Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə40/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   36   37   38   39   40   41   42   43   ...   56

118 
 
İnsan hüquqlarının həm təmin olunması, həm də qorunması 
məhz zərurətdən irəli gəlir və tələbatlara söykənir. 
Ancaq belə  hesab  etmək  olar  ki,  bütün hüquqlar  zəruridir. 
Qeyri-zəruri  hüquqlar  ola  bilməz.  Lakin  hüquqların  təmin 
olunması  ardıcıllığı  baxımından  hüquqları  birinici  dərəcəli 
zəruri  və  ikinci  dərəcəli  zəruri  əsaslara  bölmək  olar.  Məsələn, 
yaşamaq  üçün  həyati  vacib  olan  hüquqlar  birinci  dərəcəlidir. 
Azadlıq  hüququ,  mənzillərdə  yaşamaq  hüququ  ilk  növbədə 
zəruri  olaraq  təmin  edilməsi  vacib  olan  hüquqdur.  Bu 
hüquqların  təmin  olunması  üçün  resurslar  amili  böyük 
əhəmiyyət kəsb edir. 
İnkişaf  özü  elə  hüquqların  zərurətini  meydana  gətirir. 
Zərurət  resurslardan  istifadənin  və  bu  istifadə  üzrə  hüquqi-
tənzimləmənin əsaslarını təşkil edir.   
 
İ
nsan hüquqlarının dərk olunmasında inkişaf 
kateqoriyası və qanunauyğunluqları 
 
Qanun  özü  bir  kateqoriyadır,  müəyyənedici  faktordur. 
İnkişaf  qanunauyğunluğa  və  sistemliliyə  müvafiq  olaraq 
meydana  gəlir.  İnkişaf  ardıcıl  təzahür  yaradan  proses  olaraq 
mövcud  resursların  sistemli  olaraq  təkrar  sistemləşməsindən 
meydana  gələn  bir  prosesə  çevrilir.  İnkişaf  müəyyən 
məkanlarda və sistemlərdə ardıcıl qaydada bir-birini əvəz edən 
pozitiv  aşkarlıqların  vəhdətidir.  İnkişaf  məkanı  əhatə  etmək 
baxımından  pozitiv  olmayanda  qeyri-tarazlı  olur  və  yalnız 
müəyyən  qrupun  mənafeyinə  xidmət  edir.  Bu  halda  sistemin 
yalnız 
müəyyən 
hissələrində 
inkişaf 
meydana 
gəlir. 
Qanunauyğunluq  və  resursların  səmərəli  istifadəsi-burada 
maraq  dairələri  üzrə  tarazlı  qaydada-  inkişafın  şərtlənməsini 
təmin edir. İnkişaf özü elə qanunların tətbiqi və yeni qanunların 
meydana gəlməsi ilə, həmçinin yeni qanunların tətbiqinin tələbi 
ilə  xarakterizə  olunan  yüksələn,  genişlənən,  artan  bir 
vəziyyətdir. 
İnkişaf 
prosesləri 
mütləq 
öz 
aralarında 


119 
 
şərtləndiriciliyi  yaratmalıdır.  Şərtlərin  özləri  ilə  bu  şərtlərə 
cavab  vermənin  nisbət  dərəcəsi  inkişafın  meydana  gəlməsinin 
əsaslarını yaradır.  
İnkişaf  cəmiyyətin  qeyri-mütləq  anlarından,  müəyyən 
vəziyyətindən,  müəyyən  reallıqlardan  başlayan  və  ardıcıl 
qaydada  “yuxarıya”  və  “yanlara”  doğru  davam  edən  zahiri 
bütöv  bir  prosesdir,  həmçinin  şəbəkəli  proseslər  cəmidir. 
İnkişaf prosesləri bütövünün cəmi elə tərkiblərdən ibarətdir. Bu 
proseslərin  tərkibini  təşkil  edən  hadisələrin  məsafə  və 
məsafədən  irəli  gələrək  zaman  trayektoriyası  mövcuddur. 
Məsafə  və  zaman  trayektoriyasının  daxilən  bağlılığı,  vəhdəti 
(məsafə  məkan  olduğundan,  dəyişikliklər  də  zamanı  təzahür 
etdirir)  insan  hüquqlarının  dərk  olunmasının  zaman  və  məkan 
ardıcıllığını,  həmçinin  vəhdətini  meydana  gətirir.  Məkan 
dəyişəndə zaman da dəyişir. Məkan dəyişməyəndə dəyişməyən 
şey  üçün  zaman  da  qalır.  İnkişaf  odur  ki,  tez-tez  məkan 
dəyişmələri  prosesləri  baş  versin.  Bu  dəyişmələr  şərti  bir 
məkan daxilində və məkanlar arasında meydana gəlir.  
İnkişaf  özü  ilə  yeni  hüquqların  gerçəkləşməsini  təzahür 
etdirir.  İnsan  hüquqlarının  ardıcıl  zaman  arealında  və  zaman 
davamediciliyində reallaşması və gerçəkləşməsi cəmiyyətin və 
dövlətin  silsilə  xarakterli  inkişafına  söykənir.  Həmçinin 
insanların  fərdi  və  toplum  halda  cəmiyyətin  və  dövlətin 
ictimai-siyasi  həyatında  iştirakına  əsaslanır.  İnkişaf  ardıcıl  və 
kompleks vasitələr vəhdətindən ibarət olan bir vəziyyətdir. Bu 
baxımdan  da  insan  hüquqlarının  dərk  olunması  inkişaf 
prosesləri  ilə  vəhdət  təşkil  edir.  İnkişaf  prosesləri  vəhdət 
zamanı  (birləşmədən  meydana  gələn  sinergetik  vəziyyətlərdə) 
resursların  və  istiqamətlərin  birləşməsini  meydana  gətirir. 
İnkişaf 
prosesləri 
öz 
ardınca 
insan 
hüquqlarının 
zənginləşməsini və daha çox tərkibdə reallaşmasını təmin edir. 
İnkişaf  prosesləri  rasional  qaydada  cəmiyyətin  çoxspektrli 
mahiyyətinin  meydana  gəlməsinə  xidmət  edir.  Mahiyyətin 
reallaşması  və  yeni  əsaslarla  gerçəkləşməsi  prosesləri  elə 


120 
 
hüquqların  yeni-yeni  istiqamətlərinin  meydana  gəlməsinə 
xidmət  edir.  İnkişaf  fəaliyyət  spektrlərini  genişləndirir,  buna 
müvafiq  qaydada,  yəni  fəaliyyətə  uyğun  olaraq  hüquqlar  da 
genişlənir. 
İnkişaf 
hüququn 
tərkib 
ünsürlərinin, 
komponentlərinin zənginləşməsinə xidmət edir.  
İnkişaf  elementlərin  ardıcıl  trayektorik  quruluşundan 
meydana  gələn  bir  təzahürdür.  İnsan  hüquqları  inkişaf  etdikcə 
(cəmiyyətin  və  dövlətin  inkişafına  müvafiq  olaraq)  onun  dərk 
olunması  imkanları  da  genişlənir.  Dərk  olunması  imkanları 
böyüdükcə  hüquqlar  da  dərk  etmək  sferasına  müvafiq  olaraq 
genişlənir. 
İnkişaf qanunauyğunluqları inkişafın əsaslarını şərtləndirən 
qanunlardan  ibarət  olan  bir  kompleksdir.  Bu  qanunlar 
həyatdakı  proseslərin  real  qaydada  baş  verməsinə  söykənir. 
Qanunlar 
reallıqları 
təzahür 
etdirdiyindən 
(qeyri-
müəyyənliklərin aşkar olunması da elə öz növbəsində müəyyən 
reallıqların  qanunlarını  formalaşdırır.  Bu  baxımdan  da  belə 
qəbul  etmək  olar  ki,  qanunlar  müəyyən  və  qeyri-müəyyən 
olmaqla  iki  baza  əsaslardan  ibarət  ola  bilər)  inkişaf 
proseslərinin  də  dərk  olunması  və  hüquqla  vəhdətdə  müəyyən 
olunması  amili  meydana  gəlir.  Lakin  onu  da  nəzərə  almaq 
lazımdır  ki,  inkişaf  qanunlarından  kənar  da  hüquq  fikirlərdə 
inkişaf  edə  bilər.  Belə  ki,  arzu  olunan  şeylər  də  insanların 
hüquqlarından  xaric  deyil,  sadəcə  olaraq  imkanlarından  xaric 
ola  bilir.  İmkanların  məhdudluğuna  görə  hüquqların  təmini 
proseslərinin  reallaşmasının  da  qarşısı  alınır.  Bu  baxımdan  da 
insan hüquqlarının baxışlarda genişlənməsi onun real imkanlar 
çərçivəsində  genişlənməsindən  daha  da  uzaqlara  gedib  çıxa 
bilər  və  arealını  genişləndirə  bilər.  Arzu  olunan,  istənilən 
hüquqlar meydana gəlir.  
Belə  bir  prinsipdən  də  çıxış  etmək  olar  ki,  insan  həyatı 
üçün  bütün  resurslar  müəyyən  sərhdələri  olan  bir  məkanda 
cəmləşməyib. Bu baxımdan da resursların təminatında və geniş 
hüquqlarda böyük məkan anlayışı mühüm əhəmiyyət kəsb edir. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə