Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə222/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   218   219   220   221   222   223   224   225   ...   244

 

413 


 

 Yeni  qəbul  edilmiş  “Təhsil  haqqında”  Qanun  bu  sahədə  dövlət  standartlarını 

açıqlayıb-fərdin,  cəmiyyətin,  dövlətin  tələbatına  uyğun  olaraq,  elmi-pedaqoji  prinsiplər 

ə

sasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini 



aks etdirən ümumi normalar məcmusudur (mad.6.1). 

Dövlət  təhsil  standartları  təhsil  sahəsində  sınanmış  mütərəqqi  beynəlxalq  meyarlar, 

milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir (mad.6.2). 

Bu  standartlar  və  onların  quvvədə  olma  müddəti  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən müəyyən edilir (mad.6.3)  

Dövlət  təhsil  standartları  təhsilin  məzmununu,  idarə  olunmasını,  maddi-texniki  və 

tədris  bazasını,  infrastrukturunu,  təhsilverənlərin  keyfiyyət  göstəricilərini,  hər  bir  təhsil 

pilləsində 

təhsilalanlarının 

bilik, 


bacarıq 

və 


vərdişlərinin 

səviyyəsini 

müəyyənləşdirir(mad.6.4). 

Bütün  təhsil  müəssisələrində  təhsilin  müvafiq  dövlət  standartlarına  uyğun  təşkili 

təmin olunur(mad.6.5). 

Təhsil  müəssisəsinin  fəaliyyətinin,  təhsilin  səviyyəsinin  və  təhsilalanların 

nailiyyətlərinin  qiymətləndirilməsində,akkreditasiyada  və  attestasiyada  müvafiq  dövlət 

təhsil standartları əsas götürülür(mad.6.6). 

Sağlamlıq imkanlarıməhdud şəxslərin təhsili üçün xüsusi dövlət standartları müəyyən 

edilir(mad.6.7). 

            Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili-Azərbaycan 

dilidir(mad.7.1). 

            Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, xüsusi hallarda 

(Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələr  və  ya  müvafiq  icra 

hakimiyyəti  orqanı  ilə  razılaşma  əsasında)  ümumi  təhsil  müəssisəsində  Azərbaycan  dili, 

Azərbaycan  ədəbiyyatı,  Azərbaycan    tarixi  və      Azərbaycan  coğrafiyası  fənləri  tədris 

olunmaqla  tədris  müvafiq  dövlət  təhsil  standartları  əsasında  digər  dillərdə  dəaparıla  bilər 

(mad.7.2). 

Azərbaycan  dilini  zəif    bilən  təhsilalanlar  üçün  müvafiq  icra  hakimiyyəti  orqanının 

müəyyən  etdiyi  qaydada  və  təhsil proqramlarına  uyğun  hazırlıq  sinifləri  və  kursları  təşkil 

olunur (mad.7.3). 

Təhsil sisteminin quruluşuna aşağıdakılar daxildir: 

-bütün təhsil müəssisələri, təlim-tərbiyə prosesi ilə məşğul olan və təhsil xidmətləri 

ğ

östərən  digər  qurumlar,təhsil  fəaliyyətini  və  onun  inkişafını  təmin  edən    elmi  tədqiqat 



institutları və informasiya mərkəzləri, layihə, istehsal,kliniki, ictimai iaşə, tibbi-profilaktik 

və  əczaçılıq  strukturları,  idman,  istirahət  və  sağlamlıq  kompleksləri,  kampuslar,  mədəni-

maarif  müəssisələri  və  təşkilatları,  kitabxanalar,  yataqxanalar,  düşərgələr  və  digər 

infrastruktur obyektləri; 

-təhsili  idarəetmə  orqanları  və  onların  tabeliyində  fəaliyyət  göstərən  müəssisə  və 

təşkilatlar; 

-təhsil  sahəsində  fəaliyyət  göstərən  qeyri-hökumət  təşkilatları,  assosiasiyalar, 

cəmiyyətlər, elmi-metodik şuralar və digər qurumlar. 

Təhsil  sisteminin  başlıca  vəzifəsi  dərin  və  hərtərəfli  biliyə,  bacarığa,  praktiki 

hazırlığa, yüksək mədəniyyətə, məsuliyyət hissinə, mütərəqqi dünyagörüşünə malik olan və 

onu  daim  inkişaf  etdirməyə  çalışan  şəxsiyyət  formalaşdırmaq,  soy  kökünə,  Azərbaycan 

xalqının  azadlıq  və  demokratiya  ənənələrinə  bağlı  olan,  xalqının  milli,  əxlaqi,  humanist, 




 

414 


 

mənəvi və mədəni dəyərlərinə dərindən yiyələnən, onları qoruyan və daim inkişaf etdirən, 

ailəsini,  vətənini,  millətini  sevən  və  daim  ucaltmağa  çalışan,  ümumbəşəri  dəyərlərə 

yiyələnən,  insan  hüquqları  və  azadlıqlarına  hörmət  edən,  müstəqil  və  yaradıcı  düşünən, 

biliyinə,  yüksək  əxlaqi  və  mənəvi  keyfiyyətlərinə,  demokratikliyinə  görə  dünyanın  ən 

qabaqcıl ölkələrinin vətəndaşları səviyyəsində dura bilən sağlam yurddaşlar yetişdirmək və 

bununla  yüksək  sivilizasiyalı  cəmiyyət  qurmağa,  Azərbaycanı  dünyanın  ən  inkişaf  etmiş 

demokratik dövlətlərindən birinə çevirməyə qadir olan insan tərbiyə etməkdir. 

        Azərbaycan 

Respublikasında 

aşağıdakı 

təhsil 


formaları 

tətbiq 


olunur: 

              - 

formal; 

              -qeyri-formal; 

              -informal. 

        Formal  təhsilin  təşkili  qaydaları  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilir. 

          Azərbaycan  Respublikasında  aşağıdakı  təhsilalma  formaları  müəyyən  edilir: 

          -əyani; 

          - 

qiyabi; 

          - 

distant 

(məsafədən); 

          - 

sərbəst 


(eksternat). 

          Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə 

təhsil 

və 


fərdi 

təhsil 


təşkil 

oluna 


bilər. 

          Zəruri  hallarda,  müasir  təhsil  texnologiyalarından  istifadə  etməklə  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq 

edilə 


bilər. 

         Azərbaycan  Respublikasında  mülkiyyət  növünə  görə  aşağıdakı  təhsil  müəssisələri 

fəaliyyət 

göstərir: 

          -dövlət; 

          -bələdiyyə; 

          -özəl.  

         Azərbaycan  Respublikasında  dövlət  təhsil  müəssisələri  bilavasitə  mənfəət  əldə  etmək 

məqsədi 

güdmür.  

         Təhsil 

müəssisəsinin 

aşağıdakı 

tipləri 


və 

növləri 


müəyyən 

edilir: 


          -  məktəbəqədər  təhsil  müəssisələri  (körpələr  evi,  körpələr  evi-uşaq  bağçası,  uşaq 

bağçası, 

xüsusi 

uşaq 


bağçası); 

          -ümumi  təhsil  müəssisələri  (ibtidai,  orta  və  tam  orta  ümumtəhsil  məktəbləri, 

ümumtəhsil  internat  məktəbləri,  xüsusi  məktəblər  və  xüsusi  internat  məktəbləri,  sağlamlıq 

imkanları  məhdud  uşaqlar  üçün  xüsusi  məktəblər  və  internat  məktəbləri,  xüsusi  qayğıya 

ehtiyacı  olan  uşaqlar  üçün  müəssisələr,  istedadlı  şagirdlər  üçün  məktəblər,  gimnaziyalar, 

liseylər 

və 

digər 


müəssisələr); 

          -  məktəbdənkənar  təhsil  müəssisələri  (uşaq  yaradıcılıq  mərkəzləri,  uşaq-gənclər 

idman  məktəbləri,  uşaq-gənclər  şahmat  məktəbləri,  ekoloji  tərbiyə  və  təcrübə  mərkəzləri, 

texniki  yaradıcılıq  mərkəzləri,  turizm  və  diyarşünaslıq  mərkəzləri,  məktəbdənkənar  iş 

mərkəzləri, 

estetik 


tərbiyə 

və 


bədii 

yaradıcılıq 

mərkəzləri 

və 


s.); 

           -  ilk  peşə-ixtisas  təhsili  müəssisələri  (peşə  məktəbləri,  peşə  liseyləri); 

           - 

orta 

ixtisas 

təhsili 

əssisələri 

(kolleclər); 

           -  ali  təhsil  müəssisələri  (universitetlər,  akadem-lar,  insti-lar  və  s.); 



Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə