124
Mürəkkəbləşmənin nisbi son həddi isə sadələşmədir,
konkretləşmədir. Ümumilik özündə məxsusiliyi, məxsusluq isə
ümumiliyi
əks
etdirir.
Mürəkkəblik
iki
“üçbucaq”
birləşməsinin (dördbucaqlının) aşağı və yuxarı hissələri
arasındakı orta vəziyyətdədir. Ortadan aşağıya və yuxarıya
doğru hərəkət etdikcə mürəkkəblik də öz yerini sadəliklə əvəz
etməyə başlayır. Əgər biz hüquqları üçbucaq birləşməsi olan
dördbücaqlıda xarakterizə etsək, onda belə nəticələrə gələ
bilərik ki, hüquqlar sadələrdən mürəkkəbliklərə doğru və yaxud
da əksinə istiqamətdə “hərəkət edən”, yayılan mənəvi
dəyərlərdən ibarətdir. Həm də dördbucaqlı müstəvidə orta xətti
(orta hissələri) tarazlaşdırıcı hissələr kimi götürsək, onda belə
nəticələrə gələ bilərik ki, hüquqların mürəkkəb hissələri daha
çox tarzlaşdırıcıdır. Ədalət də məhz bu tarazlaşdırmadadır.
Zəginləşmə prosesləri yuxarıya və aşağıya doğru davam edir,
bu anda sadələşmə meydana gəlir. Sadələşmə həm də özündə
dayazlığı, kasadlığı, nəticə etibarilə son uc nöqtələrdə nisbi
heçliyi meydana gətirir. Deməli, hüquqlar mərkəzlərə doğru
zənginləşir.
Zənginləşdikcə
tarazlıqlar
meydana
gəlir.
Tarazlıqlar isə ədalətin əsaslarını aşkarlayır. Mübarizələr
sayəsində dialektik qaydada müəyyən xətlərdə, nöqtələrdə
birləşmə məhz ədalətin özünü aşkarlayır. İnsan hüquqlarının
orta hissələri (burada tərkib və sahələr nəzərdə tutulur) daha
çox sinergetik əsaslı olur. Orta hissələrdə hüquqların
cəmləşməsi sinergetik məzmunu formalaşdırır. Sinergetiklik
fərdi hüquqların universal hüquqlar normalarında əksini
tapmaqla əhəmiyyət kısb edir.
İnsan hüquqları ayrı-ayrı sahələrdə əksini tapmaqla yanaşı,
tərkib baxımından birləşmiş formada sadələrdən ibarət olan bir
mürəkkəb
məzmundur.
Mürəkkəblik
anlayışına
həm
dolğunluq, həm də çətinlik aspektindən yanaşmaq olar.
Çətinlik, məsələn, çətin dərk olunma elə dolğunluqdan
meydana gəlir. İnsan hüquqlarının mürəkkəbliyi həm onun
tərkibində mövcuddur, yəni hüquqlar rəngarəngdir, həm də
125
ayrı-ayrı sahələrdə, yəni bölgü ünsüründə (sahələrində)
meydana gəlir. İnsan hüquqlarının tərkib zənginliyi insan
hüquqlarının bölgü sahələrində genişlənməklə daha da
mürəkkəbləşir. Bu baxımdan mürəkkəblik insan hüquqlarının
sistemliliyindədir. Sistemlik dərinləşdikcə müəyyən məkanda
tutum da sıxlaşma hesabına artır. İnsan hüquqlarının
rəngarəngliyi onun silsilə xarakteri kəsb etməsindən meydana
gəlir. İnsan hüquqlarının cəmiyyətin inkişafına müvafiq olaraq
sistemli qaydada genişlənməsi məhz onun mürəkkəb əsaslarla
rəngarəngləşməsinə səbəb olur. Hər bir hüquq trayektoriyası öz
başlanğıcını məhz mövcud olan hüquqlardan götürür. Təbii
hüquqlar bütün prosesli məsələlərdə, yəni artıb-azalmada
(daralmada və şaxələnmədə) öz nisbi və mütləq mənasını
saxlayır. Məsələn, azadlıq, ixtiyar, mülkiyyətə sahiblik kimi
hüquqverici dəyərlər bütün universal məqamlarda eynidir və
mahiyyətdir. Mahiyyət elə sistemin məkanlarında əhatə
olunandır. Mahiyyətdə mövcud olan dəyərlər sübutlar olmaqla
öz tərkibini fəaliyyətdə və qarşılıqlı əlaqələrdə həm
məhdudlaşdırır,
həm
də
genişləndirir.
Genişləndirmə,
şəbəkələndirmə zamanı sinergetiklik meydana gəlir. Təbii
hüquqlar anlayışı hər bir məsələdə o mənanı verir ki, yəni
hüquq adlanır, başa düşülür ki, insanların fəaliyyətləri üçün
özlərinin müəyyən haqları (səlahiyyətləri, ixtiyarları) olur.
(Qeyd: təbii hüquqların azalıb-artması da mövcuddur. Bu elə
insanların fəaliyyət göstərdikləri məkanlarda meydana gəlir.
Belə ki, fəaliyyət hüququ şərtləndirirsə, onda qeyd edə bilərik
ki,
fəaliyyətin
artıb-azalması
elə
hüquqların
artıb-
azlamasının əsasında dayanır. Hüquqların fərdi qaydada
cəmləşməsi elə sinergetikliyi meydana gətirir. Birləşmə həm
sinergetikliyə xeyir edir, həm də sinergetikliyi azalda bilir.
Bu, əsasən imkanlardan və resurslardan asılı olur). Hüquq
bütün obyektlərə münasibətdə insanların mənəvi əlaqə və
ünsiyyət haqqıdır və əlaqələrin qurulmasına təkan verən
dəyərdir. Buradan da, yəni insanların obyektlərə olan
126
münasibətlərindəki məsafədən, hüquqların dərəcələnməsi
prosesləri baş verir. Nisbi olaraq azdan çoxa doğru hüquq
yaranır. Məsələn, ailə hüququ insanlara öz ailələrində (məkana
müvafiq olaraq) hüquqlarının dərəcəsini artırır. Kənar şəxslərin
hüquqlarını isə azaldır. Bu o deməkdir ki, ailə yaxınlıq
münasibətləri insanların hüquqlarını məkan üzrə genişləndirir.
Buradan da belə bir məntiqi nəticə hasil olunur ki, müəyyən
məkanlarda mərkəzləşmələr hüquqları genişləndirir. Konkret
məkanlar və aspektlər hüquqların genişlənməsinə xidmət edir.
Hüquq məkanların daralmasında genişlənir, məkanların
genişlənməsində məhdudlaşır. Lakin elə də olur ki, hüquq
məkanların genişlənməsi ilə böyüyür. Məsələn, insanların
fəaliyyət
obyektləri
genişləndikcə,
maraq
sferaları
genişləndikcə hüquqları da genişlənir. Məsələn, dövlət
qulluqçusu digər vətəndaşlara nisbətən həm də məxsusi qulluq
hüququndan istifadə edir. Dövlət rəhbərinin imtiyazları və
immunitetləri mövcud olur. Burada fəaliyyətin genişliyi
hüququn genişliyini meydana gətirir. Fəaliyyətin genişliyi
məsuliyyəti üzərə çıxarır və məsuliyyət və öhdəlik də hüququn
tərkib sisteminin əsaslarını təşkil edir. Fəaliyyətin genişlənməsi
həm də hüququ məhdudlaşdırır. Məsələn, dövlət məmurları
biznes
və kommersiya
fəaliyyəti ilə
məşğul
olmaq
hüquqlarından məhrum olurlar. Bunun əksinə olan proses
olaraq, dövlətin gücü artıdqca və digər dövlətlərə təsirləri
genişləndikcə hüquqları da genişlənir. Hüquqların genişlənməsi
həm üfiqi, həm də şaquli olaraq həyata keçirilir. Hüquqların
genişlənməsi onun faydasını artırır. Kollektivin hüquqları
fərdin hüquqları üzərindən daha da güclü olur. Fərdin
hüquqları həm də onun fərdi gücünə bağlı olduğundan fərdi
qaydada kollektivdən daha da az kəmiyyətə malik olur. Fərdin
hüquqları həm daxilən sinergetikliyi meydana gətirir, həm də
fərdlərin birləşməsində sinergetiklik ortaya çıxarır. Hüquqlar
məhdudlaşır və genişlənir. Bir genişlənmə sahəsi digər sahədə
olan hüquqları məhdudlaşdırır. Məsələn, əmək pensiyası
Dostları ilə paylaş: |