407
Ə
cnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı vizalar əsasında Azərbaycan
Respublikasına gələ, onun ərazisində ola, tranzitlə keçə və Azərbaycan Respublikası
ə
razisində olduqdan sonra gedə bilərlər. Vizaların aşağıdakı növləri mövcuddur:
-
giriş vizası;
-
qayıdış vizası;
-
tranzit vizası;
-
çıxış vizası.
a) Giriş vizası əcnəbilərə Azərbaycan Respublikasının ərazisinə ümumi qaydada
gəlmək üçün verilir. Onun etibarlıq müddəti birdəfəlik giriş-çıxış üçün üç gündən üç
ayadək, çoxdəfəlik giriş-çıxış üçün isə-bir ilədək müəyyən olunur. Bu müddətədə vizadan
istifadə olunmazsa o, qüvvədən düşür.
b) Qayıdış vizası şəxsi pasportu olan əcnəbilərə Azərbaycan Respublikasından
gedərkən müraciət etdikləri halda yenidən Azərbaycan Respublikasının ərazisinə bir ayadək
müddətə gəlmək üçün verilir. Bu viza Azərbaycan Respublikasından getmə günündən altı
ay ərzində istifadə olunmazsa, qüvvədən düşür.
c) Bir və ya çoxdəfəlik tranzit vizası başqa ölkələrə gedən əcnəbilərə Azərbaycan
Respublikasının ərazisindən keçmək üçün verilir. Tranzit vizasında gedişin dayanacaqsız
olması haqqında qeyd və ya möhür olmazsa onun sahibinə Azərbaycan Respublikasında ən
çox 5 gün qalmaq imkanı verilir.
ç) Çıxış vizası Azərbaycan Respublikasının ərazisində yaşayış üçün rəsmi icazəyə
malik olan əcnəbilərə verilir. Çıxış vizasının verilməsi üçün dövlət rüsumu alınmır.
Azərbaycan Respublikasında qalmaq üçün əcnəbilər vizalarında göstərilən müddət
qurtaranadək qabaqcadan onun uzadılması məsələsini həll etməli və ya ölkəni tərk
etməlidirlər.
Viza alınması üçün əcnəbilər gəlişin məqsəd və müddətini göstərməklə viza
verilməsi haqqında ərizə ilə Azərbaycan Respublkasının səfirlikləri və konsulluqları
vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikasının Xarici şlər Nazirliyinə müraciət
edərək tələb olunan sənədləri və viza verilməsi üçün dövlət rüsumu ödənilməsi barədə
qəbzi ərizəyə əlavə etməlidirlər.
Viza verilməsi haqqında əcnəbilərin ərizələrinə əlavə edilən sənədlərin siyahısını
Azərbaycan Respublikasının Xarici
ş
lər Nazirliyi, onlardan tutulan rüsumların
məbləğlərini isə Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
Viza verilməsi haqqında əcnəbilərin ərizələrinə Azərbaycan Respublikasının
Xarici şlər Nazirliyi və ya Azərbaycan Respublikasının səfirlikləri və konsulluqları onlara
müraciət olunduğu gündən ən geci bir ay keçənədək, onların səfəri təcili mülaicə, yaxud
Azərbaycan Respublikasında yaşayan qohumunun ağıo xəstəliyi və ya ölümü ilə bağlıdırsa,
bu faktları təsdiq edən sənəd təqdim olunduqdan ən geci 48 saat keçənədək baxırlar.
Ə
cnəbilərin Azərbaycan Respublikasından getməsini müvəqqəti məhdudlaşdıran hallarda
viza verilməsi haqqında xahiş, səbəbləri yazılı şəkildə ərizəçinin nəzərinə çatdırılmaqla
rədd edilir və onun təkrar ərizəsinə imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra
baxılır.
Viza verilməsi haqqında ərizəyə baxılmasında süründür-məçiliyə yol
verilməsindən və ya ərizəyə baxmaqdan imtina edilməsindən əcnəbilər Azərbaycan
Respublikasının müvafiq məhkəməsinə şikayət edə bilərlər.
408
Qanunun tələblərini pozaraq pasportsuz, vizasız və ya etibarlı olmayan pasport və
digər sənədlərlə Azərbaycan Respublikasının sərhədini keçən əcnəbilər geri qaytarılırlar.
Belə şəxslərdən pasport və sənədlərini yolda itirdiklərini bildirənlərin Daxili şlər
Nazirliyinin aparacağı təhqiqata qədər, lazım gələrsə isə ən yaxın rayonun icra hakimiyyəti
başçısının müəyyənləşdirəcəyi yerdə yerləşdirmək şərti ilə qəbul edilməsi mümkündür.
Pasporta yalan məlumatlar daxil edildikdə, pasport itirildikdə, qəsdən korlandıqda,
oğurlandıqda, saxtalaşdırıldıqda, satıldıqda, qanunsuz hazırlandıqda və ya istifadə
edildikdə, yaxud ölkədən getməyin və ölkəyə gəlməyin qanunla müəyyənləşdirilmiş
qaydaları pozulduqda təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Beləliklə, suala nəticə olaraq göstərmək olar ki, əcnəbilərin və vətəndaşlığı
omayan şəxslərin hüquqları dövlət hakimiyyəti orqanları tərəfindən pozulduqda həmin
hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bərpa
edilir.
N Ə T C Ə
“Xarici işlər sahəsində dövlət idarəetməsi” mövzusunun biz hüquqşünaslar və polis
ə
məkdaşları üçün həm nəzəri həm də təcrübi cəhətdən böyük əhəmiyyəti vardır. Sualların
açıqlanması ilə siz hiss etdiniz ki, dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici
işlər sahəsində dövlət idarəetməsinin təşkili və onun həyata keçirilməsidir.
Bu mövzunun köməkliyi ilə xarici işlər sahəsində dövlət idarəetməsinin həyata
keçirilməsinə ümumi rəhbərliyin və bilavasitə rəhbərliyin həyata keçirilməsinin təşkilati-
hüquqi formalarını öyrənmiş olduq.
Mövzumuzun ikinci sualının köməkliyi ilə Xarici şlər Nazirliyinin və onun
orqanlarının əsas vəzifələri, funksiyaları və hüquqları haqqında anlayış əldə etmiş olduq.
Bundan əlavə biz öyrəndik ki, xarici dövlətlər ərazisində Azərbaycan Respublikası Xarici
ş
lər Nazirliyinin orqanları öz vəzifələrini, funksiyalarını və hüquqlarını hansı normativ-
hüquqi aktlar əsasında həyata keçirirlər.
Ə
n nəhayət onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası öz
müstəqilliyini qazandıqdan və xarici ölkələrlə qarşılıqlı əlaqələrini genişləndirdikcə
Azərbaycan Respublikasına gələn xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin
sayı gündən-günə artır. Ona görə də biz mövzumuzun üçüncü sualının köməkliyi ilə xarici
vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlmək və
Azərbaycan Respublikasından getməklərinin əsaslarını və qaydalarını öyrənmiş olduq.
Yuxarıda göstərdiklərimizə əsaslanaraq qeyd etmək lazımdır ki, bü günkü
mövzumuzun hər bir hüquqşünas üçün qarşısında duran vəzifələrin yerinə yetirilməsində
böyük əhəmiyyəti vardır.
MÖVZU №
21 “ TƏ
HS L SAHƏ
S NDƏ
DÖVLƏ
T DARƏ
ETMƏ
S ”.
P L A N: