Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə35/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   31   32   33   34   35   36   37   38   ...   56

103 
 
mərkəzləşməsinə,  ümumiləşməsinə  və  şaxələnməsinə  səbəb 
olur.  
Dialektik  məntiq  əslində  əqli  nəticələrlə  mürəkkəb 
sintezlərin  (həm  də  sadə  hüquq  məzmunlu  fikirlərin)  və 
onlardan  əmələ  gələn  nəticələrin  əldə  olunmasını  təmin  edir. 
Dialektik  məntiqin  mühakimələri  və  obyektləri  qismində  ilk 
növbədə  elə  sadə  məntiqin  tətbiqi  ilə  hüquq  normaları  çıxış 
edir.  Dialektik  məntiq  daxilən  genişlənən  və  ayrı-ayrı  sahələri 
əhatə  edən  bir  məntiqdir.  Dialektik  məntiq  sayəsində  mətnlər 
yaranır  və  çoxlu  sayda  sahələri  əhatə  edən  mürəkkəb 
məzmunlu  hüquq  formalaşır.  Mürəkkəb  məzmunlu  hüquq 
normaları  əslində  sadə  hüquq  normalarının  məcmuəsidir. 
Hüququn  mürəkkəb  məzmunu  onun  geniş  obyektləri  əhatə 
etməsindədir.  Geniş  şəkildə  əhatə  olunan  obyekt  isə  dərin 
məzmunların  və  fikirlər  arasında  mürəkkəb  məzmunlu 
əlaqələrin meydana gəlməsinin əsaslarını ortaya çıxarır. 
Mürəkkəb  məzmunlu  hüquq  çoxlu  sayda  hüquq  normaları 
olan  hüquqi  sənədlərdə,  məsələn,  məcəllələrdə  öz  əksini  tapır. 
Mürəkkəb 
hüququn 
ifadələrlə 
genişlənməsi 
də 
həm 
mürəkkəbliyin  özünün  əhatə  sferasını  genişləndirir,  həm  də 
mürəkkəbliyin  daha  da  dərindən  ifadə  etməsinə  səbəb  olur. 
Mürəkkəb  hüquqlar  məzmunun  dərin  mahiyyəti  ilə  dərk 
olunmasına səbəb olur.  
  
Dialektik təfəkkürün inkişaf əsasları və hüququn 
inkişafı  
 
Dialektik  təfəkkürün  inkişafı  nəzəri  səbəblər  baxımından 
elə  fərdi  və  ümumi  qaydada  cəmiyyətin  üzvlərinin  geniş  dərk 
etmələrinə  bağlıdır.  Düşüncə  ardıcıllığı  dialektik  təfəkkürün 
formalaşmasında əvəzsiz rol oynayır. Düşüncələrdə hakim olan 
hüquqi  fikirlər  bir-birilərini  genişləndirir  və  şərtləndirir. 
Dialektik  təfəkkürün  inkişafı  hüquq  obyektlərinin  sayının 
çoxalmasından  və  eləcə  də  baxışların  sayının  artmasından 


104 
 
meydana  gəlir.  Burada  çoxlu  sayda  meydana  gələn  hüquq 
normaları  və  insan  fəaliyyəti  elə  hüququn  dialektik  əsaslarla 
inkişaf  etməsinə  səbəb  olur.  Məsələn,  konstitusiyanın  özü 
dialektik, yəni çoxlu sayda sahələri ümumi əsaslarla əhatə edən 
bir  dialektik  normativ  sənəddir.  Konstitusiya  dialektikanın 
genişlənməsi,  sahələrin  artması  üçün  mühüm  obyekt  rolunu 
oynayır.  Bu  konstitusiyadan  qanunvericilik  sənədləri  meydana 
gəlir.  Bu  qanunvericilik  sənədləri  də  hüquqların  nəzəri 
baxımdan  genişlənmısini  təmin  edir.  Bu  genişlənmə  həm 
mövcud  real  aləm  üzərində  formalaşır,  həm  də  gələcək 
hüquqların əsaslarını meydana gətirir. Gələcək hüquqlar hüquq 
mövcud  nəzəriyyələrinin  bazasında  formalaşır.  Eyni  zamanda 
resurslardan kənar və ondan qabaq meydana gəlir və resursların 
əldə  edilməsinə  məqsədlənir.    Gələcək  hüquq  nəzəriyyələri 
başlıca olaraq hüququn dialektik qaydada şaxələnməsinə səbəb 
olur. 
Gələcək 
hüquq 
nəzəriyyələri 
obyekt 
kimi 
öz 
başlanğıclarını mövcud hüquqlardan götürür. 
Hüquqi  dialektika  insanların  resurslar  üzərində  zaman  və 
məkan kateqoriyaları ilə əlaqələrində (resursların istifadəsində) 
olan ziddiyyətləri aradan qaldırmaq funksiyasını yerinə yetirir. 
Eyni  zamanda  şəxslər  arasında  olan  münasibətlərdə  və 
əlaqələrdə olan ziddiyyətləri həll edir.  
Təfəkkürün  (dərketmədən,  qavrayışdan  meydana  gələn 
idrakın) inkişafı da əslində cəmiyyətdəki proseslərin inkişafı və 
birinin  digərini  inkar  etməsi  ilə  əlaqəlidir.  İnkarlar  sayəsində 
təkmilləşmə  prosesləri  meydana  gəlir  və  bu  baxımdan  da 
meydana  gələn  yeni  münasibətləri  tənzim  etmək  üçün  hüquq 
normalarının  qəbul  edilməsi  zərurəti  ortaya  çıxır.  Deməli, 
hüquq  normalarının  dialektik  inkişafı  əslində  cəmiyyətin 
inkişafına  bağlıdır.  Hüquqi  fikirlərin  dialektik  inkişafı  həm 
təcrübədən,  empirizmdən,  həm  də  qeyri-təcrübədən  meydana 
gəlir.  Qeyri-təcrübədə  və  təcrübədə  iddialar  hüququn 
genişlənməsinə  səbəb  olur.  Ayrı-ayrı  şəxslərin  iddiaları 
hüququn  daxilən  və  sahələr  üzrə  dərk  olunmasında  böyük  rol 


105 
 
oynayır. 
Hüquq 
normalarının 
dialektik 
vəhdəti 
onun 
törəməsinin  baza  və  üst  hissələrə  bölünməsində  müşahidə 
olunur.  Baza  normalar  əsasında  üst  normalar  yaranır. 
Dialektika  üst  normalarının  şaxələnməsinə  və  üst  normaların 
yenidən  bazalara  çevrilməsinə  səbəb  olur.  Cəmiyyət  inkişaf 
etdikcə  baza  və  üst  normalar  da  təkmilləşir.  Məsələn,  yeni 
konstitusiya  islahatları  məhz  təkmilləşməyə,  yeni ziddiyyətləri 
həll  etməyə  xidmət  edir.  Konstitusiyadan  irəli  gələrək 
qanunvericiliyin  daxili  və  xarici  siyasət  üzrə  təkmilləşməsi, 
beynəlxalq  hüquq  normalarının  qanunvericiliyin  tərkibi  kimi 
əhəmiyyət  kəsb  etməsi  məsələləri  ortaya  çıxır.  Dialektika  bir 
tərəfdən  inkişafın  təmin  olunmasını  qarşısına  məqsəd  qoyur, 
digər  tərəfdən  də  inkişaf  üçün  münasibətlərdə  olan 
ziddiyyətləri aradan qaldırır və problemləri həll edir. Dialektika 
hüquq  sahəsində  olan  biliklərin  müqayisəli  və  inkaredici 
əsaslarla  inkişafına  da  təkan  verir.  Hüququn  inkişafı  həm  də 
əvvəlcə  qəbul  edilən  hüquq  normalarının  tətbiqi  sayəsində  də 
mümkündür.  Belə  ki,  yeni  hüquq  normalarının  tətbiqi  yeni 
ictimai  münasibətlərin  formalaşmasında  əvəzsiz  rol  oynaya 
bilir.  Hüquq  normaları  ictimai  proseslərin  inkar  olunaraq 
inkişaf etməsinin əsaslarını meydana gətirmiş olur. Yeni hüquq 
normalarından  başqa  sahələr  üzrə  hüquq  normaları  meydana 
gəlir.  Hüquq  normalarının  şaxələnməsi  prosesləri  meydana 
gəlir.  Hüquq  normaları  arasında  olan  əlaqələr  hüququn 
sistemləşməsinə  səbəb  olur.  Hüququn  sistemləşməsi sayəsində 
həm  onun  daxili  məzmunu  böyüyür,  həm  də  ətraf  üzrə  yeni 
hüquq  strukturları  meydana  gəlir.  Bütün  strukturlaşma 
prosesləri  insanların  pozitiv  məqsədlərinə  və  təminatlarına 
söykənir.  
Hüququn  inkişafı  hüquq  nəzəriyyələrindən  meydana  gəlir. 
Burada  hüquq  nəzəriyyələri  obyektlərinin  silsilə  xarakteri  elə 
dialektik  qaydada  hüququn  inkişafına  gətirib  çıxarır.  Mövcud 
hüquq  nəzəriyyələri  digər  hüquq  nəzəriyyələrinin  meydana 
gəlməsini  şərtləndirir.  Hüququn  dialektik  əsaslarla  inkişafı  bir 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə