ölkələrində
olan vətəndaşların hüquqları ilə bütün məsələlərdə bərabər
hüquqlara malik ola bilmirlər. Məsələn, diplomat statusuna
malik olan şəxslər təyinat ölkədə seçki hüququna malik ola
bilməzlər. Məkan amili burada hüquqların fərqli əsaslarla
təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Bu
izahlardan görünür ki, insan hüquqlarının müxtəlif məkanlarda
təmin olunması dövlətlərdən və vətəndaşlıq məsələsindən çox
asılıdır. Lakin fərqli olsa da dövlətlərin ümumən əsas
məqsədləri insan hüquqlarının baza əsaslarını yüksək
səviyyədə təmin etməkdən ibarət olur. Məsələn, ölkələrin
konstitusiyaları bütün insanlara ümumi olaraq bərabər qaydada
hüquq və azadlıqların verilməsini nəzərdə tutur. Miqrant
hüquqları, vətəndaşlığı olmayan şəxslərin hüquqları yerli
vətəndaşların hüquqları ilə əksər məsələlərdə bərabər tutulur.
Dostları ilə paylaş: |