401
beynəlxalq müqavilələrə uyğun olaraq xarici ölkəyə daxil olmaq üçün rəsmiləşdirilmiş
“icazə-viza” əsasında həyata keçirilir.
Azərbaycan Respublikasında qeydiyyatda olan və dənizçilik məqsədilə istifadə
edilən gəmilərdə hər hansı dənizçi vəzifəsində işlənən vətəndaşın ölkədən getmək və ölkəyə
gəlmək hüququ Azərbaycan Respublikası Milli Məclisinin təsdiq etdiyi “Dənizçi kitabçası
haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilir.
18 yaşına çatmamış vətəndaş ölkədən öz valideynlərinin və ya qanuni
nümayəndəsinin notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq
edilmiş razılığı ilə gedə bilər.
Valideynlərdən birinin razılığı olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşın
ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.
Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular istisna olmaqla Azərbaycan
Respublikası Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər qoşun
birləşmələrində qulluq edən hərbi qulluqçular komandanlığın müəyyən olunmuş qaydada
rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər.
18 yaşına çatmamış vətəndaşın daimi yaşayış üçün ölkədən getməsinə yalnız onun
valideynlərinin hər birinin və ya qanuni nümayəndəsinin yazılı şəkildə ifadə edilmiş və
notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı
olduqda yol verilir.
Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilmiş vətəndaş ölkədən öz
qanuni nümayəndəsinin notarius tərəfindən təsdiq edilmiş vəsatəti və ya məhkəmənin qərarı
ə
sasında qanuni nümayəndəsinin müşayiəti ilə gedə bilər.
Azərbaycan Respublikası vətəndaşının pasportu(bundan sonra-pasport) Azərbaycan
Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona
ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən rəsmi
sənəddir.
Pasport 18 yaşına çatmış, müstəsna hallarda isə təhsil almaq, beynəlxalq
tədbirlərdə iştirak etmək, müalicə olunmaq və ya daimi yaşamaq üçün xaricə gedən 18
yaşına çatmamış Azərbaycan Respublikası vətəndaşlarına qanunla müəyyənləşdirilmiş
qaydada verilir və bütün ölkələrə getmək üçün etibarlıdır.
Pasportun Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən
ümumvətəndaş, xidməti, diplomatik tipləri vardır.
Pasport Azərbaycan Respublikasının mülkiyyətidir, onun vətəndaşdan alınması və
ya girov götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar
istisna olunmaqla qəti qadağandır.
Hər bir vətəndaş pasportu möhkəm saxlamağa borcludur. Pasport itdikdə vətəndaş
pasportu verən dövlət orqanlarına, belə hadisə xaricdə baş verərsə, Azərbaycan
Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat
verməlidir.
Vətəndaş öldükdə onun pasportu, habelə etibarlıq müddəti qurtarmış pasport
müvafiq dövlət orqanına təhvil verilir.
Ümumvətəndaş pasportu vətəndaşın müraciətindən ən geci bir ay keçənədək onun
ə
rizəsi, şəxsiyyət vəsiqəsi, fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri
hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında yaşadığı
yerin daxili işlər orqanı tərəfindən verilir.
402
Vətəndaş ölkədən yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə gedərsə, bu halda
onun ümumvətəndaş pasportuna həmin uşaqlar yazılmalı və fotoşəkilləri yapışdırılmalıdır.
Ümumvətəndaş pasportunun verilməsi üçün şərti maliyyə vahidi məbləğinin iyirmi
misli məbləğində dövlət rüsumu alınır.
Xidməti pasport xidməti işlə əlaqədar xarici ölkələrə ezam edilən Azərbaycan
Respublikası Prezidenti, Milli Məclis, Nazirlər Kabineti aparatlarının, mərkəzi dövlət
orqanlarının, prokurorluğun, Milli Bankın məsul işçilərinə, hakimlərə, Mərkəzi seçki
komissiyalarının üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər
Kabinetinin məsul işçilərinə, şəhər və rayon icra hakimiyyəti başçılarına və onların
müavinlərinə, Azərbaycan Respublikasının xarici ölkələrdəki nümayəndəliklərinin inzibati-
texniki işçilərinə, onlar üç aydan artıq xarici ölkələrdə işləyərsə onların arvadına (ərinə) və
18 yaşına çatmış ərdə olmayan qızlarına, habelə beynəlxalq xətlərdə çalışan dəniz və hava
gəmiləri, dəmir yolu, avtonəqliyyat işçilərinə müvafiq dövlət orqanları rəhbərlərinin
təqdimatı daxil olduqda ən geci on gün keçənədək, Azərbaycan Respublikasının Xarici şlər
Nazirliyi tərəfindən sahiblərinin səlahiyyət müddətinə və ya üç illik müddətə verilir.
Xidməti pasportun verilməsi üçün şərti maliyyə vahidi məbləğinin on misli
məbləğində dövlət rüsumu alınır.
Azərbaycan Respublikasının xaricdə olan səlahiyyətli şəxsləri bu pasportun sahibinə
xaricdə xidməti vəzifələrini yerinə yetirməkdə kömək göstərməyə borcludurlar.
Diplomatik pasport Azərbaycan Respublikasının Xarici şlər Nazirliyi tərəfindən:
1. öz vəzifələrini icra etməyə başladıqdan ən geci 15 gün keçənədək Azərbaycan
Respublikasının Prezidentinə, Milli Məclisin deputatlarına, Nazirlər Kabinetinin üzvlərinə,
Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, qtisad Məhkəməsinin üzvlərinə, Baş
prokurora və onun müavinlərinə, Milli Bankın sədrinə və onun müavinlərinə, Mərkəzi seçki
komissiyasının, Azəraycan Respublikası Prezidentinin, Milli Məclisin, Nazirlər
Kabinetinin, Konstitusiya Məhkəməsinin aparatlarının rəhbər işçilərinə (şöbə müdirləri də
daxil olmaqla yuxarı vəzifəlilərə), mərkəzi dövlət orqanlarının rəhbərlərinə, diplomatik
vəzifələrdə çalışan şəxslərə, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədrinə, onun müavinlərinə, Nazirlər Kabinetinin üzvlərinə, Naxçıvan Muxtar Respublikası
Ali Məhkəməsinin sədrinə və Naxçıvan Muxtar Respublikasının Prokuroruna;
2. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli
Məclisinin sədrinin və istisna hallarda Azərbaycan Respublikası xarici işlər nazirinin
sərəncamına əsasən beynəlxalq konfranslarda, müşairələrdə və danışıqlarda, BMT Baş
Məclisinin sessiyalarında, BMT-nin orqanlarında, beynəlxalq təşkilatların konfranslarında,
dövlətlərarası görüş və əlaqələrdə Azərbaycan Respublikasını təmsil edən nümayəndə
heyətlərinin üzvlərinə və xüsusi nümayəndələrə;
3. Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin sədrinin, Baş nazirin,
Konstitusiya Məhkəməsi sədrinin, xarici işlər nazirinin, habelə xaricə 3 aydan artıq
müddətə ezam olunan, yuxarıda sadalanan digər şəxslərlə birlikdə gedən arvadına (ərinə) və
18 yaşına çatmış ərdə olmayan qızına verilir.
Diplomatik pasportun verilməsi üçün dövlət rüsumu alınmır. Diplomatik pasportda
onun sahibinin yetkinlik yaşına çatmayış uşaqları, arvadı (əri) yazıla bilər və belə halda
pasporta onların fotoşəkilləri də yapışdırılır. Sahibi olmadan bu pasportdan ailə üzvlərinin
ölkədən getmək və ya ölkəyə gəlmək üçün istifadə etməsi qadağandır.