Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə43/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   39   40   41   42   43   44   45   46   ...   56

127 
 
hüququ  müəyyən  yaşdan  sonra  qazanılır.  Lakin  bu  hüququ 
qazanmış şəxs əmək fəaliyyəti ilə məşğul olmaq hüquqlarından 
məhdudlaşır.  Hüquqların  cəmləşməsində  meydana  gələn 
sinergetiklik 
(birləşmədən 
ortaya 
çıxan 
faydalılıq) 
qanunvericilik  aktlarının  ardıcıl  və  əlaqəli  əsaslarla  qəbulunda 
da öz əksini tapır.  
İnsan  hüquqları  anlayışının  mürəkkəbliyi  eləcə  də  onun 
tərkibini  təşkil  edən  və  müxtəlif  maddi-mənəvi  bağlılığı 
özündə cəmləşdirən təriflərdə, mənalarda öz əksini tapır. İnsan 
hüquqlarının  mürəkkəb  məzmunu  onun  faydasını  daha  da 
artırır. Belə ki, sadə hüquqlar cəmiyyətin və dövlətin inkişafına 
müvafiq  olaraq,  həmçinin  insanların  maraq  sferalarından  irəli 
gələrək,  birləşir  və  bu  baxımdan da  vəhdət  şəkilində cəmləşir. 
Hüquqların  zənginləşməsi  onun  sinergetik  (birləşmiş  qaydada 
daha  da  səmərəli)  məzmununu  meydana  gətirir.  Universal 
hüquq normaları sinergetiklik baxımından daha da zəngin olur. 
Çünki  burada  fərdi  hüquqların  birləşməsi  və  fərdlərin  tarazlı 
qaydada  əməkdaşlığı  mövcuddur.  Buradan  da  belə  nəticəyə 
gəlmək  olar  ki,  cəmiyyətin  və  dövlətin  içərisində,  kollektivdə 
fərdin 
hüquqları 
daha 
da 
zənginləşir. 
Hüquqların 
birləşməsindən faydalılıq meydana gəlir.  
 
“Dövlət siyasəti” və “insan hüquqları” anlayışlarının 
vəhdət təşkil edən fəlsəfi məzmunları 
 
 
Hələ qədimdən məlumdur ki, dövləti ictimai münasibətləri 
tənzim edən bir qurum kimi insanların özləri yaradıblar. Dövlət 
siyasi  forma  və  məzmun  olaraq  insanların  hüquqlarını  təmin 
edən  qurumdur.  İnsanlar  fərdi  olaraq  mənəviyyata  bağlıdırlar. 
Dövlət 
insanlara 
məxsusdursa, 
deməli, 
dövlətin 
də 
substansional  olaraq  mənəviyyatı  vardır.  Bu  abstraksiyadır. 
Çünki  dövlərin  mənəviyyatı  elə  insanın  mənəviyyatında  öz 
əksini  tapır.  Dövlət  insanları  təmsil  edirsə,  eləcə  də  obyekt 
kimi  insanları  əsas  götürürsə,  deməli,  hüquqları  olan  ixtiyarlı, 


128 
 
öhdəlikli  və  məsuliyyətli  bir  tərəfdir.  Burada  dövlətin  mütləq 
tərəfini  yenə  də  fərdlərin  mütləq  mənəviyyatı  təşkil  edir. 
Alman  filosofu  Hegel  də  dövlətin  mahiyyətini  bir  aspektdə 
mücərrədlikdən  ifadə  edir.  Onun  fikirlərinə  əsasən,  dövlət 
həqiqətdə  mənəvi  ideyadır,  açıq-aşkar  mənəvi  ruhdur,  öz-
özlüyündə açıq substansional iradədir, hansı ki, düşünür, özünü 
dərk  edir  və  bildiyi  qədər  düşündüklərini  edir.  Mənəviyyatda 
(əxlaqda)  dövlət  birbaşa  mövcuddur,  ancaq  insanın  fərdi 
qaydada  özünü  dərk  etməsində,  onun  fəaliyyətində  isə  vasitəli 
olaraq  mövcudluğa  malikdir  və  mövcudluğu  insanın  fərdi 
olaraq özünüdərk etməsinə bərabərdir.
1
 
 
Hər  bir  məsələdə,  konsepsiyada  fəlsəfi  məzmun  dedikdə, 
ilk  növbədə  həmin  konsepsiya  üzrə  sistem  təşkil  edən 
elementlərin aralarında olan əlaqələrin və münasibətlərin geniş 
əsaslarla 
izahı 
nəzərdə 
tutulur. 
Burada 
sistemdaxili 
elementlərin  tək  və  cəm  halda  funksiyaları  izah  olunur.  Eyni 
zamanda  xassələri  dərindən  araşdırılır. Dərindən araşdırma isə 
dərin  düşüncələr  əsasında  tərkib  və  bütövü  aşkarlamaqdan  və 
bu  baxımdan  təfəkkürdə  hissələrə,  istiqamətlərə  ayrımaqdan, 
həmçinin  tərkib  hissələri  çox  kiçik  ölçülərdə  izah  etməkdən 
ibarətdir.  Fəlsəfi  məzmun  öz  əksini  ən  kiçik  ölçülərdə  və 
onun  xassələrində  görür.  Fəlsəfi  məzmunda  dərinləşmə  və 
ətraflar  üzrə  genişlənmə  prosesləri  vəhdətdə  əks  olunur. 
Təfəkkürdə  bütövün  nisbətən  geniş  əsaslarla  tərkib  hissələrə 
parçalanması və tərkiblərdən bütövün əmələ gəlməsi prosesləri 
qismən fəlsəfi məzmunları ortaya çıxarır.  
 
“Siyasət”  və  “hüquq”  anlayışlarının  həm  şərti  ayrı 
istiqamətlər  üzrə,  həm  də  vəhdətdə  olaraq  vahid  istiqamətlər 
üzrə  zəngin  tərkiblərdən  ibarət  olan  fəlsəfi  kompozisiyaları, 
məzmunlu  və  şərtləndirici  birləşmələri  mövcuddur.  Siyasət 
müsbət 
mənada 
hüquqların 
bölgü 
ünsürü 
əsasında 
                                                 
1
 Гегель Г.В. Философия права. (фрагменты). Библиотека Михаила 
Грачева. http://grachev62.narod.ru/hrest/gegel_2.htm 


129 
 
tərkiblərinin  təmin  olunması  ilə  gerçəkləşən  fəaliyyətdən 
ibarətdir.  Hüququn  bölgü  ünsürünün  çoxluğu  insanların 
dövlətlərində  və  cəmiyyətlərində  geniş  fəaliyyətləri  ilə 
əlaqəlidir.  Dövlət  siyasəti  daxildən  genişləndikcə  hüquq 
normalarının  təkmilləşməsini  də  tələb  edir.  Hüququn  bölgü 
ünsürlərinin  artması  əsasən  insan  fəaliyyətinin  genişlənən 
nəticəsi  olan  çoxistiqamətli  proseslərdən  asılı  olur.  Burada 
resurslar 
üzərində 
çoxtərkibli 
təsirlər 
bölünmənin 
və 
çoxalmanın  şətləndirici  məzmununu  təşkil  edir.  Siyasət,  bir 
tərəfdən hüquqları təmin etməklə öz mənasını və əhəmiyyətini 
hüquq  anlayışının  “altına”  qoyur,  digər  tərəfdən  də  hüquqları 
təmin  etmək  üçün  mühüm  bir  vasitə  olaraq  hüquq  anlayışının 
“fövqünə”  qalxır.  Burada  dövlət  və  insanın  vahid  sistemlər 
daxilində  tərəf  kimi  vertikal  trayektoriyada xəyali  olaraq, həm 
də  rasional  (yəni,  təffəkkürdə  duyğulardan  kənar  olaraq  əqlin 
qəbul  olunması)  və  irrasional  (yəni,  duyğuların  təfəkkürdə  ön 
yerdə  dayanması)  əsaslarla  “birinci”  və  “ikinci”  olması 
mənaları  ortaya  çıxır.  Lakin  nəzərə  almaq  lazımdır  ki,  dövlət 
siyasəti  daimi  olaraq  və  mexanikiləşdirilmiş  əsaslarla 
hüquqların  təmin  olunmasını  özünün  əsas  hədəfi  hesab  edir. 
Sistemli siyasət hüquqların sistemli əsaslarla təmin olunmasına 
söykənir. Hüquq normalarının şəbəkələr strukturu ilə müəyyən 
formalarda  öz  əksini  tapması  məhz  siyasətin  sistemli  qaydada 
təmin  olunmasına  əsaslanır.  Siyasət  sistemləri  hüquq 
normalarını  sahələrə  ayırmaqdan  (sahələr  üzrə  qaydaları  ifadə 
etməkdən) 
və 
sistemləşdirməkdən, 
tərkiblərdə 
qruplaşdırmaqdan  ibarətdir.  Qanunvericilik  sistemində  hüquq 
sistemləri əks olunur. Hüquq sistemləri həm də özündə siyasət 
sistemlərini  meydaan  gətirir  və  ondan  çıxış  edir.  Hüquqla 
siyasətin vəhdəti meydana gəlmiş olur. Sistem daxilində hüquq 
normaları  ilə  siyasət  həm  məzmun,  həm  də  forma  etibarilə 
birləşə  bilir.  Ümumiyyətlə  isə  sistemdən (ictimai münasibətlər 
sistemindən)  kənar  hüquq  normaları  və  siyasət  ola  bilməz. 
Çünki  bütün  insanlar  dövlətlər  adlanan  qurumların  daxilində 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə