Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə41/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   37   38   39   40   41   42   43   44   ...   56

121 
 
Geniş  məkanlarda  hərəkət  etmək  və  resurslardan  faydalanmaq 
insan  hüquqlarının  tərkibinin  zənginləşməsinin  əsasında 
dayanır.  Məsələn,  əhalisi  çox,  ərazisi  isə  kiçik  dövlətin 
resursları  heç  də  bu  dövlətdə  yaşayan  əhalinin  tələbatlarının 
ödənilməsini  təmin  edə  bilməz.  Bu  cəmiyyətdə  “sıxılmış, 
ə
zilmiş  hüquqlar”  anlayışı  meydana  gəlir.  Çünki  resurs 
çatışmazlığı 
elə 
özündə 
hüquq 
çatışmazlığını, 
dəyər 
çatışmazlığını  meydana  gətirir.  Bu  məsələdə  hüquqların 
horizontal  genişlənməsi  prosesləri  geniş  forma  və  məzmunda 
baş  vermir.  Hüquqlar  vertikal  genişləndikcə  isə  iyerarxiya 
dərinləşir  və  avtoritarlıq  meydana  gəlir.  Liberal  cəmiyyətlər  o 
cəmiyyətlərdir ki, burada əhali, ərazi və resurslar, resurslardan 
istifadə  mexanizmləri  arasında  tarazlı  nisbət  mövcuddur,  bir 
qədər  mütənasiblik  və  harmoniyalılq  var.  Kiçik  dövlətlərin, 
xüsusilə  resursları  kasad  olan  kiçik  dövlətlərin  böyük 
dövlətlərlə 
yumşaq 
münasibətlər  mühitində 
yaşamaları 
resursların  əldə  olunmasına  və  hüquqların  zənginləşməsinə 
səbəb  ola  bilir.  Hüququn  sinergetik  vəhdəti  və  artan  faydası 
ittifaqlarda daha da geniş aspektlərdə öz əksini tapa bilir.  
 
İ
nsan hüquqları anlayışının tərkib və bütöv 
kateqoriyası ilə dərk olunmasının əsasları  
 
 
Hər  bir  sistem  tərkibdən  və  bütövdən  ibarətdir.  Hər  bir 
element  təkdir,  həm  də  bütövdür.  Bu  baxımdan  sistemlər  də 
bütöv  kimi  təkdirlər.  Tək  bütöv,  bütöv  isə  təkdir,  vahiddir. 
Elementlər  birləşmələri  vahidi  yaratdığından  elə  bütövün 
tərkibini  əmələ  gətirir.  Deməli,  sintez  də  bütövdür,  təkdir, 
vahiddir. Təklərin tərkibi zəngin olanda onlar daha çox sistemli 
təklərə  çevrilirlər.  İnsanın  ontoloji  bütövlüyü  ilə  yanaşı, 
qnoseoloji  bütövlüyü  də  mövcuddur.  İnsanın  mənəvi  aləmi 
tərkibləri  olan  bütövlüklərdən,  elə  bütövlükləri  ifadə  edən 
təkliklərdən  ibarətdir.  Bütöv  və  təklik  elə  vahidin,  sistemin 
tərkibidirlər.  İnsanın  mənəviyyatı  əxlaqi  dəyərlərdən  təşkil 


122 
 
olunur. Deməli, əxlaqi dəyərlər çoxdur, çoxluqların, təkliklərin 
cəmindən  ibarət  olan  vahiddir,  təkdir.  Buradan  da  belə  bir 
nəticə  hasil  olur  ki,  insan  zəngin  mənəviyyatı  olan  tək 
məxluqdur,  substansiyadır.  Hüquq  mənəvi  dəyərlərdən 
formalaşır.  Mənəvi  dəyərlər  tək  və  çox  sayda  təklərdən  ibarət 
olan təkdirsə, bütövdürsə, deməli, hüquq da çox saylı təklərdən 
ibarət  olan  bir  mənəvi  sistemdir.  İnsan  hüquqları  anlayışı  öz-
özlüyündə  tərkib  ünsürlərdən  təşkil  olunur  və  komponentlər 
zənginliyin əsaslarını təşkil edir.  
İnsan  hüquqlarının  tərkib  və  bütöv  halda  dərk  olunması 
həm  də  hüquq  subyektlərinin  mövcudluğu  aspektindən 
mümkündür.  İnsanın  daxili  mənəviyyatı  bir  hüquq  sistemini 
yaradır,  eləcə  də  fəaliyyət  sahələri  zəngin  hüquqları 
formalaşdırır.  Hüquqların  zəngin  olması  hüquqların  sistem 
daxilində  yuxarı  və  aşağı  müstəvidə  (burada  mücərrəd,  xəyali 
müstəvi  nəzərdə  tutulur)  tərkiblərinin  təmin  olunmasından 
asılıdır.  Hüquq  daşıyıcısının  özü  hüquqlarının  tərkibi 
baxımından  zəngindir,  həm  də  hüquqlarının  əks  olunduğu 
sahələrdə zəngindir.  
İnsan  və  onun  fəaliyyəti  də  müxtəlif  istiqamətləri  özündə 
cəmləşdirən  bütövü  əks  etdirir.  İnsanların  maraqları  həm 
universal  əsaslarla  bütövdür,  həm  də  xüsusiləşmiş  qaydada, 
yəni  tək  əsaslarla  bütövdən  ibarətdir.  İnsanlar  kollektivcəsinə 
özlərinin  universal  və  fərdi  bütövlüklərinə  xidmət  edirlər. 
Bununla  yanaşı,  fərdi  qaydada  da  öz  bütövlüklərinə  xidmət 
göstərirlər.  İnsanların  fərdi  bütövlükləri  elə  onların  kollektiv 
maraq  və  münasibət,  əlaqə  bütövlüklərindən  formalaşır, 
həmçinin  insanların  fərdi  bütövlükləri  kollektiv bütövlüklərinə 
xidmət  edir.  İnsan  fərdin  aspektdə  bütövdür,  həmçinin 
kollektiv əlaqələr vəhdətində fərdi bütövdür. Eləcə də kollektiv 
bütövlüyün tərkibidir.  
İnsan  hüquqları  universal  bütövdən  və  eləcə  də  məxsusi-
fərdi  bütövlərdən  ibarətdir.  İnsanların  maraqları  universal 
hüquq normalarında fərdi olaraq təmin olunur. İnsan hüquqları 


123 
 
həm  də  təklərdən  (burada  fərdiyyətə  birbaşa  məxsus  olan 
hüquqlardan) təşkil olunur. Məsələn, universal hüquqlar (bütöv 
içərisində  olan  və  cəm  halda  insanlara  aid  olan  hüquqlar) 
içərisində olan hər bir şəxsin hüquqları da bütövdür. Bütövlük 
insanların  pozitiv  fəaliyyətinin  əsasında  duraraq  mövcud  olan 
təklikdən və bütövlükdən meydana gəlir. 
İnsan  hüquqlarının  bütövlüyü  amili  mütləq-konkret 
olmaqla  yanaşı,  həm  də  şərtidir.  Bütövlük  “yuxarıda”  sona 
yetmir  və  davam  edir.  Bütövlük  baza  bütövlük  üzərində 
şaxələnir.  İnsan  hüquqlarının  fərdi  bütövlüyü  sistemli  olaraq 
daxilən  genişlənir.  Bu,  aşkarlanma  prosesləri  sayəsində  təmin 
olunur.  Məsələn,  insanların  baza  hüquqları  və  azadlıqları 
üzərində bütövlük şaxələnir və yeniliklər yeni hüquqların aşkar 
olunmasına 
xidmət 
edir. 
Bütövlüklər 
insanların 
təbii 
hüquqlarının  meydana  gəlməsinin  və  təmin  olunmasının 
əsasında dayanır. Bütövlüklər baza olaraq hüquq normalarında 
ifadə  olunur.  Hüquq  normaları  həm  də  təkliklərin  tərkibidir. 
Hər bir hüquq norması bir tək vəziyyəti ifadə edir, tənzimləyir. 
Cəmiyyətdə  hər  bir  insan  öz  hüququna  fərdi  qaydada  nail 
ola bilir. Fərdlərin hüquqları cəmi obyektivliyi meydana gətirir. 
Eləcə  də  hüquqların  dialektik  məzmunlarını  formalaşdırır. 
Təbii  hüquqların  reallaşması  resurslara  bağlı  olur.  Resurs 
zənginliyi təbii hüquqların təmin olunma səviyyəsini yüksəldir. 
Cəmiyyətin  və  dövlətin  zəngin  olması  kollektiv  qaydada  və 
onun  içərisində  fərdi  məzmunda  insan  hüquqlarının  təminatını 
zəngin edir.  
 
İ
nsan hüquqlarının mürəkkəb məzmununun dərk 
olunması və sinergetika  
 
Mürəkkəblik  dolğunluqdur.  Burada  sistemin,  anlayışın 
mürəkkəbliyi  müəyyən  məkanlarda  olan  təkliklərin  say 
çoxluğu,  istiqamətlərin,  fikirlərin  zənginliyi  ilə  xarakterizə 
olunur.  Fikirlərdə  təkmilləşmənin  özü  elə  mürəkkəbləşmədir. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə